Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4073/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X4 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4073/22 (Açar sözlər: ümumi mülkiyyətdə olan əşyanın satılaraq pulunun bərabər bölünməsi tələbi) Bakı şəhəri, 24 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1131/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 931 kv.metr olan qeyri-yaşayış sahəsi ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh adına qeydə alınmışdır. 2. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 126.86 kv.metr olan mənzil ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh X4 qarşı “naturada payın ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi ünvanında yerləşən 68 C saylı qeyri-yaşayış binası və ünvan 110 saylı mənzildə İddiaçı ½ payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçının nümayəndəsi və vəkili tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək, ümumi paylı mülkiyyətdə olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binası və ünvan 4anda yerləşən mənzildə iddiaçının 1/2 paylarının naturada ayrılması, bu mümkün olmadıqda isə ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış binası və ünvan 6nda yerləşən mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaitinin ümumi paylı mülkiyyətin mülkiyyətçiləri X6 və X2 paylarına mütənasib surətdə, yəni bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1994- cü il tarixində Cavabdeh ilə ailə həyatı qurmuş, cavabdehlə münasibətlərini davam etdirə bilməmələri səbəbindən nikahın pozulması barədə iddia ilə İddiaçı tərəfindən Nərimanov rayon məhkəməsinə müraciət olunmuş, bu barədə nikahın pozulması ilə bağlı Nərimanov rayon məhkə məsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 322/2018 saylı qətnaməsi qəbul edilmiş və AZ-İ № 282481 nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Bununla iddiaçı tərəfindən cavabdehlə birgə nikah dövründə əldə olunmuş ünvan 7 ünvanında yerləşən mənzilin və ünvan 8əşən 68C saylı qeyri-yaşayış binasının bölünməsi üçün Səbail rayon məhkəməsinə müraciət olunmuşdur. Səbail rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli. 2(009)-1443/2018 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh yalnız Bakı şəhəri Sabit Rəhman küçəsi ev 53-də yerləşən 10 saylı mənzilə hər birinin ½ hissədə payları müəyyən olunmuşdur. Bu qətnamədən verilmiş apelyasiya şikayəti əsasında qəbul olunmuş Bakı Apelyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-11118/2018 saylı qətnaməsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmməd ov küçəsində yerləşən 68C saylı qeyri-yaşayış sahəsi də İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyəti sayılmış və üzərində hər birinin 1/2 hissədə payları müəyyən edilməklə bölünmüşdür. Bu qətnamədən verilmiş kassasiya şikayəti əsasında qəbul olunmuş Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(102)3346/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən qüvvədən saxlanılmışdır. Bununla da apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir. Bunun əsasında İddiaçı xx.xx.2019-eu il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışlar verilmiş, müvafiq olaraq ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və ünvan 110 saylı mənzilə dair ½ iddiaçının mülkiyyət hüququ tanınmışdır. Ümumilikdə cavabdeh qeyri-yaşayış istifadə olunmasına iddiaçıya imkan vermir. İddiaçı və cavabdeh keçmiş ər-arvad olub, hal-hazırda yola gedə bilmirlər. Bu səbəbdən də qeyri-yaşayış kimi idarə olunması yaxud bölünməsi və bir mənzildə yaşamaları barədə tərəflər arasında razılıq mövcud deyildir.
6. Cavabdehin vəkili xx.xx.2020-ci il tarixdə məhkəməyə yazılı etiraz təqdim edərək, cavabdehin iddia tələbini qəbul etmədiyini, ünvan 4anında yerləşən yaşayış sahəsinin iddiaçının payına düşən ½ hissəsinin AR Mülki Məcəlləsinin 220.3-cü və 220.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən 117500 manat kompensasiya ödənilməklə iddiaçının həmin mənzilə dair mülkiyyət hüquqlarına xitam verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi ba rədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin tərəfindən məhkəmə mühəndis-texniki və əmlakın qiymətləndirilməsi ekspertizaları təyin edilmişdir.
8. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 31893 №-li rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi ünvanında yerləşən 68 C saylı qeyri-yaşayış binasının və Bakı şəhəri, Sabit Rəhman küçəsi ev 53-də yerələşən 10 saylı mənzilin naturada bölünməsi texniki cəhətdən mümkün olmamışdır.
9. Əmlak Ekspert Mərkəzinin 10 iyul 2020-ci il tarixli, ƏEM/M 09-218/20 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 10 iyul 2020-ci il tarixə olan bazar dəyəri ******* (bir milyon dörd yüz səkkiz min) manat, Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhm an küçəsi, 53 saylı evin, 10 saylı mənzilin həmin tarixə bazar dəyəri 235000 (iki yüz otuz beş min) manatdır.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Solmaz Ədilova) 29 oktyabr 2020-ci il tarixli, 2(005)-450/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi ünvanında yerləşən 68 C saylı qeyri-yaşayış binası və ünvan 110 saylı mənzilin açıq hərracda satılması, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi ünvanında yerləşən 68 C saylı qeyri-yaşayış binasının ilkin satış qiymətinin ******* manat, ünvan 110 saylı mənzilin ilkin satış qiymətinin 235000 manat müəyyən edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi ünvanında yerləşən 68 C saylı qeyri-yaşayış binası və Bakı şəhəri, Sabit Rəhman küçəsi ev 53-də yerələşən 10 saylı mənzilinin satışından əldə edilən vəsaitin tərəflərin paylarına uyğun yəni ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh verilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 550 (beş yüz əlli) manat və 100 (yüz) manat məbləğində pulun İddiaçı və X1 bərabər qaydada tutularaq müvafiq olaraq Əmlak Ekspert Mərkəzinin və Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflərin paylı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi ünvanında yerləşən 68 C saylı qeyri-yaşayış binasının və Bakı şəhəri, Sabit Rəhman küçəsi ev 53-də yerələşən 10 saylı mənzilin naturada bölünməsi və ondan pay ayrılması mümk ün olmamış, tərəflərin payına düşən hissəsinin digər tərəfə satması və ya həmin tərəflərdən birinin digər tərəfin payını alması məhkəmə araşdırması zamanı tərəflərə təklif olunmasına baxmayaraq, onlar razılaşmamışdır. Bu səbəbdən də, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi ünvanında yerləşən 68 C saylı qeyri-yaşayış binası və Bakı şəhəri, Sabit Rəhman küçəsi ev 53-də yerələşən 10 saylı mənzil üzrə tərəflərin payları bərabər olduğundan, eləcə də tərəflərin birinin digərinə kompensasiya ilə bağlı konkret təklifi olmadığından, həmin daşınmaz əmlaklar açıq hərracda satılmaqla satışdan əldə olunan vəsait tərəflərin payına mütənasib surətdə bölünməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217, 220, 221, 223-cü maddələri, Mülki Prossesual Məcəllənin 14.2, 78.1, 80, 81, 119.1, 217.4-cü maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Cavabdeh X5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, m əhkəmə qətnaməsində tərəflərin əmlakla bağlı biri digərinə konkret təklif vermədiyini qeyd etmişdir. Halbuki, məhkəmə iclasında cavabdeh tərəfindən təqdim olunmuş iddiaya qarşı etiraz ərizəsində və növbəti dəfə vəsatətdə bildirilmişdir ki, iddianın mübahisə predmeti olan mənzilin iddiaçıya aid olan dəyərinin, yəni 117500 manat məbləğində pul vəsaitinin ödənilməsinə razıdır və ünvan 13 ünvanında yerləşən yaşayış sahəsinin iddiaçının payına düşən 1/2 hissəsinin AR Mülki Məcəlləsinin 220.3-cü və 220.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən kompensasiya (117500 manat) ödənilməklə, iddiaçının həmin mənzilə dair mülkiyyət hüquqlarına xitam verilməsini xahiş edir. Eyni zamanda, onunla iddiaçı arasında barışıq sazişinin bağlanmasını, mənzilin iddiaçıya düşən payın, yəni 117500 manat məbləğində pul vəsaitinin 3 (üç) ay müddətində ödənilməsini iddiaçıya təklif edib. Birinci instansiya məhkəməsi bu xüsusatlara düzgün qiymət verməyərək, AR Mülki Məcəlləsinin 220-ci maddəsinə istinad edərək, iddiaçının mənzildə olan payının kompensasiya ödənilməsi təklifini nəzərə almamışdır. İddia predmetinin digər əmlakı olan ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış binasının bölgüsü ilə bağlı cavabdeh bildirir ki, həmin əmlak heç bir vaxt nə onun, nə də ki, iddiaçının sahiblik və istifadəsində olmuşdur, əmlakın onun adına qeyd edilməsi formaldır, yalnız kağız üzərində olmuşdur. Həmin əmlakın idarə edilməsi, istifadəsi cavabdehin bacısı X3 ailəsi tərəfindən həyata keçirilir, həmin əmlak onun özünə və ailəsinə məxsusdur.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103) -2579/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Şərafət Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(005)-450/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. İddiaçı ona payının əvəzinə pul kompensasiyasının ödənilməsi tələbini irəli sürməmişdir. Bundan əlavə apellyasiya mərhələsində də, tərəflərə təkliflər olunsa da, onlar arasında heç bir razılaşma olmamışdır. Bundan əlavə cavabdeh qeyd olunan dəlili ir əli sürsə də, digər tərəfdən tərəflərin paylı mülkiyyətində olan ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış binasının bölgüsü ilə bağlı həmin əmlakın heç bir vaxt nə onun, nə də ki, iddiaçının sahiblik və istifadəsində olmadığını bildirmişdir.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, Azərbaycan Respublikası Mülki Məc əlləsinin 217, 220, 221, 223-cü maddələri, Mülki Prossesual Məcəllənin 14.2, 78.1, 80, 81, 119.1, 217.4-cü maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarındakı və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2(103)-2579/2021 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, Mülki Məcəllənin 220.3-cü maddəsinin tələbləri nəzərə alınmamışdır. Belə ki, həmin maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Cavabdeh mübahisələndirilən mənzilin müəyyən olunan dəyərinin 1/2 hissəsi olan 117500 manat məbləğində pulu Mülki Məcəllənin 220.3cü maddəsinə uyğun olaraq iddiaçıya ödənilməsini təklif etmiş, lakin apellyasiya məhkəməsi bu halı nəzərə almamışdır. Həmçinin tərəflərin paylı mülkiyyətində olan qeyriyaşayış sahə sinin dəyəri düzgün müəyyən olunmamış, məhkəmə həmin hissədə araşdırmanı tam aparmamışdır
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Elşad Şamayev (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Aqil Abbasov) 28 sentyabr 2021ci il tarixli 2(102)-4303/2021 nömrəli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli, 2(103)-2579/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
22. Kassasiya kollegiyasının mövqeyinə görə, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı Mülki Məcəllənin 220.3- cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş iddianı, yəni öz payının dəyərinin paylı mülkiyyə tin digər mülkiyyətçi – cavabdeh tərəfindən ona ödənilməsi tələbini irəli sürməmişdir.
23. Nəzərə alınmalıdır ki, cavabdeh birinci instansiya məhkəməsində məhkəməyə ərizə verərək, mübahisələndirilən əmlaklardan mənzildə iddiaçının payının dəyərinin ödənilməsinə razı olduğunu göstərmiş, apellyasiya şikayətində də həmin hala istinad etmişdir. Apellyasiya məhkəməsi isə cavabdehin qeyd olunan dəlilinə hüquqi qiymət verərkən, Mülki Məcəllənin 220.3 və 220.6-cı maddələrini səhv şərh edərək göstərmişdir ki, iddiaçı ona payının əvəzinə pul kompensasiyasının ödənilməsi tələbini irəli sürməmişdir.
24. Halbuki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə görə... əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payını n naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
25. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin yuxarıda qeyd olunan qaydada həll edilməsi cavabdehin paylı mülkiyyəti üzərində hüququnun pozulmasına səbə b ola bilər. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
26. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışinski) 14 mart 2022-ci il tarixli 2(103)1131/2022 nömrəli qətnaməsi ilə cavabdeh X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(005)-450/2020 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd edilmişdir.
27. İşə yenidən baxan məhkəmə kollegiyası müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçı tərəfindən mülki Məcəllənin 220.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş iddiaçı, yəni öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyy ətçisi – cavabdeh tərəfindən ona ödənilməsi tələbini irəli sürməməsini nəzərə almamış, məhkəmə araşdırması zamanı məhkəmənin təşəbbüsü ilə tərəflərin payının alınmasının təklif olunmasına və tərəflərin bu təkliflə razılaşmasına əsaslanaraq gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur.
28. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci, Mülki Prosessual Məcəllənin 384-cü maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı (vəkili Vəkil5) kassasiy a şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, cavabdeh ərizə verərək yalnız 1 əmlak – mənzil üzrə kompensasiya ödəməyə əvvəlcə razılıq vermiş, 2 ay müddətində kompensasiya ödəyəcəyini bildirmişdir. Həmin ərizənin verilməsindən 1 ildən artıq müddət keçmişdir. Apellyasiya instansiyası məhkəməsində iddiaçı özü də şəxsən iştirak etmiş, həm mənzil, həm də qeyriyaşayış sahəsi ilə bağlı kompensasiya verilməsinə razı olduğunu bildirmişdir. Bundan əvvəl iddiaçının nümayəndəsi də eyni fikirlə çıxış etmişdir. Lakin məhkəmə iclasının cavabdehin təkidi ilə bir neçə dəfə təxirə salınmasına baxmayaraq nə mənzil, nə də qeyriyaşayış sahəsi üzrə kompensasiya təklif edilməmişd ir. Qeyri-yaşayış sahəsi ilə bağlı isə cavabdeh tərəfin mövqeyi ümumiyyətlə həmin sahənin guya onlara aidiyyatının olmamasıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə:
32. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
33. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
34. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülki yyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
35. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhd əsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 36. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Prosessual Məcəllə
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
42. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndi rilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasə n hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
47. Apellyasiya məhkəməsi ona istinad etmişdir ki, iddiaçı, öz payının dəyərinin digər mülkiyyətçisi – cavabdeh tərəfindən ona ödənilməsi tələbini irəli sürməmişdir. Bu səbəbdən iddia təmin oluna bilməz. 48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, “Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz”.
49. Apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən hüquqi mövqeyinə uyğun olduğu üçün kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qərara ald ı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1131/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.