Məhkəmə qərarları › İş №2(102)-4079/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-4079/2024

23.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4079/2024 23.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlakın naturada ayrılması və pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ İş № 2(102)-4079/2024 Açar sözlər: məhkəmə aidiyyəti, işin ümumi məhkəməyə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, e-2(001)5598/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 730 kv.m. və yardımçı sahəsi 730 kv.m. olan paylı mülkiyyətdəki 1/3 hissədən ibarət iddiaçının payının ayrılması, cavabdehlərdən məhrum etdikləri 323.033 manat real gəlirin və 193.283,86 manat miqdarında əldən çıxmış fayda, hüquqi yardıma görə vəkilə ödənilmiş 3.080 manat pulun və 807 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 519.403,86 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə vəsatət ünvanlayaraq mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər.

3. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində istinad olunan hallar tərəflər arasında mövcud olan mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olmasına dəlalət edir. İddiaçı ”Letterpress” MMC-nin fəaliyyətində, onun payı olan əmlakdan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində iştirakının təmin olunmamasına istinad edərək, əmlakın naturada ayrılması və pul tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə mübahisənin sahibkarlıq fəaliyyəti və təsisçiliklə əlaqədar mübahisə olduğundan kommersiya məhkəməsinin aidiyyətinə aid olmasını nəzərə almamışdı r. İddia tələbi kommersiya qurumunun təsisçiliyi, onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduğundan kommersiya məhkəməsinin səlahiyyətlərinə aid məsələ olduğu halda, qanunvericiliyin tələbi gözlənilmədən Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edilmişdir. Ona görə də, mülki prosessual qanunvericiliyin tələbinə görə məhkəmə aidiyyəti ilə bağlı məsələ həll edilməli və işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılmalıdır.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, 2(001)5598/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlakın naturada ayrılması və pul” tələbinə dair iddiası üzrə 2(001)-5598/2024 nömrəli mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair cavabdehlərin vəsatə ti təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 25.1, 26.1, 26.2, 31.1, 32.4, 44.1-ci maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli Qərarına istinad edərək hesab etmişdir ki, qanunverici mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olmasını müəyyən edərkən işdə iştirak edən şəxslərin subyektiv tərkibinin, mübahisənin predmetinin və ya hüquq münasibətlərinin xarakterinin nəzərə alınmasını tələb edir. Halbuki, iddia ərizəsindən və Elektron Məhkəmə Portalından əldə edi lmiş məlumatlardan görünür ki, hazırkı iş üzrə həm İddiaçı, həm də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 fiziki şəxslərdir və məhkəmə mübahisəsi paylı mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin naturada ayrılması və pul tələbidir (iddianın pul tələbinə dair hissəsinin əsasını isə icarə haqqı təşkil edir). Kommersiya məhkəmələrində baxılan kommersiya mübahisələri təbiətinə görə mülki mübahisələrlə yaxındır. Qanunvericilikdə “kommersiya mübahisəsi” anlayışı birbaşa göstərilmədiyindən, onun şərh olunması çətinləşir. “Kommersiya mübahisəsi” ümumiləşdirilmiş anlayışdır. Belə ki, kommersiya mübahisələrinə mülki, inzibati və digər hüquq münasibətlərindən irəli gələn mübahisələr aid edilir. Lakin hansı hüquq münasibəti növünə aid olmasından asılı olmayaraq, kommersiya mübahisələrinin fərqləndirici cə hətləri (sahibkarlıq və ya digər kommersiya sahəsində yaranırlar; işlərin görülməsi, istehsal, xidmətlərin göstərilməsində iştirak edən xüsusi sahibkarlıq subyektlərinin fəaliyyətinə aiddirlər; əmlak xarakterli nəticələr yaradırlar) vardır. Ümumilikdə, kommersiya mübahisəsi dedikdə, iştirakçısı istər fərdi sahibkarlar, istərsə də dövlət olan, təsərrüfat (kommersiya) fəaliyyəti sahəsində yaranan hüquqi mübahisə başa düşülür. Mübahisənin kommersiya xarakterli olması hüquq münasibətinin məzmununu əks etdirir və mübahisə tərəflərinin qarşılıqlı münasibətinin mahiyyətini xarakterizə edir. Bu mübahisə kommersiya subyektləri arasında yaranır və azad sahibkarlıq fəaliyyətindən irəli gəlir. Məhz ona görə bu münasibətlər mahiyyətinə görə mülki münasibətlərlə oxşarlıq təşkil edir. Ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından, həmçinin mövcud mübahisə kommersiya mübahisəsi olmadığından, iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair vəsatət rədd edilməlidir. Şikayətin dəlilləri:

6. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişl ər.

7. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 9, 24.2, 24.3, 32.4-cü maddələrinin, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli Qərarının tələbləri pozulmuşdur.

8. Belə ki, iddia tələbi kommersiya qurumunun təsisçiliyi, onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduğundan, kommersiya məhkəməsinin səlahiyyətlərinə aid məsələ olduğu halda, qanunvericiliyin tələbi gözlənilmədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edilmişdir. Məhkəmə mübahisənin aidiyyət qaydaları ilə bağlı kifayət qədər araşdırma a parmadan, işi icraata götürmüş, eyni zamanda cavabdehlər tərəfindən işin aidiyyəti üzrə göndərilməsi ilə bağlı vəsatətə də düzgün hüquqi qiymət verməyərək, prosessual qanunvericiliyin tələblərinə riayət etməmişdir.

9. Şikayətə etiraz verilməmişdir. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqəda r olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyy əti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının:

11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahi sənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbində n işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

12. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməmə li, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

14. Hazırkı işin mübahisəsiz hallarına görə, həm iddiaçı, həm də cavabdehlər fiziki şəxs olmaqla, fərdi sahibkar deyillər.

15. Həmçinin müəyyən olunur ki, hazırkı mübahisə tərəflərin ümumi paylı mülkiyyətlərində olan daşınmaz əmlakdan iddiaçının payının ayrılması və həmin paydan istifadə ilə bağlı iddiaçının əldə edə biləcəyi iddia olunan icarə haqqının tutulması ilə bağlıdır.

16. İddia tələbinin əsaslandırılmasında iddia çı cavabdehlərlə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına razılaşmalarını qeyd etsə də, hazırkı iddianın bu fəaliyyətdən irəli gəlməsi, yəni belə fəaliyyətdən əldə olunmuş gəlirlərin bölünməsi, bu fəaliyyətin həyata keçirilməsi məqsədi ilə yaradılan Məhdud Məsuliyyətli Cəmiyyətin idarə olunması, sərmayə qoyulması, o cümlədən mübahisəli qeyri-yaşayış sahəsinin MMC tərəfindən istifadə olunması ilə bağlı olması müəyyən olunmur. 17. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 14-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.

18. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin tələbləri, istərsə də Ali Məhkəmənin Plenumunun hüquqi mövqeləri baxımından hazırkı mübahisəyə ümumi məhkəmədə baxılmalıdır.

19. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, cavabdehlər tərəfindən verilmiş şikayət təmin edilməməlidir.

20. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, e-2(001)5598/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar