Məhkəmə qərarları › İş №2(102)-4124/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4124/2020

06.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4124/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Hüseynov Orxan Mehdixan oğlunun iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1256/2020 saylı, 21 yanvar 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəh əri Binəqədi Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(001)1312/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim S.R.Səlimova) iddia qismən təmin edilərək, cavabdeh X2 qaz sərfiyyatına görə 227 manat, dövlət rüsumuna görə 15 manat olmaqla cəmi 242 manat pulun tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilən ekspertiza tədqiqatlarının dəyərinin tərəflər arasında bərabər bölünərək 102 manat pulun cavabdehdən, 102 manat pulun İddiaçındən tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1256/2020 saylı, 21 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və V.N.Sadıqov) İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsin in 13 noyabr 2019-cu il tarixli 2(001)- 1312/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh X4 qarşı təbii qazdan qanunsuz istifadəyə görə vurulmuş zərərin əvəzi kimi 5.788,7 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla 30.08.2017-ci il tarixli, 4402 nömrəli müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 hesab nömrəsi verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********89 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh X4 məxsus fərdi yaşayış evində istifadə edilmiş 4.699,1 manat əvvəlki borcu 3E proqramına keçirilmişdir. 3E proqramı istehlakçının mənzilində smartkart tipli qaz sayğacı quraşdırıldıqdan sonra xüsusi kart vasitəsi ilə istehlakçı öncədən ödənişlər aparır və təbii qazdan fasiləsiz istifadə edir. Əgər smartkart sayğacdan əvvələ quraşdırılmış mexaniki qaz sayğacından istifadə nəticəsində debitor borc qalırsa həmin borc məbləği xüsusi karta keçirilir və hər dəfə karta pul məbləği yüklənərkən 30% debitor borca (borc qurtaranadək) 70% təbii qazdan istifadə üçün yüklənir. X1 İddiaçı İB tərəfindən edilən güzəştdən səmərəli istifadə etməmiş, mənzilindən qaz sayğacı İddiaçı İB-nin əməkdaşları tərəfindən çıxarıldıqdan sonra qeyri-qanuni təbii qazdan istifadə etməyə başlamışdır. Belə ki, cavabdeh X5 06.04.2017-ci il tarixli ******* saylı akt əsasında 388,8 manat, 01.11.2017-ci il tarixli ******* saylı akt əsasında 388,8 manat, 14.12.2017-ci il tarixli ******* saylı akt əsasında 268,2 manat, 18.01.2018-ci il tarixli ******* saylı akt əsasında 554,8 manat, 09.02.2018-ci il tarixli ******* saylı akt əsasında 137,4 manat, 27.03.2018-ci il tarixli ******* saylı akt əsasında 336,6 manat, 17.04.2018-ci il tarixli ******* saylı akt əsasında 141 manat, 29.05.2018-ci il tarixli ******* saylı akt əsasında 64,8 manat, 25.07.2018-ci il tarixli 230,4 manat, 31.08.2018-ci il tarixli ******* saylı akt əsasında 115,2 manat və 28.09.2018ci il tarixli ******* saylı akt əsasında 201,6 manat cəmi 2827,6 manat 3E proqramına keçirilən borcdan xaric İddiaçı İB-yə ziyan vurmuşdur. Cavabdeh X5 Qaz paylayıcısı il ə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Hal-hazırda X5 təbii qazdan istifadə qaydalarını pozduğuna görə 5.788,7 manat 3E proqramına keçən borcla, debitor borcu qalmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı Qazdan istifadə Qaydalarının tələblərinə əməl etməlidir. Ona görə də cavabdeh X2 5.788,7 manat vurulmuş zərərin əvəzi, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 5.818,7 manat pulun İddiaçı İB-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnaməd ən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Əbilov Elməddin Nazim oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnamə si qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkili Hüseynov Orxan Mehdixan oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh X5 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili Hüseynov Orxan Mehdixan oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansi yası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə istehlakçı X5 arasında bağlanmış 30.08.2017-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən müəyyən olur ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı əməkdaşları tərəfindən 06.04.2017-ci il tarixdən 28.09.2018-ci il tarixədək Natəvan Təhməzovanın barəsində təb ii qazdan qeyri-qanuni istifadəyə görə üst-üstə 11 akt tərtib olunmuş, həmin aktlar əsasında ona cəmi 2.827,6 manat borc hesablanmışdır. İş materiallarından görünür ki, yuxarıda sadalanan aktların heç biri cavabdeh X5 tərəfindən imzalanmamış, abonentin imzası qrafasında “imza etməkdən imtina etdi” sözləri yazılmışdır. Natəvan Təhməzova məhkəmə iclasında bildirmişdir ki, həmin aktlardan onun məlumatı yoxdur, aktların heç birinin surəti ona verilməmişdir. Aktlarda qeyd olunan həcmdə təbii qazdan istifadə edə bilməzdi. Çünki, onun oğlu həbs olunduğuna görə 2014cü ilin may ayından o, anasının evində yaşayır. İş materiallarında olan İddiaçıİstehsalat Birliyi tərəfindən məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, X3 tərtib olunan aktlar üzrə tələb olunan qaz sərfiyyatına gör ə borcu 5.788,7 manat təşkil edir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, X5 2014-cü ilin yanvar ayında 10 manat dəyərində, fevral ayında 35 manat dəyərində, mart ayında 30 manat dəyərində, aprel ayında 13 manat dəyərində təbii qazdan istifadə etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.04.2019-cu il tarixli, 6651 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 158 saylı fərdi yaşayış evində İddiaçınə məxsus 76 mm-lik polad qaz borusuna sayğacdan kənar (əlavə) qoşulma halı müəyyən edilmişdir. Mülki iş materiallarında olan aktlara əsasən fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinə qoşulu olmuş qaz işlədicilərin PQ-4, həcmli su qızdırıcısı və radiator sobasın ın olduğu müəyyən edilir. Həmin qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi uyğun olaraq 1,2 m3 /saat, 1,5 m3 /saat və 0,33 m3/saat təşkil edir. Qaz işlədicilərinin iş rejimi (işləmə müddətləri) barədə rəsmi məlumatlar Mərkəzə təqdim olunmadığına görə, İddiaçınə dəymiş ziyanın müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparmaq mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.10.2019-cu il tarixli, 23082 saylı rəyindən müəyyən olunur ki, mülki iş materiallarında olan məlumatlara əsasən hesablama zamanı əldə olunmuş rəqəmlərə görə, borunun en kəsiyinin sahəsi 0,000314 m², qazın axma sürəti 0,546 m/san olduqda, paylayıcı qaz xəttinə birləşdirilmiş dəmir borudan 1 saat ərzində axan qazın miqdarı 0,617 m3 /saat (Q=s V3600=0.000314x0.546x3600=0.617 ) təşkil edir. Hesabat fasiləsiz olaraq qazın verilməsi rejimi üçün aparılmışdır. İş materiallarında Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 158 saylı fərdi yaşayış evində sayğacdan kənar təbii qazdan istifadə edilmə dövrü, eləcə də həmin ünvanda istifadə olunan qaz avadanlıqlarının gündəlik istifadə müddətləri barədə məlumatlar olmadığına görə qaz xəttinə qeyri-qanuni qoşulma nəticəsində İddiaçınə vurulmuş ziyanı müəyyən etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, 2017-ci ilin aprel ayından etibarən İddiaçı əməkdaşları tərəfindən abonent X3 adına təbii qazdan istifadə qaydalarının pozulması barədə üst-üstə 11 akt tərtib olunmuş, həmin aktlar üzrə cəmi 5.788,7 manat məbləğində ziyan hesablanmışdır. Aktların heç biri abonent tərəfindən imzalanmamışdır. Aktlardan görünür ki, iddiaçı qazın dəyərini istehlakçıdan qaz sayğacının göstəricisinə uyğun olaraq tələb etmək hüququna malik olduğundan, iddiaçının əməkdaşları cavabdehin istifadəsində olan qaz sayğacını çıxardıqdan sonra yenisi ilə əvəz etməməklə cavabdehin qaz xəttinə qoşulması üçün qəsdən şərait yaratdıqlarından, iddiaçı cavabdehin istifadə etdiyi qazın dəyərini müəyyən edəcək əsaslı sübutlarını məhkəməyə təqdim etməmiş, eyni zamanda məhkəmə iclasında iddiaçı tərəf qanunsuz qoşulma halları aşkar edildikdə qazın verilməsinin dayandırılmamasını, bu barədə abonentin barəsində 2017-ci ilin aprel ayından etibarən 11 ədəd akt tərtib olunsa da, zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət olunmamasını əsaslandıra bilməmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəf iddianın tam təmin olunması üçün məhkəməyə kifayət qədər tutarlı sübutlar təqdim etmədiyinə görə birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlamaq hüququna malikdir. -21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyə tlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. -13-cü maddəsinin 9-cu hissəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfində n qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apelyasiya şikayətində göstərilənlər qanuni və əsaslı məhkəm ə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kass asiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1256/2020 saylı, 21 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar