Məhkəmə qərarları › İş №2(102)-4123/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4123/2020

11.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4123/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Rnun, Cavabdeh2 və vəkili Vnın iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) xx.xx.2017-ci il tarixli, xxx nömrəli qətnaməsi i lə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh2 7000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq tutulsun) məbləğində pulun və 31 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Cəfərov, V.Baxışova, V.Həsənov) xx.xx.2018-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, xxx saylı qətnaməsinin İddiaçı apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Koll egiyasının (hakimlər İ.Dəmirov, A.İskəndərov, Ə.Əhmədov) xx.xx.2018-ci il tarixli xxx saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, xxx nömrəli qətnaməsinin ləğv edilib işin yenidən apelyasiya qaydasında baxılması üçün qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, X.Sarıyev, E.Şamayev) xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, xxx saylı qətnaməsinin apelyasiya baxışının predmeti olan hissədə qismən, yəni 6500 ABŞ dolları məbləğində pulun Cavabdeh1 İddiaçı xeyrinə tutulması barədə tələbi nin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, Cavabdeh1 6500 ABŞ dolları məbləğində pulun qətnamənin icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutularaq İddiaçı ödənilməsi, qətnamənin apelyasiya baxışının predmeti olan qalan hissədə, yəni İddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq 4050 ABŞ dolları məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə tələbin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanması, rayon məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnamənin 7000 ABŞ dolları məbləğində pulun (qətnamənin icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə hissəsinin hazırki apelyasiya baxışının predmeti olmamasının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, xxx saylı qətnaməsinin qismən-iddia tələbinin Cavabdeh2 aid təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin üç illik iddia müddəti buraxıldığından iddia müddəti tətbiq olunaraq həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada olmaqla ondan aldıqları 13500 ABŞ dolları əsas borcun, 4050 ABŞ dolları maddi ziyana görə təzminatın, 30 manat ödədiyi dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili R kasasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmənin yanaşması tam əsassızdır. Belə ki, işin hallarından da göründüyü kimi Cavabdeh2lə borc müqaviləsi bağlanan vaxt ona 7000 ABŞ dolları məbləğində pul vermiş və aralarınd a əldə edilmiş razılaşmaya əsasən o və onunla bu işdə əlbir olan və iddiaçının mənzil problemini həll etməyi öhdəsinə götürmüş, hazırda AR CM-nin 178-ci maddəsi ilə məhkum edilmiş digər Cavabdeh1 iddiaçını aldatmaqla inam və etibarından sui-istifadə etmişlər. Yəni həmin pul borc müqaviləsi bağlanılmaqla verilsə də, bu pul iddiaçının işlərinin həlli üçün verilmiş, həmin işlərin həllini cavabdehlər hər dəfə bir bəhanə gətirməklə uzatmış və sonda isə cavabdehlərdən Cavabdeh1 barəsində cinayət işi qaldırılmışdır. Qeyd edilən pulun 7000 ABŞ dollarının Cavabdeh2 və 6500 ABŞ dollarının isə Cavabdeh1 alınaraq iddiaçıya verilməsi barədə qanun qüvvəsini almış məhkəmə qərarı vardır. Lakin artıq bu məsələyə apelyasiya qaydasında baxılaraq qətnamə qəbul edilməsinə baxmayaraq məhkəmə Cavabdeh2 apelyasiy a şikayətini mümkün hesab etmiş və işdə iddia müddətinin buraxılmadığına dəlalət edən yetərincə məhkəmə aktlarının, hökmlərinin və iddiaçının cavabdehlərə vermiş olduğu pullarla bağlı uzun müddət müxtəlif instansiyalarda araşdırmaların aparılmasına baxmayaraq məhkəmə tərəfindən iddia müddətinin ötürülməsi qənaətinə gəlməklə məhkəmə qətnaməsini Cavabdeh2 pul tələbinə dair hissədə ləğv etmiş və iddia tələbimi rədd etmişdir. Məhkəmə qəbul etdiyi qətnamə ilə iddiaçının hüquqlarına təminat verməmiş, maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən o iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsinin Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməsi hissəsində ləğv etməklə Cavabdeh2 7000 ABŞ d olları məbləğində pulun onun nəfinə tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili R kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və vəkili V kasasiya şikayətin etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, mülki iş materiallarına əlavə edilmiş xx.xx.2010-cu il tarixli kredit (borc) müqaviləsindən görünür ki, İddiaçı 3 ay müddətinə 7.000 ABŞ dolları məbləğində pulu Cavabdeh2 borc vermişdir. Cavabdeh2 7000 ABŞ dolları məbləğində pulu İddiaçı borc pul aldığını və həmin pul məbləğini qaytarmağı öz öhdəsinə götürmüşdür. Göründüyü kimi, tərəflər arasında bağlanmış həmin müqavilənin müddəti xx.xx.2010cu il tarixdə bitir. Belə olan halda məlum olur ki, iddiaçı x x.xx.2013-cü il tarixədək hazırkı iddia tələbi ilə Cavabdeh2 qarşı məhkəməyə müraciət etməli idi. Mülki iş materiallarında olan “daxil olma” ştampından görünür ki, iddiaçı hazırkı iddia ilə xx.xx.2017-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Bununla da müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia müddəti ötürülməklə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2–ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin k eçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh R.Musatafayev tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-in 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-mü əyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə, apelyasiya kollegiyası hesab etmişdir ki, Cavabdeh2 münasibətdə üç illik iddia müddəti buraxıldığından iddia müddəti tətbiq olunaraq, iddia tələbi təmin edilməməlidir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı kasasiya şikayətində qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda apelyasiya kollegiyasının Cavabdeh2 apelyasiya şikayətini mümkün hesab etməsinin qanunsuz olmasına i stinad etsə də, apelyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, Bakı Apelyasiya Məhkəməsi xxx saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsində mübahisələndirilən xx.xx.2017-ci il tarixli qətnamənin 7000 ABŞ dolları məbləğində pulun cavabdeh Ydən tutularaq iddiaçıya ödənilməsi hissəsinin apelyasiya baxışının predmeti olmamasını xüsusilə göstərmişdir. Bu hal Cavabdeh2 birinci instansiya məhkəməsini özünə aid hissədə mübahisələndirə bilməsinə imkan verir. Bundan əlavə, kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar