Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-406/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Xələfov İlqar Rəhim oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Vnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim İ.Xəlilov) xx.xx.2009-cu il tаrixli, xxx saylı qiyabi qətnaməsi ilə İddiaçı cavabdeh “X3” ASC-yə qarşı “əmək xəsarəti nəticəsində təyin edilmiş ödəncin ödənilməsi” tələbinə dair iddiası təmin edilərək, xx.xx.2009-cu il tarixədək İddiaçı səhhətinə vurulmuş ziyana görə ödənilməmiş qalmış cəmi 5642.80 manat pulun və 01.01.09-cu il tarixdən başlayaraq sonrakı hər ay üçün ömürlük olaraq (müəyyən şəraitdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada təshih edilmək şərti ilə) iddiaçının xeyrinə 91.84 manat pulun cavabdeh “X3” ASC-dən tutulması qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim R.Mürsəlov) xx.xx.2018-ci il tаrixli, xxx saylı qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2009-cu il tаrixli, xxx saylı qiyabi qətnaməsinin ləğv edilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim R.Mürsəlov) xx.xx.2018-cu il tаrixli, xxx sayl ı qətnaməsi ilə İddiaçı cavabdeh “X3” ASC-yə qarşı “əmək xəsarəti nəticəsində təyin edilmiş ödəncin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov, Ş.Məmmədova, N.Cəfərov) xx.xx.2018-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tаrixli, xxx/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilərək, cavabdeh “X3” ASC-dən xx.xx.2008ci ilədək olan dövr üzrə hər ay ödənilməli ödənc məbləği 4995 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər S.Hacıyev, Q.Əsgərov, E.Vəliyeva) xx.xx.2019-cu il tarixli xxx saylı qərarı iləcavabdeh “X3” ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasınınxx.xx.2018-ci il tarixli, xxx nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Kərimli, X.Cəmilova, E.Şamayev) xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Qaradağ Rayon Məhkəməsininxx.xx.2018-ci il tаrixli, xxx/2018 saylı qətnaməsinin İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şik ayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh “X3” ASC-yə qarşı “əmək xəsarəti nəticəsində təyin edilmiş ödəncin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu təşkilat olan “X3” ASC-dən sağlamlığına vurulmuş ziyana görə təyin edilmiş ödəncin tam hesablanaraq, habelə mənəvi ziyana görə 3000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, xxx/2018 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və onun vəkili V kassasiya şikayətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1986-cı il tarixdə işlədiyi Rnda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış, həmin xəsarətlə bağlı1987-ci il tarixdən 2-ci qrup əlil kimi işlədiyi müəssisədən zərərə görə ona ödənc verilmiş, 1999-cu il tarixdən heç bir əsas olmadan ödənclər kəsildiyindən uzun illər aidiyyəti qurumlara şikayət ərizələri ilə müraciət etmiş, şikayətləri əsasında X7 araşdırmalar aparmış, müəyyən edilmişdir ki, cavabdehin ona xx.xx.2002-ci il tarixə kimi zərərə görə 2323.600 manat məbləğində borcu vardır. Cavabdeh borcunu etiraf etmiş, X4 ünvanlandığı xx.xx.2002-ci il və xx.xx.2002-ci il tarixli məktublarda borcun ödəniləcəyini, buna görə pul ayrılacağını bildirmişdir. Sonradan həmin pul ödənilmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətini təmin etməyərək, gəldiyi nəticəyə görə, R ilə hüquqi varisinin cavabdeh olduğu X2 və X2 ayrı-ayrı hüquqi şəxslər olduğuna görə Rnda işləyərkən iddiaçının aldığı istehsalat xəsarətinə görə iddiaçı cavabdehdən ödənc tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sorğuya cavab olaraq Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinn İİ Dövlət Proqramı”na uyğun olaraq Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 166 nömrəli sərəncamı ilə “Azərtikinti matrealsənaye” X5 Tikinti və X1 bazasında” X3” ASC yaradılmış və səhmləri tam özəlləşdirilərək xüsusi mülkiyyətə keç mişdir. Göründüyü kimi əmək xəsarəti nəticəsində təyin edilmiş zərərə görə ödəncin ödənilməsi “X3” ASC-nin üzərinə düşür. Belə olan halda apellyasiya instansiyası məhkəməsi düzgün qətnamə qəbul etməmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx saylı qətnaməsinin ləğv edilməsi, həmin məhkəmənin bu iş üzrə xx.xx.2018-ci il tarixli, xxx saylı qətnaməsinin qüvvədə saxlanılmasıbarədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdeh “X3” ASC-nin və 3-cü şəxs Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbə bləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili V kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, mülki iş materiallarında olan sübut lardan görünür ki, İddiaçı 1978-ci ildən Bakı məişət kondisionerləri zavodunda əmək fəaliyyətinə başlamış, 1985-ci ilə qədər müxtəlif müəssisələrdə işləmiş, cinayət törətməyə görə şərti cəzaya məhkum edildiyindən xx.xx.1985-ci il tarixdən Qaradağ rayonu xxxx qəsəbəsində yerləşən Rnda yükvuran fəhlə kimi işləməyə başlamışdır.xx.xx.1986-cı il tarixdə saat 11 radələrində əmək vəzifələrini yerinə yetirdiyi vaxt bədbəxt hadisə baş vermiş, hadisə nəticəsində iddiaçı yıxılmış, başının sol nahiyəsi daşa dəymiş və tibbi yardım göstərilməsi üçün 14 saylı tibb məntəqəsinə çatdırılmışdır. Baş vermiş bədbəxt hadisə müəssisəsinin rəhbərliyi tərəfindən araşdırılmış və Rnda 28.08.86-cı il tarixdə "İstehsalatla əlaqədar bədbəxt hadisə haqqında" N-1 formalı 5 saylı akt tərtib edilmişdir. R üzrə 21.01.87-ci il tarixli 5/k saylı əmrlə əlillik dərəcəsinin müəyyən edilməsi əsası ilə iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. Bakı şəhəri Nərimanov rayon sosial təminat şöbəsi tərəfındən verilmiş 716056 saylı vəsiqənin surətinə əsasən, İddiaçı ömürlük İİ qrup əlillik müəyyən edilməklə, ona 1995-ci ildən əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayd a) başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 232-ci maddəsinin 3-cü bəndinə əsasən, iş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyi vaxtadək ödənilməlidir. Həmin Məcəllənin 239-cu maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində d əymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarl a müəyyən edilir. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Oxşar müddəalar İddiaçı istehsalat xəsarəti aldığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 172-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, işçilər öz əmək vəzifələrini yerinə yetirərkən şikəst olduqda və ya səhhətləri pozulduqda müəssisə, idarə və təşkilat onlara dəyən zərər üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq maddi məsuliyyət daşıyır. İddiaçı iddia tələbini xx.xx.1986-cı ildə işlədiyi Rnda istehsalat xəsarəti alması ilə əsaslandırmış və ona dəymiş ziyanın əvəzinin "X3" ASC tərəfindən ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddia tələbi "X3" ASC-yə qarşı yönəlsə də, məhkəmə araşdırması zamanı həmin Cəmiyyətin iddiaçının xəsarət aldığı zaman işlədiyi Rnın hüquqi varisi olması müəyyən edilməmişdir. Belə ki, məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi xx xxxx 2019-cu il tarixli **********91 saylı cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli 393 nömrəli sərəncamı ilə “Azərtikintimaterialsənaye” Dövlət Konserninin M.Nəzərov adına Tikinti materialları kombinatının əsasında “xxxx” ASC yaradılmışdır. Həmin səhmdar cəmiyyətinin səhmlərinin özəlləşməsi xx.xx.2003-cü il tarixində başa çatmış və müəssisə bununla tam olaraq xüsusi mülkiyyətə keçmişdir. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli 166 nömrəli sərəncamı ilə “Azərtikintimaterialsənaye” X5 Tir və X1 bazasında “X3” ASC yaradılmışdır. Həmin Səhmdar Cəmiyyətinin özəlləşməsi xx.xx.2002-ci il tarixdə tam başa çatmış, müəssisə xüsusi mülkiyyətə keçmişdir. “xxxx” ASC və “X3” ASC “Azərtikintimaterialsənaye” Dövlət Konserninin ayrı-ayrı kombinatlarının əsasında yaradılmış və hər biri müstəqil hüquqi şəxslər olmuşdurlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı Apelyasiya Məhkəməsinə ünvanladığı xx xxxx 2019-cu il tarixli **********11 saylı məktubda da R ilə X2 və X1 ayrı-ayrı müəssisələr olduğu qeyd olunmuşdur. Qeyd edi lənlərə əsasən apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçının xəsarət aldığı R ilə hüquqi varisinin cavabdeh olduğu X2 və X2 ayrı-ayrı hüquqi şəxslər olduğuna görə İddiaçı Rnda işləyərkən aldığı istehsalat xəsarətinə görə “X3” ASC-dən ödənc tələb etməkdə haqlı deyil. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya kollegiyası iddianın təmin edilməməli olması barədə mövqeyini düzgün olaraq iddiaçının xəsarət aldığı R ilə hüquqi varisinin cavabdeh olduğu X2 və X2 ayrı-ayrı hüquqi şəxslər olduğuna görə İddiaçı Rnda işləyərkən aldığı istehsalat xəsarətinə görə “X3” ASC-dən ödənc tələb etməkdə haqlı olmaması ilə əsaslandırmışdır. Hazırda kassasiya şikayətində iddiaçı Azərb aycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin məhkəmənin sorğusuna vermiş olduğu cavabla zərərə görə ödəncin ödənilməsinin “X3” ASC-nin üzərinə düşməsinə istinad etsə də, qeyd edilən sorğuya cavabla həmin halın mövcudluğu müəyyən edilmir. Kassasiya yoxlaması zamanı da apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MP M-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-406/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-406/2020
03.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver