Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4091/2025 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti cəlb olunmaqla) iş üzrə QƏRARI Açar sözlər: əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov V üqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti cəlb olunmaqla) "hasarın sökülməsi, hasarın yenidən çəkilməsi və qonşu divarların sökülməsinin cavabdehə qadağan edilməsi, tikinti tullantılarının daşınması vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 28 oktyabr tarixli 2(103)-5518/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilən kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzil paylı mülkiyyət hüququ əsasında 1 otaqdan ibarət hissədə X1, 1 otaqda n ibarət hissədə X2, 2 otaqdan ibarət hissədə isə İddiaçı (bundan sonra- “iddiaçı”) mülkiyyətindədir.
2. Həmin binanın yerləşdiyi ərazini (C.Məmmədquluzadə, B.B.Məcidov, Ə.Topçubaçov, Ə.Hüseynzadə, S.Əsgərova, Mərdanov Qardaşları və S.Salayev küçələrini) əhatə edən 1,07 ha torpaq sahəsi, orada qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyətçiləri) ilə qarşılıqlı razılıq əsasında müasir sosial infrastruktur obyektlərin, yaşayış kompleksinin tikintisinin həyata keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 194 nömrəli sərəncamına əsasən Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə iddia ərizəsi və sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ə rizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 27 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları qarşısında çəkilmiş hasarın sökülməsi və həmin mənzilin divarları qarşısında hasarın çəkilməsinin cavabdeh MMC-yə qadağan edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, 27 ünvanında yerləşən evin həyətinə tökülmüş tikinti tullantılarının daşınması vəzifəsinin cavabdeh MMC-nin üzərinə qoyulması, ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları ilə bitişik olan qonşu divarların sökülməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 27 ünvanında yerləşən 3 nömrəli mənzil iddiaçının mülkiyyətindədir. Artıq bir ildən artıqdır ki, iddiaçının ya şadığı məhəllə cavabdeh tərəfindən dörd metrə yaxın hündürlüyü olan hasara alınmışdır. Bunun da nəticəsində iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulur. Belə ki, həmin hasara görə iddiaçının mülkiyyətində olan mənzil günəş işığı və havalanmadan məhrum olmuşdur. Qeyd edilən səbəbdən mənzilin divarları nəmişlikdən və havasızlıqdan xarab olur. Yaranan rütubətdən mənzildə yaşamaq demək olar ki, mümkün deyil. Həmin mənzildə iddiaçının yaşlı atası yaşayır. O, 4 dəfə infarkt keçirmiş, ağır xəstədir. Qeyd edilən hallar isə onun səhhətinə daha pis təsir edir. İddiaçı tərəfindən bir neçə dəfə həmin hasarın sökülməsinə cəhd edilsə də, hər dəfə cavabdeh hasarı yenidən bərpa edərək iddiaçını gün işığı və havadan məhrum etmişdir. Həmçinin cavabdeh müxtəlif qeyri-qanuni üsul və vasitələrdən isti fadə edərək hasarı sökməmək üçün iddiaçıya təzyiqlər edir. 5. ünvan 4 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 188 nömrəli sərəncamı ilə yaşayış binalarının tikintisi məqsədilə cavabdeh MMC-nin istifadəsinə verilmiş Ağadadaş Qurbanov, ev 27 ünvanında da söküntü işləri başlamış və cavabdeh tərəfindən hasara alınmışdır.
6. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilib ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 188 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, B.Məcidov, Ə.Topçubaçov, Ə.Hüseynzadə, S.Əsgərova, Mərdanov Qardaşları və S.Salayev küçələrinin əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında cavabdeh tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarınn tikintisi üçün icarə əsasında adıçəkilən MMC-nin istifadəsinə verilmişdir. Ağadadaş Qurbanov küçəsi 27 saylı ünvan yuxarıda göstərilən sərəncamla cavabdeh MMC-nin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşir.
7. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyyən edilib ki, ünvan 1 ünvanında, iddiaçının yaşadığı mənzilin 1-ci mərtəbəsindəki mənzildə rütubət və hava cərəyanının surət i normaya uyğundur. İşıqlanma isə tələb olunan normadan azdır. Belə ki, yaşayış otağında rütubət 43.5 %, hava cərəyanının surəti 0,00 m/s, işıqlanma 76 Lk olmuşdur. “Здания жилые и общественние. Параметры микроклимата и помещениях” ГОСТ 30494-2011ə əsasən yaşayış otağında rütubət 30-60 %, hava cərəyanının norması 0.2 m/s artıq olmamaq “Естественные и искуственные освещение” MCH 2.04-05-95-ə (CHиП 23-0595) yaşayış otağında işıqlanmanın norması 150 Lkdur.
8. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2025-ci il 29 aprel tarixli, 10/03 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsində göstərilənləri, o cümlədən tədqiq olunan hasarın hündürlüyünün 2.8 metr təşkil etdiyini nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları qarşısında çəkilmiş hasarın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Digər suallarda göstərilən məsələlər məhkəmə tikintitexniki ekspertizasının səlahiyyətlərinə aid olmadığından suallar üzrə tədqiqat aparılmamışdır.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – “birinci instansiya məhkəməsi”) 2025-ci il 1 iyul tarixli 2(006)-362/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehin üzərinə ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları qarşısında çəkilmiş hasarın sökülməsi və həmin ünvanda yerləşən evin həyətinə atılmış tikinti tullantılarının daşınması vəzifəsinin qoyulması, ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzili n divarları ilə bitişik olan qonşu divarların sökülməsinin cavabdehə qadağan edilməsi, iddianın qalan hissədə təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun 80 manat hissəsinin cavabdeh MMC-dən alınaraq iddiaçıya verilməsi, qalan hissəsinin iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pulun 80 manat hissəsinin cavabdeh MMC-dən, qalan 20 manat hissəsinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Günay Abidova).
10. Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 27 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları qarşısında çəkilmiş hasarın sökülməsi və həmin mənzilin divarları qarşısında hasarın çəkilməsinin cavabdeh MMC-yə qadağan edilməsi” hissəs inə münasibətdə qeyd etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 aprel 2025-ci il tarixli ekspert rəyi ilə sözügedən hasarın Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun inşa edilməməsi; habelə Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin mütəxəssisləri tərəfindən həmin hasarın mövcudluğuna görə iddiaçının mülkiyyətində olan mənzildə işıqlanmanın tələb olunan normadan az olması müəyyən edilmişdir. Həmin ekspert və mütəxəssis rəylərinin mötəbər sayılmaması üçün hər hansı əsas mövcud olmadığından, məhkəmə rəyləri mötəbər sübut kimi qiymətləndirərək hesab edilmişdir ki, bu rəylərdə göstərilənlər iddiaçıya məxsus mənzilin divarları qarşısında çəkilmiş hasarın sökülməsinə əsas verir. Belə ki, bu rəylərlə təsdiq olunur ki, həqiqətən də, iddiaçıya məxsus mənzilin divarları qarşısında çəkilmiş hasar onun mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədir, bu hasar tikinti qanunvericiliyinin tələblərinə zidd inşa edilməklə yanaşı, həm də iddiaçının mənzilinin təbii şəkildə işıqlanmasının qarşısını alır. Hasarın cavabdeh tərəfindən çəkilməsi mötəbər sübutlarla təsdiqlənərək mübahisəsiz olduğundan məhkəmə hesab etmişdir ki, hasarın sökülməsi vəzifəsi cavabdehin öz üzərinə qoyulmalıdır. Mənzilin divarları qarşısında hasar çəkilməsinin cavabdehə qadağan edilməsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, hazırda bu tələbin təmin edilməsinə hər hansı əsas və zərurətin mövcudluğu müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, tələbin bu hissəsi qismən təm in edilməli, cavabdeh MMC-nin üzərinə ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları qarşısında çəkilmiş hasarın sökülməsi vəzifəsi qoyulmalıdır.
11. Tələbin “Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, 27 ünvanında yerləşən evin həyətinə tökülmüş tikinti tullantılarının daşınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə məhkəmə qeyd edib ki, məhkəmə tərəfindən mübahisə predmetinə keçirilən yerli baxış zamanı orada tikinti tullantılarının mövcudluğu müəyyən edilmişdir. Tikinti tullantılarının antisanitar vəziyyətə səbəb olması və beləliklə, ətrafda yaşayan şəxslərin mülkiyyət hüquqlarını sərbəst və maneəsiz şəkildə həyata keçirməsini məhdudlaşdırması mübahisəsizdir. Hətta iddiaçı tərəfindən təqdim edilmiş video görüntülərdən bəzən bu tullantıların yandırılması, b u zaman isə xüsusilə təhlükəli vəziyyətin yaranması müəyyən edilir.
12. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı bu tələblə məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur və tələb bu hissədə təmin edilərək, cavabdeh MMC-nin üzərinə ünvan 1 ünvanında yerləşən evin həyətinə atılmış tikinti tullantılarının daşınması vəzifəsi qoyulmalıdır.
13. İddia tələbinin “ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları ilə bitişik olan qonşu divarların sökülməsinin cavabdeh MMC-yə qadağan edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, yerli baxış zamanı həm də iddiaçıya məxsus mənzilin divarları ilə bitişik qonşu divarlar olması müəyyən edilmişdir. Həmin divarların bitişik olması müəyyən edildiyindən, hər hansı birinin sökülməsi, sözsüz ki, iddiaçıya məxsus mənzilə zərər vurulması, hətta ola bilsin ki, onun mənzilinin də məhv olması ilə nəticələnəcək, bu zaman isə əlavə məhkəmə mübahisəsinə zəmin yaranacaqdır. Həm mülki qanunvericiliyin mülkiyyətin müdafiəsi barədə olan normalarını, həm də prosessual qənaət prinsipini rəhbər tutan məhkəmə hesab etmişdir ki, tələbin bu hissəsinin təmin edilməsi ağlabatan, ədalətli və məqsədəmüvafiqdir. Buna görə də məhkəmə hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları ilə bitişik olan qonşu divarların sökülməsi cavabdeh MMC-yə qadağan edilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.1, 14.2, 152.1, 152.5, 157.4, 170.1, 170.2, 172.1, 180.4, 1096, 1098, 1108.1 və 1115-ci; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1, 79.1 və 79.1.3-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.2, 60, 64.1, 76.1, 76.2, 77.1, 80, 88, 101.7, 103.1, 106.1, 119.1, 216, 220, 227 və 233-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1 və 4.2-ci maddələrinə görə şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması, mənzil fondunun inkişaf strategiyasının müəyyən edilməsi, tikinti kompleksinin inkişaf strategiyasının müəyyən edilməsi, təbii tikinti ehtiyatlarından səmərəl i istifadənin təmin olunması, şəhərsalma və tikinti fəaliyyətinin hüquqi və iqtisadi tənzimlənməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminin yaradılması (tikintinin texniki reqlamentlərinin təsdiq edilməsi də daxil olmaqla) və təkmilləşdirilməsi, ətraf mühitin mühafizəsinin və ekoloji təhlükəsizliyin təmin edilməsi Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləridir. Mübahisəli hasarın tikilməsi məhz yuxarıda qeyd olunan dövlət siyasətinin məqsədlərinə xidmət edir.
17. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə məhkəmə iclasları vaxtı, həmçinin qətnamə qəbul edildikdən sonra dəfələrlə barışıq əldə edilməsinə cəhd edilməsinə baxmayaraq, barışıq müm kün olmamışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası (bundan sonra – “apellyasiya instansiya məhkəməsi”) 2025-ci il 28 oktyabr tarixli 2(103)-5518/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə).
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən təqdim edilmiş tədqiqat obyektinə dair mütəxəssis rəyi və həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 aprel 2025-ci il tar ixli, 10/03 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, iddiaçının evi və cavabdehin inşa etdiyi binanın ətrafında çəkilmiş hasarın hündürlüyü normadan artıqdır.
20. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbinə əsasən hasarın hündürülüyü ən çoxu 2 metr 20 santimetr olmalı olduğu halda, hazırda cavabdeh tərəfindən inşa edilmiş hasarın hündürlüyü 2 metr 80 santimetr təşkil edir. Bu da öz növbəsində yaşayış otağında işıqlanmanın norması 150 Lk olmalı olduğu halda, ondan təxminən 2 dəfə az – 76 Lk olmasına səbəb olur.
21. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olan əraziyə yerli baxış keçirilmiş və bu baxış zamanı mənzilin yerləşdiyi evin həyətində tikinti tullantılarının mövcudluğu aşkar olaraq müşahidə edilərək videoyazıya alın mış, tikinti tullantılarının antisanitar vəziyyətə gətirib çıxarması məhkəmə tərəfindən mübahisəsiz olaraq müəyyən edilmişdir. Bundan başqa, iddiaçıya məxsus mənzilin divarlarına bitişik olan qonşu divarların olması da müşahidə edilmişdir.
22. Kollegiya qeyd etmişdir ki, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı cavabdeh tərəfindən görülən işlərlə əlaqədar həmin ərazidə yaşayan sakinlərin hüquqlarının pozulması ilə nəticələnməsi yolverilməzdir.
23. Məhkəmə öz mövqeyini MM-in 152.1, 152.5, 157.4, 170.1, 170.2, 172.1 və 180.4-cü; MPM-in 14.2, 77.1, 384.0.1 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Qətnamədən narazı qalan cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellya siya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarı ilə Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonu üzrə 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 qəzalı vəziyyətdə olan yaşayış binasının sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması qərara alınm ışdır. Mübahisəli hasarın tikilməsi, Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində müəyyən edilən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədlərinə xidmət edir. İddia ərizəsinin təmin edilməsi cavabdehin dövlət siyasətinin məqsədlərinə xidmət etməsinə maneə yaradır.
26. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına, Azərbaycan Respublikası Şəhrsalma və Tikinti Məcəlləsinin 4.1 və 4.2-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
31. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
32. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
33. Maddə 172.1. Qazıntı və tikinti işləri apararkən mülkiyyə tçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin.
34. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi
35. Maddə 73.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır.
36. Maddə 79.1.3. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsind ə hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə icazə tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam bax dıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
40. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.
41. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə funda mental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
48. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
50. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəl illərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 28 oktyabr tarixli 2(103)-5518/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.