Məhkəmə qərarları › İş №2(102)-4076/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4076/2019

18.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4076/2019 18.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı X8, vəkili X9, cavabdeh “xxxx” MMC nümayəndəsi və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2(103)815/2019 saylı qətnaməsindən cavabdeh “xxxx” MMC kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 29 avqust 2018-ci il tarixli, 2(006)-1895/2018 sayl ı qətnaməsi ilə (sədrlik edən, hakim E.Ə.Mehdiyev) iddiaçı X4 cavabdeh “xxxx” MMC qarşı “ödənilməmiş əmək haqqına görə 55.129,83 ABŞ dolları, əmək haqqının gecikdirilməsinə görə 290.783,202 ABŞ dolları, cəmi 345.913,32 ABŞ dolları, dəymiş mənəvi zərərə görə 30.000 manat pul tələbinə dair” iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2(103)815/2019 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 29 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi qismən təmin edilərək, cavabdeh təşkilatdan ödənilməmiş əmək haqqına görə 55.129,83 ABŞ dolları, ə mək haqqının gecikdirilməsinə görə 290.783,2 ABŞ dolları, ümumilikdə 345.913,03 ABŞ dollarının, eləcə də mənəvi zərərə görə 1.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdeh “xxxx” MMC qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı iddia qaldıraraq, sonuncudan ödənilməmiş əmək haqqına görə 55.129,83 ABŞ dolları, əmək haqqının gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün 1 faiz hesablanmaqla 290.783,202 ABŞ dolları, ümumilikdə 345.913,032 ABŞ dollarının və vurulmuş mənəvi zərərə görə 30.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİL LƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxalması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdeh “xxxx” MMC nümayəndəsi və vəkili xxxkassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı X11 və vəkili Araz Yusifov məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayı b, izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh “xxxx” MMC vəkili xxx və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgü n tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsini qismən təmin edərkən, tərəflər arasında bağlanmış əmək müqaviləsində iddiaçının əmək haqqı rəsmi olaraq 380 manat qeyd olunsada faktiki olaraq cavabdeh təşkilatın qanuni təmsilçisinin tərtib edib imzaladığı akta (“açıklamaya”) və pul vəsaitinin köçürmə sənədlərinə əsasən iddiaçının əmək haqqının 3.500 ABŞ dolları təşkil etməsinə, cavabdeh təşkilatın ona ödənilməmiş 58.129,83 A BŞ dolları əmək haqqı borcunun qalmasına, cavabdeh təşkilat tərəfindən həmin borcdan 3.000 ABŞ dollarının ona ödənilməsini iddiaçının etiraf etməsinə, 2016-cı ilədək iddiaçıya ödənilməli olan əmək haqqının cavabdeh təşkilat tərəfindən 605 gün gecikdirilməsinə, əmək haqqının gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün 1 faiz olmaqla cəmi 290.783,202 ABŞ dolları dəbbə pulunun hesablanmasına, cavabdeh təşkilatın hərəkətlərinin iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması və nəticədə onun mənəvi sarsıntı keçirməsinin mülki iş materialları ilə istisna edilməməsinə, mənəvi zərərin əvəzi kimi cavabdeh təşkilatdan iddiaçının xeyrinə 1.000 manat pulun tutulmasının ağlabatan məbləğ olmasına və iddia ərizəsini rədd etməklə birinici instansiya məhkəməsinin düzgün nəticəyə gəlmə məsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172, 195-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin tutulması hissəsində istisna olmaqla, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırkı əmək mübahisəsinə düzügün tətbiq etmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işdən görünür ki, iddiaçı Türk iyə Respublikası vətəndaşıdır və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ona Azərbaycan Respublikasında yaşaması üçün 07 fevral 2014-cü il tarixdə müvəqqəti yaşama icazəsi verilmişdir. İddiaçı 19 fevral 2014-cü il tarixdən cavabdeh təşkilata “texnik” vəzifəsinə işə qəbul edilmiş, onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsində əmək haqqının 380 manat olması göstərilmişdir. Cavabdeh təşkilatın 06 fevral 2016-cı il tarixli, 09/16/k saylı əmri ilə iddiaçı 06 fevral 2016-cı il tarixdən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı 20 aprel 2016-cı il tarixdən yenidən cavabdeh təşkilatda “texnik” vəzifəsinə işə qəbul edilmiş və onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsində əmək haqqının 380 manat ol ması göstərilmişdir. Cavabdeh təşkilatın 21 noyabr 2017-ci il tarixli, 70/17/k saylı əmri ilə iddiaçı 21 noyabr 2017-ci il tarixdən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Hazırda iddiaçı iddia edir ki, cavabdeh təşkilatla aralarında olan razılığa əsasən aylıq əmək haqqının məbləği 3.500 ABŞ dolları müəyyən edilmişdir. Lakin daha çox vergi və dövlət sosial sığorta haqqının ödənilməməsi üçün əmək müqaviləsində əmək haqqının məbləği işəgötürən tərəfindən 350 manat göstərilmişdir. 3.500 ABŞ dollarının 350 manat hissəsi cavabdeh təşkilatın “xxxx” ASC olan bank hesabı vasitəsi ilə onun maaş kartı hesabına köçürülmüş, qalan hissəsi isə şəxsən və ya onun Türkiyə Respublikasında fəaliyyət göstərən “Garanti” Bankında olan hesabına köçürülməklə ödənilmişdir. Əm ək müqaviləsinə xitam verilmədən öncə işəgötürən ona ödənilməmiş əmək haqqının məbləği üzrə son haqq-hesab aparmış və həmin gün üçün ona 58.129,83 ABŞ dolları pulun ödənilməli olduğu qeyd edilmişdir. Bu barədə işəgötürən tərəfindən akt (“açıklama”) tərtib edilərək, imzalanmışdır. Belə ki, həmin akta əsasən 2016-cı ilin sonuna qədər cavabdeh təşkilat tərəfindən ona verilməmiş əmək haqqının məbləği 39.950,04 ABŞ dollarından ibarət olmuşdur. 01 yanvar 2017-ci il tarixdən 21 noyabr 2017-ci il tarixədək olan müddət üzrə ona ödənilməli olan pul 37.518,83 ABŞ dolları təşkil etmişdir. Həmin pulun 19.338,32 ABŞ dolları ona ödənilmiş, qalan 18.179,80 ABŞ dolları ödənilməmişdir. Odur ki, əmək müqaviləsinə xitam verilərkən cavabdeh təşkilatın 2016-cı ilədək olan müddət üçün ona 39.950,04 ABŞ dolları, 2017-ci il üçün 18.179,80 ABŞ dolları olmaqla, cəmi 58.129,83 ABŞ dolları borcu olmuşdur. Bu pulun 3.000 ABŞ dolları 01 dekabr 2017-ci il tarixdə “Garanti Bankası”nda olan bank hesabına köçürülmüşdür. Qalan pul isə hələ də ödənilməmişdir. Həmin pulun ödənilməsinə dair cavabdehə şifahi və yazılı müraciətlər etmiş, lakin nəticəsiz qalmışdır. İşəgötürən tərəfindən əmək haqqının vaxtında ödənilməməsi şəxsi və ailə həyatında ciddi maddi, mənəvi problemlərin yaranmasına səbəb olmuşdur. Belə ki, işəgötürən tərəfindən əmək haqqının vaxtında verilməməsi ilə əlaqədar olaraq o, uzun müddət ailə və şəxsi həyatında gərgin narahatlıq və stress yaşamış, mənəvi sarsıntı və iztirab keçirmişdir. Bu isə ona mənəvi ziyan vurmuşdur. Bundan başqa işəgötürən ona əmək haqqının ödənilməsini gecikdirilməyə görə hər gecikdirilmiş gün üçün ödənc verilməlidir. Yəni 2016-cı ilədək olan müddət üçün ödənilməmiş 39.950,04 ABŞ dolları əmək haqqının 2017-ci ilin yanvar ayından 2018-ci ilin avqust ayınadək gecikdirilməsinə görə hər gün üçün 1 faiz hesablanmaqla 241.697,742 ABŞ dolları, 2017-ci ilin yanvar ayından noyabr ayınadək olan müddət üçün ödənilməmiş 18.179,80 ABŞ dolları əmək haqqının gecikdirilməsinə görə hər gün üçün 1 faiz hesablanmaqla 49.085,46 ABŞ dolları, ümumilikdə 290.783,202 ABŞ dolları ödənc verməlidir. Cavabdeh təşkilatın nümayəndəsi isə iddia tələblərinə etiraz edir və bildirir ki, 19 fevral 2014-cü il tarixdə tərəflər arasında bağlanan əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən iddiaçıya hər ay 380 manat əmək haqqı ödənilməsi razılaşdırılmış və ona hər hansı bir xarici valyutada, digər həc mdə əmək haqqı ödəniləcəyi nəzərdə tutulmamış və həmin müqavilənin bağlanması ilə bağlı əmək müqaviləsinin qeydiyyata alınmasına dair elektron informasiya sisteminin 12 sentyabr 2014-cü il tarixli elektron informasiya bildirişində, eləcə də sonrakı 19 fevral 2015-ci il, 20 aprel 2016-cı il və 18 may 2017-ci il tarixli elektron informasiya bildirişlərində bu fakt rəsmi olaraq təsdiqlənmişdir. Faktiki olaraq bu göstərilənlərdən başqa əmək haqqının yüksək həddə müəyyənləşdirilməsinə dair hər hansı bir rəsmi sənədin və ya başqa bir sübutun mövcud olmaması iddiaçının bu tələbinin əsassız olmasını təsdiq edir. İddiaçı cavabdeh təşkilatdan əmək müqaviləsi üzrə əmək haqqını mütəmadi olaraq tam almış və bu hallar onun iddia ərizəsindəki etirafında da öz təsdiqini tapmışdır. İddiaçının iddia ərizəsi ndə qeyd etdiyi, işəgötürən tərəfindən imzalanan və “açıklama” kimi göstərilən vərəqin cavabdeh təşkilata hər hansı bir aidiyyatı yoxdur. Ona görə ki, bu vərəq Türkiyə Respublikası vətəndaşı Reha Altay adlı şəxsin adından imzalansa da, onun Cavabdeh MMC direktoru olması, sənəd kimi bu kağızın həmin Cəmiyyətdə müvafiq nömrə altında nömrələnib qeydə alınması, möhürü və ştampı ilə təsdiqlənməmişdir. Həmçinin bu kağızda xxx, xxx adlı şəxslərə də pul verilməsi qeyd edilmişdir. Halbuki, həmin şəxslərin cavabdeh təşkilata heç bir aidiyyatı yoxdur. Cavabdeh təşkilatın Türkiyə Respublikasında yerləşən “Garanti Banka”da və ya hər hansı digər bankda cari hesablaşma və ya başqa bir hesabı yoxdur. Ona görə də iddia tələbləri tam əsassızdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəm əsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, “Garanti” Bankının pul köçürmə sənədləri ilə müəyyən olunur ki, cavabdeh təşkilatın qanuni təmsilçisi Reha Altay tərəfindən iddiaçının hesabına 05 may 2016-cı ildə 1.500 ABŞ dolları, 12 iyul 2016-cı ildə 2.500 ABŞ dolları, 09 sentyabr 2016-cı ildə 1.000 ABŞ dolları, 01 dekabr 2017-ci ildə 3.000 ABŞ dolları, 26 iyul 2017-ci ildə 7.000 ABŞ dolları, 22 yanvar 2018-ci ildə 952,45 ABŞ dolları pul vəsaitləri köçürülmüşdür. Eyni zamanda iş materiallarında olan iddiaçının adına hesab-hərəkət dövriyyəsinə dair cavabdeh təşkilatın qanuni təmsilçisi Reha Altay tərəfindən tərtib edilərək, imzalanmış akta (“açıklama”) əsasən müəyyən olunur ki, iddiaçıya ödənilməmiş əmək haqqının məbləği üzrə son haqq-hesab aparılmış və iddi açıya ödənilməli olan, lakin ödənilməmiş əmək haqqı 2016-cı ilədək olan müddət üçün 39.950,04 ABŞ dolları, 2017-ci il üçün 18.179,80 ABŞ dolları olmaqla, cəmi 58.129,83 ABŞ dolları təşkil etmişdir. Həmin akta əsasən müəyyən olunur ki, iddiaçıya ödənilməli olan aylıq əmək haqqı 3.500 ABŞ dolları təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi sadalanan sübutları işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib müəyyən etmişdir ki, tərəflər arasında bağlanan əmək müqaviləsində iddiaçının əmək haqqı rəsmi olaraq 380 manat qeyd olunsa da, faktiki olaraq cavabdeh təşkilatın qanuni təmsilçisi Reha Altay tərəfindən tərtib edilərək, imzalanmış akta (“açıklama”) və pul vəsaitlərinin köçürülməsinə dair sənədlərə əsasən iddiaçının əmək haqqı 3.500 ABŞ dolları təşkil etmişdir. Cav abdeh təşkilatın qanuni təmsilçisi Reha Altay ifadəsində iddia tələbini etiraf etməsə də, iddiaçının 16 dekabr 2013-cü ildən 20 noyabr 2017-ci il tarixədək Türkiyə Respublikasının “xxxx” X13.ve Dış Tic.San. ve Tic.LTD.Şti. Şirkətinin işçisi və onun iddia ərizəsində iddia etdiyi əmək haqqı borcunun Türkiyə Respublikasında fəaliyyət göstərən həmin Şirkətlə bağlı yarandığını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi aktdakı (“açıklama”) Reha Altayın adından olan imza və ad, soyad qeydləri cavabdeh təşkilat tərəfindən mübahisələndirilmir. Eyni zamanda həmin akt cavabdeh təşkilatın möhürü ilə təsdiq olunmasa da, həmin aktın açıqlama hissəsində pul vəsaitlərinin iddiaçıya əmək haqqı və ə mək haqqına avans kimi ödənildiyi açıq-aşkar qeyd edilmişdir. Həmçinin işin mübahisəsiz halıdır ki, Reha Altay cavabbeh təşkilatın qanuni təmsilçisidir. Eyni zamanda tərəflər arasında rəsmi qaydada əmək müqaviləsi bağlanmışdır. Bütün bu faktlar isə onu təsdiq edir ki, Reha Altay tərəfindən tərtib edilərək, imzalanmış akt (“açıklama”) məhz cavabdeh təşkilatla bağlanmış əmək müqaviləsi üzrə ödənilməli olan, lakin ödənilməmiş əmək haqqını təsdiq edir. Bundan başqa həmin aktda hesablamalar manatla aparılmışdır. Belə olan halda Türkiyə Respublikasında təsis edilmiş “xxxx” X13.ve Dış Tic.San. ve Tic.LTD.Şti. Şirkəti ilə Türkiyə Respublikasının vətəndaşı olan iddiaçı arasında Türkiyə Respublikasının ərazisində Azərbaycan manatı məzənnəsində əmək haqqının ödənilməsi barədə əmək müqaviləsinin bağla nması və əmək haqqının Azərbaycan manatı ilə ödənilməsi inandırıcı, ağlabatan görünmür. Eyni zamanda bu halı məhkəmə iclasında cavabdeh tərəf ağlabatan şəkildə izah edə bilmədi. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq qeyd edilmişdir ki, həmin aktın (açıklamanın) hazırkı işə aidiyyatı olmaması ilə bağlı cavabdeh tərəfin dəlilləri tam əsassızdır və iddiaçıya cavabdeh təşkilat tərəfindən hər ay ödənilən əmək haqqı 3.500 ABŞ dolları, ödənilməli olan, lakin ödənilməmiş cəmi əmək haqqı isə 58.129,83 ABŞ dolları təşkil etmişdir. Eyni zamanda iddiaçı bildirir ki, ona ödənilməli olan 58.129,83 ABŞ dolları əmək haqqından 3.000 ABŞ dolları 01 dekabr 2017-ci il tarixdə “Garanti Bankası”nda olan bank hesabına köçürülmüşdür. Qalan 55.129,83 ABŞ dolları əmək haqqı isə hə lə də ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinin tələblərinə görə, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsində isə təsbit olunmuşdur ki, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin gətirdiyi arqumentlərlə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, i ddiaçı ona ödənilməli olan lakin ödənilməyən 55.129,83 ABŞ dolları əmək haqqının ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Kassasiya instansiyası məhkəməsi ödənilməmiş əmək haqqına görə cavabdeh təşkilatdan iddiaçının xeyrinə 55.129,83 ABŞ dollarının tutulması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, bu hissədə iddia tələbini təmin etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırkı əmək mübahisəsinə düzgün tətbiq etmişdir. Kassasiya instansiyası məhkəməsi eyni zamanda kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində qismən təmin etməklə də düzgün nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini mənəvi zərərin əvəzinin ödənilməsi hisəsində araşdırıb haqlı olaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əml ak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi t əcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri- əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fizi ki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkəts izlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. İşin hallarını nəzərə alan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı cavabdeh təşkilatdan dəymiş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Çünki cavabdeh təşkilatın hərəkətlərinə görə iddiaçı iki ildən artıq müddətdə əmək haqqından məhrum olmuşdur. Ona görə də, cavabdeh təşkilatın hərəkətlərinin iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması və bunun nəticədə onun mənəvi sarsıntı keçirməsi şübhəsizdir.Lakin, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. B elə ki, qeyd olunan Qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və sair), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunan halları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh təşkilatdan dəymiş mənəvi zərərin əvəzi kimi iddiaçının xeyrinə 1.000 manat məbləğində kompensasiyanın tutulması ağlabatan, ədalətli olmaqla, işin konkret hallarına uyğundur. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qeyd olunan tələblərə aid hissədə ləğv edib, həmin hissədə iddia tələblərini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də bu hissədə qətnamə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Lakin, kassasiya instansiyası məhkəməsi cavabdeh təşkilatdan iddiaçının xeyrinə əmək haqqının verilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində, yəni 290.783,2 ABŞ dolları ödəncin tutulması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddənin mənasına görə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində o, vaxt ödənc verilə bilər ki, birincisi, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilmiş olsun; ikinc isi, bu hal fərdi əmək mübahisəsi yaratmamış olsun. Əgər bu hal artıq əmək mübahisəsi yaratmışdırsa, onda mübahəsi, Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilməlidir. Həmin Məcəllənin 287-ci maddəsində göstərilir ki, fərdi əmək mübahisələri, işəgtürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Göründüyü kimi iddiaçıya əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilmiş olsa da, bu hal artıq fərdi əmək mübahisəsinin yaranmasına səbəb olduğundan, iddia tələbi nin bu hissədə təmin edilməsi sadalanan maddi hüquq normalarının tələbləri baxımında əsaslı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini bu hissədə təmin edərkən sadalanan maddi hüquq normalarının tələblərini nəzərə almamış, əmək haqqının özünün ödənilməsi, verilməsinin əsasları ilə bağlı tərəflər arasında ciddi fikir ayrılıqlarının yaranmasına və bu məsələnin özünün hazırkı məhkəmə baxışının predmetinə çevrilməsinə əhəmiyyət verməmişdir. Azərbaycan Respublikası Əmək Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsində göstərilir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh təşkilatdan 2016-cı ilədək olan müddət üçün ödənilməmiş 39.950,04 ABŞ dolları əmək haqqının 2017-ci ilin yanvar ayından 2018-ci ilin avqust ayınadək gecikdirilməsinə görə hər gün üçün bir faiz hesablanmaqla 241.697,742 ABŞ dolları, 2017-ci ilin yanvar ayından noyabr ayınadək olan müddət üçün ödənilməmiş 18.179,80 ABŞ dolları əmək haqqının gecikdirilməsinə görə hər gün üçün bir faiz hesablanmaqla 49.085,46 ABŞ dolları, ümumilikdə 290.783,202 ABŞ dolları ödənc tələb edir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 2016-cı ilədək olan müddət üçün ödənilməməsini iddia etdiyi 39.950,04 ABŞ dolları əmək haqqına dair hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etməməsinin səbəblərini aydınlaşdırmadan, iddia tələbinin bu hissəsinə qeyd olunan maddənin tələblərinə uyğun olaraq hüquqi qiymət vermədən, iddia tələbini mübahisələndirilən bu hissədə də əsaslı hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qət naməsi qismən- əmək haqqının gecikdirilməsinə görə cavabdeh təşkilatdan gecikdirilmiş hər gün üçün 1 faiz hesablanmaqla 290.783,202 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh “xxxx” MMC kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2(103)-815/2019 saylı qətnaməsi qismən- əmək haqqının gecikdirilməsinə görə cavabdeh “xxxx” MMC-dən gecikdirilmiş hər gün üçün 1 faiz hesab lanmaqla 290.783,202 ABŞ dollarının tutulub iddiaçı X6 verilməsi hissəsində ləğv edilsin,mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar