Məhkəmə qərarları › İş №2(102)-4118/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4118/2022

17.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4118/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: bağ sahəsindən çıxarılma tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı bağ sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-271/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 17 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Sumqayıt şəhəri 4 saylı notariat kontorunun dövlət notariusu C.Q.Rüstəmov tərəfindən təsdiq olunmuş və 4Ə/460 reyestr nömrəsi ilə qeydə alınmış AN-1 seriyalı ******* nömrəli 23 iyun 2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən 0,06 ha torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) 1419 D nömrəsi ilə 28 oktyabr 2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra – iddiaçı) adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (bundan sonra – Çıxarış) qeydiyyata alınmışdır.

2. Mübahisəli torpaq sahəsinin əvvəlki mülkiyyətçisi Cavabdeh (bundan sonra – cavabdeh) iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, torpaq sahəsinin onun mülkiyyətinə verilməsi hissəsində və həmin alqı-satqı müqaviləsi və 76/77901-2 reyestr nömrəli, 28 iyun 2011-ci il tarixli bölgü planı əsasında 0,06 ha torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə onun adına 28 oktyabr 2011-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli hüquqların dövlət qe ydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilmiş və bu barədə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1069/2018 nömrəli 05 fevral 2018-ci il tarixli qiyabi qətnaməsi qəbul olunmuşdur. Lakin, iddiaçının ərizəsi əsasında qiyabi qətnamə ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır.

3. Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2019-cu il tarixli qərardadı ilə hazırki iş üzrə cavabdehin iddiaçıya qarşı iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması və torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, sonradan iddiaçıya məlum olmuşdur ki, ona məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Həmçinin zəbt olunmuş sahədə cavabdeh tərəfindən qanunsuz tikililər inşa edilməkdədir. Tərəfindən cavabdehə zəbt olunmuş torpaq sahəsindən çıxması, orada inşa etdiyi tikililəri sökməsi təklif edilsə də, bu heç bir nəticə verməmiş, hal-hazırda qanunla qorunan mülkiyyət hüququndan istifadə edilməsinə cavabdeh imkan vermir. Göründüyü kimi cavabdehin hər hansı bir qanuni əsas olmadan mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsi həmin torpaq sahəsinin özbaşına tutulması (zəbt edilməsi) kimi qiymətləndirilməlidir. Belə olan halda cavabdehin sözügedən torpaq sahəsindən çıxarılm alı və iddiaçının hüququnu məhdudlaşdıran hərəkətlər aradan qaldırılmalıdır.

6. Məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, mülkiyyət hüququ əsasında cavabdehə məxsus olan torpaq sahəsi vardır. 2011-ci il tarixdə iddiaçı ona pul torpaq lazım olduğunu, pulunu isə qısa müddət ərzində tam ödəyəcəyini bildirmişdir. Cavabdeh özünə məxsus olan torpaq sahəsindən 0,06 ha sahəsini notariat kontorunda iddiaçıya satmışdır. Hazırki vaxtadək cavabdeh iddiaçıdan pulunun ödənilməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınır və cavabdehi aldadır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. İş materiallarında olan AN-İ seriyalı, ******* s aylı, 23 iyun 2011-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən müəyyən olunmuşdur ki, satıcı özünə məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən 0,06 ha olan hissəsini 5400 manat müqabilində iddiaçının mülkiyyətinə vermişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 22 iyul 2021-ci il tarixli, 2(060)-33/2021 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia tələbi təmin olunmuşdur.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materialları ilə təsdiq olunduğu kimi iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdehin torpaq sahəsinin həmin hissəsi üzərində qanunla qorunan hər hansı hüquq ları əmələ gəlməmişdir.

10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 157.2 və 157.4-cü, Torpaq Məcəlləsinin 111.1, 111.2 və 111.3cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Novxanı bağlar massivində yerləşən 0,12 ha sahədən ibarət olan 1419 nömrəli bağ sahəsi cavabdeh tərəfindən miras əmlak kimi qəbul etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2010-cu il tarixli, 2(060)- 78/2010 saylı qətnaməsi ilə həmin bağ sahəsinin cavabdeh tərəfindən faktiki qəbul edilməsi müəyyən edilmişdir. Cavabdeh həmin bağ sahəsindən 0,06 ha torpaq sahəsini iddiaçıya satmışdır, lakin pulunu tam ödəmədiyinə görə cavabdeh həmin torpaq sahəsində ev tikmiş, qardaşı E.Mirzəyev və vəfat etmiş bacısının üç uşağı ilə orada yaşayır. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin alğı-satqı müqaviləsinin ləğv edilməsinə dair mübahisənin həllinə dair Sumqayıt Şəhər Məhkəməsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnamələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarı vardır. Sonuncu məhkəmə qətnaməsi isə cavabdehin həmin ünvandan çıxarılması və inşa etdiyi tikililərin sökülməsi barədədir. Mülki işin araşdırılmasından məlum olur ki, iddiaçı 2011-ci ildə mübahisəli torpaq sahəsinə dair çıxarış alsa da uzun müddət torpağı mübahisələndirməmişdir. Bu bir daha təsdiq edir ki, iddiaçı cavabdehin etibarın dan istifadə edərək, bütöv torpaq sahəsinin məhkəmə və dövlət reyestrində sənədləşməsi ilə özü məşğul olmuş və sənədləşmədən sonra cavabdehə torpaq verəcəyini vəd etmişdir. Yəni satılan torpağın pulunu verməmişdir. Mübahisəli torpaq sahəsinin üzərində cavabdeh ev tikmişdir, həmin evdə onunla bərabər qardaşı və vəfat etmiş bacısının üç uşağı yaşayır və həmin torpaq sahəsindən istifadə edirlər, lakin məhkəmə qətnaməsində yalnız cavabdehin torpaq sahəsindən çıxarılmağı qət edilmişdir, digər ailə üzvləri də cavabdeh kimi işə cəlb edilməli idi. Hesab edir ki, məhkəmə həmin torpaqda tikilmiş evdə yaşayan şəxsləri cəlb etməməklə prosessual normaların tələbinin pozmuşdur. Cavabdehin digər torpaq sahəsi və evi yoxdur, uşaqlardan ikisi azyaşlıdır.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 29 mart 2022-ci il tarixli, 2(105)-271/2022 nömrəli qətnaməsi ilə (hakimlər – L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.T.Tağızadə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1419 D ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsinin cavabdehin mülkiyyət hüququnun tanınmasına əsas olan Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2010-cu il tarixli, 2(060)-78/2010 saylı qətnaməsi ləğv edilmiş və həmin torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququnun tanın masına dair ərizəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin əvvəlcə cavabdehin, daha sonra da iddiaçının mülkiyyətinə keçməsinə əsas olmuş məhkəmə qətnaməsi artıq mövcud deyildir. Odur ki, mübahisəli torpaq sahəsini iddiaçıya satan cavabdehin həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınmasına əsas olan məhkəmə qətnaməsi mövcud olmadığı halda həmin torpaq sahəsinə dair iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ da istisna olunur.

15. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 157.2 və 157.4-cü, Torpaq Məcəlləsinin 111.1, 111.2 və 111.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətin in dəlilləri

16. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti iddia ərizəsinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, iddiaçı burada vicdanlı alıcı olmuşdur. Onun mülkiyyət hüquqları kobud surətdə pozulmuş və pozulmaqda davam edir. Cavabdehin ailə üzvləri ilə arasında olan mübahisələrdən xəbəri olmamışdır, ona görə də o vicdanlı alıcı hesab olunmalıdır. Odur ki, məhkəmə işin hallarına tam və hərtərəfli qiymət vermədən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yet irilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

24. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

25. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

26. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfind ən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların a ydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və y a) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərinə əsasən nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Sumqayıt Məhkəməsi Mülki kollegiyasının 29 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən hallarına görə mübahisələndirilən 0,06 ha bağ sahəsini iddiaçı 23 iyun 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehdən satın almış, 28 iyun 2011-ci il tarixli bölgü planı əsasında torpaq sahəsinə mülkiyyət hüququ 28 oktyabr 2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, cavabdeh həmin torpaq sahəsindən iddiaçının istifadəsini məhdudlaşdırmışdır. İddiaçı torpaq sahəsinin onun mülkiyyətində olmasına əsaslanaraq cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını tələb edir. Cavabdeh isə iddia tələbinə etirazında torpaq sahəsinin pulunun iddiaçı tərəfindən verilmədiyini, ona görə də həmin ərazidə ev tikdirdiyini, bu evdə qardaşının və bacısını ailəsinin yaşadığını, onların da cavabdeh kimi işə cəlb edilməli olmalarını göstərərək iddia tələbinə etiraz edir. İddia tələbinin qanuni əsasını Mü lki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normaya görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Normanın dispozitiv şərtlərinin movcud olması üçün 3 şərtin mövcud olması müəyyən edilməldir: 1) İddiaçı mülkiyyətçi olmalıdır, 2) Əmlak özgəsinin sahibliyində olmalıdır, 3) Özgəsinin əmlaka sahibliyi qanunsuz olmalıdır. Baxılan işdə hər üç şərt mövcuddur. Mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir, torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindədir. İşdə olan Bakı şəhəri Nərmanov Rayon məhkəməsinin 02 noyabr 2015-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qannui qüvvəyə minmiş (həmin qətnamələrdən verilmiş apellyasiya şikayəti və kassasiya şikayəti təmin edilməmişdir) qətnamələri tərəflər arasında bağlanmış a lqı-satqı müqaviləsinin etibarsızlığı, ləğvi və reyestrdən çıxarışın ləğvi barədə Cavabdeh iddiası rədd edilmiş, Cavabdeh hazırkı iş üzrə iddia tələbinə etirazının əsasları qismən təkzib edilmişdir. İddianı rədd edən apellyasiya məhkəməsi birinci instansiya məhkəməsində işə baxıdlandan sonra əmələ gəlmiş əsasla, yəni satıcı Cavabdeh torpaq sahəsinə hüququn əmələ gəlməsi üçün əsas olmuş Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2010-cu il tarixli qətnaməsinin Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 fevral 2022ci il tarixli qərardadı ləğv edilməsinə, bununla da torpaq sahəsini iddiaçıya satan cavabdehin həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınmasına əsas olan məhkəmə qətnaməsi mövcud olmadığından həmin torpaq sahəsinə dair iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun istisna edilməsinə əsaslanaraq iddianı rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən nəzərə almamışdır ki, iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququ mübahisələndirilməmiş, torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmişdir. Belə olan halda iddiaçının adına torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatının həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir, dövlət həmin hüququn müdafiəsinə təminat verir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-c ü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin iş ü zrə gəldiyi qənaəti maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkə məsi mülki kollegiyasının 2(105)-271/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar