Məhkəmə qərarları › İş №2(102)-4056/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4056/2021

30.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4056/2021 30.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC Cavabdeh MMC-ə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində - X oğlu, X3 və Xaçmaz rayon İcra və Probasiya şöbəsi) qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab olunması” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: qiymətləndirmə rəyinin etibarsız hesab olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X oğlunun və vəkili Vəkil iştirakları ilə, Ba kı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-133/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı QSC ilə borclu X3 və ipoteka verən X oğlu arasında bağlanmış 23.09.2014-cü il tarixli, 11M000000451 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, X oğluna məxsus ünvan 1ində yerləşən 0,15 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinibanka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 12.236 manat məbləğində qiymətləndirilmişdir. Xaçmaz Rayon Məh kəməsinin 02.09.2016-cı il tarixli qətnaməsi ilə X2, X oğlundan və X1 müştərək qaydada 15403,17 ABŞ dolları məbləğində borcun və məhkəmə xərclərinə görə 61 manatın İddiaçı QSC-nin xeyrinə tutulması və tələbin ipoteka predmeti olan Xaçmaz rayonu, TikanOba kəndində yerləşən 0,15 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Xaçmaz rayon İcra şöbəsinə göndərilmişdir. Xaçmaz rayon İcra şöbəsi 09.02.2018-ci il tarixli sifariş məktubuna əsasən ipoteka predmetinin qiymətləndirilməsi üçün Cavabdehnə müraciət edilmişdir. Xaçmaz rayon İcra Şöbəsinin müraciəti ilə Cavabdeh MMC 27.06.2018-ci il tarixli QR 1016 saylı “əmlakın qiymətləndirməsi barədə hesabatı”na əsasən ünvan 1ində yerləşən 0,15 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 35 000 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 27.06.2018-ci il tarixli, QR 1016 saylı "əmlakın qiymətləndirməsi barədə hesabatı”nın ləğv edilməsi və yuxarıda qeyd edilmiş əmlakın ilkin satış qiymətinin qiymətləndirilmə keçirilməklə yenidən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, daşınmaz əmlak bazarında hazırki dövrdə həmin əmlakın 35 000 manat dəyərində olması, yəni ipoteka müqaviləsi bağlanarkən tərəflərin razılığa gəldikləri qiymətdən 3 dəfə çox olması real deyildir. Baxmayaraq ki, ipoteka müqaviləsi bağlanarkən tərəflər arasında ipoteka predmetinin qiyməti razılaşdırılmış və əmlak real bazar qiymətinə uyğun olaraq 12236,64 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh MMC-nin rəyindəki qeyd etdiyi qiymət ipoteka müqaviləsi bağlanarkən tərəflərin razılığa gəldikləri qiymətlərdən əhəmiyyətli dərəcədə çoxdur. "xxxx" MMC-nin 10.04.2019-cu il tarixli, 34 saylı qiymətləndirmə hesabatından görünür ki, ünvan 1ində yerləşən 0,15 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin 10.04.2019-cu il tarixə bazar dəyəri 22.500 manat təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Rəşid Səmədov) 2(006)-744/2019 saylı, 08 may 2019-cu il tarixli qətnaməsi ilə “Qiymətləndirmə Xidmət i Mərkəzi 2" MMC-nin 27.06.2018-ci il tarixli, QR 1016 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatının ləğv edilməsi, ünvan 1ində yerləşən 0,15 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 22500 (iyirmi iki min beş yüz) manat müəyyən edilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən mübahisə predmeti olan ünvan 1ində yerləşən 0,15 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin qiyməti 35.000 manat müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən yaşayış sahəsinə qoyulmuş qiymətlə (35.000 manat) tərəflər arasında bağlanmış ipoteka müqaviləsində müəyyən edilmiş qiymət (12.236 manat) arasında kəskin fərq olduğundan məhkəmə Cavabdeh MMC tərəfindən mübahisə predmeti olan yaşayış evinə qoyulmuş qiymə ti real və ağlabatan hesab etməmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan ünvan 1ində yerləşən 0,15 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin qiyməti "xxxx" MMC-nin 10.04.2019-cu il tarixli, 34 saylı qiymətləndirmə hesabatı nəzərə alınmaqla, 22.500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qətnaməsini “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7, 8, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 39.3.3, 41.3, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddələrinə istinadla əsaslandırmışdır. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X oğlu apelyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-744/2019 saylı, 08 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və i ddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya instansiyası məhkəməsini qərardadı ilə təyin edilmiş: "xxxx" MMC tərəfindən verilmiş 11 iyun 2020-ci il tarixli rəyə əsasən, ipoteka predmeti olan ünvan 1ində yerləşən 0,15 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin hazırda mövcud olan real bazar dəyəri 62.500 manat təşkil edir. "xxxx" MMC-nin 24 sentyabr 2020-ci il tarixli rəyinə əsasən ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin 24 sentyabr 2020-ci il tarixə hesablanmış bazar dəyəri 37.000 manatı təşkil edir (Torpaq sahəsi 14.500 manat, bina və tikili 22.500 manat). MBA LTD MMC-nin 13 noyabr 2020-ci il tarixli rəyində isə ünvan 1ində yerləşən fərdi yaşayış evinin 23 noyabr 2020-c i il tarixə hesablanmış likvid dəyərinin 32.600 manat təşkil etdiyi göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov və İlham Kərimli) 2(103)-133/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi ilə üçüncü şəxs X oğlunun apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-744/2019 saylı, 08 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, “Qiymətləndirmə Xidməti Mərkəzi 2" MMC-nin 27.06.2018-ci il tarixli, QR 1016 saylı "əmlakın qiymətləndirilməsi barədə hesabatı" ləğv edilmiş, ünvan 1ində yerləşən 0,15 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 32.600 (otuz iki min altı yüz) manat müəyyən edilmişdir. A pelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə əmlakın qiyməti ilə bağlı birbirindən fərqlənən 5(beş) qiymətləndirici rəyi mövcuddur. Birinci, dördüncü və beşinci qiymətləndirici rəyində əmlakın dəyəri demək olar ki, eyni məbləğlər təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış ikinci rəydə əmlakın qiyməti daha az, yəni 22.500 manat, apellyasiya baxışında alınmış üçüncü rəydə isə qiymət daha yüksək 62.500 manat olduğu göstərilmişdir. Axırıncı rəydə qiymətləndirici ipoteka predmeti olan əmlakın likvid dəyərini müəyyən etmişdir. Bu qiymət də əmlakın real bazar dəyərini əks etdirən birinci və dördüncü rəylərə uyğundur. Demək ipoteka predmeti olan əmlakın likvid dəyərini son qiymətləndirici düzgün müəyyən etmişdir. Göründüyü kimi, “MBA LTD“MMC-nin qiymətləndiricinin m üəyyən etdiyi 32 600 manat ipoteka predmeti olan əmlakın likvid dəyərinin daha real və işin hallarına uyğun olduğuna dəlalət edir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini “İcra haqqında” Qanunun 51.1, 61.1, 61.2, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 6-8-ci maddələrinə istinadla əsaslandırmışdır. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-133/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onun la əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfində iş üzrə düzgün araşdırma aparılmamış, ipoteka predmetinin real bazar dəyəri düzgün müəyyən edilməmişdir. Belə ki, ipoteka predmeti olan ünvan 1ində yerləşən 0,15 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evinin hazırda mövcud olan real bazar dəyərinin “X6” MMC-nin 26 fevral 2021-ci il tarixli SEM F-04-026/2021 saylı arayışı və rəyi ilə müəyyən edilmiş 58000 manat məbləğində dəyəri ilə "xxxx" MMC tərəfindən verilmiş 11 iyun 2020-ci il tarixli rəyə əsasən müəyyən edilmiş 62.500 manat dəyəri arasında demək olar ki, ciddi fərq yoxdur, hər iki rəy əmlakımın real bazar dəyərinin təxminən 58-60 min manat olduğunu təsdiq edir. “X6” MMC-nin rəyində habelə göstərilir ki, torpaq sahəsi sənədlə 0,15 ha olsa da faktiki olara q 0,2135 ha təşkil edir. Torpaq sahəsinin üzərində yüzdən artıq çoxillik əkmələr, meyvə ağacları mövcuddur. Rəyə əlavə edilmiş, fotoşəkillərdən də görünür ki, əlavə olaraq evin yanında iri tutumu olan talvar mövcuddur. Sənəddə göstərilən 0,15 ha torpaq sahəsindən başqa faktiki istifadə də olan digər sahədə köməkçi tikililər tövlə, ot tayası və.s. mövcuddur. "xxxx" QSC-nin ciddi cəhdlə əmlakın real dəyərinin 2 dəfədən də artıq aşağı salaraq həmin əmlakını ələ keçirmək məqsədi güdməsinin birbaşa bariz nümunəsidir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X oğlu və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şik ayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanun: Maddə

7. Qiymətləndirmə“nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını“müvafiq icra hakimiyyəti orqanı“müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda“əmlakın bazar və“ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə“qaydasında ləğv edilmədikdə, həqiqi sayılı r. Qiymətləndirmə“obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş“bazar və“ya digər dəyəri haqqında hesabat məhkəmə“tərəfindən müvafiq mübahisələrə“baxıldığı“bütün hallarda nəzərə“alına bilər. Maddə

8. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və“digər dəyərinin həqiqiliyi ilə“əlaqədar mübahisələrə“məhkəmə“tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq“üçün qəbul etmiş“məhkəmənin mövcud prosessual qanunvericiliyin və“bu Qanunun müddəalarını“nəzərə“alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanun: Maddə 1.0.9. İlkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdud luğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 39.3.3.İipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş «İcra haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanun: Maddə 51.1.(mübahisə yaranan dövrdə qüvvədə olan redaksiyada) Borclunun əmlakının qiymətləndirilməsi, tənziml ənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli o lan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübut lara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ipotekanı n qiymətinin daha aşağı olması əsası ilə qiymətləndirmə rəyini iddiaçı mübahisələndirmişdir. İpotekaqoyan X oğlu isə ipotekanın qiymətinin daha çox olması əsası ilə həmin rəyi mübahisələndirməmişdir. Məhkəmə verilmiş tələb üzrə işə baxaraq, işdə olan ekspert rəylərini müqayisəli şəkildə qiymətləndirərək, bu barədə məhkəmənin gəldiyi nəticələri əsaslandırmışdır. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Az ərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya şikayətinin dəlilləri çərçivəsində iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-133/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar