Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4125/2021 03.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(105)204/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)-189/202 0 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 Quba rayonunun ünvan 1 yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin X1 dair 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi üzrə X2 adına Azərbaycan Respublikası DƏDRX-dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, 18.03.2019-cu il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, 05.02.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 2ndə yerləşən 0,03997 ha torpaq sahəsindən, hüquqların dövlət qeydiyyatı ha qqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, 27.02.2013-cü il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 2 ərazisində 0,05 ha həyətyanı torpaq sahəsinə 1/2 hissədə Cavabdeh1 və 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi, Quba rayonunun ünvan 1 yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində tikilmiş yaşayış evinə İddiaçı azyaşlı uşaqları ilə birlikdə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(105)-204/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən, qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər X4 və X5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmuş, Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)-189/2020 nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, 05.02.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 3 kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsi tərəflərin hər birinin payı ½ hissədə olmaqla naturada bölünərək ayrılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(105)204/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(102)-4125/2021 nömrəli qərardadı ilə kassasiya şikayəti icraat a qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuş məktubda, Sumqayıt Apellyasiya Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(105)-204/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İşin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(102)-4125/2021 nömrəli qərardadı ləğ v edilsin. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4125/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4125/2021
03.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver