Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4059/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh1, üçüncü şəxslər Tərtər rayon İcra Hakimiyyəti Başçısının Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə, Tərtər rayon bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın və onun verilməsi üçün əsas olmuş sənədlərin ləğv edilməsi tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), X2 və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı1 və vəkili X1 iştirakı ilə, Gəncə Ape llyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2286/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş 29.05.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, mübahisə predmeti olan Tərtər şəhəri, Nizami küçəsində yerləşən 0.0236 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınmışdır.
2. İddiaçı bildir ki, 2014-cü il tarixdə Tərtər rayon icra hakimiyyəti Başçısı tərəfindən bələdiyyəyə məxsus torpaq sahəsində e v tikdirmək üçün icazə almış və həmin torpaq sahəsində iki mərtəbəli ev tikmişdir. Ev tikdikdən sonra müvafiq sənədləşmə aparmaq istərkən Nizami küçəsində yerləşən həmin torpaq sahəsinin Cavabdeh1 adına sənədləşdirilmiş olduğunu bilmişdir. Qeyd olunan qanun pozuntusunun olduğunu öyrənən kimi həmin sənədin saxta olması bildirərək müvafiq qanuni tədbir görülməsi üçün 19 avqust 2019-cu il tarixdə Tərtər rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, Tərtər rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X4 tərəfindən 11 sentyabr 2019-cu il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan şikayət vermiş və Tərtər rayon məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli qərarı ilə Tərtər rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X4 tərəfindən qəbul edilmiş 11 sentya br 2019-cu il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərar ləğv edilmiş, qərarın təsviri hissəsində göstərilən məsələlər yenidən araşdırılması qərara alınmışdır. Həmin qərarla sübut olunur ki, mübahisələndiridiyi torpaq sahəsinə dair çıxarış tam qanun posuntusu ilə əldə edilmişdir. Ev tikdirərkən işıq tarnsfarmotorunu 7 metr kənara çəkdirərək ərazini hasarlamışdır. Hasarlanan torpaq sahəsi onun mülkiyyətində, transfarmator yerləşən torpaq sahəsi isə bələdiyyəyə məxsus olmuşdur. Bələdiyyədən transfarmator yerləşən torpaq sahəsinin satılıb-satılmamasını öyrənərkən, həmin torpaq sahəsinin satılmadığı barədə ona rəsmi qaydada arayış verilmişdir. Həmin torpaq sahəsinin bələdiyyə tərəfindən satılmadığı təqdirdə Cavabdeh1 qeyri qanuni yolla həmin torpaq sahəsinin mülkiyyətinə ve rilməsinə dair çıxarış almışdır. Xeyli müddətdir ki, həmin torpaq sahəsi onun istifadsindədir. Həmin torpaq sahəsi satılacağı təqdirdə ilk növbədə ona təklif olunmalı idi. Bundan başqa o ƏMDK sədrinin qəbulunda olarkən həmin torpaq sahəsinin alınması üçün Kapital Bank ASC-yə rüsum və ya xidmət haqqı ödənilmədiyi məlum olmuşdur
3. Cavabdeh1 nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirir ki, Cavabdeh1 Tərtər şəhəri Nizami küçəsində yerləşən 0.0236 ha torpaq sahəsini Tərtər bələdiyyəsindən qanuni əsaslarla almış və həmin torpaq sahəsi 29.05.2018-ci il tarixli, ********** saylı çıxarışla Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. Bu zaman Cavabdeh1 tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir.
4. Üçüncü şəxs Tərtər Bələdiyyəsinin nümayəndəsi bildirir ki, Tərtər bələdiyyəsinin 1 2 saylı 16 noyabr 2007-ci il tarixli iclas qərarı ilə Tərtər şəhəri Nizami küçəsində yerləşən 0.0236 ha torpaq sahəsi 238 manat müqabilində Cavabdeh1 satılmışdır. Satılmış torpaq sahəsinin dəyəri dəyəri tam şəkildə Cavabdeh1 tərəfindən bələdiyyə büdcəsinə ödənilmişdir. Həmin torpaq sahəsi qanuni əsaslarla Cavabdeh1 satılmış və həmin vaxt heç bir qanun pozuntusuna yol verilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı1 Cavabdeh1, üçüncü şəxslər Tərtər rayon İcra Hakimiyyəti Başçısının Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə, Tərtər rayon bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Tərtər Rayo n Məhkəməsinə müraciət edərək, 214-cü ildən onun istifadəsində olan 0.06 ha torpaq sahəsinin 0.0236 ha hissəsinə dair verilmiş 29.05.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli, RX seriyalı ******* çıxarışın və həmin çıxarışın verilməsi üçün əsas olmuş bütün sənədlərin ləğv edilməsi və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bərdə Rayon Məhkəməsinin (hakim Ə.Kərimov) 28 fevral 2020-ci il tarixli, 2(021)-1158/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi çıxarışın verilməsinə əsasən cavabdehlə bələdiyyə arasında bağlanmış alqı-satqı müqaviləsi olmuşdur. Belə ki, iş üzrə cavabdeh bələdiyyədən torpaq almaq üçün 238 mana t ödəniş etmiş və Tərtər Bələdiyyəsinin 16 noyabr 207-ci il tarixli qərarı ilə ona torpaq sahəsi ayrılmışdır. Məhkəmə həmin alqı-satqı müqaviləsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı həmin müqavilədə tərəf kimi çıxış etməmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehlərə qarşı tələbləri yalnız onların arasında yaranmış öhdəliklərə aid edilə bilərdi və iddiaçının tələbi tərəf olmadığı müqavilənin ləğvinə səbəb ola bilməz. Buna görə də, iddiaçı sözügedən müqavilənin ləğv edilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququna malik deyil. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Mamedov (sədrlik edən və məruzəçi), A.Bayramov və F.Mehtiyev) 24 sentyabr 2020-ci il tarixli, 2(104)-2286/20 nömrəli qətnaməsi ilə apellyas iya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 28.02.2020-ci il tarixli 2(021)-1158/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, Cavabdeh1 ərizə ilə bələdiyyətə müraciət etmiş, onun ərizəsi nəzərə alınmış və mübahisəli torpaq sahəsinin satılması qərara alınmışdır. Bundan sonra torpaq sahəsinin alqı-satqısı üzrə akt tərtib edilmiş, onun tərəfindən torpaq sahəsinin dəyəri ödənilmiş, torpaq sahəsi ona təhvil verilmişdir. Bundan sonra onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi müqavilənin tərəfi olmuş şəxsin həmin müqavilənin ləğvini xahiş etməyə hüququ vardır. İddiaçı isə həmin müqavilə üzrə tərəf deyildir. Bu isə onun subyektiv hüququnun olmamasına dəlalət edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti işin faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Həmçinin İddiaçı1 qeyd etmişdir ki, həm rayon məhkəməsində, həm apellyasiya instansiya məhkəməsində onun iddiasının əsas xətti ondan ibarət olmuşdur ki, mülkiyyət hüququnun əldə edilməsinə əsas olmuş sənəd saxtalaşdırılmışdır və bu barədə məhkəməyə həm o, həm də bələdiyyə nümayəndəsi kifayət qədər əsaslı sübutlar təqdim etmişlər. Lakin hər iki instansiya məhkəməsi inadla bu sübutları görməzdən gəlmiş, həmin sübutların iş materiallarında olmasına göz yummuş, onların niyə qəbul olunmasına dair qətnamədə bir kəlmə olsun fikir bildirməmişdirlər və izah verməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı verilmiş etiraz onunla əsaslandırlmışdır ki, həm birinci instansiya məhkəməsi, həm də Gəncə apellyasiya məhkəməsi iş üzrə tətbiq etdikləri maddi və prosessual hüquq normalarında yanlışlığa yol verməmişlər. Belə ki, Azərbaycan Respublikası ƏDK yanında Torpaqların Dövlət idarəetməsinin təşkili üzrə dövlət agentliyinin Cavabdeh1 ünvanlandırdığı 21 oktyabr 2019-cu il tarixli, ******** **37 saylı məktubunda qeyd etmişdir ki, İddiaçı1 tərəfindən sözügedən ünvanda tikinti işlərinin aparıldığı torpaq sahəsinə dair qanunla müəyyən edilmiş mülkiyyət istifadə və ya icarə hüququnun olmadığı müəyyən edilmiş və faktla bağlı Tərtər rayon Polis Şöbəsində məktub göndərilmişdir. Bundan başqa, iddiaçı zamanında Cavabdeh1 Tərtər rayon polis şöbəsinə də şikayət ərizəsi vermişdir. Tərtər rayon PŞ TB-ndə araşdırlma aparılmış və nəticədə TB-i 09.09.2019-cu il tarixli HK-1\1020 saylı Cinayət işi başlanmasının rədd edilməsi barədə Qərar qəbul etmişdir. Həmin Qərarda təhqiqatçı göstərmişdir, ki araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı1 Tərtər rayonu Nizami küçəsində tikdirdiyi tikilinin yerləşdiyi torpaq sahəsi Cavabdeh1 adına olan çıxarışda öz əksini tapmamışdır. Bu əsasla da təhqiqat cinayət işini rədd etmişdir. Cavabdeh1 həmçinin qeyd etmişdir ki, ******* saylı, 29.05.2018-ci il tarixli Çıxarışla ona məxsus 0.0236 ha torpaq sahəsi Tərtər şəhər Bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli, 12 saylı İclasının Qərarı ilə 238 manat məbləğində Tərtər bələdiyyəsinin hesabına pul ödəməklə ona ayrılmışdır. Həmin Qərarla bağlı DT və XK rayon şöbəsi 30 oktyabr 2007-ci il tarixli, 274 saylı Akt tərtib edilmişdir. Daha sonra DT və XK-nin həmin torpaq sahəsinin ayrılması ilə bağlı 28.11.2014-cü il tarixli, 28 saylı arayış verilibdir. Bu sadalanan sənədlərin əsasında torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Habelə, ünvan 1 ünvanında Cavabdeh1 ******* saylı, 13.12.2014-cü il tarixli Çıxarışla 0.033 ha məhlə yeri olan torpaq sahəsi ayrılmışdır. Gəncə Apellyasiya Məhkəmə sinin öz qətnaməsində gəldiyi nəticəni və verdiyi qərara dair maddi normativ hüquqi və prosessual hüquqi normativ aktlara istinad edilən dəlillər əsasında düzgün və obyektiv nəticəyə gəlmiş, işi hər tərəfli araşdırmış, iş üzrə obyektiv və qərəzsiz, qanuni və əsaslı qərar qəbul etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab e tmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
16. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.
17. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məh kəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 261.0.1. İş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
22. Maddə 262.3. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etm əli olmasını göstərməlidir.
23. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
25. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zə rurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün ilk növbədə hazırkı iddiaya mülki mühakimə icraatında baxılmalı olub-olmaması araşdırılmalıdır.
28. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli qərarının 17-ci bəndinə görə, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışl ama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə in zibati məhkəməyə müraciət edilə bilər.
29. Hazırkı işdə iddiaçının əsas tələbi inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi 29.05.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli, RX seriyalı, ******* №-li çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin ləğv edilməsi barədədir.
30. Belə olan halda, həmin çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın inzibati orqanın aktı, yoxsa mülki hüquqi əqd əsasında aparılması işin məhkəmə aidiyyəti baxımından mühüm əhəmiyyət kəsb edir.
31. Tərəflər bildirirlər ki, həmin qeydiyyat bələdiyyə orqanının qərarı əsasında aparılmışdır. Eyni zamanda işdə olan, Tərtər rayon Tərtər Bələdiyyəsinin 16.11.2007-ci il tarixli, 12 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh1 ərizəsi nəzərə alınaraq Tər tər şəhərinin Nizami küçəsindəki bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatına yararlı ərazidən həyətyanı məqsədilə 0,0236 ha torpaq sahəsi satılmışdır.
32. Belə olan halda, daşınmaz əmlakın dövlət reyestrindən cavabdehə verilmiş çıxarış üzrə qeydiyyatın bələdiyyə orqanının qərarı, yoxsa mülki hüquqi əqd əsasında aparılması araşdırılmalıdır.
33. Araşdırma nəticəsində qeydiyyatın inzibati akt əsasında aparıldığı aşkar edilərsə bu hal mülki iş üzrə icraata xitam verilməsi üçün əsasdır.
34. Məlum olduğu kimi iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verməlidir (§ 21-22).
35. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə baxılmalı deyildirsə müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa (məhkəmədən kənar) orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməy ə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və s.) qaydasında baxılmalı olmasını ehtiva edir.
36. Sözügedən qeydiyyatın mülki hüquqi əqd əsasında aparıldığı aşkar edildikdə isə işə mahiyyəti üzrə baxılmalıdır. Bu zaman iddiaçının bildirdiyi faktiki hallar nəzərə alınmaqla, onun tələbinin RX seriyalı, ******* №-li çıxarışın əsasında duran əqdin ləğv edilməsi, yoxsa etibarsız sayılması barədə olması aydınlaşdırılmalı və nəticəsindən asılı olaraq iddiaya hüquqi qiymət verilməlidir.
37. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almadığı, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsas landırmadığı üçün məhkəmə aktı ləğv edilməli, yuxarıda göstərilənlər diqqətə alınmaqla mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. (§ 20, 24).
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2286/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.