Məhkəmə qərarları › İş №2(102)-411/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-411/2024

12.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-411/2024 12.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyət "xxxx" Kommersiya Bankınının cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 İsrafilovna, Cavabdeh5, X2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-411/2024 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, zaminlik münasibətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı Qapalı Səhmdar Cəmiyyət "xxxx" Kommersiya Bankınınin c avabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 İsrafilovna, Cavabdeh5, X2, Cavabdeh4 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın boşaldılması və açıq hərracda satılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4461/2015 nömrəli, 16 dekabr 2015-ci il tarixli qətnaməsindən Cavabdeh6 (Süleymanova) (Vəkil X1) tərəfindən verilmiş kassasiya şikayətinə 12 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Qarant QSC "xxxx" KB ilə prinsipial "xxxx" MMC arasında bağlanmış, xx.xx.2012ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit müqaviləsinə əsasən, qarant prinsipialın bu müqavi lədə nəzərdə tutulmuş bütün tələblərə riayət etməsi şərti ilə ona 12 ay müddətinə xx.xx.2013-cü il tarixədək, qarantiya məbləği illik 3 faiz olmaqla 600.000 manat məbləğində və ya həmin məbləğin ekvivalentində digər valyutada qarantiya üzrə kredit xətti açmağı öhdəsinə götürmüşdür.

2. QSC "xxxx" KB ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsinə əsasən, kreditor borcalana 12 ay müddətinə xx.xx.2013-cü il tarixədək 2.200.000 manat məbləğində kredit verməyi, kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən borcalan aldığı kreditə görə illik 17% ödəməyi öhdəsinə götürmüşdür.

3. QSC "xxxx" KB ilə borcalan "xxxx" MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı müqaviləyə xx.xx.2013-cü il tarixdə edilmiş 02 saylı əlavə sazişə əsa sən, kreditor borcalana 2.200.000 manat və əlavə olaraq 700.000 manat məbləğində kredit xətti açmışdır. Sazişin 2.1-ci bəndinə əsasən xx.xx.2013-cü il tarixdə edilmiş 02 saylı əlavə, xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab edilmiş, digər qəbul edilmiş şərtlər qüvvədə saxlanmışdır.

4. QSC "xxxx" KB ilə borcalan "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı kredit müqaviləsinə əsasən, kreditor borcalana 2 ay müddətinə xx.xx.2013-cü il tarixədək, illik 17 faiz ödəmək şərti ilə 1.200.000 manat məbləğində kredit verməyi, kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan aldığı kreditə görə illik 17% ödəməyi öhdəsinə götürmüşdür.

5. QSC "xxxx" KB ilə, borcalan "xxxx" MMC, zaminlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Səbinə Süleymanova arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsinə əsasən, kreditorla borcalan arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 2.200.000 manat məbləğində verilən kredit xəttinin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının, həmçinin xx.xx.2012-ci il tarixli EG/BAKSELL/001 saylı bank qarantiyası müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 1.200.000 manat məbləğində verilən qarantiyanın, ona hesablanmış faizlərin və qarantiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının, həmçinin xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 600.000 manat məbləğində verilən qarantiya üzrə kredit xəttinin, ona hesablanmış faizlərin və qarantiya üzrə kredit xətti müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi zaminlər borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşlər.

6. QSC "xxxx" KB ilə, borcalan "xxxx" MMC, zaminlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Səbinə Süleymanova arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsinə xx.xx.2013-cü il tarixdə edilmiş 01 saylı əlavə sazişə əsasən, kreditorla borcalan arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 2.900.000 manat məbləğində verilən kredit xəttinin, ona hesablanmış faizlərin v ə kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının, həmçinin xx.xx.2012-ci il tarixli EG/BAKSELL/001 saylı bank qarantiyası müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 1.200.000 manat məbləğində verilən qarantiyanın, ona hesablanmış faizlərin və qarantiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının, həmçinin xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 600.000 manat məbləğində verilən qarantiya üzrə kredit xəttinin, ona hesablanmış faizlərin və qarantiya üzrə kredit xətti müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi zaminlər borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Sazişin 2 -ci bəndinə əsasən xx.xx.2013-cü il tarixdə edilmiş 01 saylı əlavə, xx.xx.2008-ci il tarixli ********** saylı zaminlik müqaviləsinin ayrılmaz hissəsi hesab edilmiş, digər qəbul edilmiş şərtlər qüvvədə saxlanmışdır.

7. QSC "xxxx" KB ilə, borcalan "xxxx" MMC və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı zaminlik müqaviləsinə əsasən, kreditorla borcalan arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı kredit müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 1.200.000 manat məbləğində verilən kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür.

8. Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli ümumi sahəsi 5.750,27 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətindədir və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 3122 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır.

9. İpoteka saxlayan QSC "xxxx" KB, ipoteka qoyan Cavabdeh2 və borcalan "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 441/04 saylı ipoteka müqaviləsinə əsasən, ipoteka saxlayan və borcalan arasında bağlanmış 441 saylı xx.xx.2010-cu il tarixli kredt xətti müqaviləsinə uyğun olaraq borcalan tərəfindən 60 ay müddətinə alınmış 2.000.000 manat və ona ekvivalent olan digər valyuta məbləğində bərpa olunan kredit xəttinin qaytarılmasını təmin et mək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə ipoteka qoyana məxsus olan Bakı şəhəri, Nərimanov rayonu Müzəffər Nərimanov küçəsində istifadədə olan 0,20281 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli 430,97 kv.m. ümumi sahədən ibarət 25 nömrəli qeyri-yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

10. QSC "xxxx" KB tərəfindən "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh5, Səbinə Süleymanovaya, Cavabdeh4 və Cavabdeh3 ünvanlanmış xx.xx.2014-cü il tarixli 12/442 saylı pretenziyaya əsasən, QSC "xxxx" KB ilə "xxxx" MMC arasında xx.xx.2012-ci il tarixdə 1xx/xx/2509/12 saylı, xx.xx.2013-cü il tarixdə 1xx/xx/2827/13 saylı, xx.xx.2013-cü il tarixdə 1xx/xx/2914/13 saylı kredit müqavilələri və xx.xx.2012-ci il tarixdə qarantiya üzrə kredit xətti müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə "x xxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 məxsus Bakı şəhəri Nərimanov rayonu Müzəffər Nərimanov küçəsində istifadədə olan 0,20281 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 5.750,27 kv.m. ümumi sahədən ibarət 25 nömrəli qeyri-yaşayış binası xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə Cavabdeh4, Səbinə Süleymanova, Cavabdeh5, Cavabdeh3 arasında xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsi və Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin qeyd olunan müqavilələrin tələbləri "xxxx" MMC tərəfindən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçir ilməmiş, müqavilələrin müddətinin bitməsinə baxmayaraq heç bir ödəniş olunmamış, bununla da kredit öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bunun nəticəsində xx.xx.2014-cü il tarixinə "xxxx" MMC-nin banka xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsi üzrə 3.050.344,77 manat məbləğində, xx.xx.2013cü il tarixli 1xx/xx/2827/13 saylı kredit müqaviləsi üzrə 10.290,69 ABŞ dolları məbləğində, xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı kredit müqaviləsi üzrə 1.285.990 manat məbləğində və xx.xx.2012-ci il tarixli qarantiya üzrə kredit xətti müqaviləsinə əsasən açılmış qarantiyalar üzrə 2.454,91 ABŞ dolları və 1.361,67 Avro komissiya borcu qalmışdır. Ona görə də birgə borclulara kredit müqavilələri üzrə borcun 10 gün müddətində banka ödənilməsi əks təqdirdə məhkəməyə müra ciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

11. İddiaçı Qapalı Səhmdar Cəmiyyət "xxxx" Kommersiya Bankını (bundan sonra iddiaçı və ya Bank) cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 İsrafilovna, Cavabdeh5, X2, Cavabdeh4 və Cavabdeh3 (bundan sonra cavabdehlər və ya MMC, yaxud cavabdehlərin ad və soyadları) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı müqavilə üzrə 2.900.000 manat əsas borc, 150.344,77 manat faiz borcu olmaqla, cəmi 3.050.344,77 manat borcun, xx.xx.2012-ci il tarixli FG/001saylı qarantiya üzrə kredit xətti müqaviləsi üzrə 477,88 ABŞ dolları əsas borc, 9.812,81 ABŞ dol ları faiz borcu olmaqla cəmi 10.290,69 ABŞ dolları borcun müştərək qaydada cavabdehlər MMC-dən, Cavabdeh5, Səbinə Süleymanovadan, Cavabdeh4 və Cavabdeh3 tutulmasına, xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı kredit müqaviləsi üzrə 1.200.000 manat əsas borc, 85.990 manat faiz borcu olmaqla cəmi 1.285.990 manat borcun müştərək qaydada cavabdehlər MMC-dən və Cavabdeh2 tutulmasına, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasına, ipoteka predmetinin ilkin satış qiymətinin 5.700.000 manat məbləğində müəyyən edilməklə, xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı və xx.xx.2012-ci il tarixli FG/001 saylı müqavilələr üzrə tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayon, Müzəffər Nərimanov küçəsində istifadədə olan 0,20281 ha torp aq sahəsində yerləşən 3 mərtəbəli 5.750,27 kv.m. ümumi sahədən ibarət 25 nömrəli qeyri-yaşayış binasına yönəldilməsinə, həmin əmlakın boşaldılmasına və onun açıq hərracdan satılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddia tələbi işin yuxarıda qeyd olunmuş halları nəzərə alınmaqla onunla əsaslandırılmışdır ki, borcalan cavabdeh MMC üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş bunun nəticəsində xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı müqavilə üzrə cavabdehin banka 2.900.000 manat əsas borc, 150.344,77 manat faiz borcu olmaqla cəmi 3.050.344,77 manat borcu, xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsi üzrə 477,88 ABŞ dolları əsas borc, 9.812,81 ABŞ dolları faiz borcu, olmaqla cəmi 10.290,69 ABŞ dolları borcu, xx.xx. 2013-cü il tarixli 1xx/xx/2914/13 saylı kredit müqaviləsi üzrə 1.200.000 manat əsas borc, 85.990 manat faiz borcu olmaqla cəmi 1.285.990 manat borcu qalmışdır. Cəmiyyətlə bağlanmış kredit müqavilələrinin 5.4.5-ci bəndinə əsasən alınmış krediti və ona hesablanmış faizləri vaxtlı vaxtında ödəmək ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək borcalanın vəzifəsidir. Həmin müqavilənin 5.4.9-cu bəndinə əsasən müqavilə şərtlərini tam və vaxtında icra etmək borcalanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilsə də kredit müqavilələrinin şərtləri cavabdehlər tərəfindən yerinə yetirilməmiş, öhdəliklər icra edilməmişdir. Bank ilə cəmiyyət arasında bağlanmış ipoteka müqavilələrinə əsasən borcalan kredit müqa viləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Eyni zamanda Bank ilə cavabdehlər Cavabdeh5, Səbinə Süleymanova, Cavabdeh4 və Cavabdeh3 arasında imzalanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsi və bu müqaviləyə edilmiş xx.xx.2013-cü il tarixli 01 saylı əlavə sazişə əsasən, eyni zamanda bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini tamailə və ya hissəhissə icra etmədikdə o cümlədən lazımınca icra etmədikdə zamin borcalan ilə birlikdə kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Həmin müqavilələrin 4.3-cü bəndinə əsasən zamin kreditor qarşısında borc alanın öhdəliklərinə görə tam həcmdə borcun əsas məbləğinin faizlərin və cərimənin ödənilməsi borcun alınması üzrə məhkəmə xərclərinin əvəzinin ödənilməsi və borc alanın kreditor qarşısında öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən kreditora dəymiş zərərin əvəzinin ödənilməsi daxil olmaqla məsuliyyət daşıyır. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyət nəzərdə tutulmamışsa zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı sonrakı ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri 5.700.000 manat məbləğində müəyyən edilmişdir.

13. Birinci instansiya məhkəməsi tərəfindən "xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.

14. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək, izahatında göstərmişdir ki, o, oğlunun təklifi ilə mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində istifadədə olan 0,20281 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli 5.750,27 kv.m ümumi sahədən ibarət 25 nömrəli qeyriyaşayış binasını MMC-nin Bankdan aldığı borclara görə ipoteka ilə yüklü edilmişdir. Halhazırda mülkiyyətində olan qeyri-yaşayış sahəsinə tutma yönəldilməsi ilə razılaşmır. Borc MMC tərəfindən ödənilməlidir.

15. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək, iz ahatında göstərmişdir ki, o, MMC-nin direktoru vəzifəsindən azad olunduqdan sonra MMC-nin rəhbərliyi tərəfindən MMC-nin fəaliyyəti düzgün qurulmadığına görə MMC Bankdan aldığı borcları qaytara bilməmişdir. O, MMC-nin Bank Qarşısında olan öhdəliklərinin icrasına təminat verilməsi barədə zaminlik müqaviləsi bağlasa da, götürülmüş krediti MMC qaytarmalıdır.

16. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, ipoteka saxlayan Bank Avrasiya ASC, ipoteka qoyan Cavabdeh2 və MMC arasında bağlanmış 14 fevral 2011-ci il tarixli 441/04 saylı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayan və borclan arasında bağlanmış 441 saylı xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsinə uyğun olaraq borcalan tərəfindən 60 ay müddətinə alınmış 2.000. 000 manat kredit xəttinin qaytarılmasını təmin etmək məqsədilə xüsusi mülkiyyət hüququ ilə ipoteka qoyana məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində istifadədə olan 0,20281 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli 5.750,27 kv.m. ümumi sahədən ibarət 25 nömrəli qeyri-yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Borclu tərəfindən kredit müqaviləsi üzrə borc "xxxx" ASC-yə ödənilmişdir. 17. "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2010-cu il tarixli qiymətləndirməyə əsasən ipoteka predmetinin dəyəri 567.650 manat məbləğində qiymətləndirilmişdir.

18. Daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışa əsasən, Zəkiyə Cavabdeh2 İsrailovanın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 mərtəbəli ümumi sahəsi 2028,1 m 2 olan qeyri-yaş ayış sahəsi xx.xx.2010-cu il tarixli 441 saylı müqavilə üzrə 60 ay müddətinə Bank Avrasiya ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 19. "xxxx" ASC tərəfindən Bakı şəhər notariusu X3 ünvanlanmış xx.xx.2012-ci il tarixli 03/44 saylı məktubda qeyd olunmuşdur ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2011-ci il tarixli 441/04 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin yüklülük Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyesti Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ipoteka qeydiyyatına alınmışdır. "xxxx" ASC həmin əmlakın QSC "xxxx" KB-nin xeyrinə sonrakı ipotekaya qoyulmasına etiraz etmir.

20. Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən, Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 1xx/xx/2509/12 KM saylı xx.xx.2012-ci il tarixli, FG/BAKSELL/001 bank qaratiya müqaviləsi, xx.xx.2012-ci il tarixli FG/001 qarantiya kredit xətti müqaviləsi, xx.xx.2012-ci il tarixli və xx.xx.2013-cü il tarixli 02 saylı əlavə saziş üzrə Bank qarşısında ipoteka ilə yüklü edilmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 3122 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə ipotekanın əlavə qeydiyyatı aparılmışdır.

21. QSC "xxxx" KB-nin xx.xx.2014-cü il tarixli 14/470 saylı arayışına əsasən, Bank ilə MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixinə 2.900.000 manat əsas, 150.344,77 manat faiz borcu olmaqla cəmi 3.050.344,77 manat borcu mövcuddur.

22. QSC "xxxx" KB-nin xx.xx.2014-cü il tarixli 14/471 saylı arayışına əsasən, Bank ilə MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixinə 1.200.000 manat əsas, 85.990 manat faiz borcu olmaqla cəmi 1.285.990 manat borcu mövcuddur.

23. QSC "xxxx" KB-nin xx.xx.2014-cü il tarixli 14/472 saylı arayışa əsasən, Bank ilə MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsi çərçivəsində açılmış LG-FALCON-UKR-06 saylı qarantiya üzrə xx.xx.2014-cü il tarixinə 477,88 ABŞ dolları əsas, 9.812,81 ABŞ dolları faiz borcu olmaqla cəmi 10.290,69 ABŞ dolları borcu mövcuddur. 24. "xxxx" MMC- nin Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 5.750,27 kv.m. qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə xx.xx.2012-ci il tarixli rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 6.300.000 manat, likvid dəyəri 5.700.000 manat müəyyən olunmuşdur.

25. Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti MMC-nin xx.xx.2014cü il tarixli 50 saylı rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 4.800.000 manat təşkil edir.

26. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 2(011)3996/2014 nömrəli, 10 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia tələbi təmin edi lmiş, Bank ilə MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 170/25O9/12 saylı müqavilə üzrə 2.900.000 manat əsas borc, 150.344,77 manat faiz borcu olmaqla cəmi 3.050.344,77 manat borc, xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsi üzrə 477,88 ABŞ dolları əsas borc, 9.812,81 ABŞ dolları faiz borcu olmaqla cəmi 10.290,69 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla müştərək qaydada MMC-dən, Cavabdeh5, Səbinə Süleymanovadan, Cavabdeh4 və Cavabdeh3 Bank xeyrinə tutulması, Bank ilə MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı kredit müqaviləsi üzrə 1.200.000 manat əsas borc, 85.990 manat faiz borcu olmaqla cəmi 1.285.990 manat borc müştərək qaydada MMC-dən və C avabdeh2 Bank xeyrinə tutulması, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində istifadədə olan 0,20281 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli 5.750,27 kv.m. ümümi sahədən ibarət 25 nömrəli qeyriyaşayış binası boşaldılaraq ilkin satış qiyməti 5.700.000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitindən xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı müqaviləyə əsasən 3.050.344,77 manat borc, xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsinə əsasən 10.290,69 ABŞ dolları borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla Bank xeyrinə tutulması qət edilmişdir.

27. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni iş materiallarında olan sənəd lərə və icraat zamanı müəyyənləşdirilən hallara istinadən belə əsaslandırmışdır ki, Bank ilə MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 170//00//2509/12 saylı kredit müqaviləsinə, xx.xx.2012-ci il tarixli FG/001 saylı garantiya üzrə kredit xətti müqaviləsinə, xx.xx.2013-cü il tarixl 1xx/xx/2914/13 saylı kredit xətti müqaviləsinə əsasən MMC öhdəliklərini yerinə yetirməməsi nəticəsində xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı müqavilə üzrə 2.900.000 manat əsas borc, 150.344,77 manat faiz borcu olmaqla, cəmi 3.050.344,77 manat, xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsi üzrə 477,88 ABŞ dolları əsas borc, 9.812,81 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10.290,69 ABŞ dollar borcu, xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı kredit müqaviləsi üzrə 1. 200.000 manat əsas borc, 85.990 manat faiz borcu vardır. Həmçinin məhkəmə qeyd etmişdir ki, birgə borclular olan cavabdehlərin müqavilə öhdəliklərini icra etməmələri, tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının iddia tələbləri əsaslıdır və ona görə də təmin edilməlidir.

28. Bundan əlavə, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən iddiaçı Bank Cavabdeh2 mülkiyyətində olan ipoteka predmetinin ilkin satış qiymətinin 5.700.000 manat olmaqla hərraca çıxarılmasının xahiş etməsini, iş üzrə keçirilən qiymətləndirmə rəyi ilə ipoteka predmetinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətinin 4.800.000 manat olmasının müəyyən edilməsini nəzərə alıb hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 5.700.000 manat olmaqla hərraca çıxarılmalıdır.

29. Məhkəmə eyni zamanda hesab etmişdir ki, iddia ərizəsində xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsi üzrə cavabdehlərdən tutulmalı olan məbləğ ABŞ dolları ilə tələb olunsa da, borc cavabdehlərdən iddiaçının xeyrinə ABŞ dollarının borcun ödəniş gününə manata uyğun məzənnəsi nəzərə alınmaqla tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu (İ və İİ bəndlər), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 425.1, 442, 739.2-ci ma ddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

31. Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh5 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

32. Cavabdeh2 apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ona aid olan hissədə ləğv edilməsini və iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 latın qrafikalı əlifba ilə yazıb oxuya bilmədiyinə görə, 18 sentyabr 2013-cü il tarixli zaminlik müqaviləsi ona aldadılaraq imza edilmişdir. İpoteka müqaviləsini təsdiq edən notarius ona müqavilənin mahiyyətini izah etməmişdir. Cavabdeh imzaladığı ipoteka müqaviləsi ilə kredit xəttinə ipoteka edilsə də, digər vergi işlərinə görə əmlak yüklü edilməmişdir. Müqavilədən görünür ki, cavabdeh kiril əlifbası ilə imza etmişdir. Digər cavabdehlər və iddiaçı onu aldadaraq belə müqaviləni ona imza etdirmişlər. Cavabdehin əmlakına tutma yönəldilməsi onun mülkiyyət hüquqlarını poza bilər.

34. Cavabdeh5 apellyasiya şikayətində, birinci instansiya məhkəməsinin qətnaməsinin borcun hesablanması, ipoteka predmetinin dəyərinin müəyyən olunması və borcun onlardan tutulması hissəsində ləğv edilməsi, borcun onlardan tutulması hissəsində iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

35. Apellyasiya şikayəti onunla əsaslandırmışıldır ki, iddia ərizəsində iddiaçı tərəfin tələb etdiyi borc məbləği və ona hesablanmış f aizlərin məbləği şişirdilmişdir. Həmin borc məbləğlərinin düzgün hesablanıb-hesablanmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, borc məbləğlərinin və onlara hesablanmış faizlərin müqaviləyə uyğun formada hesablanması üçün məhkəmə-mühasibatlıq ekspetizasının keçirilməsi zəruri idi. Azərbaycan Respublikası MPM-nin 97-ci maddəsinin tələbinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertiza təyin edilə bilər. xx.xx.2012-ci il tarixli RG/001 saylı müqavilə üzrə tələb edilən və məhkəmə tərəfindən tutulan əsas borcun məbləği 477,88 ABŞ dolları olsa da, həmin əsas borca 9.812,81 ABŞ dolları məbləğində faiz borcu hesablanmışdır. Bu əsas borc və ona hesablanmış faiz borcu arasında kəskin ziddiyyət təşkil etməsinə baxmayaraq, məhkəmə bu hissədə də Azərbayca n Respublikası MPM-nin tələblərinə zidd olaraq tam və hərtərəfli araşdırma aparmamışdır. Bundan başqa, məhkəmə tərəfindən ipoteka predmeti olan ünvan 6 ünvanda yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 5.700.000 manat hesablanmaqla açıq hərracdan satılması və borcun həmin məbləğə tutulması qət edilmişdir. Belə ki, məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin 5.700.000 manat hesablamasını tərəflər arasında ipoteka müqaviləsi bağlanarkən aparılmış xx.xx.2012-ci il tarixli qiymətləndirmə rəyini əsas tutmuşdur. Həmin əmlakın dəyəri 2012-ci ildən sonra daha da bahalaşmışdır. Belə ki, 2012-ci ildə əmlak dəyərləndirildikdən sonra orada yenidənqurma işləri aparılmış və real bazar dəyəri 8.000.000-10.000.000 manat arasında qiymətləndirilir. Bu hissədə də real məhkəmə araşdırması aparılmamışdır. Bundan başqa, iddiaçı qarşısında borc müqavilələri MMC mülki öhdəliklər daşıyır və borc onlardan tutulmamalıdır.

36. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-4461/2015 nömrəli, 16 dekabr 2015-ci il tarixli qətnaməsi ilə (hakimlər Mədinə Bağırova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Saqi Məmmədov) cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

37. Apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, birgə borclular olan cavabdehlərin müqavilə öhdəliklərini icra etməmələri tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının iddia tə ləbləri əsaslıdır və ona görə də təmin edilməlidir.

38. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən iddiaçının Cavabdeh2 mülkiyyətində olan ipoteka predmetinin ilkin satış qiymətinin 5.700.000 manat olmaqla hərraca çıxarılmasını xahiş etməsini, iş üzrəı keçirilən qiymətləndirmə rəyi ilə ipoteka predmetinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətinin 4.800.000 manat olmasının müəyyən edilməsininəzərə alıb düzgün olaraq hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti 5.700.000 manat olmaqla hərraca çıxarılmalıdır.

39. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərdən qanuni və əsaslıdır, işdə məhkəmə qətnamə sinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur.

40. Apellyasiya instansiyası məhkəməsi öz mövqelərini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 425.1, 442-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 405-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

41. Qətnamədən cavabdehlər Cavabdeh2 (Vəkil X5) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 aid hissədə ləğv edilməsini və iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2120/2016 nömrəli, 23 may 2016-cı il tarixli qərarı ilə (hakimlər Ənvər Şadiyev (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Gün düz Quliyev) kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

43. İşin faktiki hallarını və tətbiq olunan normaların tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə apellyasiya instansiya məhkəməsinin qətnaməsSəmədovaya münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

44. Qətnamədən Cavabdeh6 (Süleymanova) (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qər ar qəbul olunmasını xahiş etmişdir.

45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının istinad etdiyi "xxxx" MMC-nin qiymətləndirmə rəyində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Malın bazar qiymətinin müəyyən edilməsi Qaydaları haqqında” 6 saylı, 4 yanvar 2001-ci il tarixli qərarının 2.1-ci maddəsində göstərilmiş malın bazar qiyməti müəyyənləşdirilərkən istifadə edilməli olan məlumat mənbələrindən heç biri istifadə edilməmişdir. Mübahisəli qiymətləndirmə rəyində qiymətləndirici müvafiq daşınmaz əmlaklara dair zəruri bütün sənədlərlə tanış olmamış, qiymətləndirilən daşınmaz əmlakların dəyərinə təsir edən bütün amillər müəyyən edilməmiş, daşınmaz əmlakın bazar və likvid dəyərinin müəyyən edilməsi üçün analoji daşınmaz əmlakların bazar dəyəri təhlil edilməmiş, müvafiq əmlakların müqayisəli təhlili aparılmamış, əmlakın real bazar dəyərinin müəyyən edilməsi üçün mülkiyyətçidən müsahibə almamış və daşınmaz əmlakın cari dövrdəki dəyəri də qeyri-obyektiv təyin edilmişdir. Həmçinin mübahisəli qiymətləndirmə rəyində qiymətləndirici müəssisənin rəhbərliyi və ya Qiymətləndirici ekspert qrupunun rəhbəri tərəfindən bilə-bilə yalan rəy verməyə görə məsuliyyət haqqında xəbərdar edilməsi barədə hər hansı qeyd mövcud deyildir. Məhkəmə kollegiyası isə belə səthi qiymətləndirmə rəyini heç bir əsas olmadan rəhbər tutmuş, qeyd olunan halları aydınlaşdırmaq üçün təkrar və ya əlavə ekspertiza təyin etməmişdir.

46. Bundan əlavə, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər göstərilmədikdə və sonradan bağlanmış kredit müqavi lələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Belə ki, ipoteka qoyanın məsuliyyəti ehtimallara əsaslana bilməz, o yalnız ona məlum olan şərtlər daxilində məsuliyyət daşımalıdırlar. Analoji hallar zaminlik müqaviləsinə də xasdır. Odur ki, iş materiallarından göründüyü kimi Bankla MMC arasında xx.xx.2012-ci il tarixli Qarantiya üzrə kredit xətti müqaviləsi bağlanmış, Cavabdeh6 (Süleymanova) və digərləri həmin kredit xətti üzrə zaminliyə cəlb edilmiş və müvafiq ipoteka müqavilələri bağlanmışdır. Lakin daha sonra həmin tərəflər arasında xx.xx.2013-cü il tarixli Əlavə kredit sazişi və digər bu ki mi müqavilələr bağlanmışdır. Bunlar ipoteka və zaminlik öhdəliyi ilə təmin edilmiş kredit müqavilələri hesab oluna bilməzdi. Məhkəmə kollegiyası əsassız olaraq tərəflər arasında bağlanmış kredit xətti müqaviləsi və ondan sonrakı əlavə kredit sazişlərinə vahid müqavilə kimi yanaşmışdır.

47. Həmçinin, Bank tərəfindən müqavilə üzrə məbləğin birdəfəlik tələb hüququnun yarandığı zaman borclu tərəfindən edilmiş ödənişlər ilk növbədə onun üçün daha ağır olan tələbə, yəni əsas borca yönəldilməli, daha sonra qalan məbləğdən faizlə çıxılmalı idi. Halbuki, hazırkı mülki iş üzrə iddiaçının təqdim etdiyi maliyyə arayışı, ödəniş cədvəlləri və s. sənədlərdən göründüyü kimi sözügedən kredit müqaviləsi üzrə ödənilmiş pul vəsaitləri Mülki Məcəllənin 440 və 741-ci maddələrində göstərilmiş ardıcıllıqla borc m əbləğindən silinməmiş, qalıq borc qanunamüvafiq qaydada hesablanmamışdır. İş üzrə məhkəməmühasibatlıq ekspertizası aparılmadığından qeyd olunan xüsusatlar araşdırılmamışdır. Belə ki, faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc alığı məbləğinə hesablanır. Yəni borc öhdəliyi qismən icra olunduqda qalıq məbləğlə yanaşı, həmin borc üzrə yaranmış faiz məbləği də müvafiq qaydada azalır.

48. Qeyd olunanlardan əlavə, kredit müqavilələri rəsmiləşdirilərkən Mülki Məcəllənin və MMC-nin Nizamnaməsinin məcburi tələbləri pozulmuşdur. Belə ki, Cavabdeh3 xx.xx.2012-ci il tarixindən müəssisənin baş direktoru vəzifəsindən azad edilməsinə, heç bir səlahiyyəti olmamasına baxmayaraq MMC-nin adından iddiaçıya kredit verilməsi üçün müaciət et miş və müəssisənin adından xx.xx.2013-cü il tarixində 700.000 manat məbləğində və xx.xx.2013-cü il tarixində isə 1.200.000 manat məbləğində kredit götürmüşdür. Odur ki, xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli kredit müqavilələri etibarsız hesab edilməli, eyni zamanda həmin kredit müqavilələrinin təminatı olaraq bağlanmış ipoteka və zaminlik müqavilələri də etibarsız hesab edilməlididir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

49. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

50. Maddə 386.1. Öhdəliyin zərər vu rulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

51. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

52. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

53. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəizini ödəməyə borcludur.

54. Maddə 443.1. Borclu icranı gecikdirdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər.

55. Maddə 443.5. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

56. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

57. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyy ət daşıyırlar.

58. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

59. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

60. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

61. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miq darda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (xx.xx.2023-cü il tarixədək olan redaksiyada)

62. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (xx.xx.2023-cü il tarixədək olan redaksiyada)

63. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

67. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

68. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq n ormalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

69. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

72. Maddə 416.2. Apellyasiya instansiya sı məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

73. Maddə 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri:

74. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edi lmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

75. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh6 (Süleymanova) tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ona aid hissədə qismən mübahisələndirdiyindən, kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

76. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib- edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, Cavabdeh6 (Süleymanova) münasibətdə iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmin hissədə məhkəmə tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

77. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, apellyasiya instansiya məhkəməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxsa da, birinci instansiya məhkəməsinin qətnaməsini Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya şikayətinin dəlillərindən asılı olaraq yoxlamaqda haqlı olsa da, Cavabdeh6 (Süleymanova) münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqda haqlı olmamışdır.

78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasi ya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3 72.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

79. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmur. Qeyd e tmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır.

81. İşin halları ilə müəyyən edilir ki, mübahisələndirilən hissədə iddia tələbinin qanuni əsasını borc münasibətləri, yəni Mülki Məcəllənin 739.1-ci maddəsi, həmçinin borcun icrasının təmini kimi zaminlik münasibətləri, yəni Mülki Məcəllənin 470.1-ci maddəsi təşkil edir.

82. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırki iş üzrə borcu götürən MMC-dir.

83. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bank ilə MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsinə əsasən, kreditor borcalana 12 ay müddətinə xx.xx.2013-cü il tarixədək 2.200.000 manat məbləğində kredit verməyi, kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən borcalan aldığı kreditə görə illik 17% ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa Bank ilə MMC arasında bağanmı ş xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit müqaviləsinə əsasən, qarant prinsipialın bu müqavilədə nəzərdə tutulmuş bütün tələblərə riayət etməsi şərti ilə ona 12 ay müddətinə xx.xx.2013-cü il tarixədək, qarantiya məbləği illik 3 faiz olmaqla 600.000 manat məbləğində və ya həmin məbləğin ekvivalentində digər valyutada qarantiya üzrə kredit xətti açmağı öhdəsinə götürmüşdür. Həmçinin Bank ilə MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı müqaviləyə xx.xx.2013-cü il tarixdə edilmiş 02 saylı əlavə sazişə əsasən, kreditor borcalana 2.200.000 manat və əlavə olaraq 700.000 manat məbləğində kredit xətti açmışdır. Sazişin 2.1-ci bəndinə əsasən xx.xx.2013-cü il tarixdə edilmiş 02 saylı əlavə, xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab edilmiş, digər qəbul edilmiş şərtlər qüvvədə saxlanmışdır. Eyni zamanda, Bank ilə, MMC, zaminlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Səbinə Süleymanova arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsinə əsasən, kreditorla borcalan arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 2.200.000 manat məbləğində verilən kredit xəttinin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının, həmçinin xx.xx.2012-ci il tarixli EG/BAKSELL/001 saylı bank qarantiyası müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 1.200.000 manat məbləğində verilən qarantiyanın, ona hesablanmış faizlərin və qarantiya müqaviləsindən irəli gələn dig ər ödənişlərin qaytarılmasının, həmçinin xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 600.000 manat məbləğində verilən qarantiya üzrə kredit xəttinin, ona hesablanmış faizlərin və qarantiya üzrə kredit xətti müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi zaminlər borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Bundan başqa, Bank ilə, MMC, zaminlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Səbinə Süleymanova arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsinə xx.xx.2013-cü il tarixdə edilmiş 01 saylı əlavə sazişə əsasən, kreditorla borcalan arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 2.900.000 manat məbləğində verilən kredit xəttinin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının, həmçinin xx.xx.2012-ci il tarixli EG/BAKSELL/001 saylı bank qarantiyası müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 1.200.000 manat məbləğində verilən qarantiyanın, ona hesablanmış faizlərin və qarantiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının, həmçinin xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixinədək 600.000 manat məbləğində verilən qarantiya üzrə kredit xəttinin, ona hesablanmış faizlərin və qarantiya üzrə kredit xətti müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı k imi zaminlər borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Sazişin 2-ci bəndinə əsasən xx.xx.2013-cü il tarixdə edilmiş 01 saylı əlavə, xx.xx.2008-ci il tarixli ********** saylı zaminlik müqaviləsinin ayrılmaz hissəsi hesab edilmiş, digər qəbul edilmiş şərtlər qüvvədə saxlanmışdır.

84. Həmçinin kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu Müzəffər Nərimanov küçəsində istifadədə olan 0,20281 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli 5.750,27 kv.m. ümumi sahədən ibarət 25 saylı qeyri-yaşayış binasını xx.xx.2012-ci il tarixində 1xx/xx/2509/12 saylı sonrakı ipoteka müqaviləsi və xx.xx.2013-cü il tarixli həmin müqaviləyə edilmiş 01 saylı əlavə saziş əsasında bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bundan başqa, bank ilə cəmiyyət arasında xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən cəmiyyətə 1.200.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı zaminlik müqaviləsi əsasında cəmiyyətin bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini üzərinə götürmüşdür. Lakin borcalan cavabdeh cəmiyyət üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş bunun nəticəsində xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı müqavilə üzrə cavabdehin banka 2.900.000 manat əs as borc, 150.344,77 manat faiz borcu olmaqla cəmi 3.050.344,77 manat borcu, xx.xx.2012-ci il tarixli FG/001 saylı qarantiya üzrə kredit xətti müqaviləsi üzrə 477,88 ABŞ dolları əsas borc, 9.812,81 ABŞ dolları faiz borcu, olmaqla cəmi 10.290,69 ABŞ dolları borcu, xx.xx.2013-cü il tarixli 1xx/xx/2914/13 saylı kredit müqaviləsi üzrə 1.200.000 manat əsas borc, 85.990 manat faiz borcu olmaqla cəmi 1.285.990 manat borcu qalmışdır.

85. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamələr Cavabdeh6 (Süleymanova) münasibətdə mübahisələndirilən hissədə maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş və məhkəmələrin gəldiyi həmin nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.

86. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1, 389, 390, 405.1, 477ci maddələrinin mənasına görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Zaminlik müqaviləsi üçün isə mühüm şərtlər kreditin məbləği, faizi, ödəniş qrafiki, valyutası, kreditin qaytarılma müddəti və sair hesab edilir.

87. Lakin, iş ə baxan məhkəmələrin Cavabdeh6 (Süleymanova) münasibətdə iddianı təmin edərkən əsas götürdükləri xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsi üzrə MMC-yə 2.200.000 manat kredit verilməsinə, həmin müqavilə xx.xx.2013cü il tarixdə edilmiş 02 saylı əlavə sazişlə dəyişdirilərək MMC-yə əlavə olaraq 700.000 manat kredit verilsə də, xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsi ilə xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsi üzrə zamin olan Cavabdeh6 (Süleymanova) kreditin məbləğində dəyişiklik edilməsi barədə xx.xx.2013-cü il tarixli 02 saylı əlavə sazişdən məlumatsız olmuşur. Həmçinin Bank ilə, MMC, habelə zaminlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Səbinə Süleymanova arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zami nlik müqaviləsinə xx.xx.2013-cü il tarixdə edilmiş 01 saylı əlavə sazişə əsasən, kreditorla borcalan arasında bağlanmış xx.xx.2012ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixədək götürülmüş kreditin məbləği 2.900.000 manat göstərilmiş, Sazişin 2-ci bəndində isə xx.xx.2013-cü il tarixdə edilmiş 01 saylı əlavənin, xx.xx.2008-ci il tarixli ********** saylı zaminlik müqaviləsinin ayrılmaz hissəsi hesab edilməsi, digər qəbul edilmiş şərtlərin qüvvədə saxlanması qeyd olunmuşdur. Göründüyü kimi xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsində xx.xx.2013-cü il tarixdə edilmiş 01 saylı əlavə sazişdə kreditin məbləğinin dəyişməsinin şərtlərin öz əksini tapmayıb, kredit müqaviləsi və ondan sonrakı saziş vahid müqavilə kimi qəbul edilmiş, kredit müqaviləsi üzrə götürülmüş 2.200.000 manat məbləğin 2.900.000 manat olmasının səbəbi açıqlanmamışdır. Halbuki, qanunun mənasına görə, zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstərişlər və sair.

88. Nəzərə alınmalıdır ki, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Yuxarıda sadalanan normaların mənasına görə, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoy anın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılması, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. 89. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 04 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır.

90. Həmçinin, zaminlik müqaviləsi qanunverciliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və sair) müştərək qaydada öhdəlik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verdikdə zaminl iyə bütövlükdə xitam verilir.

91. Apellyasiya instansiyası məhkəməsi, yalnız xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsi, həmçinin müqaviləyə dəyişikliklərin edilməsi barədə xx.xx.2013-cü il tarixdə edilmiş 02 saylı əlavə sazişə istinad edib iddia tələbini zamin Cavabdeh6 (Süleymanova) münasibətdə təmin etməklə Mülki Məcəllənin 477.0.1-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki, həmin maddənin mənasına görə, zaminin razılığı olmadan zaminliyin təmin etdiyi öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.

92. Lakin hazırki halda iddiaçı Bank və borcalan MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsi, habelə müqaviləyə dəyişi kliklərin edilməsi barədə xx.xx.2013-cü il tarixdə edilmiş 02 saylı əlavə saziş zamin Cavabdeh6 (Süleymanova), habelə digər zaminlər tərəfindən imzalanmamış, dəyişikliklərlə bağlı onların razılıqları alınmamışdır.

93. İddiaçı Bank və borcalan MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsinə xx.xx.2013-cü il tarixdə edilmiş 02 saylı əlavə sazişdə, habelə xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsində xx.xx.2013-cü il tarixdə edilmiş 01 saylı əlavə sazişdə ümumiyyətlə kredit və zaminlik müqaviləsinin mühüm şərti, yəni əsas borcun məbləği dəyişdirilməklə, məhkəmələr tərəfindən əsassız olaraq tərəflər arasında bağlanmış kredit müqaviləsi və ondan sonrakı sazişə vahid müqavilə kimi yanaşılmışdır.

94. Apellyasiya instansiyası məhkəməs i bu hallara diqqət yetirmədən, zamin Cavabdeh6 (Süleymanova) ümumiyyətlə imzalamadığı və bağlanmasında bilavasitə istirak etmədiyi xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı kredit müqaviləsinə xx.xx.2013-cü il tarixdə edilmiş 02 saylı əlavə sazişin məzmunu, habelə əsas borcun məbləği barədə məlumatlı olub-olmadığını araşdırmadan, xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsində xx.xx.2013-cü il tarixdə edilmiş 01 saylı əlavə sazişdə kreditin məbləğinin dəyişməsinin şərtlərinin öz əksini tapmamasını yoxlayıb qiymətləndirmədən, başqa sözlə, onun razılığı olmadan zaminliyin təmin etdiyi kredit müqaviləsi üzrə öhdəlikdə sonradan hər hansı dəyişikliyin əmələ gəlib-gəlmədiyini, bu dəyişikliyin zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə s əbəb olubolmadığını araşdırmadan, birinci instansiya məhkəməsi tərəfindən iddianın zaminlərə münasibətdə təmin edilməsini əsaslı hesab etmişdir.

95. Eyni zamanda apellyasiya instansiya məhkəməsi xx.xx.2012-ci il tarixli 1xx/xx/2509/12 saylı zaminlik müqaviləsində xx.xx.2013-cü il tarixdə edilmiş 01 saylı əlavə sazişin 2-ci bəndində, xx.xx.2013-cü il tarixdə edilmiş 01 saylı əlavənin, xx.xx.2008-ci il tarixli ********** saylı zaminlik müqaviləsinin ayrılmaz hissəsi hesab edilməsi, digər qəbul edilmiş şərtlərin qüvvədə saxlanması qeyd olunmasına diqqət yetirməmiş, həmin hala hər hansı hüquqi qiymət verməmişdir.

96. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi mübahisələndirilən hissədə işdə olan subutlara obyektiv baxıb onlara MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquq i qiymət verməmiş və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddia tələbini Cavabdeh6 (Süleymanova) münasibətdə təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır.

97. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir.

98. Eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsində göstərilir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının hayata keçirilməsinə kömə k göstərir.

99. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübut u yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsidir.

100. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 101. “Məhkəmə qətnaməsi haqqında” Azərba ycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

102. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayət lənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

103. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını hazırki kassasiya şikayətində mübahisələndililən hissədə ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllini tapmamışdır.

104. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015-ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq q iymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

105. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

106. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandı rıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

107. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

108. Kassa siya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş edildiyindən, məhkəmə kollegiyası da işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini məqsədəuyğun hesab etdiyindən, kassasiya şikayəti təmin olunmalıdır.

109. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya məhkəməsinin qətnaməsi qismən, cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızına aid hissədə ləğv edilməli və iş həmin hisədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

110. İşə yenidən baxılarkən məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uy ğun olaraq apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayaraq, yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

111. Göstərilənlərə əsasən və Azərbaycan Respu blikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4461/2015 nömrəli, 16 dekabr 2015-ci il tarixli qətnaməsi cavabdeh Hüseynova (Süleymanova) Səbinə Yaşar qızına aid hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar