Məhkəmə qərarları › İş №2(102)-4118/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4118/2023

20.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4118/2023 20.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativinə və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun tanınması, müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 qarşı “mülkiyyət hüququnun tanınması, müqavilənin bağlanması öhdəliyinin Cavabdeh2 MTK-nın üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının 2(103)3046/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 20 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 2.10.2017-ci il tarixli Sərəncamına əsasən Yəhya Bakuvi, Qafur Rəşad, K.Rəhimov və Balaəmi Dadaşov küçələrinin kəsişməsində yeni hündür mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 2,15 ha torpaq sahəsi Cavabdeh2 MMC-nin daimi istifadəsinə verilmişdir. Sərəncamın 2.6-cı maddəsinə əsasən rayonun Bakuvi küçəsi 20,22,24,26,28,30,32; Balaəmi Dadaşov küçəsi 5,7,9,11,13,15,17,19; K.Rəhimov küçəsi 10,12/18 və Qafur Rəşad küçəsi 13,15 nömrəli yaşayış binasını n sakinlərinin qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə, müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi vəzifəsi Cavabdeh2 MMC-yə həvalə edilmişdir.

2. Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi 7 saylı evin 8 saylı mənzili (21,0 kv.m.) Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.

3. Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 747D/18 saylı müqaviləyə əsasən Cavabdeh2 MMC ünvan 1 ünvanda yerləşən, 7 (yeddi) otaqlı, 136.2 kv.m mənzilin dövlət reyestrində çıxarışda göstərilmiş (və ya mülkiyyətə dair sənəd olmadığı halda faktiki ölçülərinə uyğun) ümumi sahəsinə 20 % əlavə etməklə 2-ci girişdə 6-cı mərtəbədə 3 (üç) otaqlı ümumi sahəsi 96 kv.m olan təmirsiz mənzili və həmin giriş də 7-ci mərtəbədə yerləşən 3 (üç) otaqlı, ümumi sahəsi 96 kv.m olan təmirsiz mənzili mülkiyyətçiyə verməyi, eləcə də yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 7 (yeddi) otaqlı mənzil üçün aylıq 1000 (bir min) manat kirayə haqqı verməyi öz üzərinə götürmüşdür. Mülkiyyətçi Cavabdeh1 söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini Cavabdeh2 MMC-yə təhvil verilməsini təmin etməyi və mənzili tam boşaldaraq yüklü olmaması haqqında arayış və mənzilə dair mülkiyyət sənədlərinin əsillərini təqdim etmək şərti ilə Cavabdeh2 MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür.

4. Cavabdeh2 MMC ilə Cavabde h1 arasında bağlanmış yeni – xx.xx.2019-cu il tarixli 74-7D/18 saylı müqaviləyə əsasən xx.xx.2018-ci il tarixli, 74-7D/18 saylı müqavilə qüvvəsini itirir. Yeni müqaviləyə əsasən Cavabdeh2 MMC ünvan 2 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan evlərdə Cavabdeh1 məxsus mənzilin söküntüsünü başa çatdırmış və hazırda həmin ərazidə yeni yaşayış binasının tikintisini həyata keçirərək, Cavabdeh1 sökülmüş mənzilinin əvəzində inşa olunan binalarda bu müqavilənin 1.4-cü bəndində göstərilən razılaşdırılmış mənzili onun istifadəsinə verməyi öhdəsinə götürmüş, Cavabdeh1 isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən Cavabdeh2 MMC ilkin müqavilə üzrə Cavabdeh1 ümumi sahəsi 96 kv.m olan təmirsiz mənzil və ümumi sahəsi 96 kv.m olan təmirsiz mənzil verməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasındakı müzakirələrə görə qarşılıqlı razılaşma əsasında bu müqavilənin 1.2-ci bəndində göstərilən mənzilin əvəzində Cavabdeh1 inşa olunan 7-ci binanın 6-cı mərtəbəsində ümumi sahəsi 98.63 kv.m olan təmirsiz mənzili və həmin binanın 7-ci mərtəbəsində ümumi sahəsi 98.63 kv.m olan təmirsiz mənzili verməyi öz öhdəsinə götürür, Cavabdeh1 isə bu müqavilə ilə ona verilən təmirsiz mənzilləri qəbul etməyi və satış arasında yaranmış fərqin dəyərini ödəməyi öz öhdəsinə götürür. Sahələr arasında yaranan fərqin hesabı: 197,26 kv.m-192 kv.m = 5.26 kv.m x 1250= 6575 manat razılaşdırma ödəniş cədvəlinə əsasən 12 ay müddətinə Cavabdeh1 tərəfindən Cavabdeh2 MMC-yə ödənilir.

5. Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağla nmış xx.xx.2020-ci il tarixli 747D/18 saylı daha bir yeni müqaviləyə əsasən xx.xx.2019-cu il tarixli 74-7D/18 saylı və xx.xx.2018-ci il tarixli, 74-7D/18 saylı müqavilə qüvvəsini itirir. Yeni müqaviləyə əsasən tərəflər arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli 74-7D/18 saylı müqavilə üzrə Cavabdeh1 ona verilmiş hər iki təmirsiz mənzili geri qaytarmış, əvəzində 7-ci binadan ümumi sahəsi 98.63 kv.m olan təmirsiz 2 (iki) mənzil əldə etmək istədiyini bildirmiş və sahələr arasında yaranan 6575 (altı min beş yüz yetmiş beş) manatlıq fərqi Cavabdeh2 MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Hazırda Cavabdeh1 ona verilmiş mənzilin yerləşdiyi binanın gələcəkdə tikilməyə başlayacağını nəzərə alaraq, həmçinin öhdəlik götürdüyü ödənişi ödəyə bilmədiyi üçün tikintisi tamamlanmış hazır binalardan birində mövcud layihəyə əsasən ona təmirsiz mənzillər verilməsi arzusunda olduğunu bildirir. Beləliklə, Cavabdeh2 MMC Cavabdeh1 istəyini nəzərə alaraq qarşılıqlı razılaşma əsasında mövcud layihəyə əsasən bu müqavilənin 1.2-ci bəndində göstərilən əmlakın əvəzində ilkin müqavilə üzrə verilmiş mənzillərin ümumi sahəsinə uyğun olaraq Cavabdeh1 tikintisi tamamlanmış 1-ci binanın, 1-ci girişinin, 7-ci mərtəbəsində ümumi sahəsi 94.76 kv.m olan təmirsiz mənzili və həmin binanın 2-ci girişinin,7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 94.76 kv.m olan təmirsiz mənzili verməyi və sahələr arasında yaranan fərqin kompensasiyasını müqavilə imzalandığı tarixdən etibarən 1 (bir) ay müddətində Cavabdeh1 bank hesabına ödəməyi öhdəsinə götürür, Cavabdeh1 isə bu müqavilə ilə ona verilən təmirsiz mənzilləri qəbu l etməyi, ilkin müqavilə və hazırki müqavilə üzrə verilmiş mənzillərin sahələr arasında yaranan fərqin kompensasiyasını qeyd olunan müddətdə qəbul etməyi öz öhdəsinə götürür. Sahələr arasında yaranan fərqin kompensasiyası: 192 kv.m (ilkin müqavilə üzrə verilmiş mənzillər 96 kv.m + 96 kv.m ) – 189.52 kv.m (hazırki müqavilə üzrə verilmiş mənzillər) 94.76 kv.m + 94.76 kv.m )= 2.48 kv.m x 1300 manat = 3224 manat (üç min iki yüz iyirmi dörd manat).

6. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 24.1.2022-ci il tarixli qətnaməsi ilə X11 ilə İddiaçı arasında 1.12.2006-cı il tarixdə Şirvan şəhərində Qeydiyyat şöbəsində qeydə alınmış və 620 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir.

7. Əliyev X3 rayonu, B.Dadaşov küçəsi 7 saylı evin 8 nömrəli mənzilində qeydiyyatsız yaşamı şdır.

8. X1 rayon, B.Dadaşov küçəsi 7, mənzil 8B saylı ünvanda təbii qaz istehlakçısı kimi xx.xx.2014-cü il tarixdən İstehsalat Birliyinin abonentlərin uçotu bazasında qeydiyyatdadır. X1 rayon, B.Dadaşov küçəsi 7, mənzil 8A saylı ünvanda 28 iyul 2017-ci il tarixdən **********7008A nömrəli abunə kodu ilə qeydiyyata alınaraq elektrik enerjisi ilə təchiz edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 MTK (bundan sonra “MTK”) tərəfindən ünvan 5 ünvanında yerləşən mənzilinin sökülməsi nəticəsində yeni tikilmiş yaşayış binasında digər Cavabdeh1 (bundan sonra “cavabdeh”) adına xx.xx.2020-ci il tarixli müqavilə ilə rəsmiləşdirilmiş 1-ci binanın, 1-ci girişinin, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 94.76 kv.m olan təmirsiz mənzilin üzərində mülkiyyət hüquqlarının tanınması və buna dair rəsmi müqavilə bağlanma öhdəliyinin Cavabdeh2 MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehin qızı X11 ilə ailə həyatı qurduqdan sonra 2007-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, ev 7, mənzil 8 ünvanındakı evin həyətində sonradan artırılmış, iddiaçının vəsaiti hesabına təmir olunmuş 1 otaqlı, sənədsiz evdə ailəsi və övladları ilə birgə yaşamışdır. Daha sonra 2016-cı ildə həmin həyətdə mülkiyyət hüququ ilə keçmiş qaynanası olan cavabdehə məxsus mənzilin üstünü artırmaqla 2-ci mərtəbədə mənzil tikmiş və oraya ayrıca ünvan 5 ünvanı verilmişd ir. Bunun üçün iddiaçı öz vəsaiti hesabına həm inşaat materialları almış, həm də mənzilin tikintisi üçün usta tutmuşdur. Bu evin inşası, təmir və tikintisi üçün təxmini 25000 (iyirmi beş min) manatdan çox vəsait xərcləmişdir. Tikinti və təmirdən sonra mənzilin kommunal xidmətlərlə təmin olunması üçün keçmiş həyat yoldaşı Aynur Əliyeva ilə müqavilə bağlanmışdır.

11. Bu mənzillərin (Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, ev 7, mənzil 8, ünvan 5) giriş və çıxışları ayrı olmuş, iki ayrı mənzil kimi bilinmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, ev 7, mənzil 8 ünvanında olan mənzilə dair cavabdehin adına çıxarış olsa da, lakin cavabdeh tərəfindən öz vəsaiti hesabına tikilmiş ünvan 5 ünvanında yerləşən mənzilə çıxarış alına bilinməmişdir.

12. Bakı Şəhər İcr a Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1041 saylı reyestr kitabında xx.xx.2002-ci il tarixdə qeydə alınmış seriya nömrəsi 117153 olan Qeydiyyat vərəqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, ev 7, mənzil 8 ünvanında olan mənzil cavabdehə məxsusdur.

13. Bir müddət sonra 2018-ci ildə MTK pilot layihə çərçivəsində həm onların yaşadığı (Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, ev 7, mənzil 8 və ünvan 5) mənzilləri, həm də o ərazidə yerləşən digər mənzilləri sökmüş, buna görə də cavabdeh iddiaçı və keçmiş həyat yoldaşını yaşamaq üçün iki ayrı ailə və ev kimi iki ayrı mənzilə köçürmüşdür. Bu məqsədlə MTK tərəfindən hər ay həm onlara, həm də keçmiş qayınanasına ayrılıqda aylıq 500 manat kirayə haqqı ödənili rdi. 2018-ci ilin sonunda iddiaçı həyat yoldaşı ilə ailə münasibətləri faktiki şəkildə pozulduğu üçün həmin evdən çıxmış və öz hesabına müvəqqəti olaraq Bakı şəhəri, Nərimanov rayonunda kirayə məskunlaşmışdır. Həmin zaman ayrı yaşadıqları müddətdə ailəsinə hər ay 500 manat kirayə haqqı ödənişi həyata keçirilmiş və iddiaçı proseslərin sonunda ev ilə təmin olunacağı qənaətinə gəlmişdir. Çünki MTK ilə ilkin razılaşmaya görə, əvvəlcə, hər ay onlara kirayə haqqı ödənilməli, daha sonra tikinti başa çatdıqdan sonra onları evlə təmin etməli idilər. İddiaçı 2020-ci ilin yayında tikinti başa çatdığı üçün MTK-ya yaxınlaşaraq ona çatmalı evi tələb etdikdə bildirilmişdir ki, guya iddiaçını tanımırlar, ona heç bir ev və ya kompensasiya ödənilməyəcəkdir.

14. X11 (bundan sonra “üçüncü şəxs”) mübahisə pred meti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

15. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən evin ünvan 2 ünvanında yerləşən evin yardımçı tikilisi olub, eləcə də ünvan 2A rekviziti həmin tikiliyə münasibətdə deyil, mənzilin həyətyanı sahəsində yerləşən və cavabdehin pedaqoji fəaliyyətini səmərəli həyata keçirməsi üçün inşa etdiyi təsərrüfat təyinatlı tikilidir.

16. Birinci instansiya məhkəməsində üçüncü şəxs X11 iddiaya etiraz etmiş və göstərmişdir ki, iddiaçı onun keçmiş əridir, həqiqətən də bir müddət anasına məxsus ünvan 2 ünvanında yerləşən evdə yaşamışlar, lakin iddiaçı həmin evə hər hansı xərc qoymamışdır. Onların yaşaması üçün anası tərəfind ən xərc çəkilməklə evdə təmir işləri görülmüşdür.

17. Birinci instansiya məhkəməsində iştirakı iddiaçı tərəfindən təmin olunan Şahid1 bildirmişdir ki, B.Dadaşov 15 küçəsində iddiaçı ilə qonşuluqda yaşamışdır. İddiaçının ailə quranda ilk vaxtlar qayınanasıgildə yaşaması barədə dəqiq məlumatı yoxdur. Çünki tarix olaraq 2015-ci ilə təsadüf etdiyi üçün xatırlamır. Mübahisələndirilən mənzildə 2016-cı ildən təmir işləri aparılmağa başlanmışdır. Evin ümumi görünüşü qara qapı, qırmızı kərpicdən tikilmiş və taxta pilləkəndən ibarət idi. Evin 2-ci mərtəbəsinin tikilməsi üçün inşaat materiallarının, su borularının alınmasında iddiaçıya köməklik göstərmişdir. MTK tərəfindən söküntü işləri 2018-ci ildən aparılmağa başlanıb.

18. Birinci instansiya məhkəməsində iştirakı iddiaçı tərəfindən təmin olunan Şa hid3 bildirmişdir ki, iddiaçını tanıyır. İddiaçı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsində yerləşən mənzilin tikinti işlərinin aparılmasına usta-fəhlə qismində cəlb edilmişdir. Əsasən hörgü işlərinin aparılmasında iştirak etmişdir. Təmirlə əlaqədar xərclər iddiaçı tərəfindən qarşılanmışdır. Xərclər ümumilikdə 20-25 min manat təşkil etmişdir.

19. Birinci instansiya məhkəməsində iştirakı iddiaçı tərəfindən təmin olunan şahid X7 bildirmişdir ki, B.Dadaşov 17 ünvanda tərəflərlə qonşuluqda yaşamışdır. Həmin ünvanda 2004-cü ildən məskunlaşmışdır. Mübahisələndirilən mənzilin 2-ci mərtəbəsində yerləşən yaşayış evinə qaz, su və digər kommunal xərclərə köməklik etmişdir. Evin istilik təchizatı isə olmamışdır. Usta kimi həmin evin tikintisində də iştirak etmişdir.

20. Birinci in stansiya məhkəməsində cavabdeh tərəfindən təmin olunan şahid X8 bildirmişdir ki, Cavabdeh1 ilə 40 ildən artıq bir müddətdə qonşuluq münasibətləri olmuş, nəinki ölkə daxilində, Türkmənistanda da qonşuluq münasibətləri olmuşdur. Bu səbəbdən evin tikintisində cavabdehə heç bir maddi qarşılığı olmadan yardım etmişdir. Evin 2-ci mərtəbəsi çardaq tipli olaraq yardımçı tikili kimi nəzərdə tutulmuşdur. Ümumi sahəsi 19-20 kv.m təşkil etmişdir.

21. Birinci instansiya məhkəməsində iştirakı cavabdeh tərəfindən təmin olunan şahid X2 bildirmişdir ki, cavabdehlə qonşuluq münasibətləri olmuşdur. Onun evi əsasən birmərtəbəli olmuş, sonradan çardaq kimi 2-ci mərtəbə əlavə edilmişdir.

22. Birinci instansiya məhkəməsində iştirakı cavabdeh tərəfindən təmin olunan şahid X9 bildirmişdir ki, iş üzrə tərəflərin hə r birini tanıyır, onlarla qohumluq əlaqələri yoxdur. İddiaçı cavabdehin qızı Aynur Əliyeva ilə ailə həyatı qurduqdan sonra ünvan 2 ünvanında yaşamışdır. Təmir-tikinti işlərinin aparılmasını görməmişdir. Birgə nikahdan olan uşaqların da qayğısına cavabdeh qalmışdır. Ümumilikdə iddiaçı ilə cavabdeh arasında nikah bağlandıqdan sonra onlar qısa müddətli olmaqla rayona getmiş sonra yenidən Aynur Əliyevanın yaşadığı evdə məskunlaşmışlar. Mübahisələndirilən 2-ci mərtəbə çardaq tipli tikili və təmirsiz idi. Həmin 2-ci mərtəbədəki çardağın sanitar qovşağı və s. yaşayış üçün əhəmiyyətli tikililəri mövcud olmamışdır.

23. Birinci instansiya məhkəməsində iştirakı cavabdeh tərəfindən təmin olunan şahid X6 göstərmişdir ki, iş üzrə tərəflərin hər birini tanıyır və bir qonşuluqda yaşamışdır. Əliyeva Aynur ailə həyatı qurandan sonra iddiaçı evdə yaşamağa başlamışdır. Evin 2-ci mərtəbəsi çardaq tipli idi. Təmir işlərini iddiaçı həyata keçirirdi. Adıçəkilən çardaqda 1 dəfə olmuş və müşahidə etmişdir ki həmin yer balaca otaqlı və yaşayış üçün nəzərdə tutulmamışdır.

24. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-254/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Aytən Novruzova)

25. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi 21 kv.m olan 7 saylı evin 8 saylı mənzili cavabdehin mülkiyyətində olmuşdur. Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2018ci il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən sonuncu ünvan 2 ünvanda ümumi sahəsi 94.76 kv.m olan 2 mə nzil əldə etmişdir.

26. Birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı qeyd edib ki, tələbin qanuni əsası kimi Mülki Məcəllənin 157-ci, 178.8-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 157.1-ci maddəsinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.8ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

27. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadən göstərmişdir ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü tələb etdiyi əmlakın onun mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehlərdə saxlandığının, cavabdehin həmin əşyaya qanunsuz sahiblik etməsinin sübut olunmasıdır.

28. Birinci instansiya məhkəməsinin qənaətinə görə iş üzrə dindirilmiş şahid ifadələri həmin hüququn mövcudluğunu sübut edə bilməz. Çünki Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına istinadən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının qeyd etdiyi əml aka dair mülkiyyət hüququ tanına bilməz. İddiaçının Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan tələbinin dispozitiv şərtlərinin mövcud olmaması mənasına gəlir. Bu səbəbdən iddia rədd edilməlidir.

30. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçının istinad etdiyi hallar çərçivəsində yeni müqavilənin bağlanması öhdəliyinin MTK-nın üzərinə qoyulması tələbi də təmin edilə bilməz. Çünki müvafiq iş üzrə cavabdehlə MTK arasında bağlanmış müqavilə mövcud olmuş, hazırda iddiaçının müəyyən etdiyi şərtlərlə yeni müqavilənin bağlanmasına MTK-nın məcbur edilməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Buna görə də, bu tələb əsassızdır, təmin oluna bilməz. Müqavilənin bağlanması tərəflərin iradəsində asılı olan bir haldır ki, tərəflər, eləcə də iş üzrə cavabdeh əqdi imzalamaqdan imtina edə bilər. “Müqavilə azadlığı” prinsipi çərçivəsində tərəflər tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyyənləşdirə bilərlər.

31. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157, 178.8, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

32. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

33. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, məhkəmə qəbul etdiyi q ərarı lazımınca əsaslandırmamış, yalnız sübutların sadalanmasına yer vermişdir. Eyni zamanda məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş sübutlara əsaslanmamış, iddiaçının keçmiş arvadı ilə 2006-cı ildə bağlanan nikahın 2022-ci ildə pozulmasını nəzərə almamışdır.

34. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3046/2023 nömrəli iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Elşən Kazımov)

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini mövqeyi ilə razılaşaraq, hesab etmişdir ki, iddiaçının istinad etdiyi hallar çərçivəsində yeni müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilə bilmə z. Çünki cavabdehlə "xxxx" MMC arasında bağlanmış müqavilə mövcud olmuş, hazırda iddiaçının müəyyən etdiyi şərtlərlə yeni müqavilənin bağlanmasına cavabdehin məcbur edilməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Buna görə də, bu tələb əsassızdır, təmin oluna bilməz. Müqavilənin bağlanması tərəflərin iradəsində asılı olan bir haldır ki, tərəflər, eləcə də iş üzrə cavabdeh əqdi imzalamaqdan imtina edə bilər. “Müqavilə azadlığı” prinsipi çərçivəsində tərəflər tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyyənləşdirə bilərlər.

36. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının üzərinə düşən sübutetmə yükü tələb etdiyi əmlakın onun mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehlərdə saxlandığının, cavabdehin həmin əşyaya qanunsuz sahiblik etmələrinin sübut olunmasıdır. İş üzrə dindirilmiş şahid ifadələri də həmin hüququn mövcudluğunu sübut edə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

37. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin ünvan 2 ünvanda yerləşən daşınmaz əmlaka dair rəsmi müqavilə bağlanması öhdəliyinin Cavabdeh2 MTK-nın üzərinə qoyulması hissəsi ilə bağlı göstərmişdir ki, bu iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 390-cı maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən ş ərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.

38. İddiaçının "xxxx" MMC ilə irəli sürdüyü şərtlər daxilində müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməsi tərəfləri «müqavilə azadlığı» prinsipinə ziddir. Belə ki, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi).

39. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya ünvan 5 ünvanında yerləşən mənzilin təmir-tikintisi zamanı çəkdiyi xərclərlə bağlı zəruri sübut və dəlillər əlavə edilməklə Cavabdeh1 qarşı “əsassız varlanma” tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olmasına da izah etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdi r.

41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, məhkəmə qətnamə çıxarkən evin tikintisinə xərclənən maddi vəsaitin iddiaçı tərəfindən ödənilməsini nəzərə almamışdır. Həmçinin məhkəmə qəbul etdiyi qərarları lazımınca əsaslandırmamış, yalnız sübutların sadalanmasına yer vermişdir. Eyni zamanda məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş sübutlara əsaslanmamış, keçmiş həyat yoldaşı 2006-cı ildə bağlanan nikahın 2022-ci ildə pozulmasını nəzərə almamışdır. Bundan əlavə, MTK həmin ərazini söküb bina tikməklə bağlı müraciət edən zaman onlar iddiaçı və qayınana (cavabdeh) ilə ayrı-ayrılıqda olmaqla iki mənzilin verilməsi ilə bağlı razılaşmış, tərəflər özləri isə o evlərdən birinin sonradan iddiaçıya verilməsi ilə bağlı razılığa gəlmişlə r, lakin mənzillərdən biri ilə bağlı iddiaçı ilə MTK ayrı müqavilə bağlamayıb. İddiaçı qayınanasına (cavabdeh) etibar edib ki, hər iki müqavilə onunla bağlansın. Həmçinin MTK binalar hazır olana qədər ayrıayrılıqda iki ev üçün kirayə pulu da verib, bunu da cavabdeh istifadə edib, iddiaçıya bu məbləğin heç bir hissəsi verilməyib. Hazırda hər iki mənzili cavabdeh alıb, yeni tikilinin yeddinci mərtəbəsində yanaşı mənzillərdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Cavabdehin vəkili kassasiya şikayətinə qarşı etirazında göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıd ır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Mad də 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquq i faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

45. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla qanuni nəticəyə gəlmişdir.

48. İddia tələbi cavabdehlə MTK arasında bağlanmış müqavilə üzrə cavabdehə verilmiş iki mənzildən birinin üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınması və həmin mənzilə dair müqavilənin bağlanması öhdəliyinin MTK-nın üzərinə qoyulması barədədir.

49. İşin müəyyən edilmiş hallarına görə cavabdehlə MTK arasında bağlanmış müqavilənin predmeti olan mənzillər cavabdehin mülkiyyətində olan mənzilin sökülməsi nəticəsində cavabdehə verilib. İddiaçı nın sökülən mənzilə hər hansı hüququ isə müəyyən edilməyib.

50. Bu baxımdan, cavabdehin mülkiyyətində olan mənzilin iddiaçı tərəfindən artırılması və MTK tərəfindən cavabdehə məhz artırılmış sahəyə görə iki mənzilin verilməsi barədə iddiaçının dəlillərinin iddianın təmin edilməsi üçün əsas olmaması barədə işə mahiyyəti üzrə baxan məhkəmələrin gəldiyi nəticə düzgün olmuşdur.

51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 (103)-3046/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar