Məhkəmə qərarları › İş №2(102)-408/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-408/2019

28.01.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-408/2019 28.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-408/2019 Bakı şəhəri 28 yanvar 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh2 MMC-nin vəkili Rnun və Maraqlı şəxs ASC-nin vəkili Pnun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.08.2018-ci il tarixli, 2(103)1870/2018 nömrəli qətnaməsindən Cavabdeh2 MMC və Maraqlı şəxs ASC tərəfindən verilmiş kassasiya şikayətlərinə baxaraq, MÜƏYYƏN ET Dİ: Qax rayon Məhkəməsinin (hakim M.Qarayev) 16.05.2018-ci il tarixli, 2(024)287/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 MMCnə və Maraqlı şəxs ASC-nə qarşı “hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə protokolun (No 88/1) etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 21 noyabr 2017-ci il tarixli No 88/1 protokolunun etibarsız hesab edilməsi və hərrac protokolu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 24.01.2018ci il tarixli RX seriyalı ******* nömrəli ç ıxarışın ləğv edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Əsədli, Ə.Məcidov, İ.Quliyev) 06.08.2018-ci il tarixli qətnaməsi ilə maraqlı tərəf Maraqlı şəxs ASC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Qax rayon Məhkəməsinin 16.05.2018-ci il tarixli, 2(024)-287/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh2 MMC-nin vəkili R və Maraqlı şəxs ASC-nin vəkili P iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.08.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 MMC-nə və Maraqlı şəxs ASC-nə qarşı “hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə protokolun (No 88 /1) etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 12.03.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 21 noyabr 2017-ci il tarixli No 88/1 protokolunun etibarsız hesab edilməsi və hərrac protokolu əsasında alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və Cavabdeh1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və Cavabdeh1 nümayəndəsinin iştirakını təmin et məməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin vəkili R kassasiya şikayətini müdafiə edərək onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə məhkəmə qətnamələrində göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Belə ki, iş materiallarından görünüyü kimi, Qax rayon İcra şöbəsinin 603 saylı, 20.07.2017-ci il tarixli sifarişi nə əsasən İddiaçı məxsus Qax rayonu, Qalxingiloy kəndində 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin satılmasına dair Şəki Apellyasiya Məhkəməsinin 2(107)-374 saylı, 17.01.2017-ci il tarixli icra vərəqəsi Cavabdeh2 MMC-nə göndərilmiş, iddiaçıya məxsus göstərilən fərdi yaşayış evi 11.09.2017-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 60000 manat, 20.10.2017-ci il tarixdə təkrar hərracda 15% endirimlə 51000 manat dəyəri ilə açıq hərraca çıxarılsa da, iştirakçı olmadığından hərrac baş tutmamış, bu barədə “Kaspi” qəzetində məlumat dərc edilmişdir. Cavabdeh2 MMC tərəfindən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə alınması ipoteka saxlayan Maraqlı şəxs ASCn ə təklif edilmiş, bank tərəfindən təklif qəbul edilmiş, Cavabdeh2 MMC-nin hərracın yekunları barədə 88/1 nömrəli, 21.11.017-ci il tarixli protokola əsasən iddiaçıya məxsus qeyd edilən fərdi yaşayış evi 38250 mnata Maraqlı şəxs ASC-nə satılmışdır. İlkin açıq hərracın keçirilməsi ilə bağlı 08/02 nömrəli, 12.08.2017-ci il tarixli bildiriş iddiaçıya şəxsən 22.08.2017-ci il tarixində, təkrar hərracın keçirilməsi ilə bağlı 08/02-1 nömrəli 21.09.2017ci il tarixli bildiriş iddiaçıya şəxsən 25.09.2017-ci il tarixində təqdim edilmişdir. Həmçinin məhkəmənin gəldiyi “qəzetdə hərracın vaxtı və yeri elanda qeyd edilməmişdir” qənaəti əsassızdır. Belə ki “Kaspi” qəzetində 12-18 avqust tarixində hərracın, 21 sentyabr tarixində təkrar hərracın elanı verilmişdir. Göründüyü kimi, nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə məhkəmə qətnamələrində göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Ona görə də o, məhkəmədən kassasiya şikayətinin təmin edilərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.08.2018-ci il tarixli, 2(103)-1870/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ASC-nin vəkili P kassasiya şikayətini müdafiə edərək onunla əsaslandırmışdırki, apelyasiya instansiyası məhkəməsi düzgün araşdırma aparmamış, maddi hüquq normalarını səhv tətbiq və təfsir etmiş, təqdim edilmiş sübutlara qiymət verməmiş, nəticədə işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Belə ki, Qax rayon İcra şöbəsinin 603 saylı, 20.07.2017-ci il tarixli sifarişinə əsasən İddiaçı məxsus Qax rayonu, Qalxingiloy kəndində 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin satılmasına dair Şəki Apellyasiya Məhkəməsinin 2(107)-374 saylı, 17.01.2017-ci il tarixli icra vərəqəsi Cavabdeh2 MMC-nə göndərilmiş, iddiaçıya məxsus göstərilən fərdi yaşayış evi 11.09.2017-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 60000 manat, 20.10.2017-ci il tarixdə təkrar hərracda 15% endirimlə 51000 manat dəyəri ilə açıq hərraca çıxarılsa da, iştirakçı olmadığından hərrac baş tutmamış, bu barədə “Kaspi” qəzetində məlumat dərc edilmişdir. Cavabdeh2 MMC tərəfindən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiym ətindən 25% az olmayan qiymətə alınması ipoteka saxlayan Maraqlı şəxs ASC-nə təklif edilmiş, bank tərəfindən təklif qəbul edilmiş, Cavabdeh2 MMC-nin hərracın yekunları barədə 88/1 nömrəli, 21.11.017-ci il tarixli protokola əsasən iddiaçıya məxsus qeyd edilən fərdi yaşayış evi 38250 mnata Maraqlı şəxs ASC-nə satılmışdır. İlkin açıq hərracın keçirilməsi ilə bağlı 08/02 nömrəli, 12.08.2017ci il tarixli bildiriş iddiaçıya şəxsən 22.08.2017-ci il tarixində, təkrar hərracın keçirilməsi ilə bağlı 08/02-1 nömrəli 21.09.2017-ci il tarixli bildiriş iddiaçıya şəxsən 25.09.2017-ci il tarixində təqdim edilmişdir. Göründüyü kimi hərrac tam qanuni formada həyata keçirilmiş və qanuni formada bank ipoteka predmetini satın almışdır. Apellyasiya instansiyası məhkəməsi isə işin qeyd olunan faktiki hallarını t am və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.08.2018-ci il tarixli, 2(103)-1870/2018 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən sübutları tam, hərtərəfli araşdırmamış, həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, ünvan 1 sənədinə əsasən İddiaçı və X1 məxsus olan E kəndində xüsusi mülkiyyətdə olan 0.07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 127 kv.m olan 1(bir) mərtəbəli, 03(üç) otaqlı fərdi yaşayış evinin ona tutma yönəldikdən və satıldıqdan sonra boşaldılması qərara alınmışdır. İcra sənədinin icrası ilə bağlı zəruri icra hərəkətləri həyata keçirilmiş və ipoteka predmetini təşkil edən fərdi yaşayış evi Cavabdeh2 MMC tərəfindən 21 noyabr 2017-ci il tarixdə hərraca çıxarılmışdır. Hərrac zamanı fərdi yaşayış evi Maraqlı şəxs ASC-nə təklif olunmuş və bank tərəfindən alınaraq həmin protokol əsasında Maraqlı şəxs ASC-nə mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən müvafiq çıxarış ver ilmişdir. Cavabdeh1 tərəfindən 02 fevral 2018-ci il tarixdə İddiaçı və S.İbrahimovaya 175 saylı məktub ünvanlanaraq, ünvan 1 sənədinə əsasən İddiaçı və X1 məxsus olan E kəndində xüsusi mülkiyyətdə olan 0.07 ha torpaq sahəsinə yerləşən ümumi sahəsi 127 kv.m olan 1(bir) mərtəbəli, 03(üç) otaqlı fərdi yaşayış evi hərrac vasitəsi ilə satıldığı və hazırda ev Maraqlı şəxs ASC-nin mülkiyyətində olduğu üçün həmin evin boşaldılması tələb olunmuşdur. İddiaçı qeyd edilən iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin iş üzrə qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Belə ki, ipoteka predmeti hərraca çıxarılan zaman İddiaçı hərracla bağlı hər hansı bir bildiriş göndərilməmiş, hərrac barədə iddiaçının məlumatı olmamış, hərracin yekunu barədə protokol göndərilməmişdir. Halbu ki, hərrac protokolunda kütləvi informasiya vasitələrində elanların dərc olunmasına, bildirşlərin tərəflərə göndərilməsinə və sair hərəkətlərə görə məsuliyyət daşıdığı və hərracın satışını təşkil etdiyi sifarişçinin hərrac protokolunun alıcının yeni mülkiyyətçisi kimi hüququnu təsdiq etdiyi halda istənilən instansiyada cavabdeh qismində çıxış etdiyi qeydlər olunmuşdur. Beləliklə də, hərrac qanunvericiliyin tələblərinə zidd olaraq həyata keçirilmişdir. Lakin iş materiallarında olan teleqramlardan görünür ki, ilkin açıq hərracın keçirilməsi ilə bağlı Cavabdeh2 MMC-nin 08/02 nömrəli, 12.08.2017-ci il tarixli bildirişi İddiaçı şəxsən 22.08.2017-ci il tarixində, təkrar hərracın keçirilməsi ilə bağlı 08/02-1 nömrəli 21.09.2017ci il tarixli bildirişi isə şəxsən 25.09.2017-ci il tarixində təqdim edilmişdir. İş materiallarında olan “Kaspi” qəzetinin 21.09.2017-ci il tarixli və 31.10.2017-ci il tarixli buraxılışlarının surətindən görünür ki, ilkin və təkrar hərracın keçirilməsi barədə elanlar qəzetdə yerləşdirilmişdir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. “İc ra haqqında” Qanunun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “İpoteka haqqında” Qanunun 41-ci maddəsinə əsasən, ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçiri lməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verili “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişiklik edilmədən saxlayarkən səhv yol vermiş, iş in həqiqi hallarını və sübutları (hərracın keçirilməsi barədə bildirişlərin iddiaçıya çatdırılmasına dair teleqramları və hərracın keçirilməsinə dair qəzetdə verilmiş elanlarla bağlı sübutları) tam və hərtərəfli araşdırmamış, kifayət qədər əsas olmadan və yetərli araşdırma aparmadan qərar çıxarmış, Mülki Məcəllənin və İpoteka haqqında Qanunun tələblərini pozmuş, cavabdehin və maraqlı şəxsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş, mübahisəni tərəflərin hüquqi mənafeyinə uyğun həll etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1cimaddəsinəəsasənmaddivəprosessualhüquqnormalarınınpozulmasıvəyadüzgüntətbiqolu nmamasıapellyasiyainstansiyasıməhkəməsininqətnaməvəqərardadınınləğvedilməsiüçünə sasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətlərinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Odur ki, Cavabdeh2 MMC-nin kassasiya şikayəti qismən, Maraqlı şəxs ASC-nin kassasiya şikayəti isə tam təmin edilməli, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.08.2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər araşdırılıb hüquqi qiymət verilməklə mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420cimaddəsinəəsasənkassasiyainstansiyasındaişəbaxanməhkəməninqərarındaşərhediləngö stərişlərhəminişəyenidənbaxanməhkəməüçünməcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982ci il tarixli qərarı; “X3rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Maraqlı şəxs ASC-nin kassasiya şikayəti tam təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.08.2018-ci il tarixli, 2(103)-1870/2018 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar