Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4113/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh “xxxx” ASC-nin vəkili Rnın iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim P.Hüseynov) xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏƏSMN yanında X4 cəlb edilməklə) qarşı “istehsalat xəsarəti alması barədə akt tərtib edilməsi” tələbinə dair iddiası təmin edilərək, cavabdeh “xxxx” ASC-nin üzərinə İddiaçı “xxxx” ASC-nin X5 Təchizatı və Satışı İdarəsinin Şabran Elektrik Şəbəkəsində istehsalat zədəsi alması barədə akt tərtib edilməklə hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə haqqında İZ formalı aktla (İZ aktı) rəsmiləşdirilməsi və həmin aktın İddiaçı verilməsi vəzifəsinin qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Qurbanov, E.Nəbiyev, A.Hüseyn) xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyər ək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, xxx saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh “xxxx” ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “istehsalat xəsarəti alması barədə akt tərtib edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh “xxxx” ASC-nin üzərinə onun “xxxx” ASC-nin X5 Təchizatı və Satışı İdarəsinin Şabran Elektrik Şəbəkəsində istehsalat xəsarəti alması barədə aktın (İZ aktı) tərtib edilməsi və ona verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri v ə tərəflərin izahatları: Cavabdeh “xxxx” ASC-nin vəkili R kasasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, hadisə baş verən zaman işçi əmək məzuniyyətində olmuş və bu fakt "xxxx" ASC-nin K/16-05156 saylı xx.xx.2016-cı il tarixli Əmri ilə təsdiq edilir. Həmin Əmrə əsasən işçi xx.xx.2016-cı il tarixindən əmək məzuniyyətində olmuş və onun hadisə baş verən günü, yəni xx.xx.2016-cı il tarixdə və ondan əvvəl işə geri qaytarılması barədə "xxxx" ASC tərəfindən Əmr verilməmişdir. Eyni zamanda hadisə baş verən ərazinin, yəni 63 kva gücündə olan TM "xxxx" ASCnin balansında olduğu halda Şabran EŞ-nin işçilərinə həmin avadanlıqlarda texniki təmir tədbirlərinin yerinə yetirilməsi TTQ-nin tələblərinə uyğun olaraq heç bir səlahiyyət verilməmiş və buradan da iddiaçının başq a bir müəssisənin balansında olan elektrik avadanlığında təmir işlərini görərkən xəsarət alması faktı müəyyən olunur. Şabran EŞ-nin hadisə baş verən elektrik qurğularında iş görmək üçün naryad və sərəncam vermək səlahiyyəti yoxdur və Şabran EŞ ilə "xxxx" ASC-nin məsuliyyət sərhəddi 110/10 kv-luq "Rəhimli" yarımstansiyasından çıxan 10 kv-luq xətt aryıcmda müəyyənləşdirilib. Hesab edir ki, hazırki iş üzrə məhkəmə araşdırması aparılarkən tədqiq edilməsi iddiaçının təmir etdiyi TM-in "xxxx" ASC-nin balansında olduğu halda Şabran EŞnin işçilərinə həmin avadanlıqlarda texniki təmir tədbirlərinin yerinə yetirilməsi ilə bağlı işəgötürənin iddiaçıya hər hansı bir səlahiyyət verməməsi, hadisə baş verən zaman iddiaçının əmək vəzifələrini yerinə yetirmədiyi və (və ya) bilavasitə işəgötürənin mənafeyi üçün fəaliyyət göstərməməsi, Şabran EŞ-nin rəisi (sabiq) X2 qanunun tələblərinə uyğun olmayan tapşırığına görə (əgər belə bir tapşırıq olmuşdursa) işəgötürənin məsuliyyəti araşdırılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması" Qaydalarının 1.2-ci bəndində işçilərin səhhətinin pozulması ilə bağlı təhqiq edilməli olan halların siyahısı qeyd edilmişdir. İddiaçının istinad etdiyi hal isə həmin siyahıda qeyd edilmir. Beləliklə apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixl i, xxx nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏƏSMN yanında X1 səlahiyyətli nümayəndəsiməhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin vəkili R kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Res publikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiyası məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur (217.1). Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır (217.2). Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır (217.3). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hə r hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspe disiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. Həmin Qaydaların 1.8-ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürənə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X4 Xidməti həyata keçirir. Həmin Qaydaların 1.9-cu bəndində isə təsbit olunmuşdur ki, bədbəxt hadisənin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq-mühafizə orqanlarının, tibb müəssisələrinin, respublikada fəaliyyə t göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və həmkarlar ittifaqları təşkilatlarının bədbəxt hadisənin baş verməsi haqqında yazılı və yaxud şifahi məlumatı ola bilər. Bu halda məlumat araşdırılır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılır. Apelyasiya kollegiyası qeyd etmişdir ki, hazırkı işdə də bu əsaslar mövcuddur. Belə ki, cavabdeh “xxxx” ASC-nin X5 Təchizatı və Satışı İdarəsinin Şabran Elektrik Şəbəkəsinin rəisi X3 qanuna zidd hərəkətləri nəticəsində iddiaçının əmək məzuniyyətində olduğu vaxt onun tapşırığı əsasında əmək vəzifələrini yerinə yetirərkən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər alması faktı qanuni qüvvəyə minmiş Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 1(031)34/2107 saylı hökmü ilə müəyyən olunmuşdur. Azə rbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsində isə təsbit olunmuşdur ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu baxımdan apelyasiya kollegiyası hesab edir ki, iddiaçı istehsalat xəsarəti alması barədə aktın (İZ aktı) tərtib edilməsi və ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə tam haqlıdır. Ona görə də, iddia təmin edilməlidir. Cavabdehin istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi hadisə baş verən zaman iddiaçının bilavasitə tabeçiliyində olduğu rəhbəri - “xxxx” ASC-nin X5 Təchizatı və Satışı İdarəsinin Şabran Ele ktrik Şəbəkəsinin rəisi X3 tapşırığı ilə əmək vəzifələrini yerinə yetirərkən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər alması faktı qanuni qüvvəyə minmiş Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli xxx saylı hökmü ilə müəyyən olunub və Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən həmin faktlar hazırkı məhkəmə üçün məcburidir. Mülki Məcəllənin 1099.1-ci maddəsində isə təsbit olunmuşdur ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin kasasiya şikayətinin dəli lləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, kasasiya yoxlaması həyata keçirilərkən müəyyən edilmişdir ki, iddiaçının iddia tələbinin əsaslılığı ilk növbədə qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulması halları iddiaçının tələbi üzrə də mövcuddur. Bundan əlavə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsinin həyata keçirdiyi araşdırma və araşdırma nəticəsində aparılmış sənədləşmə ilə də müəyyən edilir ki, iddiaçının aldığı xəsarət əmək xəsarətidir. Bununla ya naşı qeyd edilməlidir ki, kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı da müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsa sən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4113/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4113/2020
11.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver