Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-406/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-406/21 (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ekspert rəyinə düzgün qiymət verilməməsi) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının 2(107)61/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı Cavabdeh, qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması və torpaq münasibətlərinin nizama salınması, torpaq sahəsinin sərhəd nöqtələrinin müəyyən edilərək naturada Dövlət Aktına uyğunlaşdırılaraq onun istifadəsinə verilməsi, iddia ərizəsi üçün banka ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, torpaq islahatı ilə ə laqədar Yevlax rayonu, Tanrıqulular kəndində iddiaçıya və 5 nəfər ailə üzvünə 3,36 ha pay torpaq sahəsi verilmişdir,
3. İddiaçının torpağa mülkiyyət hüququ xx.xx.2015-ci il tarixli çıxarışla təsdiq edilir.
4. İddiaçının qonşu torpaq sahəsində yerləşən Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin 1.0 ha sahəsini zəbt etmiş və uzun müddətdir ki, zəbt etdiyi həmin torpaq sahəsindən qanunsuz istifadə etməkdə davam edir.
5. İddiaçı dələlərlə Tanrıqulular kənd Bələdiyyəsinə və Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Tanrıqulular kənd İƏD üzrə nümayəndəliyinə və Yevlax Şəhər İcra Hakimiyyəti Başçısına rəsmi ərizələrlə müraciət edərək bu qanunsuzluğun aradan qaldırılması barədə tədbir görülməsini xahiş etmişdir. Lakin heç bir tədbir görülməmişdir.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29, Mülki Məcəllənin 157, 164, Torpaq Məcəlləsinin 103 və 111-ci maddələrinə istinad etmişdir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzinin 17 saylı Yevlax Layihə-Tədqiqat İdarəsi üçüncü şəxs kimi qoyulmuşdur.
8. Cavabdeh iddiaya etiraz olaraq göstərib ki, Yevlax rayonu Tanrıqulular kəndində 0.5660 ha pay torpaq sahəsi RX seriyalı, ******* nömrəli çıxarışa əsasən onun mülkiyyətindədir. İddiaçının torpaq sahəsini zəbt etməmişdir. Özünə məxsus torpaq sahəsindən istifadə edir. Bunu müəyyən etmək üçün ekspertiza keçirilməlidir.
9. Birinci instansiya məhkəməsi xx xxxxxx 2018-ci il tarixli qərardadla iş üzrə mütəxəsis rəyinin verilməsin i qərara almışdır.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2018-ci il tarixli, 227 №-li mütəxəssis rəyində qeyd olunur ki, Yevlax rayon Tanrıqulular kəndində yerləşən İsmayılov Rəhman Kərim oğluna, X1, X4, X5, X3 və X7 RX seriyalı ******* nömrəli çıxarışa əlavə olunan plan-ölçüdəki koordinatlara əsasən göstərilən torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları (JN-104 nömrəli Dövlət aktı) arasında uyğunsuzluq vardır. İddiaçı və ailə üzvlərinə verilmiş JN-104 nömrəli Dövlət Aktındakı 3.36 ha torpaq sahəsinin cizgisindəki və elektron bazadakı yerləşmə sxeminə əsasən faktiki istifadə etdiyi 2.57 ha torpaq sahəsinin döngə nöqtələri müəyyənləşdirildi. Cavabdeh istifadə etdiyi, mübahisələndirilən 0.79 ha torpaq sahəsi, İddiaçı və ailə üzvlərinə JN-104 nömrəli Dövlət Aktı ilə verilmiş 3.36 ha torpaq sahəsinin sxemindəki sərhəddinin hüdudları daxilində yerləşdiyi müəyyən edildi. Cavabdeh, Tağıyeva Qərənfil Hüseyn qızının, X8, X17 oğlunun, X10 ümumi birgə mülkiyyətinə RX seriyalı ******* nömrəli çıxarışla verilmiş 1.36 ha, RXD seriyalı ******* nömrəli çıxarışla verilmiş 0.56 ha, RX seriyalı ******* nömrəli çıxarışla verilmiş 1.67 ha torpaq sahələrinin plan və ölçü sənədləri təqdim edilmədiyindən, cavabdehlərin torpaq sahələrinin yerini müəyyən etmək mümkün olmadı. Yerini müəyyən etmək mümkün olmadığından üst-üstə düşməni təyin etmək mümkün olmadı.
11. Yevlax Rayon Məhkəməsinin 2(039)-230/2019 nömrəli, 27 mart 2019-cu il tаrixli qətnaməsi ilə iddiа qismən təmin edi lmiş, Cavabdeh İddiaçı ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan 3.36 ha sahəsinin hüdudları daxilində olan 0.79 ha torpaq sahəsindən çıxarılması, iddia ərizəsinin verilməsi üçün banka ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumunun əvəzinin Cavabdeh İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi və mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc 108,12 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müvafiq hesabına ödənilməsi qət edilmişdir. (hakim Toğrul Əliyev)
12. Məhkəmə toplanmış sübutlara, o cümlədən mütəxəssis rəyinə hüquqi qiymət verərək müəyyən etmişdir ki, Yevlax rayonu Tanrıqullar kəndində yerləşən 3.36 ha torpaq sahəsi İddiaçı və onun 5 ai lə üzvünün ümumi birgə mülkiyyətindədir.
13. Mütəxəssis rəyinə görə qeyd edilən torpaq sahəsinin hüdudları daxilində 0.79 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilməkdədir. Mütəxəssis rəyinin əsassızlığına dair hər hansı hal müəyyən edilməmişdir.
14. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlib ki, iddiaçının ümumi birgə mülkiyyətində olan torpaq sahəsindən tam olaraq istifadəsinin cavabdeh tərəfindən məhdudlaşdırılması təsdiqini tapır və bu səbəbdən iddia qismən təmin edilməli, mütəxəssis rəyində qeyd edilən sahədən cavabdeh çıxarılmalıdır.
15. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 139.1, 140, 157.1, 157.5, Torpaq Məcəlləsinin 5-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh apelyasiya şikayəti verib, qətnamən in ləğv, iddianın rədd tedilməsini xahiş edib.
17. Apelyasiya şikayəti belə əsaslandırılıb ki, cavabdehə və ailə üzvlərinə 3,6 ha torpaq sahəsi ayrılıb, torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı var. Cavabdeh həmin Aktda göstərilən cizgilər daxilində torpaqdan istifadə edir.
18. Ekspertiza təyin edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi mütəxəssis rəyinə əsasən qanunsuz qətnamə qəbul etmişdir.
19. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 27 iyun 2019-cu il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin etmiş, ekspert qarşısında iddiaçı ilə cavabdehin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi, iddiaçıya məxsus torpağın cavabdeh tərəfindən zəbt edilib-edilməməsi barədə suallar qoyulmuşdur.
20. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 10/ 966 saylı ekspert rəyində göstərilib ki, Cavabdeh ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin məkan göstəricilərini əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilmədiyindən həmin torpaq sahəsinin İddiaçı ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün deyildir. xx xxxxx 2015-ci il tarixli Çıxarışla iddiaçının mülkiyyətinə qeydiyyata alınmış 3,36 ha torpaq sahəsinin koordinatları daxilində yerləşən torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi arasında uyğunsuzluq vardır. İddiaçı JN-104 nömrəli Dövlət Aktına əsasən mülkiyyətində olan 3,36 ha torpaq sahəsinin cizgisindəki yerləşmə sxeminə əsasən istifadə etdiyi torpaq sahəsinin döngə nöqtələri müəyyənləşdi və aşkar olundu ki, İddiaç ı JN-104 nömrəli Dövlət Aktına əsasən mülkiyyətində olan 3,36 ha torpaq sahəsinin 0.79 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir.
21. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-61/2020 nömrəli, 02 iyul 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Ayaz Mahmudov)
22. Apellyasiya instansiyası müəyyən etmişdir ki, torpaq islahatı ilə əlaqədar Yevlax rayonu Tanrıqulular kəndində iddiaçıya və 5 nəfər ailə üzvünə 3,36 ha pay torpaq sahəsi ayrılmışdır. Bu barədə iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqq ında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir.
23. Apellyasiya instansiyası Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 10/966 nömrəli ekspert rəyinə istinadən qeyd etmişdir ki, iddiaçının JN-104 nömrəli dövlət aktına əsasən mülkiyyətində olan 3.36 ha torpaq sahəsinin 0.79 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir.
24. Apellyasiya instansiyası qeyd edilənlərə əsasən şikayətin dəlilləri əsassız hesab edərək birinci instansiya məhkəməsinin gəldiyin nəticə və tətbiq etdiyi maddi hüquq normalarını işin hallarına uyğun hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci, həm də apelyasiya instansiyalarında iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Ancaq hər iki ekspertiza zamanı mütəxəssis rəyini eyni şəxs tərtib etmişdir.
27. Həmçinin rəyin obyektivliyi şübhələr yaradır. Çünki qərardadın birinci və ikinci sualları üzrə mütəxəssis “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilmədiyindən həmin torpaq sahəsinin İddiaçı ümumi birgə mülkiyyət hüququ üzrə məxsus torpaq sahəsi ilə üst-üstə düşüh-diişmədiyini müəyyən etmək mümkün olmadığı qeyd olunmuşdur. Halbuki mütəxəssis həmin sənədi tərəflərdən tələb etmək, həmin hissəsini ətraflı araşdırmal ı idi. Eyni zamanda da ekspert də həmin hissəyə səthi yanaşmış, bununla bağlı heç bir sənəd tələb etmədən rəy vermişdir.
28. Apellyasiya instansiyası məhkəməsi isə bu hissəylə bağlı heç bir mövqeyini bildirməmiş, işi tam və hər tərəfli araşdırmamışdır.
29. Kassasiya şikayətinə qarşı iddiaçının yazılı etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin formal dəlillərə əsaslanmasına istinad edilib. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
31. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti nin Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzinin 17 saylı Yevlax Layihə-Tədqiqat İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişdir. İddiaçı isə teleqram vuraraq səhhəti və nəqliyyat problemi ilə əlaqədar məhkəmə iclasına gəlmək imkanının olmamasını bildirmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçının və üçüncü şəxsin nümayənədəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyy ət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. M addə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdır ma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərard adın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
33. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə koll egiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarının düzgün hesab etmir.
33. Belə ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-cu il tarixli, 10/966 saylı ekspert rəyi ilə əsaslandırsa da, həmin rəyi Mülki Prosessual Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirməmişdir.
34. Ekspert rəyində göstərilib ki, Cavabdeh ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin məkan göstəricilərini əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilmədiyindən həmin torpaq sahəsinin İddiaçı ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan torpa q sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün deyildir. xx xxxxx 2015-ci il tarixli Çıxarışla iddiaçının mülkiyyətinə qeydiyyata alınmış 3,36 ha torpaq sahəsinin koordinatları daxilində yerləşən torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi arasında uyğunsuzluq vardır. İddiaçı JN-104 nömrəli Dövlət Aktına əsasən mülkiyyətində olan 3,36 ha torpaq sahəsinin cizgisindəki yerləşmə sxeminə əsasən istifadə etdiyi torpaq sahəsinin döngə nöqtələri müəyyənləşdi və aşkar olundu ki, İddiaçı JN-104 nömrəli Dövlət Aktına əsasən mülkiyyətində olan 3,36 ha torpaq sahəsinin 0.79 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir.
35. Göründüyü kimi ekspert rəyi ziddiyyətlidir. Rəydə əvvəlcə iddiaçıya və cavabdehə (onların ailə üzvlərinə) məxsus torpaq sahələrinin üst-üstə düşüb-düşməm əsini müəyyən etməyin mümkün olmaması göstərildiyi halda, sonradan JN-104 nömrəli Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan 3,36 ha torpaq sahəsinin 0.79 ha hissəsinin cavabdeh tərəfindən istifadə edilməsi qeyd edilir.
36. Rəydə iddiaçıya və cavabdehə (onların ailə üzvlərinə) məxsus torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etməyin mümkün olmamasının səbəbi kimi Cavabdeh ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin məkan göstəricilərini əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilməməsi göstərilib. Halbuki Cavabdeh və ailə üzvlərinin torpağa mülkiyyət hüququna dair ilkin olaraq JN-635 saylı Dövlət Aktı, sonradan isə verilmiş Çıxarışı var və həmin Aktın, Çıxarışın ekspertiza tədqiqatına hansı səbəbdən təqdim edilməməsi məlum deyil, bun unla bağlı ekspert də vəsatət verməyib. Nəticədə cavabdehə ayrılmış torpaq sahəsinin naturada yerinin müəyyən edilib-edilməməsinin ən azı JN-635 saylı Dövlət aktındakı göstəricilər üzrə mümkünlüyü ekspertiza tədqiqatından kənarda qalıb.
37. Bundan başqa, rəydə qeyd edilib ki, xx xxxxx 2015-ci il tarixli Çıxarışla iddiaçının mülkiyyətinə qeydiyyata alınmış 3,36 ha torpaq sahəsinin koordinatları daxilində yerləşən torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi arasında uyğunsuzluq vardır. Rəydə cavabdehin iddiaçıya məxsus torpağın 0.79 ha hissəsindən istifadə etməsi iddiaçının torpağa dair ilkin sənəd olan JN-104 nömrəli Dövlət Aktına əsasən müəyyən edilib.
38. Amma nəzərə alınsa ki, iddiaçının 3,36 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sonuncu sənəd xx xxxxx 2015-ci il tarixli Çıxarışdır və həmin Çıxarışa əsasən də iddiaçının mülkiyyətinə qeydiyyata alınmış 3,36 ha torpaq sahəsinin koordinatları daxilində yerləşən torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi arasında uyğunsuzluq vardır, belə olan halda zəbtin ilkin sənəd olan JN-104 nömrəli Dövlət Aktına əsasən müəyyən edilməsi əsaslı sayıla bilməz.
39. Qeyd edilən hallar göstərir ki, apellyasiya məhkəməsi ekspert rəyinə formal yanaşmış, rəyi MPM-in 88 və 103.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun qiymətləndirməmişdir.
40. Birinci instansiya məhkəməsi ziddiyyətli, tam olmayan mütəxəssis rəyinə istinad etməklə iddianı qismən təmin etmiş, apellyasiya məhkəməsi də aldığı ekspert rəyindəki ziddiyyətlərə diqqət yetirməmiş, onların aradan qaldırılması yönündə heç bir prosessual hərəkət etm əmiş, eyni səhvi təkrarlayaraq qətnaməni dəyişdirmədən saxlamaqla səhvə yol vermişdir.
41. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, tətbiq edilən maddi hüquq normaları da işin müəyyən edilmiş hallarına uyğun olmamışdır. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir. Bu iddiaların təmin olunmasının da əsas şərti mülkiyyətdə olan əmlakın digər şəxsin qanunsuz sahibliyində olması halının müəyyən edilməsindən asılıdır.
42. Hazırki işdə isə iddiaçının mülkiyyətində olan torpağın bir hissəsinin cavabdehin istifadə etməsi halı sübutların düzgün qiymətləndirilməsi ilə müəyyən edilib, belə olan halda mülkiyyətin müdafiəsi ilə bağlı maddi hüquq normaları da düzgün tətbiq edilmiş hesab edilə bilməz.
43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, ekspert rəyindəki ziddiyyətləri aradan qaldırmaq üçün tədbirlər görməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
44. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ka ssasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-61/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.