Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4086/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili Vəkil2 və iddiaçının vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən XXXnun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(006)-5571/2019, hakim R.A.Xəlilov) İddiaçı XXXna qarşı iddiası təmin edilmiş, XXXndan 259.641 ABŞ dolları və 20.177 Avro məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına və Avroya münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-1882/2020, hakimlər F.F.Babayev, X.A.Mərdanova, E.M.Həsənov) XXXnun apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia təmin edilmiş, XXXndan 259.641 ABŞ dolları və 20.177 Avro məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına və Avroya münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alı naraq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2019-cu il tarixdə Rəhimova X1 Sığortalanması Fonduna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 259.641 ABŞ dolları və 20.177,77 Avro məbləğində pulun ödəniş anında Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş müvafiq olaraq ABŞ dollarının və Avronun manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. “Əmanətlərin tam sığortalanması" haqqında Azərbaycan Respublikası qanununun 4.1- ci maddəsinə əsasən Qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri XXXnun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərinmüraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə t am sığortalanır. Hazırki müqavilələr üzrə faiz dərəcələri “Əmanətlərin tam Sığortalanması” haqqında Qanunun müəyyən etdiyi faiz dərəcələrindən yuxarı yerləşdirilmişdir, odur ki, bu əmanətlər qorunan hesab edilə bilməz. İddiaçının tələbi kreditor tələbi kimi qeydə alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən edilmiş formada qəbul edilmişdir. Bu halda, iddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayətini əsassız hesab edə rək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçı ilə QSC «xxxx» KB arasında xx xxxxxx 2016-cı il tarixdə 4 depozit müq aviləsi bağlanılmışdır. Həmin müqavilələrdən “standard” depozit müqaviləsi üzrə bank əmanətçidən 100.000 ABŞ dolları məbləğində olan pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 10,5 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüş, eyni məzmunlu digər müqavilələrdə- “qarant” depozit müqaviləsində əmanət məbləği 25.000 ABŞ dolları, illik faiz dərəcəsi 12 faiz, “premier” depozit müqaviləsində əmanət məbləği 150.000 ABŞ dolları illik faiz dərəcəsi 8 faiz, “standard” depozit müqaviləsində əmanət məbləği 20.000 avro, illik faiz dərəcəsi 4 faiz razılaşdırılmışdır. Bundan sonra, əmanət məbləği 100.000 ABŞ dolları və 25.000 ABŞ dolları təşkil edən müqavilələrə xx xxxxx 2016-cı il tarixdə dəyişiklik edilməklə həmin müqavilələr üzrə faiz dərəcəsi kimi illik 3 faiz müəyyən edilmişdir. Digər iki müqavilə üzrə, yəni 150.000 ABŞ dolları və 20.000 Avro məbləğində pul vəsaitinin depozitə qoyulması barədə müqavilələrə dəyişiklik edilməmişdir. QSC «xxxx» KB-nin lisenziyası ləğv edilmiş, QSC «xxxx» KB müflis elan olunmuş, iflas proseduruna başlanılmış (sığorta hadisəsi), ləğv prosesində olan QSC «xxxx» KB-nin ləğvedicisi Azərbaycan XXX təyin edilmişdir. İddiaçının ləğv prosesində olan QSC «xxxx» KB qarşısında 259.641 ABŞ dolları və 20.177,77 Avro hissəsi kreditor tələbi kimi qeydə alınmışdır. İddiaçı əmanət müqavilələri üzrə banka əmanət qoyduğu pul vəsaitlərinin qanunsuz olaraq qaytarılmadığına istinad edərək hazırda həmin məbləğin XXXndan alınaraq ona verilməsini tələb edir. “Əmanətlərin sığortalanması ha qqında” Qanunun 2.1.2.6-cı maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlər hesab olunmur. Həmin Qanunun 8.1.20-ci maddəsinə əsasən X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. XXXnun Himayəçilik Şurasının xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xx xxxxxx 2015-ci il tarixdən 12 faiz müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış depozit müqavilələrinə əsasən əmanətlər üzrə illik faiz dərəcələri 12 %-dən aşağı və 12% müəyyən edilmişdir. Bu halda, qeyd edilən müqavilələr üzrə qoyulmuş əmanətlər qorunan əmanətlərə aiddir və sığorta hadisəsi baş verdiyindən iddiaçının kompensasiya ödənilməsinin tələb etmək hüququ yaranmışdır. Bununla bərabər, sığortalanmış əmanət üzrə kompensasiya ilə tam sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi qaydası fərqləndirilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən, sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nə zərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı ilə bank arasında bağlanmış 4 depozit müqaviləsinin hər biri sığortalanmış əmanətdir, lakin müqavilələrdən ikisinə sonradan qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən dəyişiklik edilərək həmin əmanətlər üzrə tam sığorta təminatı əldə edilmişdir. Apellyasiya məhkəməsi mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, “qorunan əmanət” və “tam qorunan əmanət”ləri fərqləndirmədən, iddiaçıya qoyduğu bütün əmanətlər üzrə əmanətin 100 faizi həcmində kompensasiya ödənilməsi barədə iş üzrə səhv nəticəyə gəlmişdir. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 27.3-cü maddəsinə əsasən, bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filia llarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur. Kompensasiyaların ödənilməsi üzrə qanunvericiliklə nəzərdə tutulmuş qeyd edilən qayda iddiaçı ilə bank arasında bağlanmış depozit müqavilələrinin 8.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və düzgün hüquqi nəticəyə gəlməmişdir. Buna görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələblərinə uyğun olmadığından qanuni, əsaslı sayıla bilmədiyi üçün kassasiya şikayəti qismən təmin edilməli, qətnamələğv olunmalı və iş yeni apellyasiya baxışın a göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4086/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4086/2020
07.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver