Məhkəmə qərarları › İş №2(102)-407/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-407/2021

18.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-407/2021 18.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar XXX qızının, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh İsmayıllı rayon Notariat Ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs XXXqızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin, çıxarışların ləğv edilməsi, payların bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçılar XXX qızını n, İddiaçı2 iştirakları ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-953/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs XXXqızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları xx xxxxxxxx 1978-ci il tarixli 1346 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 Əfsər qızı xx xxxxxx 1978-ci ildə doğulmuş, atası X8 və anası X3 kimi qeyd olunmuşdur. xx xxxx 2011-ci il tarixli 663107 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı4 xx xxxx 1983ci ildə doğulmuş, atası X8 və anası X3 kimi qeyd olunmuşdur. xx xxxx 1986-cı il tarixli 1108 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxx 1986-cı ildə doğulmuş, atası X8 və anası X3 kimi qeyd olunmuşdur. xx xxxxxxxx 1991-ci il tarixli 3000 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx xxxxxx 1991-ci ildə doğulmuş, atası X8 və anası X2 qeyd olunmuşdur. xx xxxxxxx 1992-ci il tarixli 3413 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxxxx 1992-ci ildə doğulmuş, atası X8 və anası X2 qeyd olunmuşdur. xx xxxx 2004-cü il tarixli AZ-İ № 086523 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və XXXqızı xx xxxx 2004-cü ildə nikahlarını bağlamışlar. xx xxxxxx 2006-cı il tarixli JN 647A KOD 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon X5 xx xxxxxx 2003-cü il tarixli 111 saylı qərarı ilə İsma yıllı şəhər sakini X4 mülkiyyətinə 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. xx xxxxx 2010-cu il tarixli AZ-İ № 409747 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxx 2010-cu ildə miokardial çatmamazlıq xəstəliyindən vəfat etmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx xxxx 2011-ci il tarixli 4488 nömrəli arayışının surətindən görünür ki, İsmayıllı şəhəri, K.Əhmədov küçəsi 16 A nömrəli evdə mərhum X8 vəfat etdiyi günə kimi arvadı 1959-cu il təvəllüdlü XXXqızı, qızı 1991-ci il təvəllüdlü İddiaçı2 və 1992-ci il təvəllüdlü X6 ilə birlikdə yaşamışdır. İsmayıllı rayonu X11 tərəfindən xx xxxxxx 2012-ci il tarixli 2V-1/18 nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mül kiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxx 2010-cu ildə vəfat etmiş X1 qalmış arvadı XXXqızının onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlaklarının ½ hissəsinə mülkiyyət hüququ vardır. Ümumi birgə əmlak xx xxxxxx 2012-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon ərazi idarəsinin 199 saylı arayışa, JN647A, KOD- 40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən İsmayıllı şəhərində yerləşən 0.07 ha torpaq sahəsindən ibarətdir. xx xxxxx 2012-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, İsmayıllı şəhərində yerləşən 0.07 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında XXXqızının adına qeydə alınmışdır. İsmayıllı Rayonu İcra Hakimiyyəti Başçısının xx xxx 2012-ci il tarixl i 77 nömrəli Sərəncamının surətindən görünür ki, İsmayıllı şəhəri, K. Əhmədov küçəsində yerləşən 0.07 hektar həyətyanı torpaq sahəsində XXXqızına məxsus tikinti altı sahəsi 135,58 m2, ümumi sahəsi 113,42 m2, yaşayış sahəsi 66,7 m2 olan 1 mərtəbəli, kürsülü, 3 otaqlı fərdi yaşayış evinin istismar olunduğunu nəzərə alaraq müvafiq qaydada sənədləşməsinə və kommunikasiya xətlərinin qoşulmasına icazə verilmişdir. xx xxxx 2013-cü il tarixli ********** nömrəli Çıxarışın surətindən görünür ki, İsmayıllı şəhəri, K. Əhmədov küçəsi 10 ünvanında yerləşən 0.07 hektar torpaq sahəsinin ½ hissəsi və onun üzərində yerləşən ümumi sahəsi 77.3 kv.m olan fərdi yaşayış evinin tam hissəsi xüsusi mülkiyyət hüququ əsasında XXXqızının adına qeydə alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəf indən sorğuya cavab olaraq göndərilmiş xx xxxxxx 2019-cu il tarixli **********44 nömrəli məktuba əlavə olunmuş İsmayıllı şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid Cədvəlin surətindən görünür ki, X4 qanuni istifadəsində 0.07 ha həyətyanı torpaq sahəsi olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar XXX qızı, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh İsmayıllı rayon Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs XXXqızına qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonu X11 tərəfindən Qəribova Firəngiz qızının adına verilmiş xx xxxxxx 2012-ci il tarixli 2V-1/18 nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamənin l əğv edilməsi və İsmayıllı şəhərində yerləşən 0.07 hektar torpaq sahəsini bərabər payda olmaqla bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar məhkəmə prosesinin gedişində iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən XXXqızının adına verilmiş xx xxxxx 2012-ci il tarixli MA seriyalı ******* nömrəli və xx xxxx 2013-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışların ləğv edilməsi, İsmayıllı rayon X11 tərəfindən XXXqızının adına verilmiş 2V-1/18N nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, İsmayıllı şəhəri, K. Əhmədov küçəsi 10 ünvanında yerləşən 0.07 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin bərabər payda olmaqla bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçıların vəsatətinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Şirinov, iş № 2(037)-27/2020) iddia tələbi qismən təmin edilərək, İsmayıllı rayon X11 tərəfindən XXXqızının adına verilmiş xx xxxxxx 2012-ci il tarixli 2V-1/18N nömrəli ərarvadın ümumi əmlakındakı paya sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv ediməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən XXXqızının adına verilmiş xx xxxxx 2012-ci il tarixli MA seriyalı ******* nömrəli və xx xxxx 2013-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışların ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2003-cü il tarixli 111 nömrəli qərarı ilə xx xxxxxx 2006-cı il tarixli JN 647A KOD 40701004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında İsmayıllı şəhəri, K.Əhmədov küçəsi 10 ünvanında yerləşən 0.07 hektar həyətyanı torpaq sahəsi iddiaçıların atası XXXun mülkiyyətinə verilmişdir. XXX xx xxxxx 2010-cı il tarixdə vəfat etmişdir. XXXdan 0.07 hektar həyətyanı torpaq sahəsi miras qalmışdır. XXXun ölümündən sonra miras qalmış mübahisəli torpaq sahəsi ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilərək xx xxxx 2004-cü il tarixdə nikaha daxil olduğu arvadı XXXqızına İsmayıllı Rayon X11 tərəfindən xx xxxxxx 2012-ci il tarixli 2V-1/18N nömrəli mülkiyyət hüququ haqqında şəhədətnamə əsasında ½ hissədə pay müəyyən edilmişdir. XXX həmin şəhadətnamə əsasında 0.07 hektar torpaq sahəsinə öz adına torpağa mülkiyyət hüququna dair xx xxxxx 2012-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarış almışdır. Sonradan isə XXXya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən fərdi yaşayış evinə tam, torpağın ½ hissəsinə xx xxxx 2013-cü il tarixli, ********** nömrəli çıxarış verilmişdir. İsmayıllı rayon Notariat Kontorunda mirasın bölgüsü aparılarkən həmçinin iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı5 birinci növbədə vərəsələr kimi nəzərə alınmamışdır. Miras əmlak birgə nikah dövründə əldə olunmadığı, mirasın bölgüsü zamanı digər vərəsələr olduğu halda miras notarius tərəfindən ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilərək, üçüncü şəxsin adına sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş və üçüncü şəxsə miras əmlakdan ½ hissədə pay müəyyən edilmişdir. Bununla da iddiaçıların birinci növbədə vərəsə kimi qanun üzrə vərəsəlik hüququ pozulmuş və qanun üzrə vərəsəlik əsasında onlara çatacaq paydan məhrum etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli, iş № 2(107)-953/2020) üçüncü şəxs XXXqızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməs inin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-27/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, notarius tərəfindən ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında şəhadətnamə verilərkən torpağın əldə olunma tarixi ilə, şəhadətnamənin verilmə tarixi arasındakı fərqə əhəmiyyət verilməməklə həmin sənədin bu kimi vacibliyi diqqətə alınmamışdır. Apellyasiya instansiya məhkəməsi qeyd olunan mülkiyyət hüququ haqqında şəhadətnamə verilərkən digər vərəslərin, yəni iddiaçınınn iradə ifadəsi nəzərə alınmamış (mirası qəbul və imtina etmələri barədə) bununla da iddiaçıların açılmış vərəsəlik işindən xəbərsiz olmaqla, vərəsə kimi hüquqları pozulmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icra atı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Üçüncü şəxs XXXqızı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)953/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kasasiya şikayətində göstərilmişdir ki, məhkəmə maddi hüquq normalarına düzgün istinad etməmiş, sübutların qiymətləndirilməsində səhvə yol vermiş, iş tam araşdırılmamış, həyətyanı torpaq sahəsinin birgə nikah müddətində satın alınması, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin həqiqət olmamasına qiymət veri lməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul olunmuşdur. Cavabdehlərdən İddiaçı3, İddiaçı4 və İddiaçı5 mirasqoyanın birinci nikahından olmuş uşaqlarıdır, onları heç vaxt görməmiş, onlar Azərbaycan Respublikasına gəlməmiş və mübahisəli evdə heç bir vaxt yaşamamışlar. Yəni onlar birinci növbə vərəsələr olsalar da mirası nə faktiki, nə də rəsmi olaraq qəbul etməmişlər. İddiaçılar miras əmlakın qəbulu ilə əlaqədar olaraq heç bir hərəkət etməmişlər. O, isə miras qalmuş əmakda yaşamaqla qəbul etmiş və rəsmləşdirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə m üvafiq olaraq iddiaçılar XXX qızının, İddiaçı2 izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin q eydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr hesab edilirlər. 1243.1-ci maddəsinə əsasən mirası i stər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Qeyd olunan Məcəllənin 1167-ci maddəsinə əsasən Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1300-cü maddəsinə görə əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Notariat Haqqında Azərbaycan Respublikası Qanununun” 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əm laka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 61-ci maddəsinə əsasən notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə ər-arvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilə bilər. Yaşayış evinə, mənzilə, bağa, bağ evinə, qaraja, torpaq sahəsinə və digər daşınmaz əmlaka mülkiyyət hüququ haqqında şəhadətnaməni yalnız əmlakın olduğu yerin notariusu verə bilər. 62-ci maddəsinəgörə ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsa sən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Şəhadətnamə ümumi əmlakın yarısına verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmı r. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətini və hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassa siya şikayətini yalnız üçüncü şəxs vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən qətnamə tam mübahisələdirilmiş hesab olunur, kassasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası hesab edir ki, apellyasiya instasiyası məhkəməsi tərəfindən 3cü şəxsin apelyasiya şikayətinə hüquqi qiymət verilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Üçüncü şəxs XXXqızı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, maddi və prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Apelyasiya inst ansiyası məhkəməsinin işin araşdırılmış halları ilə bağlı qeyd etmişdir ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2003-cü il tarixli 111 nömrəli qərarı ilə xx xxxxxx 2006-cı il tarixli JN 647A KOD 40701004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında İsmayıllı şəhəri, K.Əhmədov küçəsi 10 ünvanında yerləşən 0.07 hektar həyətyanı torpaq sahəsi iddiaçıların atası XXXun mülkiyyətinə verilmişdir. XXX xx xxxxx 2010-cı il tarixdə vəfat etmişdir. XXXdan 0.07 hektar həyətyanı torpaq sahəsi miras qalmışdır. XXXun ölümündən sonra miras qalmış mübahisəli torpaq sahəsi ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilərək xx xxxx 2004-cü il tarixdə nikaha daxil olduğu arvadı XXXqızına İsmayıllı Rayon X11 tərəfindən xx xxxxxx 2012-ci il tarixli 2V-1/18N nömrəli mülkiyyət hüququ haqqında şəhədətnamə əsasında ½ hissədə pay müəyyən edilmişdir. XXX həmin şəhadətnamə əsasında 0.07 hektar torpaq sahəsinə öz adına torpağa mülkiyyət hüququna dair xx xxxxx 2012-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarış almışdır. Sonradan isə XXXya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən fərdi yaşayış evinə tam, torpağın ½ hissəsinə xx xxxx 2013cü il tarixli, ********** nömrəli çıxarış verilmişdir. İsmayıllı rayon Notariat Kontorunda mirasın bölgüsü aparılarkən həmçinin iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı5 birinci növbədə vərəsələr kimi nəzərə alınmamışdır. Miras əmlak birgə nikah dövründə əldə olunmadığı, mirasın bölgüsü zamanı digər vərəsələr olduğu halda miras notarius tərəfindən ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilərək, üçüncü şəxsin adına sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş və üçüncü şəxsə miras əmlakdan ½ hissədə pay müəyyən edilmişdir. 3-cü şəxs apelyasiya və kassasiya şikayətlərində, iddiaya dair etirazında isə məhkəmənin maddi hüquq normalarına düzgün istinad etməməsini, sübutların qiymətləndirilməsində səhvə yol verməsini, iş tam araşdırılmamasını, həyətyanı torpaq sahəsinin birgə nikah müddətində satın alınması, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin həqiqət olmamasına qiymət verilməməsini, mirasqoyanın birinci nigahından olan iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı5 mirası qəbul etməmələrini, digər iddiaçıların isə miras qalmış əmlakda yaşamamalarını və mirasın qəbulunu rəsmi olaraq həyata keçirmədiklərini və mirasın onun tərəfindən tək qəbul edildiyini göstəmiş dir. Belə olan halda aşağı instansiya məhkəmələri iddiaçıların iddia tələbində və 3-cü şəxsin etirazında və müvafiq şikayətlərdə olan dəlillərinin aydınlaşdırması üçün aşağıdakıların halların araşdırılmasını təmin etməli idilər. Miras əmlaka daxil olan və müvafiq şəhadətnamə verilmiş torpaq sahəsinin əldə edilmə vasitəsi nədən ibarətdir. (həmin torpaq sahəsi pay torpaq sahəsi və ya alqı-satqı müqaviləsi əsasında əldə olunmuşdur). Torpaq sahəsi üzərində yerləşən tikili miras aktivinə daxil olmuşdurmu. (yəni miras qoyan vəfat etməzdən əvvəl tikili mülkiyyət hüququ əsasında adına qeydə alınmışdırmı). Bundan sonra isə miras qoyanın və 3-cü şəxsin rəsmi nikahda olması nəzərə alınmaqla birgə nikah dövründə əldə olunmuş əmlaka hansı əmlakların daxil olması. Bu hallar aydınlaşdırlıdqdan sonra ay dınlaşdırılmalı olan məsələ mirası kimlərin qəbul etməsi ilə bağlı olmalıdır. İddiaçılardan İddiaçı3, İddiaçı4 və İddiaçı5 miras qalmış əmlakda yaşamaqla və digər əsaslarla faktiki və ya ərizə verməklə rəsmi qəbul edilməsi ilə bağlı hər hansı hərəkət etmişlərmi. Halbuki kassasiya şikayətində 3-cü şəxs göstərir ki, həmin iddiaçılar miras qoyanın birinci nikahdan olan övladları olmaqla miras əmlakdan heç bir zaman istifadə etməmiş, orada yaşamamış və mirasın qəbul edilməsi üçün ərizə verməmiş və faktiki olaraq heç bir əsasla mirası qəbul etməmişlər. Belə olan halda məhkəmələrin müəyyən etməli olduğu digər hal həmin iddiaçıların mirasın qəbul ilə bağlı iddia tələbinin irəli sürməsi üçün subyektiv hüququnun olması aydınlaşdırımasından ibarət olmalıdır. Digər tərəfdən digər iki iddiaçının (İddi açı2 və XXX miras əmlakın (torpaq sahəsi və miras əmlaka daxil olması müəyyən edildiyi halda fərdi yaşayış evinin) qəbulu ilə bağlı hər hansı hərəkətlərin edilməsi də məhkəmələr tərəfindən aydınlaşdırılmamış qalmışdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, miras əmlakın tərəflərin birgə nikah müddətində əldə olumasına dair tərəflərin dəlillərinə qiymət verilməsindən sonra torpaq sahəsinin bir hissəsinin (1/2) və tikilinin müvafiq olaraq 3-cü şəxsin adına qeydiyyata alınmasına dair reyestr qeydiyyatının ləğv edilməsi bağlı iddia tələbinə hüquqi qiymət verilməlidir. Nəzərə alınsa ki, tikili 3-cü şəxsin adına İsmayıllı rayon İcra Hakmiyyəti başçısının xx xxx 2012-ci il tarixli sərəncamı əsasında (işdə qeydə alınmaya əsas ola biləcək yeganə sübutdur) qeydə alınmışdır, belə olan hald a hansı əsasla miras əmlaka daxil olmasına istinad etməklə fərdi yaşayış evinin 3-cü şəxsin adına qeydiyyata alınmasına dair çıxarışın ləğv edilməsi anlaşılmaz qalmaqdadır. Bu baxımdan apellyasiya məhkəməsi müvafiq olaraq miras aktivinin dairəsini müəyyən etməli və bundan sonra mirasın qəbulu ilə (kimlər tərəfindən və hansı müddətdə) bağlı halların, o cümlədən iddiaçıların, o cümlədən İddiaçı2 və XXX tərəfindən mirasın qəbulu üçün hansı hərəkətlərin edilməsini aydınlaşdırmalı olduğu halda, belə araşdırmanı təmin etməmiş, birinci instansiya məhkəməsinin mülahizələrə əsaslanan və hər hansı sübutla təsdiq olunması müəyyən edilməyən mövqeyi ilə razılaşmış və qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan m əhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi hazırki tələbi göstərilən qaydada araşdırması 3-cü şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə yanaşı, eyni zamanda mülkiyyət hüququnun pozulmasını da ehtimal edir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfində n qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X10rşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ər izəçinin arqumentinin apelyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, 3-cü şəxsin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsasl ı sayıla bilməz. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs XXXqızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-953/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar