Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4093/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə istilik sisteminin çəkilməsinin təmin edilməsi öhdəliyinin qoyulması və mənəvi zərərin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh qarşı “mənzilə istilik sisteminin çəkilməsinin təmin edilməsi öhdəliyinin qoyulması və mənəvi zərərin tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)1190/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 122 saylı mənzili İddiaçı (bundan sonra-iddiaçı) mülkiyyətindədir.
2. Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 120 saylı mənzili Cavabdeh (bundan sonra- cavabdeh) mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. Yetkinlik yaşına çatmamış iddiaçının qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 122 saylı mənzilində n iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 120 saylı mənzilə cavabdehin hesabına layihəyə uyğun qaydada istilik sisteminin çəkilməsinin təmin edilməsi və cavabdehin mənzilində görüləcək işlərə maneə törədilməməsi vəzifəsinin qoyulmamısını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia tələbinin predmetini təşkil edən mənzillərin yerləşdiyi bina ümumi istilik sistemi ilə təmin olunur, lakin cavabdehin təqsirindən mənzilin yerləşdiyi blokda 4-cü və 5-ci mərtəbədəki mənzillər, o cümlədən iddiaçının mənzili istiliklə təmin olunmur. Ona görə də mənzili qızdırmaq üçün elektrik enerjisi və ya təbii qazdan istifadə etməyə məcbur olurlar. Elektrik enerjisindən istifadə iddiaçının ailəsinə baha başa gəlir və qış aylarında hər ay xeyli məblə ğdə maliyyə vəsaitinin xərcləməyə məcbur olurlar. Təbii qazdan istifadə isə təhlükəsizlik cəhətdən təminatlı deyil. Belə ki, son zamanlar təbii qazdan mənzillərin qızdırılması üçün istifadə edilməsi Bakı şəhərində qəzalara və insan ölümlərinə səbəb olur. Cavabdehin təqsirinidən iddiaçı öz ailəsi ilə qızdırılmayan soyuq mənzildə yaşamağa məcburdur. Uşaqlar tez-tez soyuq mənzildə yaşadıqları üçün xəstələnirlər. Buna görə də hüquqlarını müdafiə etdiyi şəxs davamlı şəkildə əsəb sarsıntıları keçirdir. Çünki cavabdehdən hər dəfə istilik xətlərinin birləşdirilməsinə icazə istədikdə cavabdeh çox kobudluqla heç vaxt icazə verməyəcəyini bildirir. Mübahisəli mənzillər beşmərtəbəli binada yerləşir. İddiaçı həmin binanın dördüncü, cavabdeh isə üçüncü mərtəbəsində yaşayır. Həmin binanın birinci və ikinc i mərtəbələri istilik sistemi ilə təmin olunub. Binanın üçüncü mərtəbəsindən dördüncü mərtəbəsinə istilik sistemi qalxmır. Buna səbəb üçüncü mərtəbədə yaşayan cavabdehin öz mənzilində olan ümumi istilik xəttlərini tam kəsməsi və öz mənzilinə kombi sistemi quraşdırması olmuşdur. Aşağı mərtəbələrdən gələn xəttin üçüncü mərtəbədən yuxarı mərtəbələrə ötürülməsi üçün heç bir istilik xəttinin olmamasından iddiaçının mülkiyyətində olan mənzilində istilik yoxdur.
5. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 avqust 2021-ci il tarixli 10/1590 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan mənzilə istilik xətlərinin çəkilməsi Cavabdeh məxsus olan, həmin binanın 120-ci mənzilindən ötürülmədən mümkün deyil.
6. Bakı Şəhəri Nizami Rayon Məhkəməsi (Fikrət Mirzəyev) 2(007 )-942/21 nömrəli xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehin üzərinə mülkiyyətində olan 120 saylı mənzildən iddiaçıya məxsus 122 saylı mənzilə layihəyə uyğun qaydada istilik sisteminin çəkilməsinin təmin edilməsi və cavabdehin mənzilində görüləcək işlərə maneə törədilməməsi vəzifəsinin qoyulmasını, iddianın qalan hissəsinin təmin edilməməsi, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun iddiaçının xeyrinə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərcinin ödənilməsi məqsədi ilə 50 manat məbləğində pulun Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə cavabdehdən tutulmasını qət etmişdir.
7. Məhkəmə hesab etmişdir ki, cavabdehin üzərinə Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 120 saylı mənzilində n Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 26 saylı evin 122 saylı mənzilinə cavabdehin hesabına layihəyə uyğun qaydada istilik sisteminin çəkilməsinin təmin edilməsi və cavabdehin üzərinə mənzilində görüləcək işlərə maneə törədilməməsi vəzifəsinin qoyulması hissəsində, eləcə də ödənilmiş dövlət rüsumuna görə 20 manat pulun tələb olunması hissəsində iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır.
8. Məhkəmə cavabdehdən vurulmuş mənəvi zərərə 5000 manat tələb olunması hissəsində iddianı əsassız hesab etmişdir. Belə ki, iddiaçı cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyan dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 35.1, 21.2, 1096.1 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Ap ellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdehin apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, işə baxmış rayon məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, sübutlara səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız nəticəyə gəlmişdir. Belə ki, cavabdehə məxsus mənzildən aşağı (ikinci) mərtəbədə yerləşən mənzildə istilik boru xətti yoxdur, buna görə, xəttin bərpa olunması mümkün deyil. Lakin işə baxmış rayon məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa, rayon məhkəməsi ekspertizanın keçirilməsi üçün ekspertin binaya baxış keçirməsinin şübhə altında olmasına əhəmiy yət verməmiş, binanın istilik sisteminin sənədlərini müvafiq qurumlardan alınmamışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1190/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov– sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova və Rəşad Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-942/2021 nömrəli, 24 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan bəlli olur ki, o, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə rayon məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir.
14. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şika yətinin müzakirə edilən dəlili əsassızdır, ekspertiza rəyini şübhə altına ala biləcək amillər yoxdur, rəy sübut kimi qəbul edilə bilər.
15. Binanın istilik sisteminin sənədlərini müvafiq qurumlardan alınmaması ilə bağlı məhkəmə qeyd etmişdir ki, iş üzrə tərəflərin yaşadıqları binada mərkəzləşdirilmiş istilik boru xəttinin olması, cavabdehin istilik sisteminin (borunun) onun mənzilindən keçən hissəsini bir neçə il bundan əvvəl pozması, yəni istilik boru xəttinin bir hissəsini kəsməsi işin mübahisəsiz halıdır. Bu hal ekspertiza tərəfindən verilmiş rəy ilə inkar edilmir. Belə olan halda məhkəmə hesab etmişdir ki, rayon məhkəməsi binanın istilik sisteminin sənədlərini müvafiq qurumlardan almamaqla işin hallarına uyğun olmayan nəticəyə gəlməmişdir.
16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 227. 1, 1096.1 və 1097.1-ci, Mənzil Məcəlləsinin 35-ci, Mülki-Prosessual Məcəlləsinin 14.2, 77 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmiş, kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, apellyasiya məhkəməsi şikayətdə qeyd olunanları araşdırmamış, birinci iclasdan yekun aktı qəbul etmişdir. Halbuki, hərtərəfli araşdırma aparıb, dəlilləri düzgün qiymətləndirə və əlavə ekspertiza keçirə bilərdi. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçının qanuni nümayəndə si Qanuni nümayəndə kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 yanvar 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 227.1. Yaşayış binasının mənz ildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.
21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam hə cmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
23. Maddə
35. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillər arası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektri k, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin b inanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Mülki Prosessual Məcəllə
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 407.2. Kassasiya şikayətində i şin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
32. Kassasiya instan siyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mün asibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğvi üçün qanuni əsas ola bilməz.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1190/2022 nömrəli, 21 yanvar 2022-ci il dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.