Məhkəmə qərarları › İş №2(102)-412/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-412/2020

22.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-412/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçılar İddiaçı2, İddiaçı1 və onların vəkili Səfərov Seymur Namaz oğlunun, Cavabdeh2 MMC-nin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)7022/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh2 MMCninkassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Səmədov) xx xxxxxx 2019-cu il tarixli 2(006)-573/2019 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən maddi zərərə görə 8800 (səkkiz min səkkiz yüz) manat, mənəvi zərərə görə 1000 (min) manat olmaqla, cəmi 9800 (doqquz min səkkiz yüz) manat məbləğində pulun alınaraq İddiaçı1, Cavabdeh2 MMC-dən maddi zərərə görə 7200 (yeddi min iki yüz) manat, mənəvi zərərə görə 1000 (min) manat olmaqla, cəmi 8200 (səkkiz min iki yüz) manat məbləğində pulun alınaraq İddiaçı2, ümumilikdə isə 18000 (on səkkiz min) manat və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı2 və İddiaçı1 verilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı1 məxsus yaşayış sahəsinin sökülməsi əvəzində ona Cavabdeh2 MMC-nin həmin ərazid ə inşa etdiyi binanın 12-ci mərtəbəsində ümumi sahəsi 80 kv.metr olan 56 saylı təmirli mənzil verilməsi, xx.xx.2019-cu il tarixdən başlayaraq, İddiaçı1 yeni mənzilin tikilib təmir olunub təhvil verilənədək hər ay 400 (dörd yüz) manat kirayə haqqının ödənilməsi, İddiaçı2 məxsus yaşayış sahəsinin sökülməsi əvəzində ona Cavabdeh2 MMC-nin həmin ərazidə inşa etdiyi binanın 12-ci mərtəbəsində ümumi sahəsi 50 kv.metr olan 57 saylı təmirli mənzilin verilməsi, xx.xx.2019-cu il tarixdən başlayaraq, İddiaçı2 yeni mənzil tikilib təmir olunub təhvil verilənədək hər ay 300 (üç yüz) manat kirayə haqqının ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)7022/2019 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şik ayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 2(006)-573/2019 saylı qətnaməsi mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində dəyişdirilmiş, ilkin iddia qismən təmin edilmiş, ilkin iddia üzrə Cavabdeh2 MMCdən maddi zərərə görə 8800 (səkkiz min səkkiz yüz) manat, mənəvi zərərə görə 5000 (beş min) manat olmaqla, cəmi 13800 (on üç min səkkiz yüz) manat məbləğində pul alınaraq ilkin iddia üzrə İddiaçı1, ilkin iddia üzrə Cavabdeh2 MMC-dən maddi zərərə görə 7200 (yeddi min iki yüz) manat, mənəvi zərərə görə 2000 (iki min) manat olmaqla, cəmi 9200 (doqquz min iki yüz) manat məbləğində pul alınaraq ilkin iddia üzrə İddiaçı2 verilməklə, ümumilikdə 23000 (iyirmi üç min) manat və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq ilkin iddia üz rə iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun özlərinə aid edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh2 MMC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Cavabdeh2 MMC-yə qarşı tikintinin sökülməsi və yerində ev tikilib iddiaçılara təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən mənzillərin sökülərək yerində qanunsuz şəkildə “xxxx” MMC tərəfindən tikilmiş binanın sökülməsi, bina sök üldükdən sonra yerində mülkiyyətlərində olan evin sahəsinə uyğun yeni evin tikilərək onlara təhvil verilməsi, uzun müddət onları mənzilsiz qoyaraq kirayə haqlarını ödəmədiyinə və mülkiyyətlərində olan evin qanunsuz sökülməsi nəticəsində onlara vurduqları mənəvi zərərə görə cavabdehlər “xxxx” MMC və Cavabdeh1ndən hər birinə 80000 manat maddi və 100000 manat mənəvi zərərin əvəzi olmaqla, cəmi 360000 manat pulun cavabdehlərdən onların xeyrinə müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini, mülkiyyətlərində olan mənzilləri qanunsuz sökdüklərinə görə cavabdehlər “xxxx” MMC və Cavabdeh1 qanunsuz hərəkətləri barədə xüsusi qərar çıxarılaraq prokurorluğa məlumat verilməsini xahiş etmişlər. Cavabdeh2 MMC isə İddiaçı2 və İddiaçı1 qarşı yaşayış sahəsinin sökülməsi əvəzində təmirli mənzil v erilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçılar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, ilkin iddianın tam təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. İddiaçıların kassasiya şikayəti belə əsaslandırılmışdır ki, onlar heç bir günahları olmadığı halda 3 ildən artıqdır ki, yaşayış sahələrindən didərgin düşmüş və azyaşlı körpə uşaqla acınacaqlı bir həyat şəraitinə məhkum olunmuşdurlar. Bütün bunların günahkarı isə cavabdehlər - Cavabdeh2 MMC və Cavabdeh1dir. Apellyasiya məhkəməsi qətnaməsinin 4-cü səhifəsində özü də qeyd etmişdir ki,“Hazırkı i ddia tələbi üzrə iddiaçılara məxsus əmlakların qanuni əsas olmadan sökülməsi onlara mənəvi zərərin vurulmasına səbəb olmuşdur”. Onlar nəinki mənəvi cəhətdən, maddi cəhətdən də böyük itkiyə məruz qalmışdırlar. Apellyasiya məhkəməsinin məruz qaldıqları itkilərin müqabilində onlara təyin etdiyi zərərlərin məbləği ilə heç cür razılaşmırlar və bu cür yanaşma ədalətsiz yanaşmadır. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, mənəvi ziyan hissəsində dəyişdirilməsi və xüsusi qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsində göstərilir ki, guya iddiaçılar ilə razılıq əldə edilmədən və qa nuni əsas olmadan Cavabdeh2 MMC-nin əməkdaşları onları yaşadıqları mənzillərdən zorla çıxarmış, mənzillərini sökmüş və onlara kompensasiya verməmişdir. Halbuki iş materiallarında iddiaçılara qarşı Cavabdeh2 MMC-nin əməkdaşları tərəfindən hər hansı zor tətbiq olunması, onlarm mənzillərinin sökülməsi halları yoxdur. Əksinə birinci instansiya məhkəməsinə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində də kompensasiya məsələsinə toxunulmuş və digər vətəndaşlara nisbətdə daha üstün təkliflər verilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mənəvi ziyan hissəsində dəyişdirmiş, lakin qəbul etdiyi qətnamədə bununla bağlı heç bir əsas gətirməmişdir. Qətnamədə qeyd olunan yeganə fikir birinci instansiya məhkəməsinin mənəvi zərərlə bağlı göstərdiyi məbləğin kollegiya tərəfindən ade kvat və ədalətli hesab olunmamasıdır. Eyni zamanda mənəvi zərəri adekvat və ədalətli hesab etməyən məhkəmə kollegiyası iddiaçılar arasında da fərq qoymuşdur. Belə ki, İddiaçı1 və İddiaçı2 birinci instansiya məhkəməsi tərəfindən hər birinə ayrı-ayrılıqda 1000 manat məbləğində mənəvi zərər dəydiyi müəyyən edilsə də, kollegiya tərəfindən bu məbləğ İddiaçı1 nisbətdə 4000 manat artaraq 5000 manat, İddiaçı2 nisbətdə isə 1000 manat artaraq 2000 manat olmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçılar İddiaçı2, İddiaçı1 və onların vəkili Səfərov Seymur Namaz oğlu kassasiya şikayətlərini müdafiə edərək, onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh2 MMC-nin vəkili Şahverdi Eynur Ağaveys oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsi barədə qərar qəbul edilməsi ni xahiş etmişdir. Dİgər cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsini qə bul edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı2 və İddiaçı1 Bakı şəhəri Nəsimi rayonu S.Rüstəm küçəsi ev 69-da yerləşən 1 və 14 nömrəli mənzillərin mülkiyyətçiləridirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı Qərarının icrası ilə əlaqədar Bakı şəhəri Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun binaların tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Cavabdeh1 başçısı tərəfindən “Nəsimi rayonu Ak.Mirəsədulla Mirqasımo v, Xan Şuşinski, İmran Qasımov və Süleyman Rüstəm küçələrinin əhatə etdiyi ərazidə qəzalı vəziyyətdə olan evlərin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında” xx.xx.2017-ci il tarixli sərəncam verilmiş, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Cavabdeh1 başçısı ilə Cavabdeh2 MMC-nin direktoru arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 MMC tərəfindən Nəsimi rayonu Ak.Mirəsədulla Mirqasımov, Süleyman Rüstəm, İmran Qasımov və Xan Şuşinski küçələrinin kəsişmələrində qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş a kta əsasən ünvan 2 ünvanında yerləşən yaşayış evlərinin normativ istismar müddəti bitmişdir. Bakı şəhəri Nəsimi rayonu Süleyman Rüstəm küçəsi, 69 ünvanında Cavabdeh2 MMC tərəfindən inşa edilən binanın tikintisi artıq tamamlanmışdır. Ərazidə yaşamış 65 ailədən 63-ü öz mənzillərini yaşayış sahələrinin sökülməsi və yerində bina tikintisi üçün təhvil vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(102)-4328/18 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayonu S.Rüstəm küçəsi ev 69-da yaşayan İddiaçı1, X3 və İddiaçı2 ailə üzvləri ilə birlikdə “xxxx” MMC-nin vəsaiti hesabına aylıq 300500 manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda inşa ediləcək yaşayış binasında onlar ın hazırkı yaşayış evlərinin (mənzillərinin) sənədlərindəki sahələrinə müavinət verilməklə və gələcəkdə həmin ünvanda inşa ediləcək yaşayış binasında onların hazırkı yaşayış evlərinin (mənzillərinin) sənədlərindəki sahələrinə 30 faiz əlavə edilərək təmirli mənzil sahəsi ilə təmin edilməsi şərti ilə çıxarılmaları və ayrılmış həmin torpaq sahəsində yerləşən qeyd edilən fərdi yaşayış evlərinin sökülməsinin “xxxx” MMC-yə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Sonuncu qətnamədən verilmiş kassasiya şikayətinə əsasən Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin işin faktiki halları il ə bağlı apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh2 MMC tərəfindən iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə razılıq əldə edilmədən və qanuni əsas olmadan yaşadıqları mənzillərdən zorla çıxarılmış, onların mənzilləri sökülmüş, mülkiyyətçilərə kompensasiya verilməmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 16.1 -ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin cavabdeh tərəfindən tikilmiş binanın sökülməsi, bina söküldükdən sonra yerində ilkin iddiaçıların mülkiyyətlərində olmuş evin sahəsinə uyğun yeni evin tikilərək onlara təhvil verilməsi hissəsinə birinci instansiya məhkəməsinin verdiyi hüquqi qiymətlə haqqlı olaraq razılaşmışdır. Belə ki həqiqətən də “xxxx” MMC tərəfindən inşa edilmiş yeni binanın söküntüsü və ilkin iddiaçıların əvvəlki mənzillərinin bərpa edilməsi mümkün olmamaqla yanaşı, həmin binadan mənzil almış digər şəxslərin hüquqlarının pozulması ilə nəticələnə bilər. Həmin ərazid ə yaşayan digər sakinlər MMC ilə müqavilə bağlayaraq, binanın təhvil verilməsinə razılıq vermişlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılara dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı hissədə də apellyasiya instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, İddiaçı1 məxsus olan ev 2017-ci ilin aprel ayında, İddiaçı2 məxsus olan ev isə 2017-ci ilin fevral ayında sökülmüşdür. Bakı şəhəri Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən köçürülən sakinlərə aid tikinti sahəsinin inşası başa çatdığı müddət ərzində ödənilməli olan kirayə haqlarının məbləğləri (sökülən evin otaqlarının sayından asılı olaraq) nəzərə alınaraq İddiaçı1 aylıq 400 manat, İddiaçı2 isə aylıq 300 manat kirayə haqqı verilməklə, 2017-ci ilin aprel ayından 2019-cu ilin fevral ayınadək 22 ay x 400 manat = 8800 manat pul İddiaçı1, 2017-ci ilin fevral ayından 2019-cu ilin fevral ayınadək 24 ay x 300 manat = 7200 manat pul isə İddiaçı2 vurulmuş zərərin əvəzi kimi ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi v ə fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı Qərarında da oxşar mövqe tut ulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəla yiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır”. Göründüyü kimi, qanunvericinin mövqeyinə görə, mənəvi zərərin vurulmasını iddia edən tərəf, bunların hansı şəraitdə və cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsini, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında əlaqəni, cavabdehin bunda təqsirini (qəsdi və yaxud ehtiyatsızlığını) sübuta yetirməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçılara məxsus əmlakların qanuni əsas olmadan sökülməsi onlara mənəvi zərərin vurulmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunan mənəvi zərərin miqdarını adekvat və ədalətli hesab etməyən apellyasiya instansiyası məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, qətnamə mənəvi zərərin əvəzi ilə bağlı hissədə dəyişdir ilməli, İddiaçı1 dəymiş mənəvi zərərin əvəzi olaraq 5.000 manat, İddiaçı2 dəymiş mənəvi zərərin əvəzi olaraq 2.000 manat pul cavabdeh tikinti şirkətindən tutularaq iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 №-li Qərarına əsasən Bakı şəhəri Cavabdeh1nə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən, Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökül məsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binaları tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binaları tikilənədək bu binalardan köçürülən sakin lərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia tələbinin mənzilin dövlət reyestrində qeydə alınmış qanuni sahələrinə 30% əlavə edilərək qarşılıqlı iddia üzrə cavabdehlərin mənzil sahələri ilə təmin edilməsi, onlar yeni mənzil sahələri ilə təmin olunanadək Cavabdeh2 MMC tərəfindən xx.xx.2019-cu il tarixdən başlayaraq, İddiaçı1 aylıq 400 manat məbləğində, İddiaçı2 isə aylıq 300 manat məbləğində kirayə haqqı ödənilməsi hissəsi əsaslıdır. Bu, Nazirlər Kabinetinin müvafiq qərarının icrasından və Bakı şəhəri Cavab deh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən irəli gəlir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlər baxımndan əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh2 MMC-nin kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-7022/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar