Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4118/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri təlvöḊ Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə, Cavabdeh4nə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 12 saylı Notariat ofisinə qarşı “çıxarış və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığı) Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(107)227/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsi X2 istifadəsində olmuşdur. X3 22 iyun 1998-ci il tarixdə ölmüşdür. İddiaçı və Cavabdeh1 X2 övladlarıdırlar. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 iddiası təmin edilmiş, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə X2 istifadəsində olan 0,09 ha torpaq sahəsinə Cavabdeh1 adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyi qoyulmuşdur. ünvan 1qəsəbəsində yerləşən 0,09 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 27 dekabr 2016-cı il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh1 10 sentyabr 2019-cu il tarixdə ünvan 1qəsəbəsində yerləşən 0,09 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsini qızı Cavabdeh2 bağışlamış və həmin torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 30 sentyabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Şəki İnzibati Məhkəməsinin 08 may 2020-ci il tarixli qərardadı ilə İddiaçı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, həmin iş üzrə Şəki İnzibatiİqtisadi Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Şəki İnzibati Məhkəməsinin 01 iyul 2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “0,09 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə, Cavabdeh4nə və üçüncü şəxs Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət i Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qanunsuz və əsassız əldə olunmuş Cavabdeh1 adına verilmiş 27 dekabr 2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli 4Ə-1433 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 30 sentyabr 2019-cu il tarixdə Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi ********** olan Çıxarışın və 30 sentyabr 2019-cu il tarixli A №434211 olan Torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, İddiaçı ata və ananın təsər rüfatında yaşamış, valideynlərinə baxmış, vəfat etdikləri zaman onları dəfn etmiş, yas mərasimlərini təşkil edərək keçirmişdir. Valideynləri vəfat etdikdən sonra da faktiki olaraq onlardan qalan miras əmlaka (torpaq sahəsi, istismara yararsız ev və tikililər) onun tərəfindən sahiblik edilmiş, qulluq olunaraq istifadə olunmuş, qorunub saxlanılmışdır. Valideynlərinə məxsus əmlakın (torpaq və tikililər) onların adına sənədləşməsi aparılmalı olmasına baxmayaraq, 2019-cu ilin noyabr ayında Cavabdeh2 ona və həyat yoldaşı X1 qarşı Qəbələ Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia ərizəsinin surəti ünvanına daxil olduqdan sonra məlum olmuşdur ki, Cavabdeh1 İddiaçı xəbəri olmadan 2015-ci ildə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsini qeyd etməklə “X2 istifadəsində olmuş 0,09 ha torpaq sahəsin ə plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair məhkəmədə iddia qaldırmış və iddiası Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli qərarı ilə təmin olunaraq, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə X2 istifadəsində olan 0,09 ha torpaq sahəsinə iddiaçı Cavabdeh1 adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin qoyulması qət edilmişdir. Sonradan Cavabdeh1 Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli qərarı əsasında qanunsuz yolla öz adına ünvan 1kəndindəki 0,09 ha torpaq sahəsinə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əldə etmiş, Bum bələdiyyəsi isə torpaq sahəsini ayırmışdır. 10 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində daşınmaz əmlakın bağışlanma müqaviləsi bağlanılaraq ünvan 1qəsəbəsindəki 0,09 ha torpaq sahəsi Cavabdeh2 bağışlanmışdır. Həmin bağışlanma müqaviləsi əsasında müvafiq olaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 30 sentyabr 2019-cu il tarixdə Cavabdeh2 adına Çıxarış və 30 sentyabr 2019-cu il tarixli A №434211 olan Torpaq sahəsinin planı və ölçüsü əldə olunmuşdur. İddiaçı Şəki İnzibati Məhkəməsinə müraciət edərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli qərarı maraqlarına toxunduğundan müvafiq qərarın ləğv edilməsi və həmin iddia tələbi üzrə üçüncü şəxs qismində işə cəlb edilməyi barədə vəsatət ilə müraciət etmiş, vəsatəti təmin olunmuş həmin qərar ləğv edilərək işə mahiyyəti üzrə baxılmış, 01 iyu l 2020-ci il tarixdə iddia tələbinin baxılması mümkünsüz olduğundan işə baxılmasının mümkün olmaması barədə qərardad qəbul olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(025)-789/2020 nömrəli qətnaməsi ilə (hakim E.B.İsayev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə, Cavabdeh4nə və üçüncü şəxs Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “çıxarış və bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 666.1, 668.1.1, 337.4, 337.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, İddi açı mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüququnun olmasını təsdiq edən sənəd yoxdur. İddiaçı onun üçün heç bir hüquqi nəticə yaratmayan iddia tələbi ilə məhkəməyə müraciət etmiş və deməli, onun maraqlarının məhkəmə qaydasında müdafiəsi tələb olunmur. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(025)-789/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(107)-227/2021 nömrəli qətnaməsi ilə (hakim G.Q.Abbasovun sədrliyi və məruzəsi ilə, hakimlər M.M.Hüseynovdan və E.Ş.Hüseynovdan ibarət tərkibdə) İddiaçı apellyasiya şika yəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(025)-789/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin İddiaçı mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüququnun olmasını təsdiq edən sübutun olmaması və ümumiyyətlə onun hazırkı iddia tələbi ilə müraciət etmək hüququna malik şəxs olmasını təsdiq edən heç bir sübutun olmaması, həmin əsasla da iddianın rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, iddia ərizəsindən və əlavə edilən sənədlərdən görünür ki, iddiaçı sözügedən torpaq sahəsində yerləşən 1998-ci ildə vəfat etmiş valideynlərindən qalan evdə öz ailəsi ilə birlikdə sahiblik və istifadə edərək yaşamış və indi də yaşayır (Qəbələ Rayo n İcra hakimiyyəti Bum qəsəbə İnzibati Ərazi Nümayəndəliyinin 10.02.2020-ci il tarixli 71 saylı, 03.03.2021-ci il tarixli 141 saylı arayışları). Yəni, mübahisəli torpaq sahəsinin hüquqi taleyi ilə bağlı baş verənlər iddiaçının maraqlarına toxunur. Lakin iddia tələbindən göründüyü kimi, iddiaçı mübahisələndirdiyi sənədlərin etibarsız hesab olunmasını tələb edir. Həmin sənədlərin etibarsız sayılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Belə ki, Cavabdeh1 adına verilmiş 27 dekabr 2016-cı il tarixli Seriya RX ******* nömrəli X6-İqtisadi Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli Qərarı əsasında verilmiş, bundan sonra mülkiyyətçi Cavabdeh1 notariat qaydasında təsdiq edilmiş 10 sentyabr 2019-cu il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə həmin torpaq sahəsin i qızı Cavabdeh2 bağışlamış, onun əsasında Cavabdeh2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 30 sentyabr 2019-cu il tarixdə Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. Belə olan halda hazırkı iddia təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(107)-227/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilməklə onunla əsasla ndırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli qərarının ləğv edilməsini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iclasında Cavabdeh1 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdehlər və üçüncü şəxsin nümayəndəsi, habelə vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması nı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzə rdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəs inə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və y a qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla t əsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüquqa malik olmasını tanımış, lakin Cavabdeh1 adına mübahisələndirilən Çıxarışın inzibati məhkəmə icraatı qaydasında qəbul edilmiş qərar əsasında verildiyini əsas gətirməklə iddianın təmin oluna bilməməsi qənaətinə gəlmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi ilk olaraq nəzərə almamışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli qərarı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə X2 istifadəsində olan 0,09 ha torpaq sahəsinə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın deyil, torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyi qoyulmuşdur. Mübahisələndirilən Çıxarışın hansı əsaslarla verilməsi məhkəmələr tərəfindən araşdırılmamışdır. Halbuk i, həmin məsələnin araşdırılması nəinki iddia tələbinə hüquqi qiymətin verilməsi, həmçinin işin mülki və ya inzibati məhkəmə icraatı qaydasında baxılmasının müəyyən edilməsi üçün zəruri olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli Qərarında izah olunmuşdur ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbay can Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmçinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə b ilər.... Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli qərarına istinad etsə də, nəzərə almamışdır ki, Şəki İnzibati Məhkəməsinin 08 may 2020-ci il tarixli qərardadı ilə həmin qərar ləğv olunmuş və sonradan Məhkəmənin 01 iyul 2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 iddiası mümkün sayılmamışdır. Yəni apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi inzibati məhkəmənin qərarı faktiki olaraq qüvvədə deyildir. Belə olan halda məhkəmənin həll etməli olduğu digər məsələ (Çıxarışın məhz məhkəmə aktına əsasən verilməsi müəyyən edildiyi halda) hazırki iddia üzrə birinci tələbin (Cavabdeh1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 dekabr 2016-cı il tarixli Seriya RX ******* nömrəli Çıxarışın etibarsız hesab olunması) ayrı məhkəmə icraatında, yoxsa əvvəlki inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın sonrakı tələbləri: bağışlama müqaviləsinin etibarsızlığı və Cavabdeh 2 adına verilmiş hüquq müəyyənedici sənədlərin etibarsızlığı birinci tələbdən asılıdır. Bu səbəbdən iddiaçının birinci tələbi yuxarıda qeyd olunan qaydada araşdırılmalı və ondan asılı olaraq sonrakı tələblərə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(107)-227/2021 nömrəli qətnaməsi ləğv edilsin və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4118/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4118/2021
06.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver