Məhkəmə qərarları › İş №2(102)-4110/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4110/2020

23.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4110/2020 23.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator XXXnin nümayəndəsi və vəkili X5, kassator Cavabdeh1 nümayəndəsi X3, vəkili X7, maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X9, vəkili X2, İddiaçı, vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən XXX və Cavabdeh1 kassasiya şikayətlərinə açıq məhkəmə iclasında ba xaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(006)-5446/2019, hakim S.F.Cəfərov) İddiaçı cavabdehlər Cavabdeh1nə, XXX, maraqlı şəxslər XXX və XXX qarşı “universitetə bərpa” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-1368/2019, hakimlər A.Ə.Hüseyn, E.Q.Nəbiyev, E.Y.Şamayev) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçının Cavabdeh1 “Müalicə işi” ixtisasına bərpa olunması vəzifəsinin Cavabdeh1nə həvalə edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən cavabdehlər XXX və Cavabdeh1 nümayəndələri ayrı-ayrılıqda verdikləri kassasiya şika yətlərində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçı 2013-cü ildə Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən imtahanlarda 424 bal toplayaraq Cavabdeh1 Hərbi Tibb Fakültəsinə qəbul olunmuşdur. xx xxxxxx 2017-ci il tarixdə tibbi şəhadətləndirmə zamanı İddiaçı “sağ ağciyərin ocaqlı vərəmi, sağ və sol gözlərin sadə miopik astiqmatizmi nəticəsində görmə itiliyinin azalması” diaqnozu qoyularaq o, hərbi xidmətə yararsız hesab edilməklə, xx xxxxxx 2017ci il tarixdə xəstəliyi ilə əlaqədar təhsil aldığı fakültənin İV kursundan xaric edilmişdir. İddiaçı müalicə aldıqdan və ətraf mühit üçün təhlükə daşımadığı müəyyən edildikdən sonra, ixtisasına uyğun fakültəyə bərpa edilməsi ilə bağl ı Cavabdeh1nə və XXXnə müraciət etmiş, lakin o, qəbul imtahanlarında 424 bal topladığı, lakin həmin ildə müalicə işi ixtisası üzrə keçid balı 511 bal təşkil etdiyi üçün “Müalicə işi” ixtisasına bərpa olunmasından imtina olunmuşdur. İddiaçı XXX qeyd edilən məzmunlu müraciət etmiş, göstərilən məsələnin həmin orqanın səlahiyyətləri xaricində olması bildirilmişdir. xx xxxxx 2019-cu il tarixdə XXX tərəfindən İddiaçı Cavabdeh1 müalicə işi ixtisasına bərpa olunmasına razılıq verilmişdir. xx xxxx 2019-cu il tarixdə İddiaçı yenidən Cavabdeh1nə müraciət etmiş, lakin ona müalicə işi ixtisasına bərpa olunmasının qeyri-mümkün olduğu bildirilmişdir. xx xxxxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh1nə, XXXnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin dəqiqləşdirməsi barədə ər izə təqdim edərək, Cavabdeh1 Hərbi Tibb Fakültəsinin “hərbi həkim işi” və ya “müalicə işi” ixtisasına bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar araşdırılmamış, iddiaçı qəbul imtahanlarında 424 bal topladığı halda və həmin il üzrə “müalicə işi” ixtisasına keçid balı 511 bal təşkil etdiyi üçün onun “müalicə işi” ixtisasına bərpa olunmasının qeyri-mümkünlüyü nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında kassatorların nü mayəndəsi və vəkili kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, iddiaçı və vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları i lə müəyyən edilir ki, iddiaçı 2013-cü ildə ali məktəblərə qəbul imtahanında 424 bal toplayaraq Cavabdeh1 Hərbi Tibb Fakültəsinə qəbul olunmuş, 2017-ci ildə tibbi şəhadətləndirmə zamanı səhhəti ilə bağlı hərbi xidmətə yararsız sayıldığı üçün o, həmin fakültənin İV kursundan xaric edilmişdir. İddiaçı 424 bal topladığı üçün və həmin ildə müalicə işi ixtisasına keçid balı 511 bal təşkil etdiyi üçün “Müalicə işi” ixtisasına bərpa olunmasından imtina olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ bəndinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. XXXnin xx.xx.2017-ci il tarixli əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsil alanların köçürülməsi, xaric edilməsi, bər pa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın 1.5-ci bəndinə əsasən, ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ixtisasdan (ixtisaslaşmadan) digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, 1-ci tədris ilində eyni ixtisas (ixtisaslaşma) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülmək, xaric olunanlar isə öz ixtisası (ixtisaslaşması) üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Bu prosedurlar bu Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə həyata keçirilir. Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən ali təhsilin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtın dan bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında bu Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda bu Qaydaların 1.5-ci, 1.11-ci və 2.1–2.8-ci bəndlərinin tələbləri gözlənilməklə tələbənin bərpası XXXnin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir. Bərpa barədə ərizəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyy əsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış və əvvəlki təhsil haqqında sənədin əsli (əgər xaric edildiyi ali təhsil müəssisəsinə bərpa olunmursa) əlavə edilir. Göründüyü kimi, səhhətinə görə və ya başqa səbəblərdən ali təhsil müəssisəsindən xaric edilmiş şəxslər XXXnin razılığı ilə ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. İddiaçının müalicə işi ixtisasına bərpasına Tibb Universitetinin xx.xx.2018-ci il tarixli müraciəti əsasında Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli məktubu ilə razılıq verilmişdir. Apellyasiya məhkəməsinin də qətnaməsində göstərildiyi kimi, qeyd edilən qaydalarda heç bir məhdudiyyət qoyulmadığı halda, iddiaçının qəbul imtahanlarında topladığı balın həmin il üzrə müalicə işi ixtisasına keçid balından aşağı olduğuna istinad edilməklə, iddiaçının universitetə bərpasından imtina edilmişdir. Halbuki, həmin şərt yalnız bir ali təhsil müəssisəsindən digərinə köçürülən tələbələr üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Az ərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar