Məhkəmə qərarları › İş №2(102)-4058/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4058/2020

05.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4058/2020 05.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili X5, Cavabdeh nümayəndəsi və vəkili səfərov Paşa İbiş oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, maddi zərərə görə 1500 manat və mənəvi zərərə görə 2000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İd diaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim R.Qafarova) xx xxxxxxxx 2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 71 manat və mənəvi zərərin əvəzi olaraq 100 manatın tutulub İddiaçı ödənilməsi, məhkəmə-tikinti texniki əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manatın 60 manat hissəsinin Cavabdeh, 40 manat hissəsinin İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Qurbanov (sərlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn) xx xxxxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmi ş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində ləğv edilməsi, maddi və mənəvi zərərin tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1200 manat və mənəvi zərərin əvəzi olaraq 300 manat, cəmi 1500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən işin bir sıra faktiki hallarını lazımi qaydada araşdırmamış, bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 66 saylı evin, 1 saylı mənzili iddiaçıya, həmin mənzildən yuxarı mərtəbədə yerləşən 4 saylı mənzil isə cavabdehə məxsusdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli X saylı qətnaməsi ilə iddiaçılar İddiaçı və X3 Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia qismən təmin edilərək, Cavabdeh X6 və X2 xeyrinə vurulmuş maddi zərərə görə 224 manat, 20 manat ödənilmiş dövlət rüsumu, c əmi 244 manatın tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 80 manatın Cavabdeh tutularaq dövlət nəfinə keçirilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı bildirir ki, o, təqaüdçüdür və bağda yaşayır. 2019-cu ilin yanvar ayında bağdan şəhər mənzilinə gələrkən yuxarı mərtəbədən su axıdıldığının şahidi olmuşdur. Cavabdehin mənzilindən dəfələrlə mənzilinə su axıdılmış və mənzilə dəyən ziyanı aradan qaldırmaq üçün dəfələrlə xeyli vəsait xərcləmişdir. Həyat yoldaşının şikayəti əsasında 151 saylı MKİS-nin rəisi və mühəndislərin, sahə polis inspektorunun və ustanın iştiraki ilə xx xxxxxx 2019-cu il tarixində akt tərtib edilmişdir. Hazırda, öz mənzilində yenidən təmir işlərinə başlamışdır. Təmir işlərinin aparılması üçün tələb olan tikinti materialların ın siyahısı və ustaların zəhmət haqqı usta tərəfindən tərtib edilmiş smetaya əsasən 1200 manat, söküntü və əlavə xərclərlə birlikdə cəmi dəymiş maddi ziyan 1500 manat təşkil edir. Uzun müddət ərzində cavabdehin günahı ucbatından onlar təqaüdçü ola-ola daimi əsəb gərginliyi şəraitində və mənəvi iztirab içində qalmağını nəzərə alaraq cavabdeh tərəfindən vurulmuş mənəvi zərərə görə 2000 manat məbləğində pul vəsaiti ona ödənilməlidir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, 2010-cu ildə İddiaçı mənzilinə su sızması və bunun nəticəsində maddi zərərə düşməsi əsasları ilə ona qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qətnaməsi ilə qət edilmiş məbləği İddiaçı ödəsə də, iddiaçı həmin məbləği su sızması nəticəsində əmələ gəlmiş zərərin aradan qal dırılmasına sərf etməmişdir. Həmin vaxtdan iddiaçının mənzilinin əşya saxlancı hissəsində gözlə görünə biləcək izlər qalmışdır. Faktiki olaraq iddiaçının mənzilinin hər hansı bir hissəsinə su sızmamışdır. İddiaçının iddia tələbinin əsası kimi “xxxx” MMC-nin dəymiş zərərin hesablanması barədə hesabatına əsaslanaraq ondan 1500 manat maddi zərər tələb etməsi qanuni və əsaslı ola bilməz. Belə ki, “xxxx” MMC özəl şirkət olduğu üçün ilk müraciət edən tərəf kimi iddiaçının maraqlarına uyğun hesabat aparması mümkündür. Belə ki, mənzilin əşya saxlanc yerinin cüzi bir hissəsinin iddiaçının iddia etdiyi kimi nəmlənməsinin təmir xərci 1500 manat məbləğində ola bilməz. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, maddi zərərin əvəzinin ödənilməsi barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1097.1-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddənin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda zərərin yaşayış sahəsinə su sızma nəticəsində dəydiyi iddia edildiyinə görə apelyasiya instan siyası məhkəməsi qeyd etmişdir ki, vurulmuş zərərə görə məsuliyyət Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən müəyyən edilir. Həmin maddənin tələblərinə görə əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 151 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli akta əsasən xidməti ərazilərində olan ünvan 1 ünvanında yaşayan X1 şikayəti əsasında sözü gedən mənzildə olmuşlar və müəyyən edilmişdir ki, həmin mənzilin üst mərtəbəsində yəni 4 saylı mənzildən Qasımovanın mənzilinə mütəmadi olaraq su xəttində olan nasazlıq nəticəsində su axıdılır. Bunun nətic əsində Qasımovanın sanitar qovşağına, hamamın və mətbəxin tavanına divarlarına, döşəmələrinə su axıntısı nəticəsində ziyan dəymişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2019cu il tarixli 16411 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə göstərilmişdir ki, 151 saylı MKİS-nin xx xxxxxx 2019-cu il tarixli aktının göstəricilərinə əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 66 saylı evin 1 saylı mənzilinə suyun üst mərtəbədə yerləşən 4 saylı mənzildən sızması, suyun sızmasının isə 4 saylı mənzildə yaşayan sakinlərin sudan nəzarətsiz istifadə edilməsindən baş verə bilməsi müəyyən edilmişdir. Lakin su sızmanın müddətinin (vaxtı, tarixi) müəyyən olunmas ına dair metodika olmadığından, 1 saylı mənzildən, su sızma nəticəsində, yaranmış qüsurların 2010-cu ilə təsadüf edə bilib-bilməməsini və 2010-cu ildən hazıradək olan müddət ərzində hansı dövrə təsadüf etməsini müəyyən etmək mümkün olmamışdır. Suyun sızması nəticəsində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 66 saylı evin, 1 saylı mənzilində əmələ gəlmiş mövcud qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin bazar qiymətlərinə uyğun olaraq 71 manat məbləğində olduğu müəyyən edilir. Qeyd olunan sübutlarla təsdiq olunur ki, cavabdehə məxsus mənzildən iddiaçıya məxsus olan mənzilə su sızma halları baş vermiş və bunun nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Belə olan halda isə Mülki Məcəllənin 1111.2-ci maddəsinə görə həmin zərərin əvəzi nin ödənilməsi vəzifəsi cavabdehə aiddir. Bununla yanaşı apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya dəymiş zərərin məbləği ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi və həmin rəydə qeyd olunanlarla razılaşmaq olmaz. Belə ki, ekspert qarşısında qoyulmuş suallardan belə nəticəyə gəlmək olur ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilində su sızma nəticəsində yaranmış izlərin 2010-cu ilə təsadüf etməsini və hazırki zərərin də həmin ildə tərəflər arasında su sızma ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi ilə müəyyən edilmiş zərər olmasını güman etmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu nəticəyə gəlmək üçün əsas yoxdur. Belə ki, keçən 10 il ərzində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(009)-60/2011 saylı qətnaməsinin icra olunmaması və iddiaçının mənzilinin təmir olunmaması ağlabatan və real deyildir. Bundan başqa cavabdehin mənzilində su xəttində olan nasazlıq nəticəsində iddiaçıya məxsus mənzilə mütəmadi olaraq su axıdılması və bunun nəticəsində iddiaçının mənzilində sanitar qovşağa, hamamın və mətbəxin tavanına, divarlarına, döşəmələrinə ziyan dəyməsi 151 saylı MKİS-nin rəisi, mühəndisi və sahə nəzarətçisi tərəfindən mənzillərə yerində baxış zamanı tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli aktla birbaşa təsdiq olunur (i/v 8). Həmçinin iddiaçı tərəfindən CD diskdə olan mənzilin görüntüləri təqdim olunmuşdur (i/v 74). Apelyasiya instansiyası məhkəməsi hemçinin qeyd etmişdir ki, bu fakt həm də “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli 190065 DT nömrəli hesabatı ilə öz təsdiqini tapır. Belə ki, həmin hesabat a əsasən ünvan 2 ünvanında yerləşən mənzilə dəymiş zərərin hesablanması məqsədi ilə qiymətləndirmə işi həyata keçirilmiş mənzilə dəymiş zərərin hesablanması yekun olaraq 1200 manat müəyyən edilmişdir. Həmin rəydə mənzilin fotoşəkilləri də əks olunmuşdur X Bundan başqa hazırki iddia ərizəsi məhkəməyə verilən zaman iddiaçı mənzilində təmir işlərinə başladığını bildirmiş və bununla bağlı sübutları məhkəməyə təqdim etmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş 15 fevral və xx xxxx 2019-cu il tarixli qaimə fakturalardan və iki ədəd xx xxxxxx 2019-cu il tarixli kassa çeklərindən görünür ki, iddiaçı tərəfindən mənzilin təmiri üçün müxtəlif tikinti materialları alınmışdır X Qeyd olunanlara əsasən müəyyən olunur ki, ekspertiza keçirilən zaman iddiaçıya məxsus mənzil artıq onun özü tərəfindən təmir edilmişdir. Ekspert isə məhkəmə tərəfindən onun qarşısında qoyulmuş suallara uyğun olaraq mənzilin hazırkı, yəni təmirdən sonrakı vəziyyətini tədqiq etmiş və buna görə də, həmin mənzildə əmələ gəlmiş mövcud qüsurların aradan qaldırılması üçün çəkilməli olan xərclərin çox cüzi, yəni cəmi 71 manat olması qənaətinə gəlmişdir. Halbuki yuxarıda qeyd olunduğu kimi mənzilin təmirdən əvvəlki vəziyyətinə uyğun olaraq tədqiqat aparılmalı idi. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli 190065 DT nömrəli hesabatından görünür ki, hesabat 151 saylı MKİS-in əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixli akt tərtib edildikdən qısa müddət sonra keçirilmiş və mənzilin əvvəlki, yəni təmirbərpadan əvvəlki vəziyyətinə uyğun olaraq tədqiqat aparılmışdır. Bu baxımdan apelyasiya məhkə məsi qənaətə gəlmişdir ki, hazırki işdə məhz həmin hesabat mötəbər sübut kimi qiymətləndirilməli və iddiaçıya dəymiş zərərin məbləği də hesabata uyğun olaraq 1200 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəll iflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ na görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə Smirnova Rusiyaya qarşı iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları... onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə a lınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əm ələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı mənəvi sarsıntı keçirmiş və buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, cavabdehin qanunsuz hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində onun mənzilindən iddiaçının mənzilinə su sızma halları baş vermiş və buna görə də, iddiaçı öz mənzilindən normal vəziyyətdə və rahat şəkildə istifadə etmək hüququndan məhrum olmuşdur. Qeyd olunanlar isə iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olan mənəvi sarsıntının keçirməsinə gətirib çıxartmışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbi qi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli Qərarının 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalı dır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mənəvi zərərin əvəzi kimi 300 manatın ağlabatan məbləğ kimi qiymətləndirilməsi barədə gəldiyi nəticəni əsaslı sayır. Beləliklə, Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar