Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4079/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh2 vəkili X5 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.01.2019-cu il tarixli, 2(103)782/2019 nömrəli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı *** ASC cavabdehlər “Cavabdeh1.” müəssisəsi və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Cava bdeh1.” müəssisəsi və Cavabdeh2 5000 manat məbləğində verilmiş sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.B.Əliyev) 27 avqust 2018-ci il tarixli, 2(005)-3580/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 5000 manat məbləğində verilmiş sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı *** ASC-nin xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) 18.01.2019-cu il tarixli, 2(103)-782/2019 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təminolun mamış, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 və onun vəkili X5 oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh2 və onun vəkili X5 oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hadisə yerindən qaçması ilə bağlı gəlinmiş nəticə əsassızdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili X5 oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 18.01.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin a pellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsini iddianın təmin edilmiş hissəsində dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “***” markalı **-***-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətində olmuş və İddiaçı *** ASC-də 28 sentyabr 2017-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. Cavabdeh1 həmin avtomobili idarə etmək üçün Cavabdeh2 yol vərəqəsi vermişdir. Cavabdeh2 01 aprel 2018-ci il tarixdə (sığorta müddətində) həmin avtomobili Bakı şəhəri ərazisində idarə edərkən X2 idarə etdiyi “***” markalı **-***-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmiş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin 10.04.2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Nəsimi RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon DYPŞ-nin 01.04.2018ci il tarixli qərarı ilə Cavabdeh2 nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol-nəqliyyat hadisəsi yerindən yayınmasına görə İnzib ati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə uyğun olaraq 100 manat cərimə edilmişdir. Texniki baxış zamanı avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə qiymətləndirmə aktına əsasən vurulmuş zərərin cəmi 5225 manat məbləğində müəyyən edilmişdir. X1 avtomobilinin zədələnməsi ilə əlaqədar sığortaçı İddiaçı *** ASC tərəfindən ona 5000 manat sığorta ödənişi verilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, icbari sığorta üzrə subroqasiya hüququnun yaranması əsasları “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində göstərilmişdir. İddiaçının istinad etdiyi hallardan (Cavabdeh2 yol nəqliyyat hadisəsi ye rindən yayınması) müəyyən olunur ki, o, subroqasiya hüququnun yaranmasını həmin Qanunun 25.1.8-ci maddəsi ilə əsaslandırmışdır. Həmin maddənin tələblərinə görə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. Həmin Qanunun 63.1-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanu nun 63.2-ci maddəsinə əsasən subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. Həmin qanunun 25.1.5, 25.1.6 və 25.1.7-ci maddələrinə əsasən sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, be lə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən sub roqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Apellyasiya kollegiyası hesab etmişdir ki, hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur. Belə ki, icbari qaydada sığortalanmış “***” markalı **-***-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində digər şəxsə məxsus “ ***” markalı **-***-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, eyni zamanda yol-nəqliyyat hadisəsi baş verən vaxt Cavabdeh2 yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə uyğun olaraq cərimə edilmiş və iddiaçı avtomobilə dəymiş zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8 və 63.1-ci maddələri və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir. Eyni zamanda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8 və 63.1-ci maddələrinə əsasən subroqasiya hüququ məhz Cavabdeh2 qarşı əmələ gəlmiş və hazırkı işdə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.2-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Bu baxımdan kollegiya düzgün olaraq hesab etmişdir ki, İddiaçı *** ASC sığortalıya ödənilmiş pul vəsaitinin subroqasiya qaydasında Cavabdeh2 tələb etməkdə haqlıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəfli və obyektiv araşdırmış olan maddi v prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğvi üçün qanuni əsas deyildir. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh hadisə yerindən yayındığını qeyd etsə də, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Ba kı şəhəri Nəsimi rayon DYPŞ-nin 01.04.2018-ci il tarixli qərarı ilə o, nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə uyğun olaraq 100 manat cərimə edilib və həmin qərar qüvvədədir. Məhkəmə bildirişləri isə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana göndərilmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti t əmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.01.2019-cu il tarixli, 2(103)-782/2019 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4079/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4079/2019
19.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver