Məhkəmə qərarları › İş №2(102)-4120/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4120/2023

21.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4120/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı müqavilənin və maliyyə arayışının etibarsızlığı, birgə nikah dövründə əldə edilmiş əmlakın üzərində payların müəyyən edilm əsi, mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(105)-672/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə 21 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) və Cavabdeh1 Əlisgəndər qızı 11 iyun 2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar.

2. Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)4264/2021 saylı qətnaməsi ilə nikah pozulmuşdur.

3. Sumqayıt şəhəri, Cavabdeh2 MTK (bundan sonra – MTK) tərəfindən inşa edilmiş, Niyazi küç, 13-cü mkr, 27A ünvanı, 1-ci Blok, 6-cı mərtəbəd ə yerləşən, ümumi sahəsi 104.79 kv/m olan 18 saylı mənzil (bundan sonra – mübahisəli mənzil) Cavabdeh1 Əlisgəndər qızına məxsusdur.

4. Cavabdeh1 Əlisgəndər qızı və MTK arasında 27 may 2021-ci il tarixli 018003 saylı müqavilə (bundan sonra – mübahisəli müqavilə) əsasında cavabdeh həmin mənzili anası Cavabdeh3 adına sənədləşdirmişdir. 5. 27 may 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 MTK-ya mübahisəli mənzilin dəyərini tam ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK ilə Cavabdeh3 arasında bağlanmış mübahisəli müqavilənin, həmin müqaviləyə dair maliyyə arayışının etibarsız hesab edilməsi, mübahisəli mənzilin 1/2 hissəsi üzərində onun payının tanınması və həmin məzildən isti fadəyə yaradılan məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, Cavabdeh1 Əlisgəndər qızı ilə birgə nikah dövründə xx.xx.2020-ci il tarixində mübahisəli mənzili müqavilə əsasında əldə etmiş və həmin mənzili təmir edərək orada yaşamağa başlamışlar. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 Əlisgəndər qızı onun xəbəri olmadan, birgə nikah dövründə əldə etdikləri mənzili xx.xx.2021-ci il tarixində vermiş olduğu notarial ərizə əsasında qanunsuz olaraq MTK tərəfindən onun anası Cavabdeh3 adına keçirmiş, mübahisəli müqavilə və maliyyə arayışı verilmişdir. Cavabdeh1 Əlisgəndər qızı qeyd olunan qanunsuz əməlləri ilə faktiki olaraq iddiaçının mülkiyyət hüququn u mənimsəmişlər. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən iddiaçı mübahisəli mənzilin yarısının sahibidir.

8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək göstərmişdir ki, sözügüdən mənzil birgə nikah dövründə cavabdehin anasının maddi dəstəyi ilə alınıb. Sonradan borclarını qaytarmaq üçün iddiaçı ilə cavabdeh mənzili satmaq qərarına gəlmişlər. Hazırki iddia tələbində qeyd olunanlar əsassızdır. İddiaçı mənzilin cavabdehin anasının adına keçməsinə razılıq vermişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

9. Cavabdeh qismində işə cəlb olunmuş MTK-nın nümayəndəsi X1 məhkəmədə iştirak edən zaman iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, Cavabdeh1 Əlisgəndər qızı MTK-ya rəsmi müraciət edərək xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "Payçı" kimi özünün adına olan mübahisəli mənzili anası Cavabdeh3 adına sənədləşdirilməsini xahiş etmişdir. Onlar həyat yoldaşının razılığının olub-olmadığını soruşduqda Cavabdeh1 Əlisgəndər qızı onun şəhərdə olmadığını və etiraz etmədiyini bildirdi. Cavabdehə izah olundu ki, gələcəkdə bu mənzil ilə hər-hansı bir problem ortaya çıxarsa məsuliyyəti tam olaraq o özü daşıyır. xx.xx.2021-ci il tarixdə 018003 saylı, xx.xx.2020-ci il tarixli müqavilə ilə cavabdehin müraciətinə əsasən MTK tərəfindən Cavabdeh3 adına sənədləşdirilmişdir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 avqust 2022-ci il tarixli, 2(060)-3890/2 022 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia təmin edilmişdir.

11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli evin tərəflərin birgə nikah zamanı əldə edilməsi sübuta yetirildiyindən, həmin əmlaklar tərəflərin ümumi birgə əmlakı hesab edilməli və ona tərəflərin bərabər paylarla pay hüquqları tanınmalıdır. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili iddiaçının razılığı əsasında cavabdehin anasının adına pay müqaviləsinin bağlanmasını qeyd etsə də, bu barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir.

12. Birinci instansiya məhkəməsi öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 324.1, 325.1, 337.1,337.2, 337.3, 337.4, 337.5,390.1, 390.3, 390.4, 404.1 və 404.2-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31, 32.1, 32.2. 2, 34.1, 36.1, 36.3, 36.4 və 37.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, cavabdeh kooperativdə olan payından imtina etmişdir. Bu imtina nikah dövründə olmuşdur. Payından imtinanı iddiaçının razılığı ilə etmişdir. Bundan başqa, məhkəmə iddia üzrə digər cavabdehin iştirakını təmin etməmiş və onun iddiaya münasibətini aydınlaşdırmamışdır, beləliklə çəkişmə prinsipini pozmuşdur. Həmçinin məhkəmə qətnamədə əqdi etibarsız hesab edərkən Mülki Məcəllədə müəyyənləşdirilən hansı şərtlərin pozulmasını göstərməmişdir.

15. Həmçinin C avabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti digər Cavabdeh1 şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-672/2023 nömrəli iş üzrə 31 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari (sədrlik edən və ya məruzəçi), A.A.Mahmudov və L.M.Məmmədova) cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, MTK ilə Cavabdeh3 arasında bağlanmış mübahisəli müqavilə və həmin müqaviləyə dair maliyyə arayışının etibarsız hesab edilməsi, mübahisəli mənzilin ½ hissəsi üzərində iddiaçının payının tanınması qət edilm işdir.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası keçirilmiş, Cavabdeh3 məlumatlandırılmadan, xəbərnamə əldə edilmədən, onun iştirakı olmadan iddia tələbinə baxaraq qətnamə qəbul edilmişdir. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir. İşdən göründüyü kimi mübahisəyə baxılarkən Cavabdeh3 iştirakı lazımı qaydada təmin edilməmişdir.

19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 225.1, 32.1, 37.1, 324.1, 324.5, 390.1, 390.4, 337.1-337.5-ci maddələrinə istinad etmiş və bununla da, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməli olduğu halda, tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Belə ki, işdən göründüyü kimi əqdin bağlanması zamanı Mülki Məcəllənin 222.3, 337.1-ci maddələrinin tələbləri pozulmuş, iddiaçının razılığı alınmamış və həmin əqdin tərəfi olan Lamiyənin anası Minayənin də bundan məlumatı olduğu halda, mübahisəli mənzilə dair mövcud müqaviləni bağlamışdır.

20. İddia tələbinin payların müəyyən edilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə birgə vəsaitləri hesa bına əldə etdiklərindən, Ailə Məcəlləsinin 36.3, 37.1. maddələrinin tələblərinə əsasən bölünməli və həmin mənzil üzərində əmlakdakı payların bərabərliy prinsipini rəhbər tutaraq hər birinin ½ pay hüququ müəyyən edilməlidir.

21. Məhkəmə kollegiyası iddia tələbinin təmin olunmayan hissəsinə gəldikdə isə hesab etmişdir ki, Mülki Məcəllənin 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qanunun mənasından göründüyü kimi bu iddia neqator iddia olmaqla, mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırılması haqqında tələbdir. Adətən belə maneələr mülkiyyətçinin öz əmlakından istifadə etmək səlahiyyətini pozur. Çünki əmlak onun sahibliyindən çıxmır və onu həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum etmir. Həmçinin o da nəzərə alınmalıdır ki, mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək imkanından məhrum edən hərəkət uzanan hüquq pozuntusu olduğundan bunun aradan qaldırılmadığı bütün müddət ərzində bu iddianı (neqator) qaldırmaq olar. Hazırkı iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra mənzillə bağlı hər hansı bir maneə yaradılacağı təqdirdə mövcud iddianı qaldırmaq hüququ istisna deyil.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 32.1, 37.1, 324.1, 324.5, 390.1, 390.4, 337.1-337.5-ci maddələrin ə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 382, 384.0.3, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinə,Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 34, 36.1, 36.3, 36.4, 37.1 və 37.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

23. Cavabdehlər (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin MTK ilə cavabdeh arasında bağlanmış müqavilə və həmin müqaviləyə dair maliyyə arayışı etibarsız hesab edilməsi və sözü gedən mənzilin ½ hissəsi üzərində iddiaçının payı tanınması hissəsində ləğv edilməsinə, iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmi şdir.

24. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 337.1ci maddəni tətbiq etsə də, düzgün tətbiq etməmişdir. Belə ki, Cavabdeh1 ilə Cavabdeh3 arasında heç bir müqavilə mövcud olmamışdır. Müqaviləiş üzrə digər Cavabdeh2 MTK ilə Cavabdeh3 arasında bağlanmışdır. Həmin müqavilə Cavabdeh2 MTK ümumi yığıncağının qərarı əsasında bağlanmışdır. Bu barədə Cavabdeh2 MTK-nın ümumi yığıncağının xx.xx.2021-ci il tarixli, 191 saylı qərarı mövcuddur və həmin qərardan çıxarış Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılarkən iş materiallarına (elektron məhkəmə sisteminə) əlavə edilmişdir (sıra nömrəsi 15). Belə ki, qeyd edilən ümumi yığıncağın qərarından çıxarışı birinci instansiya məhkəməsində Cavabdeh3 təqdim edə bilməmişdir. Təqdim edə bilməməyinin səbəbi isə Cavabdeh3 mə hkəmə iclasına çağırılmaması və iştiraknın təmin edilməməsi olmuşdur.

25. Həmçinin məhkəmə Mülki Məcəllənin 222.3-cü maddəsinini düzgün tətbiq etməmişdir. Belə ki, mübahisə predmeti müqavilənin etibarsızlığıdır. Burada iddiaçı kooperativ paya münasibətdə pay haqqını tələb edə bilərdi. Məhkəmə qeyd edilən maddəni düzgün tətbiq etməmişdir. Mübahisə predmeti olan əşyaya dair mülkiyyət hüququnun movcud olmaması qeyd edilən maddənin tətbiqinə imkan vermir.

26. Məhkəmə Mülki Məcəllənin 157.4-cü maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, qeyd edilən maddə mülkiyyət hüququna özündə əks etdirir. Lakin iş materialında mübahisə predmeti barədə mülkiyyət hüququnu təsdiq edən hər hansı sənədin (sübutun) mövcudluğu müəyyən edilməmişdir.

27. Bundan başqa, iş materialından da görünür ki, cavabdehlər tər əfindən məhkəmə təqdim edilən sübutu araşdırmamışdır və bu barədə qətnamədə mövqeyini bildirməmişdir. (MTK-nın ümumi yığıncağının 191 saylı qərarından çıxarış). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

30. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

31. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

32. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

33. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

34. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

35. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

36. Maddə

34. Ər-arvadın hər birinin mülkiyyəti 34.1. Nikaha dax il olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

37. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

38. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölü nməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

39. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.

40. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

41. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd ola raq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tə dqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq n ormalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 53.

42. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, əqdin bağlanması zamanı Mülki Məcəllənin 222.3, 337.1-ci maddələrinin tələbləri po zulmuş, iddiaçının razılığı alınmamış və həmin əqdin tərəfi olan Lamiyənin anası Minayənin də bundan məlumatı olduğu halda, mübahisəli mənzilə dair mövcud müqaviləni bağlamışdır.

54. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

55. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisəl əndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-672/2023 nömrəli mülki iş üzrə 31 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar