Məhkəmə qərarları › İş №2(102)-4090/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4090/2021

30.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4090/2021 30.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mülkün paylara uyğun naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə baxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2020-ci il tarixli, 2(103)1318/2014 nömrəli qərardadı ndan Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 aprel 2019-cu il tarixli, 2(043)127/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mülkün paylara uyğun naturada bölünməsi” tələbinə dair iddiası rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(104)-857/2020 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 aprel 2019-cu il tarixli, 2(043)-127/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə irəli sürülən iddia təmin edilmiş, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA serialı ******* nömrəli çıxarış əsasında Cavabdeh və İddiaçı adlarına mülk kimi qeydə alınmış Gəncə şəhəri, Kəpəz rayonu, X1 prospekti, 32 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,045 ha torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun naturada bölünməsi, həmin evin İddiaçı payına düşən yaşayış sahəsinin 42,4 kvadrametr hissəsinin və yardımçı sahəsinin 46,1 kvadrametr hissəsinin, evin Cavabdeh payına düşən yaşayış sahəsinin qalan 54,45 kvadrametr və yardımçı sahəsinin 59,35 kvadrametr hissələrindən naturada ayrılaraq, ayrılmış payların hər birinin mülkiyyətçinin özlərinə verilməsini qət edilmişdir. Cavabdeh kassasiya şikayəti vermiş və kassasiya şikayətinə ötürülmüş müddətin bərpasına dair ərizə əlavə etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 05 fevral 2021-ci il tarixl i, 2(104)-857/2020 qərardadı ilə (hakim Ə.İ.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər R.Ş.Muradovdan və F.Ə.Mehtiyevlən ibarət tərkibdə) Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2020-ci il tarixli, 2(104)-857/2020 saylı qətnaməsində kassasiya şikayəti vermə müddətinin bərpasından imtina edilmiş və kassasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(104)-857/2020 nömrəli qərardadının ləğv edilməsi və işin yeni məhkəmə baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin surəti cavabdehə təqdim olunmamış, ötürülmüş müddətin bərpasına dair ərizənin baxılmasında iştirak etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. İş materiallarından müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(104)-857/2020 nömrəli qətnaməsindən cavabdeh kassasiya şikayətini 16 noyabr 2020-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə təqdim etmiş və həmin şikayətə ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə əlavə etmişdir. Həmçinin müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərardadı 05 fevral 2021-ci il tarixdə qəbul etsə də, tərəflərə, o cümlədən kassatora məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər göndərilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak ed ən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş prosessual müddətin bərpasına dair cavabdehin ərizəsinə onu çağırıb dinləmədən baxdığından, bununla da Azərbaycan Respublikası MPM-in 9, 133-cü maddələrinin tələblərini pozduğundan hazırki kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş cavabdehin ərizəsinə tərəflərin iştirakları ilə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respu blikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİM: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(104)-857/2020 nömrəli qərardadı ləğv edilsin və iş materialları həmin Məhkəmənin 31 yanvar 2020-ci il tarixli, 2(104)-857/2020 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətində bərpasına dair cavabdehin ərizəsinə baxılması üçün apellyasiya instansiyası məhkəmə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar