Məhkəmə qərarları › İş №2(102)-4124/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4124/2023

31.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4124/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X10 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3247/2023 nömrəli, 26 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxar aq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-156/2011 nömrəli iş üzrə xx.xx.2011-ci il tarixli hökmünə əsasən, X3 xx.xx.2010-cu il tarixdə saat 12 radələrində idarə etdiyi “Hyundai HD-120” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Ələt-Astara-İran sərhədi avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən 94-cü kilometrliyində “Yol hərəkəti haqqında” AR Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 2-ci hissəsinin 4-cü bəndinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bu tələblərə riayət etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda almamış, yaşayış məntəqəsindən kənarda avtomobili 90 km/saat sürətdən yüksək sürətlə idarə edən zaman 100 metr irəlidə sağ yol çiynindən naməlum “Qazel” markalı avtomobil çıxaraq Bakı istiqamətində hərəkət etdiyini görüb tormoz etmiş, avtomobil tormozda düzünə, daha sonra sola hərəkət edib yolun əks hərəkət zolağına çıxaraq qabaq sol hissəsi qarşıdan əks istiqamətdə Astara rayonu istiqamətində hərəkətdə olan X5 idarə etdiyi “Ford D EDL” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobildə olmuş sərnişinlər X6 qarın boşluğundan qapalı küt travması nəticəsində qara ciyərin yumşaq toxumasını əzib-dağılmasından baş verən kəskin daxili qanitirmə, sol tərəfli bazu və körpücük sümüyünün qapalı sınığı, sol aş nahiyyəsindən və çiyin qurşağında cərrahi tikişə ehtiyacı olan yaralar, üz ün sol yarısının və sol əlin arxasında olan sıyrıqlarından ibarət, 2002-ci il təvəllüdlü X11 açıq kəllə beyin travması, sol tərəfli kəllə qapağı kəllə əsası sümüyünün açıq qəlpəli sınığından ibarət, 2001-ci il təvəllüdlü X7 açıq kəllə beyin travması, sol tərəfli kəllə qapağı və əsası sümüklərinin açıq mürəkkəb sınığı, sol beyin yarımkürəsinin əzilib dağılması, sol tərəfli çənə və əng sümüyünün açıq qəlpəli sınığından ibarət həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirildiyindən hadisə yerində ölmüşlər.

2. Hökmdən görünür ki, X1 ölümü ilə əlaqədar zərərçəkmiş şəxsin hüquqi varisi qismində X8 tanınmış və o, məhkəmə iclasında təqsirləndirilən şəxs X2 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir.

3. Hadisə zamanı X3 Cavabdeh M MC-yə məxsus “Hyundai HD-120” markalı **AD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və orada sürücü işləmişdir.

4. Qəza nəticəsində həlak olan X6 iddiaçının anasıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənəvi zərərə görə 500000 manat məbləğdə pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh MMC-nin işçisinin qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkəti ilə baş vermiş hadisə nəticəsində ona övlad kimi mənəvi zərər dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində anasının faciəli şəkildə ölməsindən sonra mərhum anasının xəsarətli cəsədi gözünün önündə canlanır. Bu isə ona mənəvi iztir ab və sarsıntı keçirməsinə səbəb olur. Məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən onun keçirdiyi mənəvi iztirabların ağırlığını, zərərin baş verməsinə səbəb olan hadisənin ağırlığını, yəni ölümlə nəticələnməsini, cavabdehin hüquqi şəxs olmasını, hüquqi şəxsin maddi durumunun kifayət qədər olmasını və bu mənəvi iztirabı ömür boyu çəkəcəyini nəzərə almalıdır.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh Koroğlu” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X12 iddianı etiraf etməyərək, iddia tələbinə etiraz edərək bildirdi ki, iddia qanunsuz, əsassız olduğuna görə iddianı qəbul etmir. Belə ki, X3 30 aprel 2010-cu il tarixdə saat 12 radələrində idarə etdiyi “Hyundai HD-120” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən ƏLətAstara-İran sərhədi avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən 94-cü kilometrliyində ”Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 2-ci hissəsinin 4-cü bəndinin tələblərini pozaraq yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bu tələblərə riayət etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, almamış yaşayış məntəqəsindən kənarda avtomobili 90 km saat sürətdən yüksək sürətlə idarə edən zaman 100 metr irəlidə sağ yol çiynindən naməlum Qazel markalı avtomobil çıxaraq, bakı istiqamətində hərəkət etdiyini görüb tormoz etmiş, avtomobil tormozda düzünə, daha sonra sola hərəkət edib yolun əks hərəkət zolağın a çıxaraq qabaq sol hissəsi qarşıdan əks istiqamətdə Astara rayonu istiqamətində hərəkətdə olan X5 idarə etdiyi “Ford DEDL” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmuş sərnişinlər X6 qarın boşluğundan qapalı küt travması nəticəsində qara ciyərini yumşaq toxumasını əzibdağılmasından baş verən kəskin daxili qanitirmə, sol tərəfli bazu və körpücük sümüyünün qapalı sınığı, sol aş nahiyyəsindən və çiyin qurşağında cərrahi tikişə ehtiyacı olan yaralar, üzüb sol yarısının və sol əlin arxasında olan sıyrıqlarından ibarət, 2002-ci il təvəllüdlü X11 açıq kəllə beyin travması, sol tərəfli kəllə qapağı kəllə əsası sümüyünün açıq qəlpəli sınığından ibarət, 2001-ci il təvəllüdlü X7 açıq kəllə beyin travması, sol tərəfli kəllə qapağı və əsası sümüklərinin açıq mürəkkəb sınığı, sol beyin yarımkürəsinin əzilib dağılması, sol tərəfli çənə və əng sümüyünün açıq qəlpəli sınığından ibarət həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirildidindən hadisə yerində ölmüşlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2011-ci il tarixli 1(101)156 saylı hökmünə əsasən X3 Azərbaycan R3espublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin yol-nəqliyyat hadisəsi zamanı həlak olmuş mərhum X1 oğlu X8 zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır. Qeyd olunan yol-nəqliyyat hadisəsi zamanı bütün zərərçəkmiş şəxslərə maddi yardımlar göstərilmiş, ilkin tibbi yardım xərcləri də daxil olmaqla, bütün xəstəxana xərcləri, dəfn və yas mərasimlərinin keçirilməsi ilə bağlı xərclər, eyni zamanda digər növ təzminatlar tam olaraq ödənilmişdir. Hazırkı iddia üzrə iddiaçının anası X1 ölümü ilə əlaqədar oğlu X8 zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanındığından, bütün təzminatlar, iddiaçının qardaşına ödənilmişdir. Bundan sonra, zərərçəkmiş şəxsin hüquqi varisi X8 həm istintaq zamanı, həm də məhkəmə zamanı təqsirləndirilən şəxs X2 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İddiaçı isə hadisənin baş verməsindən 12 il sonra, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan müddət ərzində isə, hər hansı orqana cavabdeh hüquqi şəxsə müraciıt edilməmişdir. İddiaçı isə övlad olaraq göstərilmiş maddi yardım və təzminatdan ona çatası payın özünə çatmadığını iddia edirsə, bununla bağlı qardaşı X18 oöluna qarşı iddi tələbinin irəli sürməli olması daha ədalətli və məqsəduyğun hesab edilə bilər. Buna görə də, iddia əsassız olduğundan təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edib.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-648/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Səmədov) iddia qismən təmin edilmiş, cavabdehdən 3.000 manat məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh təşkilatın işçisinin ehtiyatsızlıqdan törətdiyi cinayət əməli nəticəsində iddiaçı anasını itirməklə məlum hadisədən mənəvi sarsıntı keçirmişdir. Cavabdeh MMC cavabdeh şəxs kimi öz işçisinin əmək vəzifələrinin icrası zamanı vurduğu zərərin əvəzini ödəməyə borcludur. Belə ki, mülki qanunvericiliyə əsasən Cavabdeh MMC öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İddiaçının mənəvi zərərin əvəzi kimi tələb etdiyi 500000 (beş yüz min) manat pul ağlabatan və ədalətli olmadığına görə həmin məbləğ 3000 (üç min) manat miqdarında müəyyən edilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23 və 1099.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, iddianın təmin olunmayan hissədə ləğv edilib, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etm işdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1345/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), İ.Kərimli və A.Tanrıverdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi mənəvi zərərin əvəzinin tutulması hissədə dəyişdirilmiş, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 15000 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, rayon məhkəməsi tərəfindən mənəvi zərərə görə müəyyən olunmuş məbləğ mütənasib olmamaqla, həm də oxşar işlər üzrə məhkəmə təcrübəsinə də uyğun olmamışdır. Bu səbəbdən, işin xüsusi halları baxımından mənəvi zərərin əvəzi olaraq 15000 (on beş min) manat pulun tutulması ədalətli və ağlabatandır.

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 23 və1099.1-ci, Mülki Prosessual Məcəllənin 82.4-cü, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. c) Kassasiya in stansiyası məhkəməsində birinci icraat

15. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmıəşdır ki, işə baxan məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının pozulması ilə çıxardığı qətnaməsində göstərdiyi hüquqi mövqeyini əsaslandırmamış, ağlabatan məbləği necə müəyyən etdiyini göstərməmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi zamanı bütün zərərçəkmiş şəxslərə maddi yardımlar göstərilmiş, ilkin tibbi yardım xərcləri də daxil olmaqla bütün xəstəxana xərcləri, dəfn, yas mərasimlərinin keçirilməsi ilə əlaqədar xərclər və eyni zamanda digər bütün növ təzminatlar ödənilmişdir. O cümlədən iş üzrə iddiaçı anasının həlak olması ilə əlaqədar zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmış, onun qardaşı X4 bütün növ təzminatlar ödənilmişdir. Bundan başqa, Cavabdeh MMC-nin rəhbərliyi başda olmaqla kollektiv yas mərasimində iştirak etmiş və bu səpkidə olan bütün xərclər də cəmiyyət tərəfindən ödənilmişdir. Daha sonra, həmin hadisə ilə əlaqədar cinayət işinin istintaqı və məhkəmə baxışı zamanı X8 zərərçəkmiş şəxsin hüquqi varisi kimi həmin iş üzrə təqsirləndirilən şəxs X2 qarşı heç bir iddia və tələbinin olmadığını yazılı olaraq bildirmişdir. İddiaçı-yol nəqliyyat hadisəsinin baş verməsindən 10 ildən çox müddət keçdikdən sonra Cavabdeh MMC-yə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının sözügedən iddia ərizəsində qeyd olunan məbləği mənəvi ziyan adı altında tələb e tməsi üçün heç bir əsası yoxdur. Onun mənəvi zərər adı altında tələb etdiyi böyük məbləğdə vəsait pozulmuş hüquqlarının bərpasına yox, iddiaçının maddi cəhətdən zənginləşməsinə xidmət edən tələbdir. Yəni, iddiaçının məqsədi Cavabdeh MMC-nin adından və mövqeyindən istifadə edərək əsassız varlanmaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 1099cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür. Lakin nə birinci instansiya, nə də apellyasiya instansiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyi baxımından məsələyə düzgün qiymət verməmişlər. Çünki, hadisə zamanı işçinin əmək funskiyalarından irəli gələn öhdəliyini icra etməsi zamanı hadisənin baş verməsi halı müəyyən edilməmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi) X24 və X13) 2(102)-388/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qərarı ilə Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1345/20 22 nömrəli, 31 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdır.

18. Ali Məhkəmə həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, zərərin həcminin müəyyənləşdirilməsinə təsir edən, bu Qərarın 26-33-cü bəndlərində şərh edilən hallar həmin məhkəmə tərəfindən işin faktiki halları ilə birlikdə dəyərləndirilməmişdir. Bundan əlavə, iddiaçı mənəvi zərərə görə 500000 manat pul tələb etsə də, həmin məbləği şərtləndirən halları ərizəsində əsaslandırmamışdır. Digər tərəfdən, məhkəmələr müəyyən etmişlər ki, zərərçəkənin ölümünə ehtiyatsızlıqla törədilmiş cinayət səbəb olmuşdur. Analoji cinayət hadisələrinə tez-tez rast gəlinməsi isə həmin işlər üzrə zərərçəkənlərə ortalama 15000 ma nat mənəvi zərərin ödənilməsi təcrübəsinin ağlabatanlığını sual altında qoyur. Çünki, belə bir nəticə mənəvi zərərin məbləğini şərtləndirən hallara, eyni zamanda ölkə üzrə ümumi statistik yaşam səviyyəsinə uyğun gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olan prosessual hüquq normalarının bir sıra digər pozuntularına da yol verilmişdir. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə səthi araşdırma aparmışdır. Məhkəmənin qətnamədə istinad etdiyi kimi, “iddiaçının Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli müraciətində qeyd etdiyi məhkəmə aktları” isə çap variantında işə əlavə olunmamış, EMİS-ə də yüklənməmişdir. Məhkəmənin öz aktının faktiki əsası kimi qeyd etdiyi, işin 95-96-c ı vərəqlərində olan həmin müraciət iki vərəqdən ibarət olmaqla, sadəcə məhkəmə aktlarına dair məlumatların sadalanmasından ibarətdir. Bu kontekstdə, apellyasiya instansiyası məhkəməsinin həmin məhkəmə aktlarının hər birini ayrılıqda mənəvi zərərin məbləğini şərtləndirən hallar baxımından təhlil və hazırkı işlə müqayisə etməsi baş vermədiyi kimi, iş materialları və qətnamənin mətni məhkəmə kollegiyasında apellyasiya instansiyası məhkəməsinin sözügedən məhkəmə aktları ilə tanış olması barədə əminlik təlqin etmir. Apellyasiya instansiyası məhkəməsinin hər bir cəhətdən fərdilik ifadə edən iddia tələbini ortalama məbləğ çıxarma yolu ilə ümumiləşdirici formada həll etməyə çalışması da doğru olmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərə də konkret münasibət bildirməmiş, hansı dəlillərlə razılaşdığına, hansılarla razılaşmadığına dair öz aktında hüquqi qiymət verməmiş və əsaslandırmamışdır. Lakin bu Qərarın yuxarıda müvafiq bəndlərində mətnləri verilən MPM-in normaları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmə Plenumunun qərarları ilə tələb (şərh, izah) olunmuşdur ki, yuxarı instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə mütləq qaydada hüquqi qiymət verməlidirlər.

19. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi) V.Baxışova və E.Kazımov) 2(103)-3247/2023 nömrəli, 26 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi mənəvi zərərin məbləğinə aid hissədə dəyişdirilmiş, mənəvi zərərin əvəzi kimi 10000 (on min) manat Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması qət edilmiş, qətnamə qalan mübah isələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlə əmək münasibətində olan, cavabdeh təşkilatın sürücüsü Müzəffər Əliyev xx.xx.2010-cu ildə idarə etdiyi “Hyundai HD-120” markalı 85- AD-310 dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçının anası Mətanət Əzimzadə hadisə yerində ölmüşdür. Törətdiyi əmələ görə Müzəffər Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə məhkum edilmişdir. Anasının ölümü iddiaçıda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirmişdir. Məhkəmə Mülki Məcəllənin 21 və 23-cü maddələrinin göstərişinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Pl enumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında verilən izahlara əsaslanaraq hesab edir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. O cümlədən Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub ki, Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. İddiaçıya vurulmuş mənəvi zərərin əvəzini cavabdeh ödəməlidir. Belə ki, hadisənin baş verməsində cavabdehin işçisinin təqsirkar olduğu məhkəmə hökmü ilə müəyyən edilib. Mülki Məcəllənin 1099.1-ci maddəsinə görə, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İddiaçının anası ölümünə görə iddiaçıya ödəniləcək təzminatın məbləği 10.000 manat müəyyən edilməlidir. Bu məbləğ mütənasiblik və ədalətlilik meyarlarına uyğundur. Cavabdehin maliyyə imkanları həmin məbləğdə təzminat ödəməyə imkan verir. Beləliklə, qətnamə mənəvi zərərin məbləğinə aid hissədə dəyişdirilməli, mənəvi zərərin əvəzi kimi ödəniləcək məbləğ 10000 manat müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndə rilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası hazırkı maddi hüquq normalarına istinad etsə də, bu normalara istinadını əsaslandırmamışdır. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, z ərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ail ə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə m üəyyən olunmalıdır. Qətnamədən də göründüyü kimi, məhkəmə işin hallarını tam hüquqlu məhkəmə kimi araşdırmamış, yalnız birinci instansiya məhkəməsinin formal mövqeyini qətnaməyə olduğu kimi köçürmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:

24. İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

26. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;

27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;

28. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir;

29. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı: 30. “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüqu qu, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhk əməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı: 31. “Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli-nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir.

32. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir;

35. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir;

36. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sü butlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

37. Maddə 217.1 və 217.3. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 417.1 və 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mate riallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3247/2023 nömrəli mülki iş üzrə 26 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar