Məhkəmə qərarları › İş №2(102)-4115/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4115/2022

18.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4115/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və Cavabdeh1 Firmasına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4115/2022 Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Bakı şəhəri, 18 iyul 2022-ci il 18.07.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 may 2022-ci il tarixli, 2(103)-1065/2022 nömrəli qərardadından Cavabdeh1 Firması tərəfindən verilmiş kassasiya şikayəti üzrə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi. İşin halları

1. Mübahisə İddiaçı cavabdehlər Cavabdeh1 Firması və Cavabdeh2 zərərin əvəzinin tutulması tələbi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 Firması və Cavabdeh2 9.725 manat maddi ziyan, 10.000 manat mənəvi zərər, 111,50 manat vəkil orderi və etibarnamənin alınması üçün ödənilmiş xərc, dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaiti olmaqla, ümumilikdə 20.146,50 manat məbləğində pul vəsaitinin cavabdehlərdən birgə tutularaq ona verilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim T.Mahmudova) 2(010)-288/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia Cavabdeh1 Firmasına münasibətdə qismən təmin olunaraq, Cavabdeh1 Firmas ından 7.202 manat məbləğində dəymiş zərər və mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 7.702 (yeddi min yeddi yüz iki) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş və məhkəmə xərcləri həll olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Cavabdeh1 Firması apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ona münasibətdə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.M.Həsənov) 14 yanvar 2022-ci il tarixli, 2(103)-1065/2022 nömrəli qətnaməsi ilə Cavabdeh1 Firmasının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-288/2021 saylı, xx.xx.2021- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Cavabdeh1 Firması kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və R.M.Həsənov) 05 aprel 2022-ci il tarixli, 2(103)-1065/2022 nömrəli qərardadı ilə Cavabdeh1 Firmasının verdiyi kassasiya şikayəti müddət ötürüldüyünə və qanunla müəyyən edilmiş formada tərdib olunmadığına görə geri qaytarılmışdır.

8. Cavabdeh1 Firması xx.xx.2022-ci il tarixli kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunmasını və kassasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (haki mlər A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və R.M.Həsənov) 26 may 2022-ci il tarixli, 2(103)-1065/2022 nömrəli qərardadı ilə Cavabdeh1 Firmasının həmin kassasiya şikayəti geri qaytarılmışdır

10. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 405 və 408-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, qərardadın surəti Cavabdeh1 Firmasının nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə xx.xx.2022-ci il tarixində yerləşdirilmiş və 16 aprel 2022-ci il tarixdə kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət bitdikdən sonra, yəni 30 aprel 2022-ci il tarixdə elektron kabinetə yerləşdirmiş və göstərilən müddəti 14 gün ötürmüşdür. Cavabdeh 2(103)-1065/2022 saylı, xx.xx.2022-ci il tarixli kassasiya şikayəti nin geri qaytarılması barədə qərardaddan prosessual müddəti ötürməklə kassasiya şikayəti versə də, prosessual müddətin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməmişdir. Qətnamədən kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinə baxmayaraq işə baxılmanın mümkün hesab edilməsi gələcəkdə baş verə bilən prosessual pozuntunun yaranmasına səbəb ola biləcək hal hesab edildiyindən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini qeyri-mümkün hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh1 Firması 26 may 2022-ci il tarixli qərardaddan kassasiya şikayəti verərək onun ləğv olunmasını və kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Ka ssasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti vaxtında verilsə də, heç bir əsas olmadan apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılaraq, cavabdehin kassasiya şikayəti vermək hüququ məhdudlaşdırılmışdır. Bununla da, apellyasiya instansiyası məhkəməsi cavabdehin məhkəmə müdafiəsindən istifadə hüququndan imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qərardadda qeyd etmişdir ki, guya kassasiya şikayəti yeni qaydalara uyğun tərtib edilməmişdir. Lakin, kassasiya şikayətinin hansı hissəsinin yeni qaydaya uyğun olmadığını qərardadda qeyd etməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız qərardad qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

15. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

16. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlu mat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

17. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

18. Maddə 405.0.2. maddəsinə görə, kassasiya şikayəti qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilir.

19. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.

24. Belə ki, apellyasiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh1 Firmasının verdiyi kassasiya şikayətini geri qaytarmasını (26 may 2022-ci il tarixli, 2(103)-1065/2022 nömrəli qərardadını) belə əsaslandırmışdır ki, müvafiq qərardadın surəti Cavabdeh1 Firmasının nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə xx.xx.2022-ci il tarixində yerləşdirilmişdir. 16 aprel 2022-ci il tarixdə kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət bitdikdən sonra, yəni 30 aprel 2022-ci il tarixdə elektron kabinetə yerləşdirmiş və göstərilən müddəti 14 gün ötürmüşdür.Cavabdeh geri qaytarma barədə qərardaddan kassasiya şikayəti versə də, prosessual müddətin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməmişdir.

25. MPM-nin 408.1.4-cü maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

26. Hazırkı kassasiya şikayətində apellyasiya məhkəməsinin 26 may 2022-ci il tarixli qərardadında əks olunmuş mövqeyini təkzib edən dəlillər mövcud olmadığına görə kassasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 may 2022-ci il tarixli, 2(103)-1065/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar