Məhkəmə qərarları › İş №2(102)-4081/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4081/2019

20.06.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4081/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh və vəkili Rnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.01.2019-cuiltarixli 2(103)1396/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili R tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin (hakim R.Məmmədov) 07.11.2018-ci il tarixli 2(002)-2208/2018 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “payların naturada bölünməsi” tələbinə dair iddiası qismən təmin edilərək, BE saylı evin tərəflərin paylarına uyğun Cavabdeh evin giriş hissəsinin sol tərəfindən yerləşən 12,1, 16,2, 16.9 və 14,56 kv.m sahələrdən ibarət hissəsinin ayrılması, İddiaçı1 evin giriş hissəsinin sağ tərəfində yerləşən 14,5, 11, 9,3, 8,3 və 24,79 sahələrdən ibarət hisəsinin ayrılması, Xna 19,1, 21 və 18,9 kv.m sahələrdən ibarət hissəsinin ayrılması, 50 manat ekspertiza xərcinin Cavabdeh tutularaq müvafiq hesab üzrə Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, İ.Şirinov) 25.01.2019-cuiltarixli 2(103)-1396/2019 nömrəli qətnaməsi ilə Cavabdeh apel lyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 07.11.2018-ci il tarixli 2(002)-2208/2018 nömrəli qətnaməsinin Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh və vəkili R iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.01.2019-cuil tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “payların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə 14.05.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, E saylı ev və 0,8047 ha torpaq sahəsinin cavabdehlə aralarında 1/3 hissədə paylarına uyğun olaraq naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şi kayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili R kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərini kobud və ciddi şəkildə pozmuş, sübutları, faktları, təqdim edilmiş dəlilləri və sənədləri, tərəflərin izahatlarını və istinad etdiyi halları hərtərəfli, tam, obyektiv araşdırmamış, cavabdehin dediklərinə, istinad etdiyi fakt və sübutlara, dəlillərə əhəmiyyət verməmiş, qətnamə qəbul edərkən iddiaçıların iddia ərizəsində göstərdiklərini, naturada bölünməsi tələb olunan fərdi yaşayış evinə aidiyyəti olmayan sənədləri əsas götürmüşdür. İddiaçıların naturada bölünməsini tələb etdikləri E saylı ev onların paylı mülkiyyətində olan ev deyil, qonşuları X1 məxsus olan fərdi yaşayış evidir. Onların paylı mülkiyyətində olan ev isə E saylı evdir. Cavabdeh iddiaçıların iddia tələbinin faktiki əsasının həmin iddia tələbinin qanuni əsaslarının şərtlərinə uyğun olmadığını hər iki instansiya məhkəməsində bildirmiş olsa da, buna əhəmiyyət verilməmiş, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yol vermiş olduğu səhvi təkrarlamışdır. Məhkəmə qətnaməsində naturada bölgüsü aparılmış və tərəflərə verilməsi qət edilmiş yaşayış və qeyri-yaşayış sahələri 27B saylı fərdi yaşayış evində yoxdur. Bundan başqa, məhkəmə 27B saylı fərdi yaşayış evinin texniki pasportunda olmayan və heç bir hüquq müəyyənedici sənədi olmayan köməkçi sahələrin də bölgüsünü aparmış və köməkçi sahələri də tərəflər arasında düzgün bölməmişdir. Əgər 27B saylı evin yaşayış sahə si 61.9 kv.m, ümumi sahə 110.9 kv.m göstərilirsə, məhkəmə qətnaməsi ilə aparılmış bölgü əsasında isə aparılmış bölgüyə əsasən yaşayış sahəsi 61.9 kv.m, ümumi sahə isə 186.67 kv.m təşkil edir. Digər tərəfdən ekspert rəyində, məhkəmə ətnaməsində və mülki işin digər sənədlərində 27B saylı fərdi yaşayış evinin və onun köməkçi sahələrinin naturada bölgüsü aparılsa da, faktiki bölgü iddiaçılarla cavabdehə paylı mülkiyyət hüququ ilə məxsus olan 27V saylı fərdi yaşayış evində aparılmış, aparılan bölgü isə ədalətli olmamışdır. Belə ki, İddiaçı1 verilmiş ön giriş, mətbəx və hamamı, iddiaçı E.Quliyevaya verilmiş açıq eyvanı cavabdeh öz şəxsi vəsaiti hesabına əsaslı təmir etmiş, yenidən qurmuş və tikmişdir. Bu işlərin görülməi üçün o, külli miqdarda vəsait xərcləmişdir. İddiaçı1 veriləndən sonra cavab deh və onun ailə üzvləri ona verilmiş hamam və mətbəxdən istifadə edə bilməyəcəkdir, hansı ki, həmin sahələrdən cavabdehin və İddiaçı1 ailəsi indiyədək ümumi qaydada istifadə edirlərdi. Həmin sahələrin tərəflərin ümumi istifadəsində qalması daha düzgün və ədalətli olardı. Bölgü zamanı cavabdehə 59.76 kv.m, iddiaçılardan İddiaçı1 67.89 kv.m, X2 isə 59 kv.m sahə düşmüşdür. Göründüyü kimi, qətnamə işin faktiki halları tam araşdırılmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.01.2019-cuiltarixli 2(103)-1396/2019 saylı qətnaməsinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili R kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 25.01.2019cuiltarixliqətnaməsi ilə Cavabdeh apellyasiya şikayətini təmin etməyərək, iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 07.11.2018-ci il tarixli 2(002)-2208/2018 nömrəli qət naməsinin Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 20.02.2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən E nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh 1/3 hissə, İddiaçı1 1/3 hissə, İddiaçı2 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 3722 nömrəli vərəqində qeydiyyata alınmışdır. Apellyasiya kollegiyası qeyd etmişdir ki, mübahisə predmeti olan evin naturada bölünməsi ilə bağlı iddia tələb inin faktiki əsası, tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçılar paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edərək mübahisə predmeti olan evin paylarına uyğun naturada bölünməsini tələb etmiş və bunun texniki cəhətdən mümkün olması məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə təsdiq olunduğundan məhkəmə də bu hissədə iddianı təmin etmişdir. İkincisi, mübahisə predmeti olan evin nömrəsinin MH seriyalı, 054677 nömrəli, 26.12.1996-cı il tarixli və FM seriyalı, 016160 nömrəli, 22.08.2002-ci il tarixli Qeydiyyat Vəsiqələrində 27 “v” kimi, MH seriyalı, ******* nömrəli, 20.02.2007-ci il tarixli Çıxar ışda isə 27 “b” kimi qeyd olunmasının hazırki iddianın əsaslılığına hər hansı təsiri ola bilməz. Çünki hər üç sənədin eyni evə aid olması işdən açıq-aşkar görünür. İddiaçılar da mübahisəli evə dair verilmiş sonuncu Çıxarışa uyğun olaraq evin üçdə bir hissədə onlarla cavabdeh arasında naturada bölünməsini tələb etmiş və həm hüquqi, həm də faktiki olaraq tərəflərin paylı mülkiyyətində olan evin naturada bölünməsi təmin edilmişdir. Cavabdehin bu cür dəlillərdən istifadə etməsi (iddiaçıların qonşunun evinin və torpaq sahəsinin naturada bölünməsi barədə iddia qaldırmışlar və s) həm də ona görə əsassızdır ki, elə apelyasiya şikayətində özü faktiki olaraq mübahisə predmeti olan paylı mülkiyyətdə olan evin naturada bölgüsünün aparıldığını təsdiq edir. Üçüncüsü, birinci instansiya məhkəməsinin 27 “ b” saylı fərdi yaşayış evinə aid, lakin texniki pasportda göstərilməyən hissələrinin bölgüsünü aparması heç də həmin hissələrin qanuniləşdirilməsi məqsədilə edilməsi kimi qiymətləndirilməməlidir. Yəni, bu cür bölgü bir zərurətdən yaranmışdır. Belə ki, işdən görünür ki, evə aid bəzi tikililər sonradan inşa olunduğu üçün daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və tərəflər həmin tikililərdən istifadə edir. Bu tikililərin mövcudluğu bölgü zamanı nəzərə alınmaya bilməzdi. Ona görə də bölgü paylı mülkiyyətin hər üç iştirakçısının faktiki istifadələrində olan hissəyə uyğun aparılsa da, qeydə alınmış tikililərin daha çox hissəsinin cavabdehin istifadəsində qalması iş materiallarından, o cümlədən ekspert rəyindən açıq-aşkar görünür. Göründüyü kimi, bölgü zama nı evin qeydə alınmamış hissəsi nisbətən az olsa da, qeydə alınmış daha çox hissəsi cavabdehin istifadəsində qalmışdır. Nəticə etibarilə iddiaçılara aid sahə cavabdehə aid sahədən artıq olmamışdır. Ona görə də cavabdehin bu bölgünün düzgün və ədalətli olmadığını bildirməsi özü bir ədalətsiz yanaşmadır. Dördüncüsü, cavabdeh İddiaçı1 verilmiş ön giriş, hama və mətbəxi, iddiaçı X2 verilmiş açıq eyvanı öz şəxsi vəsaiti hesabına təmir etdiyini, yenidən qurduğunu və tikdiyini, bu işlərin görülməsi üçün külli miqdarda vəsait xərclədiyini bildirsə də, buna dair məhkəməyə mötəbər sübut təqdim etməsə belə, hazırki iddianın predmeti baxımından həmin dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, yuxarıda qeyd olunduğu kimi, bölgü zamanı tərəflərə evin həm qeydə alınmış, həm də alınmamış hissələri veril miş və nəticə etibarilə bölgü paylara uyğun olmuşdur. Əgər cavabdeh qeydə alınmamış hissələrin bir hissəsini öz şəxsi vəsaiti hesabına ina etdiyini bildirib iddiaya etiraz edirsə, onda evin qeydə alınmış çox hissəsinin bölgü zamanı ona aid olunmasına da iddiaçılar etiraz etməlidilər. Lakin iddiaçılar bunu etmirlər. Buna görə də cavabdeh üçün bu hal anlaşılan olmalıdır. Bölgü zamanı hansısa hissənin ümumi istifadədə qalması isə evin naturada ayrılmasının mahiyyətinə zidd olardı. Çünki bu cür vəziyyətdə paylı mülkiyyətin naturada bölünməsinin əhəmiyyəti itmiş olardı. Naturada bölgüyə nail olmaq isə evdən, yaxud onun hissələrindən ümumi istifadənin aradan qaldırılması üçün arzu edilən və reallaşan bir tələbin nəticəsidir. Azərbaycan Respublikası Mülki məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə əsasən qeyd etməyi zəruri hesab edir ki, Cavab deh vermiş olduğu kassasiya şikayətinin məzmununda mübahisəli evin naturada ayrılmasının mümkünlüyünü qəbul etmiş, kassasiya şikayətinin dəlillərini apellyasiya şikayətinin dəlilləri ilə eyniliklə təkrarlamış, məhkəmə qətnaməsinin hansı pozuntular ilə qəbul edilməsini göstərə bilməmişdir. Odur ki, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalar ını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavab deh və vəkili Rnun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.01.2019-cu il tarixli 2(103)-1396/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar