Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-41/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz açılmış qapının bağlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh qarşı “qanunsuz açılmış qapının bağlanması və hasarın təmir olunması tələbinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2091/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində istifadədə olan 0,245 ha torpaq sahəsində yerləşən 73 nömrəli, 1 mərtəbəli binada, 23,56 kv metr ümumi sahədən ibarət 1 otaqlı 6 nömrəli mənzil MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh mülkiyyətindədir. 2. 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 13 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli, 171 nömrəli arayışda göstərilmişdir ki, Baxışova X2 qəsəbəsi, Yəhya Hüseynov küçəsi 73 saylı evin 6 nömrəli mənzilində qeydiyyatdadır. 2016-cı ildən etibarən evin böyük maşın girən darvazasınd an əlavə həyət sahəyə girib-çıxmaq üçün balaca qapısı vardır.
3. Sözügedən sahə iddiaçı X1 mülkiyyətində olmamaqla yanaşı torpaq sahəsinin kadastr göstəriciləri, döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr, habelə torpaq sahəsinin qonşu sərhədlərini əks etdirən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş plan və ölçü mövcud deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki sahibliyində olan ünvan 1 ünvanındakı fərdi yaşayış evinin darvazasına bitişik qapının cavabdehin hesabına bağlanması və hasarın təmir olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı 160 kv metr ümum i sahəsi olan fərdi yaşayış evi sahibliyində və istifadəsindədir. Qonşuluqda yaşayan cavabdeh öz sahibliyində və istifadəsində olan fərdi yaşayış evinin ümumi yola çıxış hissəsində böyük bir darvaza qoysa da, sonradan onun evinin darvazasına bitişik hissədə növbəti bir qapı qoymaqla faktiki olaraq onun evinin darvazasının tam şəkildə açılmasına maneə yaratmaqdadır. Həmçinin, cavabdeh ortaq hasarın özünə aid hissəsinin aşağısına su axıdaraq ona maddi ziyan vurur. Bir neçə dəfə hasarını təmir etdirmiş, lakin halhazırda da suyun axıdılması davam edir.
6. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz verərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, hər iki ünvanın Y.Hüseynov küçəsi, ev 73, mənzil 6 və ev 73-B olması bunu göstərir ki, İddiaçı sahibliyində və istifadəsində olan fərdi ya şayış evi Cavabdeh 1993-cü ildən sahibliyində və istifadəsində olan əlavə həyət sahə kimi olmuşdur. 2009-cu ildən isə mənzilə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Daha sonra həmin həyət sahəsindən müəyyən bir hissəsi satılmış və hasar çəkilmişdir. Cavabdeh qalan həyət sahəsində torpağın satışından əldə olunmuş vəsait hesabına bir neçə yaşayış sahələri inşa edilmiş və təmir edilərək kirayə verilmişdir. Maddi durumu çətin olan ailəyə gəlir mənbəyi olaraq və uzun müddətli kirayəçilərin üstünlük təşkil edən az təminatlı ailələrə münasib qiymətə kirayəyə verilən yaşayış sahəslərinə giriş-çıxış onların həyətindən olduğundan, kirayəçilər üçün alternativ olan və paralel qapı açılmışdır. Qeyd olunan hadisələrin cərəyan etdiyi müddət ərzində Cavabdeh tərəfindən satılmış torpaq sa həsində fərdi yaşayış evi inşa edilmiş və ünvan Y.Hüseynov küçəsi, ev 73-B verilmişdir. Həmin ev 73-B inşa edilərkən olunan razılığa görə həmin evin pəncərələrinin cavabdehin həyətinə açılmasına razılıq verilmiş, qarşılığında Cavabdeh tərəfindən inşa edilmiş hasarda əlavə qapının açılmasına dair razılıq əldə edilmişdir. Bundan sonra mülki iş üzrə İddiaçı tərəfindən həmin yaşayış evi Fazil adlı qonşudan əldə edildikdə qapının qanunsuz açılması kimi əsassız, razılaşmaya zidd olan iddialarla çıxış etmişdir. Belə olan halda, İddiaçı qeyd olunan fərdi yaşayış evinə sahiblik və istifadə hüququ əldə etməzdən çox daha öncə olan qapının qanunsuz olması iddiası ilə bağlanmasını tələb etmək absurddur və təmin edilməməlidir. Xüsusən də, həmin fərdi yaşayış evi inşa edilməzdən daha öncə Cavabdeh tərəfi ndən hasar çəkilmişdir. Beləliklə qeyd olunan qapı İddiaçı sahiblik və istifadəsindən çox daha əvvəl olmuşdur. Qeyd olunan iddia ərizəsində qapının hansı əsaslarla qanunsuz olması və hansı normativ qaydalara və ya sənədlərə zidd olaraq açılması barədə heç bir əsas gətirilməmiş, sübut təqdim edilməmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2200/2023 nömrəli iş üzrə 27 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Etibar Mustafayev)
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisənin düzgün həlli üçün ilk növbədə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin giriş hissəsinin sərhədləri müəyyən olunmalıdır. Bu isə sözügedən sahəyə dair heç bir hüquqmüəyyənedici sənədlər olmadığından mümkün deyil. Belə ki, işin müə yyən edilmiş halları ilə sözügedən sahənin iddiaçının mülkiyyətində olmamaqla yanaşı torpaq sahəsinin kadastr göstəriciləri, döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr, habelə torpaq sahəsinin qonşu sərhədlərini əks etdirən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş plan və ölçünün mövcud olmadığı müəyyən edilir.
9. Məhkəmə qeyd etmişdir ki, mübahisəli qapının iddiaçı tərəfindən həmin fərdi yaşayış evi əldə olunan zaman (yəni 2022-ci ilin oktyabr ayında) artıq mövcud olduğunu iddiaçı özü də etiraf edir, lakin iddia ərizəsində bu qapının tikinti norma və qaydalarına zidd olaraq açıldığını qeyd etmişdir. Halbuki, 06 iyul 2023-cü il tarixdə məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı iddiaçının giriş darvazasının tam açıq vəziyyətdə olduğu zaman mübah isəli qapıdan giriş-çıxış tam məhdudlaşır.
10. Məhkəmə göstərmişdir ki, hazırkı halda iddiaçı tələbində cavabdeh tərəfindən açılmış qapının onun hüquqlarını pozduğunu bildirsə də, buna dair mötəbər sübutlar təqdim edə bilməmiş, belə halın baş verməsi işin məhkəmə araşdırılması ilə də öz təsdiqini tapmamışdır. Həmçinin tələbin “cavabdeh tərəfindən ortaq hasarın özünə aid hissəsinin aşağısına su axıdaraq iddiaçıya maddi ziyan vurulması” hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, belə bir halın baş verməsi iş üzrə keçirilmiş yerində müayinə zamanı aşkar edilməməklə yanaşı iddiaçı tələbini formal mülahizələrlərə əsaslandırmış və bu faktı da təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 139.3, 152.3, 157.4, 170.1, 170.2, 171.1 və 171.3-cü ma ddələrinə; Şəhərsalma və Tikinti Məcəlləsinin 62.1-ci maddəsinə; Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, o, 2021-ci ilin noyabr ayında qeyd edilən fərdi yaşayış evini Fazil Vahabovdan alan zaman həmin hissədə əlavə qapı quraşdırılmadığını və cavabdehə məxsus evin yalnız bir giriş darvazası, darvazanın içərisində giriş qapısı olduğunu məhkəmədə bildirmişdir.
14. Məhkəmə tərəfindən mübahisəli sahəyə keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir k i, iddiaçının istifadəsində olan torpaq sahəsinin darvazası cavabdehin istifadəsində olan torpaq sahəsinin darvazasından sağ tərəfə 3 metr məsafədə yerləşir. Sökülməsi tələb edilən giriş qapısı cavabdehə aid divarın iddiaçıya məxsus darvazasına bitişikdir. Həmin giriş qapısından həyətə daxil olduqda sol istiqamətdə ensiz (təxminən 1 metr) yol mövcuddur. Yolun sağ tərəfi cavabdehin istifadəsində olan həyətin və evin divarı, sol tərəfi isə iddiaçının həyətinin divarıdır. Cavabdehin istifadəsində olan su xətti iddiaçının divarında olmuş, lakin hazırda bağlanmışdır. Hazırda istifadə üçün xarakterik hər hansı əlaməti görsənmir. Təxminən 15 metrlik yolun sonunda olan sahədə cavabdehin kirayə verdiyi 3 ev mövcuddur. İddiaçı və cavabdeh qapının iddiaçıdan əvvəl açıldığını, lakin əvvəllər gediş-gəl işin cavabdehin həyətindən keçdiyini bildirdilər.
15. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan yaşayış evlərinin planlı yerləşməsini, yəni yanaşı torpaq sahələrində yerləşdiyini, həyətyanı sahələr arasında ortaq sərhəd hasarı mövcud olduğunu, sərhəd hasarının iddiaçıya məxsus evə tərəf olan hissəsində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, sərhəd hasarının digər tərəfində, yəni cavabdehə məxsus yaşayış evinə tərəf olan hissəsində divarın suvaq qatının altı ilə istilik və su boru xətlərinin çəkildiyini, su borularının keçdiyi sahələrdə n əmlik əlamətləri olduğunu, suvaq qatının töküldüyünü, bəzi yerlərdə sökülərək yenidən mala çəkildiyini nəzərə alaraq, ünvan 2 ünvanda yerləşən yaşayış evinin ortaq sərhəd hasarına su sızma nəticəsində ziyan dəydiyi və dəymiş ziyanın sərhəd hasarının 73 saylı yaşayış evi tərəfdə olan hissəsində cavabdeh tərəfindən divarın suvaq qatının altı ilə çəkilmiş istilik və ya su boru xətlərində yaranmış qəza (borunun çatlaması, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsi və s.) nəticəsində əmələ gəldiyi müəyyən olunmuşdur. ünvan 3 ünvanlarda yerləşən yaşayış evlərinin həyətlərini ayıran ortaq hasarın iddiaçının həyətinə baxan tərəfində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 240 manat məbləğində müəyyən olunmu şdur.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2091/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2200/2023 nömrəli iş üzrə 27 iyul 2023-cü il tarixli qətnaməsi qismən (hasarın təmir olunmasına aid hissədə iddia tələbinin təmin edilməməsi hissəsində) ləğv edilməsi, həmin hissədə iddia tələbi qismən təmin edilməsi, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 240 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər: Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli)
17. Apellyasiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iddiaçının tələbi iki hissədən ibarətdir: faktiki sahibliyi ndə olan ünvan 1 ünvanındakı fərdi yaşayış evinin darvazasına bitişik qapının cavabdehin hesabına bağlanması və hasarın təmir olunması.
18. Məhkəmə mübahisəli sahəyə keçirilmiş yerində müayinəni əsas gətirərək qeyd etmişdir ki, iddiaçı tərəfindən fərdi yaşayış evi əldə olunan zaman artıq mübahisəli qapı mövcud olmuşdur və bu halı iddiaçı özü də etiraf edir. Bu hissədə iddianın rədd edilməsi barədə rayon məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, iddiaçı evi alan zaman həmin qapının mövcudluğunu bilmişdir.
19. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyini əsas gətirərək apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin istifadəsində olan su xəttinin iddiaçının divarında olması, lakin hazırda bağlanması, istifadə üçün xarakterik hər hansı əlaməti olmadığı müəy yən edilmişdir. Lakin əvvəllər baş vermiş su sızmasına görə ortaq hasarın iddiaçının həyətinə baxan tərəfində qüsurların yaranması müəyyən olunmiuş, həmin qüsurların aradan qaldırılmasına təqribən 240 manat məbləğində vəsait tələb olunur. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən törədilmiş bu delikt nəticəsində iddiaçya dəymiş 240 manat ziyan ödənilməlidir.
20. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 152.3, 157.4, 170.1, 170.2, 171.1 və1115-ci maddələri; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 382, 392, 393 və 384-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının çıxardığı 30 iyul 2024-cü il tari xli, 2(103)-2091/2024 saylı qətnamə ünvan 4 ünvanındakı fərdi yaşayış evinin darvazasına bitişik qapının cavabdehin hesabına bağlanması tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin, İİ qrup Hərbi əlil və Qazi ailəsi öz maddi vəsaitləri hesabına alaraq ailə üzvləri ilə birlikdə yaşadıqları və faktiki olaraq sahiblik etdikləri ünvan 4 ünvanındakı fərdi yaşayış evinin darvazasına qanunsuz olaraq Cavabdeh açdığı bitişik qapının cavabdehin hesabına bağlanması hissəsində iddiaçının tələbinin təmin olunması barədə əsaslı qərarın qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayətini iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandıran iddiaçı əlavə olaraq qeyd etmişdir ki, işə baxan məhkəmə çıxardığı qətnamənin 7-ci bəndində bildirir ki, mübahisəli qapının iddiaçı tərə findən həmin fərdi yaşayış evi əldə olunan zaman (yəni 2022-ci ilin oktyabr ayında) artıq mövcud olduğunu iddiaçı özü etiraf edir, qeyd edilməsi iddiaçının dediklərinin əksinədir, iddiaçı öz izahatında və apellyasiya şikayətində bildirmişdir ki, əvvəllər istifadə olunan qapı hüquq-mühafizə orqanları və icra orqanı tərəfindən bağlanaraq istifadəsinə icazə verilməmiş və qapının yeri kubik daşlarla bağlanmışdır. İddiaçının evdə olmamasından istifadə edən cavabdeh bağlanmış qapını yenidən bərpa etmişdir. Məhkəmə onun izahatını təzhrif etmişdir. Məhkəmə həqiqətə nail olmaq, mövcud mübahisəni ədalətli həll etmək üçün tam obyektiv və hərtərəfli araşdırma aparmamış, işdə olan sübutlara düzgün qiymət verməmişdir.
23. İddiaçı şikayətini Mülki Məcəllənin 152, 165.1, 170.2 və 171.3-cü, Şəhərsalma və T ikinti Məcəlləsinin 62.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217 və 417-ci maddələrinə, Ali Məhkəmənin Plenumunun 5 saylı, 30 mart 2006-cı il tarixli Qərarının 6-cı bəndinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
25. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 26..Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə s on qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
27. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
28. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 29..Maddə 171.1. Torpaq sa həsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
30. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
36. Maddə 407.2. Kass asiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli g ələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
41. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
42. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı m əhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
43. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X3 tərəfindən verilmiş kassasiya şikayə ti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2091/2024 nömrəli iş üzrə 30 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.