Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4074/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Gadzhıeva (Qadjiyeva) Elmira Xikmetovnanın cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əcnəbilərin ali təhsil hüququ, ali təhsil müəssisəsindən xaric etmə, inzibati mübahisə, ali təhsil müəssisəsinin hakimiyyət səlahiyyətlərini həyata keçirməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), X6 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı Gadzhıeva (Qadjiyeva) Elmira Xikmetovnanın cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı xarici tələbənin ali təhsil müəssisəsind ən xaric edilməsinə dair əmrin ləğv edilməsi və tələbələri sırasına bərpa edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4014/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 10.08.2004-cü il təvəllüdlü Gadzhıeva (Qadjiyeva) Elmira Xikmetovna (bundan sonra – iddiaçı və ya təhsilalan) Rusiya Federasiyasının vətəndaşı kimi 2022-ci ildə ali təhsil almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) (bundan sonra – cavabdeh və ya Universitet) müraciət etmişdir.
2. Tərəflər arasında 19 sentyabr 2022-ci il tarixli “Azərbaycan Dövlət İqtisad Universite ti ilə “Əcnəbi təhsilalan” arasında ödənişli təhsil almaq haqqında” müqavilə (bundan sonra – Müqavilə) imzalanmışdır.
3. Müqaviləyə əsasən, Universitet ödənişli əsaslarla əcnəbi təhsilalana Azərbaycan Respublikasının dövlət standartlarına cavab verən təhsil proqramları əsasında rus dilində əyani, bakalavr təhsil səviyyəsinə uyğun maliyyə ixtisası üzrə təhsil verməyi, əcnəbi təhsilalan isə seçdiyi ixtisas üzrə dövlət standartlarına uyğun təhsil almağı, hər tədris ili üçün 2600 manat məbləğində təhsil haqqının ödənilməsini öhdəsinə götürmüşdür (bənd 1). Əcnəbi təhsilalan Universitetə əyani təhsilalana formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamasını təsdiq edən sənəd təqdim edir (bənd 2.2.4) və təqdim etdiyi sənədlərin d oğru olmadığı və mövcud qanunvericiliyinin tələblərinə cavab vermədiyi halda məsuliyyət daşıyır (bənd 2.2.5). Təhsil aldığı müddətdə əcnəbi təhsilalanın Universitetə qəbul zamanı Azərbaycan Respublikası vətəndaşlığının və ya Azərbaycan Respublikasında daimi yaşayış icazəsinin olduğu aşkarlanarsa, əcnəbi təhsilalan 5 iş günü müddətində məlumatlandırılır və Müqavilə birtərəfli qaydada ləğv olunaraq, Universitetin tələbələri sırasından xaric edilir (bənd 2.2.6). Əcnəbi təhsilalan Azərbaycan Respublikası ərazisində yaşamasını təsdiq edən sənədin surətini bu Müqavilənin 2.2.4.-cü yarımbəndi ilə müəyyən edilmiş müddətdə təhsil müəssisəsinə təqdim etməkdə Universitet əcnəbi təhsilalanla bağlanmış Müqaviləni ləğv etmək hüququna malikdir (bənd 3.1.4).
4. Universitetin 29 sentyabr 2022-ci il tarixli, 615/4/2022 №-li əmri ilə iddiaçı Rus iqtisad məktəbinin “Maliyyə” ixtisası üzrə təhsilin 1-ci ilinə qəbul olunmuşdur.
5. Universitetin 20 fevral 2023-cü il tarixli, 141/4/2023 №-li əmri ilə Müqavilə ləğv edilmiş və Müqavilənin 3.1.4-cü bəndinə əsasən iddiaçı 2022/2023-cü tədris ilinin İİ semestrindən Universitetin tələbələri sırasından xaric edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Universitetin tələbləri sırasından xaric edilməsinə dair xx.xx.2023-cü il tarixli 141/4/2023 saylı əmrinin ləğv edilməsinə və onun aldığı ixtisas üzrə Universitetin tələbələri sırasına bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmış dır ki, Universitetdə təhsilini uğurla davam etdirməsinə, nümunəvi tələbə olmasına baxmayaraq, cari tədris ilinin 2-ci semestrində cavabdeh 20 fevral 2023-cü il tarixli 141/4/2023 saylı əmr qəbul etmişdir. Həmin əmrdə qeyd edilmişdir ki, əmrin qəbul edilməsinə əsas Universitetin beynəlxalq əməkdaşlıq departamentinin direktorunun təqdimatıdır. Onun Universitetin tələbələri sırasından xaric olunmağı üçün əmrdə qeyd edilən heç bir hal mövcud deyildir. Universitetə qəbul edilərkən, cavabdeh tərəfindən tələb edilən bütün sənədlər təqdim edilmiş, əks halda 1-ci kursu oxuyub başa vurması və 2-ci kursun yarım ilindən çox müddətində təhsilini davam etdirməsi qeyri-mümkün olardı.
8. Cavabdehin nümayəndəsi məhkəməyə etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı Universitetə qəbul zamanı ikili vətən daşlığı barədə düzgün məlumat verməli olduğu halda, yanlış məlumat vermiş, xarici pasport təqdim etməklə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini gizlətmişdir. İddiaçı, “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na əsasən Azərbaycan Respublikasında müvəqqəti yaşayış icazəsi barədə kartı məhkəməyə təqdim etməmişdir. Buna görə də əcnəbi tələbə kimi təhsil almasının hüquqi əsası yoxdur.
9. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-754/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia təmin olunmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddia çının təhsil hüququna etmiş olduğu məhdudiyyəti (universitetdən xaric edilmə əsasını) “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Təhsil haqqında” Qanun) 44.1-ci və 44.2-ci, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin (bundan sonra – Miqrasiya Məcəlləsi) 3.0.1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli, 09 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.2-ci bəndinə istinadla izah edir. Lakin cavabdehin istinad etdiyi qanunvericilik aktlarında Azərbaycan vətəndaşlığı da olan xarici ölkə vətəndaşının sonuncu statusundan istifadə etməklə müqavilə əsasında ödənişli ali təhsil alması qadağan edilməmişdir.
11. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Azərbaycanda müqavilə əsasında ali təhsil almaq istəyən şəxslərin bu hüquqdan yararlanmaları üçün tələb olunan sənədlərin siyahısı, o cümlədən, Azərbaycan vətəndaşlığının olmaması barədə sənəd qanunvericilikdə göstərilməmiş, iddiaçıdan da bu barədə arayış tələb edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilədə də tələbənin Azərbaycan vətəndaşlığının olmaması şərti xüsusi olaraq göstərilməmiş, bu halın sonradan aşkar edilməsi müqavilənin ləğvinin əsası kimi nəzərdə tutulmamışdır. Hətta, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə tələbənin hüquqi statusu məhz “əcnəbi təhsilalan” kimi qeyd olunmuşdur. Göründüyü kimi, cavabdeh müqaviləni bağlayarkən tələbənin xarici ölkə vətəndaşlığını əsas götürmüşdür.
12. Məhkəmə hesab etmişdir ki, xarici ölkə vətəndaşlığı olan iddiaçının cavabdeh tərəfindən müqavilə əsasında ali t əhsil almaq hüququndan Azərbaycan vətəndaşlığı faktına görə məhrum edilməsi dövlətin təhsil sahəsindəki təminatları ilə uzlaşmır. Ölkə qanunvericiliyi Bolonya sistemi çərçivəsində Azərbaycan Respublikası vətəndaşı olan şəxslərin X4 tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanından kənar Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaları imkanını tanıyır. Belə imkanın olduğu bir sistemdə, hazırkı halda iddiaçını məhz Azərbaycan vətəndaşı olmasına görə bu hüquqdan məhrum etməsi hüquqi məntiqə uyğun gəlmir. Çünki məhrumiyyətin qanuni məqsədi aydın deyil. Odur ki, “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.2-ci bəndinin əks mənasının Azərbaycan vətəndaşlığı olan xarici ölkə vətəndaşının müqavilə əsasında ali təhsil almaq hüququna qadağa kimi təfsir olunması dövlətin təhsil siyasəti və standartları ilə də bir araya sığmır. Azərbaycan vətəndaşlarından fərqli olaraq xarici ölkə (Rusiya Federasiyasının) vətəndaşlığı da olan iddiaçının universitetdən xaric edilməsinin hansı məqsədə xidmət etməsi Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən əsaslandırılmamışdır.
13. Məhkəmə bu nəticəyə gəlmişdir ki, iddiaçının təhsil hüququna müdaxilə edilməsi üçün zəruri olan şərtlər müəyyən edilməmişdir. Buna görə də iddiaçı ilə cavabdeh arasında bağlanmış ödənişli ali təhsil almaq haqqında müqavilə etibarlıdır və tərəflər üçün hüquqi nəticə (icrası məcburi olan öhdəliklər) yaradır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 399.1-ci, Avrop a Konvensiyasının 1 saylı Protokolunun 2-ci maddəsinə, AİHM-nin X7 ve X2rşı 18 iyun 2019-cu il qərarına, X1rşı 27 may 2014-cü il tarixli qərarına, “Təhsil haqqında” Qanunun 5.1-5.2-ci maddələrinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydalarının 2.2, 2.8-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.
16. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçının vətəndaşlığı haqqında universitetdə qəbul zamanı məlumat olsaydı, onunla müqavilə bağlanması baş tutmayacaqdı. Ali təhsil müəssisəsinə qəbul zamanı əcnəbi vətəndaşlar ikili vətəndaşlıq hallarını və daimi yaşayış icazəsi kartına sahib olduqlarını gizlədirlərsə, onların ikili vətəndaşlıq hallarının və daimi yaşayış icazəsinə sahib olması hallarının müəyyən olunması Universitetin imkanı xaricindədir. İddiaçının Universitetə qəbul vaxtı Rusiya Federasiyasının vətəndaşlığı ilə yanaşı, Azərbaycan Respublikasının vətəndaşlığına sahib olmasını nəzərə alaraq, onun təhsilini əcnəbi tələbə statusunda davam etdirməsi haqlı olaraq məqsədəuyğun hesab edilməmişdir. Buna görə də iddiaçının “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 1.2-ci bəndinə əsasən (“Bu qaydalar Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə şamil edilmir. Həmin şəxslər ölkə daxilində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər.”) əcnəbi tələbə kimi təhsil almasının hüquqi əsası yoxdur.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi 2(103)-4014/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Kazımov və M.Tağızadə) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnamə si dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, Rusiya Federasiyası vətəndaşı kimi təhsil müəssisəsinə qəbul olunan tələbənin, qəbul zaman həm də Azərbaycan Respublikasının vətəndaşı olması sonradan aşkar edilirsə, tələbənin bu əsasla təhsil müəssisəsindən xaric edilməsi vətəndaş hüquqlarına verilən təminata ziddir. Bundan belə nəticə hasil olur ki, Azərbaycan Respublikasının ərazisində əcnəbinin statusu Azərbaycan Respublikası vətəndaşının statusundan yüksəkdir, yəni iddiaçı Azərbaycan Respublikası vətəndaşı olduğuna görə təhsilini davam etdirə bilməz, əgər Rusiya Federasiyasının vətəndaşı olsa idi, təhsilini davam etdirə bilərdi.
19. Məhkəmə, həmçinin qeyd etmişdir k i, iddiaçı əcnəbi tələbə kimi təhsil müəssisəsinə qəbul edilən zaman, onun Rusiya Federasiyasının vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənəd həqiqi olub. Əgər iddiaçının Rusiya Federasiyasının vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənəd saxta olsa idi, belə halda o, təhsil müəssisəsindən xaric edilə bilərdi. Əks təqdirdə, eyni məntiqlə, əcnəbi tələbə təhsil müəssisəsinə qəbul edildikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığını əldə edərsə, o, təhsil müəssisəsindən xaric edilməlidir.
20. Bundan başqa, tərəflər arasındakı müqavilənin 3.1.4-cü bəndində qeyd olunub ki, əcnəbi tələbə Azərbaycan Respublikasının ərazisində yaşamasını təsdiq edən sənədin surətini bu müqavilənin 2.2.4-cü yarımbəndi ilə müəyyən edilmiş müddətdə təhsil müəssisəsinə təqdim etmədikdə təhsil müəssisəsi ə cnəbi təhsilalan ilə bağlanmış müqaviləni ləğv etmək hüququna malikdir. Bu bəndin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasında yaşamaq hüququ olmayan şəxsin Azərbaycan Respublikasında əyani təhsil alması mümkün deyil. Lakin həmin bənddə qeyd olunan “Azərbaycan Respublikasının ərazisində yaşamanı təsdiq edən sənəd barədə” tələb ikili vətəndaşlıq halında Azərbaycan Respublikasının vətəndaşı olan şəxsə münasibətdə tam təmin olunmuş sayılır, çünki Azərbaycan Respublikası vətəndaşının Azərbaycan Respublikasının ərazisində yaşamaq hüququ var, yəni onun Azərbaycan Respublikasının ərazisində əyani təhsil alması mümkündür. Ona görə də müqavilənin 3.1.4-cü bəndinin göstərişi cavabdehə iddiaçını təhsil müəssisəsindən xaric etməyə əsas vermir.
21. Məhkəmə, mövqeyini Azərbaycan Respublika sı Konstitusiyasının 52-ci maddəsinə, Miqrasiya Məcəlləsinin 74.1-cü maddəsinə, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci hissəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
23. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanan müqavilə xarici vətəndaş olduğu üçün bağlanmışdır, lakin iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olduğu təqdirdə digər şərtlərlə ali təhsil müəssisəsinə daxil olacağından xəbərdar idi. Mülki Məcəllənin 422.1-ci maddəsinin tələbinə əsasən, iddiaçı faktiki olaraq Azərbaycan Respublikasının vətəndaşı olduğunu gizlətdiyinə görə bu şərtlərlə bu müqaviləni bağlaması həmin müqaviləni etibarsız edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Təhsil haqqında” Qanun
25. Maddə 5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir.
26. Maddə 26.2. Ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
27. Maddə 44.1 Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvоta və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.
28. Maddə 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”
29. Bənd 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci və 26.4-cü maddələrinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu qaydalarını müəyyən edir.
30. Bənd 1.6. Ali təhsil müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun оlan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.53-cü maddələrində göstərilən hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada bu Qaydaların 3-cü hissəsində göstərilən iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının X4 tərəfindən həyata keçirilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbay can Respublikasında təhsil alması Qaydaları”
31. Bənd 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarının xarici ölkələrin təhsil müəssisələrində, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsilin bütün pillə və səviyyələri, habelə tədris dilini zəif bilən əcnəbilərin hazırlıq sinif və kursları üzrə Azərbaycan Respublikasının təhsil müəssisələrində, həmçinin ali təhsilin doktorantura və magistratura səviyyələri üzrə elmi müəssisə və təşkilatlarda və tibb təhsilinin rezidentura səviyyəsi üzrə klinik bazalarında təhsil alm asına dair ümumi tələbləri müəyyən edir.
32. Bənd 1.2. Bu Qaydalar Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə şamil edilmir. Həmin şəxslər ölkə daxilində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər.
33. Bənd 3.1. Əcnəbilərin təhsil müəssisələrində əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə və ya əlavə təhsilin hər hansı istiqamətinə qəbulu aşağıdakı əsaslarla həyata keçirilir: 3.1.1. təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota əsasında; 3.1.2. təhsil müəssisələrinin iştirak etdiyi beynəlxalq proqramlar əsasında; 3.1.2-1. dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı əsasında; 3.1.3. təhsil müəssisələri ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr əsasında; 3.1.4. təhsil müəssisəsinin hüquqi şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında; 3.1.5. təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında; 3.1.6. “Azərbaycan Respublikasının X4 publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanının 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasının orta ixtisas təhsil müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə Azərbaycan Respublikasının X4 tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasınd a.
34. Bənd 3.8. Əcnəbilər Azərbaycan Respublikasında peşə təhsili və ümumi təhsil müəssisələrinə, habelə əyani təhsilalma formasında ali və orta ixtisas təhsili müəssisələrinə qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində ölkə ərazisində yaşamalarını təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli, 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi
35. Bənd 1.3. Ali təhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Qanuna uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” Azərbaycan Respublik asının Qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.
36. Bənd 3.1. Ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, ali təhsil müəssisəsinin vəzifələri aşağıdakılardır: 3.1.1. ali təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 3.1.2. dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri biliyə və həyati bacarıqlara yiyələnməsini təmin etmək;... 3.1.16. ali təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görm ək;
37. Bənd 3.4. Ali təhsil proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələbləri Azərbaycan Respublikasının Nazirlər Kabineti ali təhsil pilləsi üzrə təsdiq edilən dövlət təhsil standartı ilə müəyyənləşdirir.
38. Bənd 3.5. Ali təhsil müəssisəsində tədris ali təhsil pilləsi üzrə təhsilin məzmununu və mənimsənilməsi qaydalarını müəyyən edən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi təhsil proqramları ilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 avqust tarixli 365 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Dövlət İqtisad Universitetinin Nizamnaməsi”
39. Bənd 1.1. Azərbaycan Dövlət İqtisad Universiteti “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” Azərbaycan Respub likası Prezidentinin 2017-ci il 21 iyun tarixli 3020 nömrəli Sərəncamına əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət İqtisad Universitetinə çevrilmə yolu ilə yenidən təşkili nəticəsində yaradılmışdır və onun hüquqi varisidir.
40. Bənd 1.2. Azərbaycan Dövlət İqtisad Universiteti ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir. Mülki Prosessua l Məcəllə
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.
45. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzər də tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:...418.4.10. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
50. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir
51. Maddə 2.2.5. İnzibati hüquq münasibətinin mövcud olmasına və y a olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayə ti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Baxılan iş üzrə iddiaçı əcnəbi təhsilalan kimi Universitetlə bağlanmış təhsil müqaviləsinin ləğv olunması və onun Universitetdən xaric edilməsi barədə əmri mübahisələndirir və həmin təhsil müəssisəsinə bərpa olunmasını xahiş edir.
55. İddiaçının həmin müqaviləni əcnəbi kimi bağladığı, sonradan onun Azərbaycan Respublikası vətəndaşlığının da olduğunun müəyyən edildiyi işin mübahisə olunmayan hallarıdır.
56. Nəzərə alınmalıdır ki, Azərbaycanda daimi yaşayış yeri olmayan əcnəbilərin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbulu Azərbaycan Respublikası vətəndaşlarının, o cümlədən, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin belə müəssisələrə qəbulundan fərqli tənzimlənir.
57. Belə ki, qüvvədə ola n qanunvericiliyə əsasən ali təhsil müəssisələrinə vətəndaşların qəbulu “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5-3-cü maddələrində göstərilən hallar istisna olmaqla, müsabiqə yolu ilə, abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının X4 tərəfindən həyata keçirilir (§ 30). Eyni qayda Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə də şamil edilmir (§ 32).
58. Azərbaycan Respublikasında daimi yaşayış yeri olmayan əcnəbilər isə ali təhsil müəssisələrinə Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota əsasında; təhsil müəssisələrinin iştirak e tdiyi beynəlxalq proqramlar əsasında; dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı əsasında; təhsil müəssisələri ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr əsasında; təhsil müəssisəsinin hüquqi şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında; təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında; habelə X4 tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında qəbul edilə bilərlər. Mövcud qaydalar ali təhsil müəssisəsinə qəbul edilmiş əcnəbilərin üzərinə belə müəssisəyə qəbulu rəsmiləşdirildiyi tarixdən 90 gün müddətində ölkə ərazisində yaşamalarını təsdiq edən sənədin surətini təqdim etmək vəzifəsi qoyur (§ 33-34).
59. İstinad olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi vətəndaşla rın və əcnəbilərin ali təhsil müəssisələrinə qəbulu və həmin müəssisələrdən xaric edilməsi ilə bağlı yaranan hüquq münasibətləri dövlət tərəfindən həyata keçirilən təhsil siyasətinin tərkib hissəsi olmaqla publik hüquq münasibətlərinə aiddir. Bu münasibətlərdə hakimiyyət səlahiyyətlərinin icraçısı olan inzibati orqanlar qismində Təhsil Nazirliyi və onun tabeliyində olan qurumlar, o cümlədən ali təhsil müəssisələri çıxış edirlər.
60. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 №li Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V hissəsinə müvafiq olaraq qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də inzibati orqanlara aiddir.
61. Baxılan iş üzrə cavabdeh dövlət tərəfindən Təhsil Nazirliyin in tabeliyində publik hüquqi şəxs statusunda təsis edilmiş ali təhsil müəssisəsidir (§ 39).
62. Cavabdehə qanunvericiliklə ali təhsil müəssisəsi kimi “Təhsil haqqında” Qanuna uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil proqramlarını həyata keçirmək səlahiyyəti, fəaliyyət istiqamətlərinə uyğun olaraq, digər vəzifələrlə yanaşı, ali təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri biliyə və həyati bacarıqlara yiyələnməsini təmin etmək; öz fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək vəzifəl əri də həvalə edilmişdir (§ 35-36).
63. Nəzərə alınmalıdır ki, ölkədə ali təhsil proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələbləri Azərbaycan Respublikasının Nazirlər Kabineti ali təhsil pilləsi üzrə təsdiq edilən dövlət təhsil standartı ilə müəyyənləşdirir. Ali təhsil müəssisəsində tədris ali təhsil pilləsi üzrə təhsilin məzmununu və mənimsənilməsi qaydalarını müəyyən edən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi təhsil proqramları ilə həyata keçirilir (§ 37-38).
64. Göründüyü kimi ali təhsil müəssisləri bir sıra məsələlər üzrə mülki dövriyyənin müstəqil subyekti kimi mülki hüquq münasibətlərinə iştirak etsə də, ali təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi, o cümlədən, tələblərin ali təhsil müəssisələrinə qəbul edilməsi və onların həmi n müəssisələrdən xaric edilməsi ilə bağlı məsələlərdə inzibati hüquq münasibətlərinin subyekti kimi çıxış edirlər. 65. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yax ud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həya ta keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). 66. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktik i xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
67. MPM-in 31.1-ci maddəsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir.
68. Qeyd olunmalıdır ki, iddia tələbi publik hüquq münasibətləri ilə tənzimlənən sahədə araşdırma aparılmasını və inzibati orqanların (yaxud inzi bati səlahiyyətlərin daşıyıcısı olan fiziki və hüquqi şəxslərin) belə münasibətlərdən irəli gələn fəaliyyətinə qiymət verilməsini tələb edirsə, həmin mübahisəyə mahiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə olan halda, ilk növbədə hüquq münasibətinin inzibati və ya xüsusi hüquqa aid olduğu müəyyənləşdirilməli, əgər mübahisələndirilən münasibətin hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə müşayiət olunan publik hüquq sahəsindəki fəaliyyətlə bağlı olduğu müəyyən edilərsə, mübahisəyə MPM-in 261.0.1-ci maddəsinin tətbiqi məsələsi müzakirə olunmalıdır.
69. Buna baxmayaraq birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan məsələlər üzrə hər hansı hüquqi dəyərləndirmə aparmadan, hazırkı işə mahiyyəti üzrə baxmış və iddianın təmin olunması barədə qətnamə qəbul etmişd ir.
70. Eyni zamanda birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış təhsil müqaviləsinin müddəalarına da düzgün hüquqi qiymət verməmiş, mövqeyini həmçinin onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilədə də tələbənin Azərbaycan vətəndaşlığının olmaması şərti xüsusi olaraq göstərilməmiş, bu halın sonradan aşkar edilməsi müqavilənin ləğvinin əsası kimi nəzərdə tutulmamışdır. Halbuki tərəflər arasında müqavilədə onun məhz əcnəbi təhsilalanla bağlandığı xüsusi qeyd edilmiş, həmin müqavilə “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın əlavəsi olan “Azərbaycan Respublikasının təhsil müəssisəsi ilə əcnəbi tələbə arasında ödənişli təhsil almaq haqqında” nü munəvi müqaviləyə uyğun olaraq tərtib edilmişdir. Tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuşdur ki, əcnəbi təhsilalan Universitetə əyani təhsilalana formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamasını təsdiq edən sənəd təqdim etməlidir (bənd 2.2.4) və təqdim etdiyi sənədlərin doğru olmadığı və mövcud qanunvericiliyinin tələblərinə cavab vermədiyi halda məsuliyyət daşıyır (bənd 2.2.5). Müqavilənin 2.2.6-cı bəndində isə nəzərdə tutulmuşdur ki, təhsil aldığı müddətdə əcnəbi təhsilalanın Universitetə qəbul zamanı Azərbaycan Respublikası vətəndaşlığının və ya Azərbaycan Respublikasında daimi yaşayış icazəsinin olduğu aşkarlanarsa, əcnəbi təhsilalan 5 iş günü müddətində məlumatlandırılır və Müqavilə birtərəfli qayd ada ləğv olunaraq, Universitetin tələbələri sırasından xaric edilir. Müqaviləyə əsasən əcnəbi təhsilalan Azərbaycan Respublikası ərazisində yaşamasını təsdiq edən sənədin surətini bu Müqavilənin 2.2.4.-cü yarımbəndi ilə müəyyən edilmiş müddətdə təhsil müəssisəsinə təqdim etməkdə Universitet əcnəbi təhsilalanla bağlanmış Müqaviləni ləğv etmək hüququna malikdir (bənd 3.1.4).
71. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli qərarı ilə ləğv edilmiş və tərəflər arasında təhsil müqaviləsinin bağlandığı və xitam olduğu dövrdə artıq qüvvədə olmayan “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinə” istinad etmişdir.
72. İşə baxmış apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalana n maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etmiş və dəyişdirilmədən saxlamışdır. Halbuki MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas, Məcəllənin 387.2-ci maddəsinə əsasən isə iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda işə mahiyyəti üzrə baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır.
73. Ona görə də kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək, iş yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən birinci instansiya mə hkəməsi tərəfindən buraxılmış maddi və prosessual hüquq normalarının pozuntusuna hüquqi qiymət verilməli və həmin normaların tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.
74. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı Cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4014/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.