Məhkəmə qərarları › İş №2(102)-4110/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4110/2023

31.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4110/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X5 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddialar barədə mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-648/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı Cavabdeh Sumqayıt şəhəri, N.Nərimanov və 20 yanvar küçələrinin kəsişməsində 30 və 32-ci məhəllələrinin arasındakı ərazidə 144 kv metr torpaq sahəsində yerləşən ticarət obyektini bir il müddətinə icarəyə vermiş, aylıq icarə haqqı 1000 manat müəyyən edilmişdir.

2. İddiaçı 2017-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış icarə müqaviləsinə xitam verilməsi və cavabdehin icarəyə verilmiş obyektdən çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6090/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, İddiaçı Cavabdeh ilə bağlanmış Sumqayıt şəhəri, N.Nərimanov və 20 yanvar küçələrinin kəsişməsində 30 və 32-ci məhəllələrinin arasındakı ərazidə 144 kv metr torpaq sahəsində ticarət obyektinin icarəyə verilməsi barədə xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi və Cavabdeh həmin obyektdən çıxarılması qət edilmişdir. Həmin iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2271/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi icraya yönəldilərək, icra vərəqəsi xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndər ilmiş, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar çıxarılmış, tələbin könüllü icra olunması barədə bildiriş borcluya təqdim edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək, sözügedən mülki iş üzrə icraya yönəldilmiş qətnamənin icrasının təcili olaraq təmin olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun məktubuna əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6090/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinin dublikatı icra edilməsi üçün yenidən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İcra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə icraata baş lamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya təqdim olunmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qeyd olunan icra sənədinin tam qaydada yerinə yetirilməsi ilə əlaqədar ona xx.xx.2020-ci il tarixədək vaxt verilməsi barədə ərizə ilə müraciət etmişdir. Nəhayətdə icra sənədi xx.xx.2020-ci il tarixdə icra edilərək cavabdeh obyektdən çıxarılmışdır. 4. 31.08.2020-ci il tarixli köçürmənin göndərilməsi barədə bildirişə əsasən X1 hesabına "xxxx" ASC-nin Sumqayıt filialı ilə 2000 manat məbləğində pul köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edər ək, Cavabdeh 2016-2017-ci il üzrə icarə haqqı aylıq 1000 manat olmaqla, ümumilikdə 12000 manat, 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək isə əldən çıxmış fayda ilə birlikdə aylıq 3500 manat olmaqla, ümumilikdə 115000 manat, vurulmuş maddi və mənəvi zərərə görə 50000 manat - cəmi 177000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri, N.Nərimanov və 20 Yanvar küçələrinin kəsişməsində 30 və 32-ci məhəllələrin arasındakı ərazidə 144 kv metr torpaq sahəsində olan ticarət obyektinin sahibidir. xx.xx.2012-ci ildə icarə müqaviləsinə əsasən Cavabdeh sözügedən ticarət obyektini bir il müddətinə icarəyə vermişdir. Uzun illər həmin qeyriyaşayış obyekti qeyd olunan icarə müqaviləsi əsasında Cavabdeh istifadəsində olmuşdur. Lakin Cavabdeh 2016-cı ildən öz icarə öhdəliklərinin icrasından boyun qaçırmışdır. Cavabdeh ona məxsus obyekti tərk etməkdən imtina etmiş, obyekti ona qaytarmamışdır. Nəticədə, 2017-ci ilin dekabr ayında məhz bu səbəbdən Cavabdeh obyektdən çıxarılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməyə məcbur qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-6090/2017 saylı qətnaməsinə əsasən Cavabdeh ilə bağlanmış icarə müqaviləsinə xitam verilmiş və onun həmin obyektdən çıxarılması qərara alınmışdır. Lakin məhkəmənin qətnaməsinə baxmayaraq, Cavabdeh məhkəmə qətnaməsinin icrasından boyun qaçırmış, ticarət obyektini tərk etməmiş, bütün bu zaman ərzində də obyektdən 2020-ci il in dekabr ayının 11-nə qədər kommersiya məqsədi ilə istifadə edərək ona məxsus obyektdən külli miqdarda gəlir götürmüşdür. Cavabdeh 2016-cı ilin dekabr ayından xx.xx.2017-ci il tarixinədək toplam 12 ay ərzində aralarında bağlanmış müqavilə dəyəri olan aylıq 1000 manat, ümumilikdə 12000 manat icarə haqqını ödəməmişdir. Bundan əlavə məhkəmə qərarı ilə icarə müqaviləsi ləğv olunduqdan sonra Cavabdeh obyekti tərk etməmiş, nəticədə 3500 manat aylıq icarə haqqı ödəməyə razı olan müştərilərlə müqavilə bağlaya bilməmiş və mənfəəti itirmişdir. Cavabdeh ona həm də mənəvi ziyan vurmuşdur.

7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin təmin edilməməsi, İddiaçı 250140 manat pulun tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2012-ci ildə həmin qeyriyaşayış sahəsini təmirsiz icarəyə götürərək, öz şəxsi vəsaiti hesabına tam təmir etdirmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsinin təmirinə 150000 manatdan artıq vəsait xərcləmişdir. Bundan əlavə, qarşı tərəf ona mənəvi ziyan da vurmuşdur. Belə ki, İddiaçı işçilərin gözü qarşısında ona hədə qorxu gəlmiş, ədliyyə işçilərini kafeyə tökərək nümayişkaranə şəkildə kafeni bağlatdırmış, sonra isə öz istəklərini ona qəbul etdirmək üçün onun şərəf və ləyaqətinə, biznes fəaliyyətinə ləkə vuran hərəkətlər etmişdir. O zaman onun təzyiqi qalxmış, ətrafda olan şəxslər ona tibbi yardım göstərmişlər. Beləliklə onun imicinə də ziyan dəymişdir. Ona 100000 manat mənəvi ziyan dəymişdir. O, vəkillə müqavilə bağlayaraq xidmət ha qqı kimi kassaya 210 manat və dövlət rüsumu kimi 30 manat pul ödəmişdir. Odur ki, məhkəmədən qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş edir.

9. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda qeyd etmişdir ki, Cavabdeh 2017-2020-ci il ərzində İddiaçı 9000 manat nağd, obyektin faktiki sahibi X2 isə bank vasitəsilə 2000 manat icarə haqqı ödəmişdir. Ona görə də iddia dəqiqləşdirilmişdir. Qarşılıqlı iddia isə əsassız olmuşdur. Belə ki, tərəflərin obyektə qoyulmuş xərcin sonradan tələb edilməsi barədə razılıqları olmamış, həmçinin Cavabdeh oranı tərk edərkən təmiri dağıtmışdır.

10. Məhkəmə ic lasında Cavabdeh nümayəndəsi X6 qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, ilkin tələbin təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, tərəflər arasında məhkəmə qətnaməsindən sonra da icarə münasibətləri davam etdirilmiş, İddiaçı hər ay Cavabdeh icarə haqqını almış və bu barədə müvafiq dəftərdə imza etmişdir. Ona görə də əldən çıxmış fayda ilə bağlı tələb əsassız olmuşdur. O, eyni zamanda İddiaçı əqdi mübahisələndirilməsi üçün iddia müddətini buraxdığını bildirmiş, hesab etmişdir ki, iddia müddətinin ötürüldüyü açıq-aşkar olmuşdur. Веlə ki, iсаrə müqaviləsi xx.xx.2012-ci ildə bağlanmış, İddiaçı isə 2021-ci ilin уаnvаr ayında iddia ilə məhkəməуə müraciət etmişdir. O, İddiaçı iddia müddətini ötürdüyündən, tələbi n rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmiş, eyni zamanda bildirmişdir ki, məhkəmə qərarına baxmayaraq, İddiaçı ilə aralarında razılıq əldə olunmuş və 2020-ci ilin dekabr ayınadək sözügedən obyekti işlətməyə və pandemiya vaxtı 2000 manat, qalan dövrdə isə 3500 manat aylıq icarə haqqı ödəməyə davam etmişdir. Həmin ödənişləri əsasən İddiaçı ödəmiş, o, da bu barədə dəftərçədə imza etmiş, bəzən də obyektin faktiki sahibi olan X2 vermişdir. Hətta bir dəfə sonuncu Quba rayonunda olan zaman icarə haqqını ona bank vasitəsilə ödəmişdir. Ona görə də əldən çıxmış fayda ilə bağlı tələb əsassız olmuşdur. İddiaçı ilə çək diyi təmir xərclərinin ödənilməsinə dair razılıqları olmamışdır.

12. Birinci instansiya məhkəməsində şahid X3 ifadə verərək, onun ilkin iddia üzrə iddiaçının bacısının yoldaşı olduğunu, sözügedən qeyri-yaşayış sahəsinin faktiki sahibi olduğunu, Cavabdeh tərəfindən ona 2020-ci ilin avqust ayında Quba rayonunda dincəldiyi vaxt bank vasitəsilə 2000 manat icarə haqqı ödənildiyini, Cavabdeh obyektdən çıxarkən təmiri yararsız hala saldığını göstərmişdir.

13. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 4/1051 №-li ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş, kitabçanın 1-ci səhifəsində olan “aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr” aylarına dair “imza” qrafasındakı imzalar ilə kitabçanın 1-ci səhifəsində olan “noyabr” ayına dair “imza” qrafasındakı imza müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Rəydə ekspert qarşısında qoyulan 2-ci suala (İşə əlavə olunan dəftərdəki imzalar eyni şəxs tərəfindən icra edilmişdirmi?) cavab verilmiş, 1-ci suala (İşə əlavə olunan dəftərdəki imzalar İddiaçı məxsusdurmu?) isə cavab verilməsinin mümkün olmaması qeyd olunmuşdur.

14. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 4/1407 №-li ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş kitabçanın 1-ci səhifəsində “İmza” qrafasında “mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr” aylarına dair im zaların (09 imza) İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir.

15. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-53/2022 nömrəli iş üzrə 21 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı və cavabdeh arasında birinciyə məxsus əmlakın ayda 1000 manat müqabilində icarəyə verilməsi barədə xx.xx.2012-ci il tarixdə müqavilə bağlanmış və həmin sazişə xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsi ilə xitam verilərək sonuncunun bu obyektdən çıxarılması qət olunmuşdur. Sözügedən qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bunda n sonra ilkin iddia üzrə cavabdeh 2020-ci ilin dekabr ayınadək obyektdən çıxmamış, bu dövrdə 9000 manat ilkin iddia üzrə iddiaçıya, 2000 manat isə Elşən Balakişiyevə icarə haqqı ödəmişdir. 2020-ci ilin noyabr ayında iddiaçının nümayəndəsi icra qurumuna müraciət etmiş və həmin ilin dekabrında cavabdeh obyekti təhvil vermişdir.

17. Məhkəmə 2016-cı ilin dekabrından 2017-ci ilin dekabr ayınadək icarə haqqının ödənilib-ödənilməməsi və sonuncu tarixdən 2020-ci ilin dekabrınadək icarə münasibətlərinin mövcud olub-olmaması barədə işin mübahisəli halları ilə bağlı qeyd etmişdir ki, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnamələrinə görə iddiaçı cavabdehin icarə müddəti başa çatdıqdan sonra ona məxsus obyektdən çıx mamasına görə sözügedən tələblə məhkəməyə müraciət etmişdir. Bu məhkəmə qərarlarında, eləcə də hazırki mübahisə ilə əlaqədar araşdırılan həmin mülki iş materiallarında cavabdehin icarə haqqı ödəməməsi, həmçinin mübahisənin bu səbəbdən yaranmasına dair hər hansı sübuta rast gəlinməmişdir. Buradan aydın olmuşdur ki, mübahisə icarə haqqının ödənilməməsinə görə deyil, müqavilənin müddətinin iddiaçı tərəfindən uzadılmaması, cavabdehin isə obyektdən çıxmaması ilə bağlı yaranmışdır. Əks halda həmin iş üzrə iddiaçı cavabdehə qarşı icarə haqqının ödənilməməsinə dair tələb irəli sürmək imkanını da həyata keçirərdi. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, hazırkı iş üzrə ilkin iddiaçının 2016-2017-ci illər ərzində icarə haqqının ödənilməməsi barədə dəlili əsassız olmuşdur.

18. Məhkəmə həm çinin işin sözügedən qətnamədən sonra daha 3 il ərzində ilkin iddia üzrə cavabdehin obyektdə fəaliyyət göstərməsi, həmin dövrdə 11000 manat icarə haqqının ödənilməsinin mübahisəsiz hal olması, bu müddətdə müvafiq məhkəmə qərarının icrasının iddiaçı tərəfindən tələb edilməməsi hallarına qiymət verərək belə nəticəyə gəlmişdir ki, 2017-2020-ci ilin dekabrınadək də tərəflər arasında icarə hüquq münasibətləri davam etmişdir. Bu zaman artıq tərəflər arasında yeni şifahi icarə müqaviləsi bağlanmışdır.

19. Məhkəmə işin faktiki hallarına toplanmış və tədqiq olunmuş sübutlarla məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlmişdir ki, ilkin iddia üzrə iddiaçının 2017-ci il tarixədək qüvvədə olan icarə müqaviləsindən irəli gələn 2016-2017-ci illər üzrə icarə haqqı tələbi iddia müddəti keçdiyindən tə min edilməməlidir. Belə ki, həmin dövr üzrə icarə haqqı ödənilməsi müqavilə tələblərinə əsasən iddia olunmuş və iddiaçı pozulmuş hüquqları barədə artıq xx.xx.2017-ci ildə məhkəməyə ərizə ilə müraciət edən zaman bilmişdir. Hazırkı tələb isə xx.xx.2021-ci ildə məhkəməyə daxil olmuşdur.

20. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21, 675, 700.1 və 705-ci maddələrinə istinadla qeyd etmişdir ki, qanunvericilik kompensasiyanın icarə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçinin icarəyə götürdüyü obyekti qaytarmadıqda tələb edilə bilməsini nəzərdə tutur. İşin hallarından isə 2017-2020-ci illər ərzində də icarə hüquq münasibətlərinin davam etməsi aydın olmuşdur ki, bu da İddiaçı həmin dövr üzrə kompensasiya tələb etmək hüququnun yaranmasını istisna etmişdir. Bununla yanaşı, bu nor ma kompensasiyanın məbləği kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin tələb edilə bilməsini nəzərdə tutmuşdur. Qeyd olunan qanunvericiliyin tələbinə dair ilkin iddia üzrə iddiaçı hər hansı sübut təqdim etməməklə yanaşı, ümumiyyətlə müvafiq dövrdə icarə hüquq münasibətlərinin mövcud olmamasını əsas gətirərək əldən çıxmış fayda tələb etmişdir.

21. Məhkəmə həmçinin hesab etmişdir ki, qanunvericilik əmlakın istismarı zamanı götürülə biləcək hər hansı abstrakt müəyyənləşdirilən faydanı deyil, əmlakın xassəsindən irəli gələn, götürülməməsi mümkün olmayan və ya onun istismar praktikasında formalaşmış və əmlakın istifadəsi barədə artıq bağlanmış müqavilələr şəklində konkret sübutların o lması ilə şərtlənən faydanı nəzərdə tutur. Məhkəmə araşdırması zamanı ilkin iddiaçı tərəfindən 2017-2020-ci illər ərzində gəlir (fayda) götürəcəyi ilə əlaqədar müqavilə və ya hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə, şərh olunanlara əsasən, hesab etmişdir ki, ilkin iddiaçı tərəfindən konkret dəlil və sübuta söykənməyən, özünün mübahisəli əmlakdan gəlir əldə edə biləcəyi ehtimalı ilə şərtlənən tələbi əsassız olmuşdur.

22. Birinci instansiya məhkəməsi cavabdehin obyektə çəkilmiş xərcin ödənilməsinə dair qarşılıqlı iddiasını onun dəlilləri ilə bağlı hər hansı sübut təqdim olunmadığından əsaslı hesab etməmişdir.

23. Məhkəmə həmçinin hesab etmişdir ki, iş materialları ilə və məhkəmə araşdırması zamanı tərəflərin bir-birinə mənəvi ziyan vurmaları təsdiqini tapmamış, bununla bağlı mötəbər süb utlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, mənəvi ziyanla əlaqədar həm ilkin, həm də qarşılıqlı iddia tələbi əsassız olmuşdur.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 329.2, 372, 373.2, 375.2, 377.1, 385.1, 386.1, 675, 700.1 və 705-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il ta rixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə hesab etmişdir ki, işin sözügedən qətnamədən sonra daha 3 il ərzində ilkin iddia üzrə cavabdehin obyektdə fəaliyyət göstərməsi, həmin dövrdə 11000 manat icarə haqqının ödənilməsinin mübahisəsiz hal olması, bu müddətdə müvafiq məhkəmə qərarının icrasının iddiaçı tərəfindən tələb edilməməsi hallarına qiymət verərək belə nəticəyə gəlmişdir ki, 20172020-ci ilin dekabr ayınadək də tərəflər arasında icarə hüquq mün asibətləri davam etmişdir. Bu zaman artıq tərəflər arasında yeni şifahi icarə müqaviləsi bağlanmışdır. Məhkəmə başqa bir məhkəmə qətnaməsi ilə xitam verilmiş icarə müqaviləsinə öz mülahizələri əsasında şifahi müqavilənin bağlanması barədə don geyindirməyə çalışmaqla bir daha öz qeyri-obyektiv mövqeyini ortaya qoymuşdur. Qətnamənin 3 il ərzində icrasının tələb edilməməsi icarə münasibətinin uzaldılması demək deyildir. Halbuki, həmin qətnamənin icra sənədləri bir dəfə naməlum şəkildə itirilmiş, bununla bağlı tərəfindən həmin dövrdə etdiyi şikayətlər də itirilmişdir.

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1249/2022 nömrəli mülki iş üzrə 18 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

29. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 373cü maddəsini tətbiq etməklə səhvə yol vermişdir. Mübahisə müqavilə tələbləri üzrə deyil, yerinə yetirilməmiş öhdəliklər və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı olmuşdur. Mübahisə hərtərəfli araşdırılmamış və düzgün qiymət verilməmişdir.

31. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-6011/2022 nömrəli mülki iş üzrə 6 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər İspəndiyar Şəfiyev (məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1249/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qətnaməsinin qismən - iddia tələbinin 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək əldən çıxmış fayda ilə birlikdə aylıq 3500 manat olmaqla, ümumilikdə 115000 manat, vurulmuş maddi və mənəvi zərərə görə 50000 manat pulun tutularaq ona ödənilməsi tələbinin rədd olunmasına aid hissədə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə (2016-2017-ci illər üzrə icarə haqqının ödənilməsi) dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

32. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının 2016-2017-ci il üzrə icarə haqqı aylıq 1000 manat olmaqla, ümumilikdə 12000 manat pulun tutulması barədə tələb icarə müqaviləsi əsasında yaranmış tələb olmuşdur və bu tələbə Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən olunmuş 3 illik iddia müddəti şamil nə tabe tutulur. İşə baxmış məhkəmələr də iddia tələbinin bu hissəsi üzrə iddia müddəti tətbiq etməkdə haqlı olmuşdur.

33. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddianın 2017-ci ilin dekabr ayından 2 020-ci ilin dekabr ayınadək əldən çıxmış fayda tələbi üzrə tərəflər arasında yaranmış mübahisə, qeyri-yaşayış sahəsinin icarə müqaviləsi ləğv edildikdən sonra icarəçinin əşyanı qaytarmaması səbəbindən icarəyə verənin kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş icarə haqqının ödənilməsi ilə bağlı yaranmışdır. Bu iddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 697.1 və 697.2-ci maddələri çıxış edir.

34. İddia tələbinin həmin hissəsi üzrə məhkəmə müəyyən etmişdir ki, ilkin iddia üzrə cavabdeh 2020-ci ilin dekabr ayınadək obyektdən çıxmamış, bu dövrdə 9000 manat ilkin iddia üzrə iddiaçıya, 2000 manat isə Elşən Balakişiyevə icarə haqqı ödəmişdir. 2020-ci ilin noyabr ayında iddiaçının nümayəndəsi icra qurumuna müraciət etmiş və həmin ilin dekabrında cavabdeh ob yekti təhvil vermişdir. Lakin 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək əldən çıxmış fayda tələbini rədd etmiş məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayına kimi də tərəflər arasında icarə hüquq münasibətləri davam etmişdir. Məhkəmə bu nəticəyə gələrkən sözügedən qətnamədən sonra daha 3 il ərzində ilkin iddia üzrə cavabdehin obyektdə fəaliyyət göstərməsinə, həmin dövrdə 11000 manat icarə haqqını ödəməsinə, bu müddətdə müvafiq məhkəmə qərarının icrasının iddiaçı tərəfindən tələb edilməməsinə istinad etmişdir.

35. Ali Məhkəmə hesab etmişdir ki, məhkəmənin bu nəticəsi kifayət qədər əsaslandırılmamışdır. Əvvəla iddiaçı aralarında bu cür müqavilənin olduğunu inkar etmişdir. Cavabdeh iddiaçı ilə 2017-ci ildən sonra aralarında ic arə müqaviləsi bağlanması barədə yazılı müqavilə təqdim etməmişdir. Eyni zamanda cavabdeh iddiaçı ilə icarə münasibətlərinin davam etdirilməsi barədə sübut kimi dəftərçə təqdim edərək, həmin dövrdə iddiaçıya icarə haqqını ödədiyini və iddiaçının pulu aldığına dair dəftərçədə imza etdiyini göstərmişdir. Lakin iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 4/1051 №-li və xx.xx.2021-ci il tarixli, 4/1407 №-li rəyləri ilə bu hal müəyyən edilməmişdir.

36. Ötən müddətdə iddiaçının Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6090/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin icrasının iddiaçı tərəfindən tələb edilməməsi barədə dəlili hüquqi baxımdan əsassız olmuşdur. Çünki apellyasiya məhkəməsinin qeyd etdiyi kimi işə əlavə olan 231633/18 saylı icra işindən görə Sumqa yıt Şəhər Məhkəməsinin 2(060)-6090/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün xx.xx.2018ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya təqdim edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək, sözügedən mülki iş üzrə icraya yönəldilmiş qətnamənin icrasının təcili olaraq təmin olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun məktubuna əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)6090/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vər əqəsinin dublikatı icra edilməsi üçün yenidən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İcra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya təqdim edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qeyd olunan icra sənədinin tam qaydada yerinə yetirilməsi ilə əlaqədar ona xx.xx.2020-ci il tarixədək vaxt verilməsi barədə ərizə ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)6090/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqi üzrə xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra olunması barədə bildiriş borcluya təqdim edilmişdir. İcra sənəri icra olunana dək borclunun qətnamənin icrasına möhlət verilməsi barədə məhkəmənin qərardadı, yaxud qətnamənin icra olunmasının təxirə alınmasına əsas verən başqa hallar müəyyən olunmamışdır.

37. Apellyasiya məhkəməsinin iddiaçının həmin qətnamənin icrasını tələb etməməsinə tərəflər arasında müqavilə bağlanması kimi qiymət verilməsi ziddiyyətli mövqe olmuşdur. Əgər tərəflər belə bir razılaşmaya gəliblərsə, kifayət qədər maliyyə ödənişini nəzərdə tutan bu razılaşmanı nəyə görə sadə yazılı şəkildə rəsmiləşdirmədikləri, buna nəyin mane olması aydınlaşdırılmamışdır. Xüsusilə icra sənədi mövcud olduğu halda bu razılaşmanı rəsmiləşdirib icra məmuruna təqdim etmək zərurəti vardı və borclunun həmin razılaşma barədə icra məmuruna məlumat verməsi barədə hər hansı sübut yoxdur.

38. Məhkəmə kollegiyası qeyd etmiş dir ki, iddiaçı apellyasiya şikayətində də cavabdehlə 2017-ci ildən 2020-ci ilədək müqavilə bağlanması və müqavilə münasibətlərinin davam etməsi barədə məhkəmənin gəldiyi nəticəni mübahisələndirərək, qətnamənin gec icra olunmasının səbəbinin icra sənədinin itməsini qeyd etmiş, onun icra sənədinin icra olunmamasına görə şikayətlərinin də itirildiyini bildirmiş, lakin apellyasiya instansiyası məhkəməsi bu dəlilləri ətraflı araşdırıb qiymət verməmişdir.

39. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 697.1, 697.2-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 12.1, 25.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

40. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixl i qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/619 nömrəli ekspert rəyində qeyd dəftərinin 1-ci vərəqinin üz tərəfində “mart”, “aprel”, “may”, “iyun”, “iyul”, “avqust”, “sentyabr”, “oktyabr” aylarının qarşılarındakı imzalar - İddiaçı tərəfindən icra olunmuş, ekspertizaya təqdim edilmiş, qeyd dəftərinin 1-ci vərəqinin üz tərəfində “noyabr” qarşısındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

41. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-648/2023 nömrəli mülki iş üzrə 24 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Gülnar Cabbarova (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Almaz Süleymanova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin e dilərək, Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(060)-53/2022 nömrəli qətnaməsinin ilk iddia tələbinin 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək əldən çıxmış fayda ilə birlikdə aylıq 3500 manat olmaqla, ümumilikdə 115000 manat kompensasiya məbləğinin tutulmasına aid hissədə ləğv edilməsi, bu hissədə yeni qətnamə qəbul edilməklə həmin hissədə ilk iddia tələbinin təmin olunması, ilk iddia tələbi üzrə Cavabdeh icarə obyektinin 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək olan dövrdə qaytarılmamasına görə aylıq icarə haqqının məbləğinə əsasən yaranmış ümumilikdə 115000 manat məbləğində kompensasiya məbləği tutularaq ilk İddiaçı ödənilməsi, qətnamənin qalan mübahisələndirilən ilk iddia tələbinin 50000 manat məbləğində vurulmuş maddi və mənəvi ziyan ın ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

42. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mülki iş üzrə apellyasiya baxışının predmeti olan hissədə mübahisə predmeti olan icarə obyektinə dair icarə müqaviləsinin müddəti xx.xx.2013-cü il tarixdə bitdiyindən, habelə icarə müqaviləsinə xitam verilməsi və həmin obyektin ilk iddiaçıya geri qaytarılması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, habelə faktiki icarə münasibətlərinin davam etdirilməsi ilə bağlı tərəflər arasında razılaşma olması halı müəyyən edilmədiyindən (ilk iddiaçı bu halı inkar etmişdir) nəticə etibarilə 2017-ci ilin dekabr-2020-ci il dekabr ayları olan müddətdə həmin icarə obyektinin faktiki davam edən icarə münasibətləri çərçivəsində cavabdehin qanuni sahibliyində olması halını sübutetmək öhdəliyi də məhz cavabdehin üzərinə düşmüşdür. Başqa sözlə, qeyd olunan hissədə məhz cavabdeh ilk iddia tələbinə etirazın əsası kimi istinad etdiyi halları sübutetmək öhdəliyi daşımışdır.

43. Məhkəmə qeyd etmişdir ki, cavabdeh icarə münasibətlərinin davam etdirilməsi ilə bağlı sübut qismində dəftərçə təqdim edərək, həmin dövrdə icarə haqqını ödədiyini bildirmişdir. Həmçinin, həmin dəftərçənin məzmunundan görünmüşdür ki, icarə haqqı ödənişi 2017-ci ilin mart ayından başlayaraq, mart-noyabr ayı üzrə icarə haqqı məbləğləri (mart-avqust 3500 manat, sentyabr-noyabr 4000 manat olmaqla) ödənildi qeyd edilməklə, “kimə” qrafasında İddiaçı, imza qrafasında isə imza qeyd edilmiş, dekabr ayı, 2018-ci ilin yanvar-fevral ayları üzrə imza qarafası nda “imza” qeyd olunmamışdır. İlk iddiaçı həmin halları təkzib edərək, imzanın ona məxsus olmaması halını bildirmişdir. Bununla əlaqədar məhkəmə araşdırması zamanı həmin dəftrəçədə qeyd olunan imzaların həqiqliyinin müəyyən edilməsi məqsədilə müvafiq məhkəmə ekspertizası təyin edilmiş, ekspert rəyində qeyd dəftərinin 1-ci vərəqinin üz tərəfində “mart”, “aprel”, “may”, “iyun”, “iyul”, “avqust”, “sentyabr”, “oktyabr” aylarının qarşılarındakı imzalar - İddiaçı tərəfindən icra olunduğunu, ekspertizaya təqdim edilmiş, qeyd dəftərinin 1-ci vərəqinin üz tərəfində “noyabr” qarşısındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İlk iddiaçı tərəfindən ekspert rəyində qeyd olunan hallar təkzib edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

44. Apellyasiya məhkəməsi daha sonra göstərmişdir ki, cavabdehin özünün sübut qismində istinad etdiyi qeyd dəftərində də 2017-ci il dekabr-2020-ci il dekabr ayları üzrə hər hansı ödəniş edilməsi və bununla bağlı ilk iddiaçı tərəfindən imza edilməsi və ya hər hansı başqa qeyd yazısı mövcud olmamışdır. Ona görə də cavabdehin istinad etdiyi həmin qeyd dəftəri etirazın əsası kimi istinad edilən halları təsdiq etməmişdir.

45. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi və cavabdehin mübahisə predmeti olan obyektdən çıxarılması ilə bağlı məhkəmə qətnaməsi məhz xx.xx.2017-ci il tarixdə qəbul edilmişdir. Həmin məhkəmə qətnaməsindən məhz cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin edilməmiş, həmin məhkəmə qətnaməsinin icra olunmasına dair icra vərəqəsi xx.xx.2018-ci il tarixdə verilmiş, i cra məmuru tərəfindən xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. İlk iddiaçı xx.xx.2020-ci il tarixdə müvafiq icra şöbəsində ərizə ilə müraciət edərək, qətnamənin icrasının təcili olaraq təmin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə icra məmurunun məktubuna əsasən icra vərəqəsinin dublikatı icra edilməsi üçün yenidən müvafiq icra şöbəsinə göndərilmiş, icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müvafiq icra sənədi üzrə tələbin icrasının dayandırılması və ya möhlət verilməsi ilə bağlı borclu şəxsin icra məmuruna və ya məhkəməyə müraciəti və ya bu hallara dair məhkəmə qərardadının olması, habelə tərəflər arasında bununla bağlı hər hansı razılaşmanın olması və ya belə bir razılaşma barədə icra məmuruna məlumat verilməsi halı müəyyən edilməmişdir. Qeyd olunan hallarla bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

46. Apellyasiya məhkəməsi cavabdehin istinad etdiyi digər hallarla bağlı qeyd etmişdir ki, cavabdeh 2017-ci ilin dekabr-2020-ci ilin dekabr ayları üzrə ilk iddiaçıya icarə haqqı ödəməsi halına istinad edərək, icarə münasibətlərinin davam etdirildiyini qeyd etmişdir. Eyni zamanda iş materiallarından görünmüşdür ki, 2017-2020-ci illər ərzində cavabdeh tərəfindən ona 9000 manat və 2000 manat ödənildiyindən, ilk iddia tələbinin dəqiqləşdirilməsi barədə yaz ılı ərizə təqdim etməsi və bu ərizənin iş materiallarına əlavə edilməsi müəyyən edilmişdir. Bununla bağlı məhkəmə hesab etmişdir ki, qeyd edilən hal özlüyündə tərəflər arasında icarə münasibətlərinin davam etdirilməsi kimi qiymətləndirilməsinə əsas verməməklə, yuxarıda istinad olunan müəyyən olunmuş işin halları (müvafiq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu, ilk iddiaçının icarə münasibətlərinin davam etdirilməsini təkzib etməsi, tərəflər arasında bununla bağlı razılaşmanın olmaması və digər hallar) baxımından da həmin hal təkzib olunmuşdur.

47. Məhkəmə daha sonra qeyd etmişdir ki, müvafiq icarə obyektinin faktiki cavabdehin istifadəsində olması tərəflərin bu barədə razılaşmasının nəticəsində olması və ya hər hansı qanuni əsasa uyğun olaraq baş verməsi müəyyən edilmədiyind ən həmin əsas icarə münasibətlərinin məhz tərəflərin qarşılıqlı razılaşması əsasında davam etdirilməsi kimi qiymətləndirilməsinə imkan vermir. Eyni zamanda, məhkəmə araşdırması zamanı tərəflər arasında icarə münasibətlərinin məhz 2017-ci ilin dekabr ayından-2020-ci ilin dekabr ayınadək olan dövrdə davam etdirilməsinə dair hər hansı razılaşmanın olması (icarə müqaviləsi və ya digər formada) müəyyən edilməmişdir. Həmçinin, ilk iddiaçı həmin dövrdə icarə münasibətlərinin davam etdirilməsi ilə bağlı aralarında hər hansı razılaşma olması halını qəbul etməmişdir. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin halları təhlil etmədən, sübutları müqayisəli şəkildə analiz etmədən, tərəflər arasında icarə münasibətlərinin davam etdirilməsi barədə şifahi razılaşma olması qənaətinə gəlmişd ir.

48. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin icarə münasibətlərinin davam etdirilməsi barədə gəldiyi qənaətin digər əsaslandırması ilə bağlı hissədə də razılaşmayaraq, qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldilməsi və bununla bağlı müvafiq icra tədbirlərinin görülməsi tələbkarın tələbindən asılı olmayaraq, icra haqqında qanunvericiliyin tələbinə əsasən icra məmuru tərəfindən həyata keçirilir. İndiki halda isə ilk iddiaçının qətnamənin məcburi icrası ilə bağlı icra məmuruna müraciətinin olmaması tərəflər arasında icarə münasibətlərinin davam etdirilməsi kimi qiymətləndirilməsi ilk növbədə tələbkar qismində çıxış edən ilk iddiaçının hüquqlarına və qanuni mənafelərinə zidd olmuşdur. Belə ki, icra haqqında qanunvericilikdə bununla bağlı tələbk arın belə bir vəzifəsinin olmasına dair hər hansı norma mövcud deyildir. Bundan əlavə, qeyd olunan qanunvericilikdə icra hərəkətlərinin təxirə salınması, icra sənədi üzrə icraatın dayandırılması, möhlət verilməsi ilə bağlı tələbkarın bir sıra hüquqları nəzərdə tutulmuşdur. İndiki halda isə hazırki mülki iş üzrə qeyd olunan hallarla bağlı tələbkarın hər hansı xahişinin olması müəyyən edilməmişdir.

49. İddiaçı məhkəmə qətnaməsinin gec icra olunmasının səbəbi kimi icra vərəqəsinin itirilməsi, bununla bağlı şikayətlərinin itirilməsi kimi hallara istinad etmişdir. İş materiallarına görə məhz iddiaçının müraciəti və icra məmurunun məktubu əsasında müvafiq icra vərəqənin dublikatı icra edilməsi üçün göndərilmişdir. İcra haqqında qanunvericiliyin tələbinə əsasən isə icra sənədinin dublikatı məhz i cra sənədi itdikdə verilir. Qeyd olunan hallara əsasən məhkəmə hesab etmişdir ki, müvafiq məhkəmə qətnaməsinin gec icra edilməsi halı özlüyündə tərəflər arasında icarə münasibətlərinin davam etdirilməsini əsası kimi çıxış edə bilməz. Bu baxımından da birinci instansiya məhkəməsi həmin hissədə də işin hallarına düzgün hüquqi qiymət verməmişdir.

50. Apellyasiya məhkəməsinin qənaətinə görə indiki halda 2017-ci ilin dekabr ayı2020-ci ilin dekabr ayına aid olan dövr üzrə tərəflər arasında mübahisə predmeti olan icarə obyektinə dair icarə münasibətlərinin mövcudluğu, davam etdirilməsi, nəticə etibarilə ilk iddiaçıya məxsus olan obyektin həmin dövr ərzində cavabdehin qanuni sahibliyində olması, habelə cavabdehin onu qaytarmamaqla və istifadə etməklə bağlı hüququnun olması halı müəyyən edilməmişdi r. Halbuki həmin halları sübutetmək öhdəliyi məhz cavabdehin üzərinə düşmüşdür, cavabdeh tərəfindən isə buna dair heç bir mötəbər sübut təqdim edilməmişdir. Bununla da, cavabdehin icarə münasibətlərinə xitam verildikdən sonra həmin icarə obyektini ilk iddiaçıya qaytarmaq vəzifəsi mövcud olduğundan, indiki halda isə onun tərəfindən həmin öhdəliyin lazımi qaydada və vaxtında icra edilməsi halı müəyyən edilmədiyindən, onun həmin öhdəliyin icra edilməməsinə görə ilk iddiaçı qarşısında Mülki Məcəllənin 697.2-ci maddəsinin dispozitiv şərtlərinə əsasən mülki hüquqi məsuliyyəti yaranmışdır.

51. İndiki halda tərəflər arasında bağlanılmış icarə müqaviləsinin müddəti xx.xx.2013-cü il tarixdə bitdiyindən, faktiki icarə münasibətlərinin 2017-ci ilin dekabr ayınadək davam etməsi halı işin mübahisəsiz ha lı olduğundan, icarə obyektinin cavabdeh tərəfindən qanuni əsas olmadan və ya tərəflər arasında buna dair hər hansı yeni razılaşma olmadan özündə saxlaması halı müəyyən edildiyindən, ilk iddiaçının MM-in 697.2-ci maddəsinin dispozitiv şərtlərinə əsasən 2017-ci ilin dekabr ayı-2020-ci ilin dekabr ayınadək olan dövr üzrə aylıq icarə haqqı əsas götürülməklə, kompensasiya tələb etmək hüququ yaranmışdır.

52. Ödənilməli olan kompensasiyanın məbləğinin müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, ilk iddiaçı iddia tələbində kompensasiyanın məbləğini aylıq 3500 manat olmaqla, 115000 manat məbləğində qeyd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında faktiki icarə münasibətlərinin davam etdiyi (2017-ci ilin dekabr ayınadək olan dövrdə) icarə obyektinə görə aylıq ic arə haqqının məbləğinin 3500 manata olması barədə qarşılıqlı razılaşma olmuşdur, bu halı hər iki tərəf təsdiq etmişdir, hətta cavabdeh qeyd edilən məbləğin bəzi aylarda aylıq 4000 manat və ya 5000 manat olduğunu bildirmişdir. Bu halda, məhkəmə kollegiyası hesab etmişdir ki, ödənilməli olan kompensasiyanın məbləği məhz aylıq 3500 manat müəyyən edilməlidir.

53. Apellyasiya məhkəməsi cavabdeh tərəfindən sübut qismində təqdim edilmiş CD disklə bağlı qeyd etmişdir ki, həmin videogörüntüdə ilk iddiaçıya 6500 manat və 1500 manat pul ödənildiyi əks olunmuşdur, həmçinin ilk iddiaçı həmin videogörüntüdə özünün olduğunu qəbul etmiş, lakin həmin ödənişin nəzərə alındığını, bundan başqa cavabdehin başqa obyektlə bağlı da borcunun olduğunu, dəqiq yadında olmadığını qeyd etmişdir. Cavabdehin istinad etdi yi həmin ödənişlər 2017-ci ilin dekabr-2020-ci ilin dekabr ayı üzrə aylıq 3500 manat olmaqla kompensasiya məbləğinin müəyyən edilməsi zamanı nəzərə alındığından, məhz həmin dövrdə nəzərə alınan ödənişlərdən başqa ödəniş olunması halını sübutetmək öhdəliyi də məhz cavabdehin üzərinə düşmüşdür. Cavabdeh tərəfindən isə həmin dövrdə başqa ödənişlər edilməsi ilə bağlı hallara istinad edilsə də, həmin hallara dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

54. Apellyasiya baxışının predmeti olan vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı hissədə hesab etmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə ilk iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Qeyd olunmalıdır ki, həmin hissədə də ilk iddia tələbinin əsası kimi istinad olunan halları sübutetmə öhdəliyi məhz ilk id diaçının üzərinə düşmüşdür. Belə ki, məhz ilk iddiaçı cavabdeh təqsirli hərəkət və ya hərəkətsiziliyi nəticəsində ona maddi ziyan vurulması, vurulmuş maddi ziyanla onun hərəkətləri səbəbli əlaqənin olması halını, o cümlədən ilk iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ilk iddiaçı tərəfindən həmin hissədə apellyasiya şikayətinin əsası kimi heç bir dəlilə istinad etməmiş, bu baxımından apellyasiya şikayəti həmin hissədə əsassız olmuşdur.

55. Məhkəmə öz mövqeyini Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 21, 675, 684, 697, 700, 705, 1096 və 1097-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

56. Cavabdeh (vəkil X6) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

57. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıya münasibətdə heç bir öhdəliyi olmamışdır. Ümumiyyətlə burada əldən çıxmış fayda və ya kompensasiya ilə bağlı iş materiallarında heç bir mötəbər sübut da olmamışdır. Lakin ilkin iddiaçı yalan məlumatlar yazmağına baxmayaraq məhkəmə onun əsassız iddiasını tamamilə rədd etmək əvəzinə iddianı qismən təmin etmiş, formal mülahi zələrlə qətnaməsini əsaslandırmağa calışmışdır. Məhkəmələr nəzərə almamışdır ki, ilkin iddiaçı əsası olmayan pul tələb etmişdir. Halbuki məhkəməyə təqdim etdilmiş videogörüntü, bank köçürmələri və pulun verilməsinə dair qeydiyyat dəftərində göstərilənlərə məhkəmə qətnamədə heç bir hüquqi qiymət verməmişdir.

58. Cavabdeh qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi iş üzrə ziddiyyətli mövqe tutmuşdur. Məhkəmə qətnaməsində həmçinin, məhkəmə kollegiyasına cavabdeh tərəfindən sübut qismində təqdim edilmiş CD disklə bağlı qeyd etmişdir ki, “həmin videogörüntüdə ilk iddiaçıya 6500 manat və 1500 manat pul ödənildiyi əks olunmuşdur, həmçinin ilk iddiaçı həmin videogörüntüdə özünün olduğunu qəbul etmiş, lakin həmin ödənişin nəzərə alındığını, bundan başqa cavabdehin başqa obyektlə bağlı da bo rcunun olduğunu, dəqiq yadında olmadığını qeyd etmişdir.” Cavabdehin istinad etdiyi həmin ödənişlər 2017-ci ilin dekabr-2020-ci ilin dekabr ayı üzrə aylıq 3500 manat olmaqla kompensasiya məbləğinin müəyyən edilməsi zamanı nəzərə alınmamış, məhz həmin dövrdə cavabdehin başqa ödənişi olmamış, ancaq və ancaq icarə haqqını ödəmişdir. Bu “iddiaçının həmin videogörüntüdə sonra gəlib qol çəkərəm” deməsi ilə də tam təsdiq olunmuşdur. Məhkəmə iddiaçının qeyri-müəyyən cavablarına, onun elə bil ona aid deyil, başqalarına məxsus iddiadan danışmasına da heç bir hüquqi qiymət verməmişdir. Halbuki, bütün məhkəmə iclaslarında qanunsuz və əsassız kənar şəxs iştirak etmiş, iddiaçının əvəzinə suallara o cavab vermişdir. Məhkəmə video yazı ilə aparıldığından məhkəmədən həmin video yazıya baxılmasını xahiş etm işdir. İddiaçı tərəfindən isə həmin dövrdə başqa ödənişlər edilməsi ilə bağlı hallara istinad edilsə də, həmin hallara dair iddiaçı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.

59. Kassasiya şikayətinə görə ilkin iddiаçı iddia müddətini də buraxmışdır. Tərəflər arasında icarə münasibətləri 2012-ci ildə yaranmışdır. İddiа müddəti keçdiyi üçün iddia təmin edilə bilməz və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməli idi.

60. Sumqayıt Apellyasiya Məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2023-cü il tarixli ekspert rəyini təhrif edilmiş halda şərh etmiş, həmin rəydə göstərilənlərə lazımi hüquqi qiymət verməmişdir. Ekspert rəyində qeyd edilmiş “dəftərinin 1-ci vərəqinin üz tərəfində “mart”, “aprel”, “may”, “iyun”, “iyul”, “avqust”, “sentyabr”, “oktyabr” aylar ının qarşılarındakı imzalar - İddiaçı tərəfindən icra olunduğuna” lazımi qaydada hüquqi qiymət verilməmişdir. Həmin ekspertiza rəyi bir daha təsdiq etmişdir ki, Cavabdeh ilkin iddiaçıya heç bir borcu olmamış, onlar arasında inam və etibar olduğundan o, sonrakı dövrlərdə iddiaçının dəftəri imzalamamasına əhəmiyyət verməmişdir.

61. Məhkəmə eyni zamanda qətnamə qəbul edərkən nəzərə almamışdır ki, 2020-ci ilin mart ayından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il mart ayının 14-ü tarixli Qərarı ilə Sosial izolyasiya qaydaları tətbiq olunmuş, 20 aprel 2020-ci il tarixdən isə Azərbaycan Respublikasında Covid-19 ilə bağlı xüsusi Karantin rejimi elan edilmiş, bütün ictimai iaşə müəssisələri, o cümlədən kafe və restoranlar bağlanmışdır. 2020-ci ilin mart ayından kafenin fəaliyyəti fa ktiki olaraq dayanmış, mənfəət 0 dərəcə olmuş, ölkədə COVİD-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi iddia ərizəsində göstərilən tarixdə də davam etmişdir.

62. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 375 və 377-ci Mülki Prosessual Məcəllənin 8, 14, 88, 103 və 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

63. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

64. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

65. Maddə 21.2. Zərər dedik də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

66. Maddə

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

67. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəs inə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.

68. Maddə 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğ u halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir.

69. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.

70. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

71. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

72. Maddə 14.2. Məhkəmə yalnız tərəfləri n təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

73. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

74. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

75. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

76. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərarda dda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

77. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

78. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

79. Maddə 418.1. Maddi və prosessual hüquq 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.

80. Maddə 418.3. Prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

81. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

82. Hazırkı i ş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının 6 dekabr 2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 iyul 2022-ci il tarixli qətnaməsi qismən - əldən çıxmış faydaya görə 115000 manat, vurulmuş maddi və mənəvi zərərə görə 50000 manat pulun tutulmasının rədd olunması hissədə ləğv edilməklə iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmış, ikinci dəfə işə baxan apellyasiya məhkəməsi 24 iyun 2023-cü il tarixli qətnaməsi ilə 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək olan dövr üçün 115000 manat kompensasiyanın Cavabdeh iddiaçının xeyrinə tutulmasını qət etmiş, ilk iddia tələbinin 50000 manat məbləğində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinin rədd olunması hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin d əyişdirilmədən saxlamışdır.

83. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni ilk iddia tələbinin təmin edilmiş hissəsində, yəni 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək olan dövr üçün 115000 manat kompensasiyanın iddiaçının xeyrinə tutulması hissədə mübahisələndirmiş, iddiaçı isə kassasiya şikayəti verməmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin aktı cavabdeh tərəfindən mübahisələndirilən hissədə, yəni 2017-ci ilin dekabr ayından 2020-ci ilin dekabr ayınadək olan dövr üçün 115000 manat kompensasiyanın iddiaçının xeyrinə tutulması hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

84. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfind ən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və məhkəmə tərəflərin təqdim etdikləri sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət veməmişdir ki, bu pozuntular da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, iş ləğv olunmuş hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

85. Belə ki, iş üzrə Ali Məhkəmənin əvvəlki qərarındakı göstərişlərə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 2017-ci ilin dekabr ayından-2020-ci ilin dekabr ayına qədər olan müddətdə, yəni tərəflər ara sındakı icarə müqaviləsinə xitam veriləndən sonrakı dövrdə cavabdehin qanunsuz sahibliyində və istifadəsində olması, cavabdehin həmin əmlakı qaytarmaması barədə düzgün qənaətə gəlsə də, həmin dövr üçün Cavabdeh tərəfindən ödəniləcək kompensasiyanın məbləğini müəyyən edərkən səhvə yol vermişdir.

86. Mülki Məcəllənin 697.2-ci maddəsinin tələblərinə görə əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər.

87. Normanın məzmunundan göründüyü kimi İddiaçı Cavabdeh kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qeyri-yaşayış sahəsinin əsassız olaraq qaytarmamasına görə xx.xx.2012-ci il tarixli icarə müqaviləsi nə görə müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb etmək hüququna malikdir. Həmin müqaviləyə görə isə aylıq kirayə haqqı 1000 manatdır.

88. Apellyasiya məhkəməsi isə tərəflər arasında faktiki icarə münasibətlərinin davam etdiyi (2017-ci ilin dekabr ayınadək olan dövrdə) icarə obyektinə görə aylıq icarə haqqının məbləğinin 3500, 4000 və ya 5000 manat olması barədə qarşılıqlı razılaşmanın olduğunu, bu halın hər iki tərəfin təsdiq etdiyini əsas gətirərək kompensasiyanın məbləğinin aylıq 3500 manat müəyyən olunmasını məqsədəmüvafiq hesab etmiş, lakin tərəflər arasında bağlanmış yazılı müqavilədə aylıq kirayə haqqının 1000 manat göstərilməsini nəzərə almamış, cavabdeh tərəfindən fərqli rəqəmlərlə (3500, 4000 və 5000 manat) icarə haqqı ödəməsinin səbəblərini, müqavilədə nəzərdə tutul duğundan artıq ödəmələrin məcburiyyət qarşısında edib-etmədiyini, bunun iradəsinə uyğun olmub-olmadığını aydınlaşdırmamış, kompensasiyanın məbləğini müəyyən edərkən xx.xx.2012-ci il tarixli yazılı icarə müqaviləsində göstərilən 1000 manat aylıq kirayə haqqını nəzərə almamasını əsaslandırmamışdır.

89. Apellyasiya məhkəməsi cavabdeh tərəfindən sübut qismində təqdim edilmiş CD disklə bağlı qeyd etmişdir ki, “həmin videogörüntüdə ilk iddiaçıya 6500 manat və 1500 manat pul ödənildiyi əks olunmuşdur, həmçinin ilk iddiaçı həmin videogörüntüdə özünün olduğunu qəbul etmiş, lakin həmin ödənişin nəzərə alındığını, bundan başqa cavabdehin başqa obyektlə bağlı da borcunun olduğunu, dəqiq yadında olmadığını qeyd etmişdir.”

90. Məhkəmə kollegiyası hesab edir ki, bu məsələnin həlli zamanı da məhkəmə səhvə yol vermişdir. Adi riyazi hesablamalar nəticəsində aydın olur ki, SD diskə görə cavabdeh tərəfindən iddiaçıya verilmiş 8000 manat pulun kompensasiyanın məbləğinin müəyyən edilməsində nəzərə alınması öz təsdiqini tapmır. Həmin məbləğin cavabdehin başqa obyektə görə olan borcla əlaqədar olmasına dair isə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir.

91. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməl i və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-648/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsi qismən, ilk iddia tələbi üzrə Cavabdeh icarə obyektinin 2017-ci ilin dekabr ayından 2020-c i ilin dekabr ayınadək olan dövrdə qaytarılmamasına görə aylıq icarə haqqının məbləğinə əsasən yaranmış ümumilikdə 115000 manat məbləğində kompensasiya məbləği tutularaq ilk İddiaçı ödənilməsi hissədə ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar