Məhkəmə qərarları › İş №2(102)-4102/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4102/2023

14.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4102/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 cavabdeh Maraqlı şəxs qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı2 cavabdeh Maraqlı şəxs qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma barədə” iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2(103)-2965/2023 nömrəli qətnaməsindən iddiaçının hüquqi varisi İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperatov küçəsi 20 saylı ev özbaşına tikilidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı2 məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperativ küçəsi 20 saylı evdə yaşayış sahəsindən istifadə hüququnun məhkəmə qaydasında itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu Maraqlı şəxs 1995-ci ildə ailə qurduqdan bir müddət sonra Hövsan qəsəbəsindəki Mağazin küçəsində yerləşən evə köçmüş və hal-hazıra kimi ailə üzvləri ilə birlikdə orada yaşayır. Lakin hələ də ona məxsus evdən qeydiyyatdan çıxmamışdır. Buna görə də cavabdeh üçün də əlavə kommunal xidmətə görə haqq ödəməli olur. Bu da onun üçün maddi cəhətdən çətindir.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim: R.Miriyev) 12 mart 2007-ci il tarixli, 2-208/2007 nömrəli qətnaməsi ilə iddia təmin edilərək,cavabdeh X1 Bakı şəhəri, Hövsan qəsəbəsi, 15 v saylı evin 94 saylı mənzilində yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilmiş və qeydiyyatdan çıxarılması qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60 və 123cü maddələrinə əsasən hesab etmişdir ki, cavabdeh Maraqlı şəxs daimi yaşamaq üçün başqa yerə köçdüyü vaxtdan etibarən də mübahisəli evdə yaşayış sahəsindən istifadə hüququnu itirmişdir və buna görə də qeydiyyatdan çıxarılmalıdır.

5. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-2/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-208/2017 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməsinin nəticə hissəsində yol verilmiş yanlışlıq aradan qaldırılmış, qətnamənin nəticə hissəsində göstərilmiş “cavabdeh X1 Bakı şəhəri, Hövsan qəsəbəsi, 15 v saylı evin 94 saylı mənzilində yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab olunması və qeydiyyatdan çıxarılması” sözlərinin “cavabdeh Maraqlı şəxs Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperatov küçəsi 20 saylı evdə yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab olunması və qeydiy yatdan çıxarılması” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

6. Cavabdeh Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli mənzilə cavabdehdən sonra, cavabdehin razılığı ilə qeydiyyata götürülmüşdür. İddiaçı mülkiyyətçi olmadığına görə hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) 02 iyun 2023-cü il tarixli, 2(103)-2965/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı2 cavabdeh Maraqlı şəxs qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma barədə” iddiası təmin edilməmişdir.

9. Məhkəmə kollegiyası mövqeyi ilə bağlı qeyd etmişdir ki, evə heç kəsin istifadə hüququ və ya digər əşya hüququ yoxdur, çünki ev qeydiyyatsız tikilidir. O cümlədən evin yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd yoxdur.

10. Cavabdeh evdə yaşayış üzrə qeydiyyatdadır. Lakin qeydiyyat evə istifadə hüququnun olması kimi qəbul edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola b ilər. Yaşayış yeri üzrə qeydiyyatın yaşayış sahəsinə istifadə hüququ və ya digər hüquq yaratması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayıb.

11. İddiaçının 4 övladının hər biri iddiaçının sağlığında həmin evi tərk edib. Onlardan biri İddiaçı1 valideynlərinin ölümündən sonra həmin evə (boş qalmış evə) qayıdıb. Onun mövqeyi belədir ki, ev yalnız özünün sahibliyində qalmalıdır. Cavabdeh və üçüncü şəxslər isə buna etiraz edirlər. Mövcud vəziyyətdə vərəsəliyə aid qaydaların tətbiqi mümkün deyil, çünki ev qeydiyyatdan keçməyib. Belə vəziyyət isə ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmır. Çünki faktlar nöqteyi-nəzərindən İddiaçı1 vəziyyəti cavabdeh və üçüncü şəxslərin vəziyyətindən fərqlənmir: o da cavabdeh və üçüncü şəxslər kimi valideynlərinin sağlığında e vi tərk edərək başqa ünvana köçmüşdür.

12. İddianın təmin edilməsi üçün İddiaçı2 özünün evə hüququnun olub-olmadığı müəyyən edilməlidir. Çünki iddia - pozulmuş və ya mübahisəli hüququn müdafiə vasitəsidir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən əvvəlki Mənzil Məcəlləsinin 60 və 123-cü maddələrinin göstərişlərinə istinad edib. Belə ki, qətnamə qəbul edilərkən (2007-ci ildə) həmin Məcəllə qüvvədə olub. Bu maddələrə əsasən başqa şəxsə qarşı belə iddianı qaldırmaq hüququ mülkiyyətçiyə, icarədara və ya yaşayış sahəsinə istifadə hüququ olan şəxsə məxsus olub. İddiaçı2 isə evin mülkiyyətçisi və ya icarədarı olmayıb, o cümlədən evə istifadə hüququ olmayıb. Odur ki, həmin maddələrin tələbləri baxımından iddia əsassızdır, qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Kassasiya şikayət inin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının hüquqi varisi İddiaçı1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməyərək, qanunsuz olaraq hesab etmişdir ki, “İddiaçı2 isə evin mülkiyyətçisi və ya icarədarı olmayıb, o cümlədən evə istifadə hüququ olmayıb”. Məhkəmə nəzərə almamışdır ki, ötən əsrin ortalarında inşa edildiyi vaxtdan onunla bağlı dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq edilməmiş, əksinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ünvan verilmiş, inşa olunduğu vaxtdan dövlətə məxsus təşkilatlar t ərəfindən elektrik, qaz, su və kanalizasiya ilə təmin edilmiş, sakinləri yaşayış yeri üzrə qeydiyyata alınmış Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kooperativ küçəsində yerləşən 20 №-li fərdi yaşayış evi sağlığında onu inşa etmiş İddiaçı2 faktiki istifadəsində olmuş, evə dair mülkiyyət hüququ qeydə alınmasa da, tikildiyi vaxtdan dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan sahiblik etdiyi həmin evə mülkiyyət hüququ yaranmışdır. Məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməyərək onu da nəzərə almamışdır ki, cavabdeh iddiaçıya məxsus evdən uzun müddət istifadə etməmiş, eyni zamanda onun həmin evdən qeydiyyatdan çıxarılmasına əsas olmuş hazırkı qətnaməni uzun müddət mübahisələndirməmiş, yalnız mirasın qəbulu ilə bağlı mübahisə yarandıqdan sonra apellyasiya şikayəti ilə müraciət etmi şdir. Halbuki, onun vərəsəlik hüququnu həyata keçirməsi hazırkı mübahisənin həllindən asılı olmamışdır. Məhkəmə maddi hüquq normasını pozmaqla iddianı rədd etməsi ilə, tikintini aparmış iddiaçının istifadə hüququ olmadığı halda, cavabdehin iddiaçının apardığı tikintiyə istifadə hüququnun olması nəticəsinə gəlmişdir. Məhkəmə qətnaməsi əsaslı olmamış, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdehin vəkili kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək iddiaçının hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən s axlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası

16. Maddə

43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllə

17. Maddə

180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində ols un. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsi

18. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

19. Maddə

87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsi ni pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

20. Maddə

123. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Mülki Prosessual Məcəllə

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzər də tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

27. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) m üəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən qətnamənin qanuniliyi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının 4 övladının hər biri iddiaçının sağlığında həmin evi tərk edib. Onlardan biri - İddiaçı1 valideynlərinin ölümündən sonra həmin evə (boş qalmış evə) qayıdıb. Onun mövqeyi belədir ki, ev yalnız özünün sahibliyində qalmalıdır. Cavabdeh və üçüncü şəxslər isə buna etiraz edirlər. Mövcud vəziyyətdə vərəsəliyə aid qaydaların tətbiqi mümkün deyil, çünki ev qeydiyyatdan keçməyib. Belə vəziyyət isə ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmır. Çünki faktlar nöqteyi-nəzərindən İddiaçı1 vəziyyəti cavabdeh və üçüncü şəxslərin vəziyyətindən fərqlənmir: o da cavabdeh və üçüncü şəxslər kimi valideynlərinin sağlığında evi tərk edərək başqa ünvana köçmüşdür. İddianın təmin edilməsi üçün İddi açı2 özünün evə hüququnun olub-olmadığı müəyyən edilməlidir. Çünki iddia pozulmuş və ya mübahisəli hüququn müdafiə vasitəsidir. İddiaçı2 isə evin mülkiyyətçisi və ya icarədarı olmayıb, o cümlədən evə istifadə hüququ olmayıb.

32. Kassasiya şikayətinin dəlilləri işin hallarının düzgün müəyyən edilməməsi və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görü nür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir

33. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

35. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2965/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar