Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4078/2020 06.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qətnaməsindən cavabdeh X1 nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən ödəmə vaxtı manata olan məzənnə ilə 525000 (beş yüz iyirmi beş min) ABŞ dolları məbləğində maddi ziyanın və 50000 (əlli min) manat mənəvi ziyanın, dövlət rüsumuna görə 30 manat və vəkil üçün ödədiyi 100 manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim R.Xəzri) xx xxxxxxx 2019-cu il tarixli, 2(003)-1778/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Şirinov (sərlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov) xx xxxxxx 2020-ci il tarixli, x0 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən cavabdehdən mənəvi zərərin tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, həmin hissədə iddia tələb inin qismən təmin edilməsi, iddiaçıya dəymiş mənəvi zərərə görə Cavabdeh 500 (beş yüz) manatın alınaraq İddiaçı verilməsi, qətnamənin qalan hissədə cavabdehin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qət edilmişdir. Cavabdeh X1 nümayəndəsi və vəkili X2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin iddianın təmin olunması hissəsində ləğv, iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti işin faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi ərizə və teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. Bakı Hərbi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli x№-li hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 228.4, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə oqranlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, zərərçəkmiş şəxs kimi tanınmış İddiaçı cinayət nəticəsində dəy miş 525000 ABŞ dolları maddi ziyan və 50000 manat mənəvi ziyanla əlaqədar mülki iddiası baxılmamış saxlanılmış, onun mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququnun olması izah edilmişdir. Həmin hökmlə müəyyən olunmuş hallara əsasən, Cavabdeh həmçinin mütəşəkkil dəstə tərkibində 2009-cu ilin iyun-noyabr aylarında Bakı şəhərində mobil telefon danışıq kartlarının topdansatışı ilə məşğul olan “xxxx” MMC-nin sahibi və faktiki təsisçisi İddiaçı külli miqdarda pul vəsaitini ələ keçirmək üçün hakimiyyətdən və öz qulluq mövqeyindən müntəzəm surətdə, tamahkarlıq məqsədilə sui-istifadə edərək, rəsmi surətdə qeydiyyata alınmış araşdırma materialı, şikayət ərizəsi, əməliyyat məlumatı və ya siqnal işi olmadığı halda, rəhbərlik etdiyi baş idarənin əməkdaşı və barələrində cinayət təqibi davam etdirilən digərləri vasitəsilə 2009-cu ilin iyun ayının 17-də qanunvericiliklə müəyyən edilmiş funksional vəzifələrinin icrası üçün nəzərdə tutulan nəqliyyat və digər texniki vasitələrdən, dəstə üzvü olmayan xüsusi təyinatlı qulluqçulardan zərurət olmadan qanunsuz istifadə etməklə “xxxx” MMC-nin ünvan 1 ünvanlarında yerləşən ofislərinə daxil olmasını təşkil edib mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə hər hansı prosessual qərar və ya protokol tərtib olunmadan Cəmiyyətin maliyyə sənədlərini götürməklə icraçı direktor X3 Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasına gətizdirərək Cəmiyyətin iqtisadi fəaliyyəti barədə sorğu-sual etdikdən sonra, xx xxxx 2009-cu ildə xidməti otağıda İddiaçı şəxsən qəbul edib, qarşılıqlı biznes əlaqələrinə malik olduğu “xx xx” MMC ilə aralarında olan 550.000 ABŞ dolları məbləğində borc mübahisəsini bəhanə edib, İddiaçı cinayət işi başlayacağı, dələduzluq əməlini törədən şəxs kimi həbs edəcəyi, haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan qeyd olunan pul vəsaitinin özünə verilməsini tələb etmiş, onun hədələrini real qəbul edən İddiaçı 2009-cu ilin sentyabr noyabr aylarında Göyçay rayonunun Çərəkə kəndində yerləşən “Ceyhun” kəndlifermer təsərrüfatının satışı nəticəsində əldə etdiyi və yaxın tanışlarından borc aldığı müvafiq dövrün rəsmi məzənnəsinə görə 180.562,50 manata bərabər 225.000 ABŞ dolları əskinaslarını xidməti otağında şəxsən qəbul etməklə, 160.500 manata bərabər 200.000 ABŞ dolları əskinaslarını nazirliyin inzibati binasının yaxınlığındakı avtobus dayanacağında İddiaçı idarə etdiyi “Mercedes-Benz S 350” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomaşının içində, 80.250 manata 100.000 ABŞ dollarını isə xidməti otaqda barəsində cinayət təqibi davam etdirilən şəxsin vasitəsilə əldə etməklə, ümumilikdə İddiaçı 421.312,50 manata bərabər 525.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitlərini mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirməklə fiziki və hüquqi şəxslərin hüquqlarına və mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Apelyasiya instansiyası məhkəməsi maddi zərərə aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Bakı Hərbi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli x№-li hökmü ilə Cavabdeh mütəşəkkil dəstə tərkibində 2009-cu ilin iyun-noyabr aylarında İddiaçı 421.312,50 manata bərabər 525.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitlərini mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirməklə fiziki və hüquqi şəxslərin hüquqlarına və mənafelərinə, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurması müəyyən edilmişdir və hazırda həmin hökm qüvvədədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələbinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu səbəbdən hesab edilmişdir ki, rayon məhkəməsi maddi zərərə aid hissədə iddia tələbini təmin etməkdə haqlı olmuşdur, qətnamə həmin hissədə əsaslıdır. Mülki Məcəllənin 1096.1-cı və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin m ənəvi zərərə aid hissəsi ilə qeyd etmişdir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərə r vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi özözlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır). Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbi q olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119). Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu işin xüsusi halları baxımından təkcə pozuntu faktının müəyyən edilməsi öz-özlüyündə mənəvi zərərin kompensasiyası üçün yetərli olmaya bilər. Odur ki, rayon məhkəməsi tərəfindən mənəvi zərərə görə müəyyən olunmuş məbləğ mütənasib olmayıb, həddən ziyadə artıqdır. Bu səbəbdən, mənəvi zərərin əvəzi olaraq tutulan məbləğ azaldılaraq işin xüsusi halları baxımından mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat pulun tutulması ədalətli və ağlabatan sayılmışdır. Kollegiya apelyasiya instan siyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən işin faktiki hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4078/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4078/2020
06.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver