Məhkəmə qərarları › İş №2(105)-204/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-204/2021

01.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-204/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesb edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi, daşınmaz əmlakda payların müəyyən edilməsi və evə köçürülmə tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-189/2020 saylı qətnaməsindən Cavabdeh1, qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər X21 və X22 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-189/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini X1 dair xx xxxxxx 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi üzrə X12 adına Azərbaycan Respublikası DƏDRX-dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha torpaq sahəsindən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsinə 1/2 hissədə Cavabdeh1 və 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində tikilmiş yaşayış evinə İddiaçı azyaşlı uşaqları ilə birlikdə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim İ.Məmmədov) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Qətnamədən işə cəlb edilməyən, lakin qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X21 apelyasiya şikayəti verərək, qətnamənin Cavabdeh1 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini X1 dair xx xxxxxx 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi üzrə X12 adına Azərbaycan Respublikası DƏDRX-dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv olunmasını, həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Qətnamədən hüquq və vəzifələrinə toxunan digər şəxs X22 apelyasiya şikayəti verərək, qətnamənin Cavabdeh1 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini X1 dair xx xxxxxx 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi üzrə X12 adına Azərbaycan Respublikası DƏDRX-dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsinə 1/2 hissədə Cavabdeh1 və 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində tikilmiş yaşayış evinə İddiaçı azyaşlı uşaqları ilə birlikdə köçürülməsi hissələrində ləğv olunmasını, iddianın bu hissədə rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini X1 dair xx xxxxxx 2019cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin alqısatqı müqaviləsi üzrə X12 adına DƏDRX-dən verilmiş hüquqlann dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri, hüquqlann dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsindən, hüquqlann dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxanşa əsasən Quba rayonu, Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsi, birgə nikah dövründə Cavabdeh1 «xxxx» ASC ilə bağladığı xx.xx.2011-ci il tarixli, 292-L/ll və xx.xx.2012-ci il tarixli, 783-L/12 nömrəli lizinq müqavilələrinə əsasən əldə edilmiş 1 ədəd MTZ-82 markalı traktor, 1 ədəd TRC-2000 markalı çiləyici və 1 ədəd AGHDR-210 markalı bağarası frezin dəyərinin müəyyən edilərək yarısının, yəni ona düşən 1/2 payının pulla dəyərinin müəyyən edilib ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha girmişlər və birgə nikahdan onların iki övladı-xx.xx.2013-cü ildə İbrahim və xx.xx.2016-cı ildə Nərmin adlı uşaqlar doğulmuşdur. Cavabdehlə münasibətləri pisləşdiyindən nikahın pozulması üçün ərizə ilə məhkəməyə müraciət etmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-348/2019 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş, nikah pozularkən birgə nikahdan doğulmuş X26 və X27 onun yanında saxlanılmış, xx.xx.2013-cü il tarixdə doğulmuş X26 və xx.xx.2016-cı il tarixdə doğulmuş X16 yetkinlik yaşma çatanadək saxlanması üçün hər uşağa görə ayda 120 manat olmaqla, Cavabdeh1 hər ay cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh1la birgə nikah dövründə Quba rayonu, Vladimirovka kəndində 0,03997 ha digər təyinatlı torpaq sahəsi (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış), Quba şəhəri, Dəvədabanı yaşayış massivində 0,05 ha həyətyanı torpaq sahəsi (hüquqların dövlət qeydiyyatı haqqında daşmmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarış) və Quba rayonu, Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsi (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarış) əldə etmişlər. Bundan başqa, Cavabdeh1 ilə birgə nikah dövründə onun adına «xxxx» ASC ilə bağladığı xx.xx.2011-ci il tarixli, 292-L/11 və xx.xx.2012- ci il tarixli, 783-L/12 nömrəli lizinq müqavilələrinə əsasən 1 ədəd MTZ-82 markalı traktor, 1 ədəd TRC-2000 markalı çiləyici və 1 ədəd AGHDR-210 markalı bağarası frezi lizinq yolu ilə əldə etmişlər. Qeyd olunan torpaq sahələri onların birgə istifadəsində olmuşdur. Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri Quba rayonu, Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini xx.xx.2013-cü il tarixli, AN-İ ******* saylı alqısatqı müqaviləsinə əsasən X3. Həmin pula Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini əldə etmişlər və həmin həyətyanı torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi tikmişlər. Cavabdeh1 ona, evi təmir etmək üçün kreditə pul götürmək istədiyini, lakin adına kredit olduğu üçün yeni kredit ala bilmədiyini, bu səbəbdən də Quba rayonu, Timiryazev kəndində yerləşən həyətyanı torpaq sahəsini və yaşayış evini, eləcə də, Quba rayonu, Vladimirovka kəndində yerləşən digər təyinatlı torpaq sahəsini formal olaraq qardaşına bağışlamaq fikrində olduğunu bildirərək, onu da evi və həyətyanı torpaq sahəsini, eləcə də, digər təyinatlı torpaq sahəsini bağışlamasına razılıq ərizəsi verməyə razı salmış, bağışlama baş tutduqdan 3 gün sonra cavabdeh onu döyərək evdən qovmuşdur. O, həmin vaxtdan hal-hazıradək uşaqları ilə birlikdə məcbur olub anasıın yanında yaşayır və birgə nikah dövründə inşa etdikləri öz evinə köçə bilmir. O, Cavabdeh2ndə əri Cavabdeh1 məxsus olan birgə nikah dövründə əldə etdikləri Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha torpaq sahəsinin bağışlanmasına dair xx.xx.2018-ci il tarixli, 8İ-5503 reyestr nömrəli razılıq ərizəsi və Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin bağışlanmasına dair xx.xx.2018-ci il tarixli, 8İ-5504 reyestr nömrəli razılıq ərizəsi vermişdir. Həyat yoldaşı onu evdən qovduqdan sonar, aldadıldığını anlamış və Cavabdeh2nə ərizə ilə müraciət edərək, Cavabdeh2ndə əri Cavabdeh1 məxsus olan Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha torpaq sahəsinin bağışlanmasına dair imzaladığı xx.xx.2018-ci il tarixli, 8İ-5503 reyestr nömrəli razılıq ərizəsi və Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin bağışlanmasına dair imzaladığı xx.xx.2018-ci il tarixli, 8İ-5504 reyestr nömrəli razılıq ərizəsinin «Elektron notariat» informasiya sistemində ləğv edilməsini xahiş etmişdir. Ərizə əsasında həmin razılıq ərizələri «Elektron notariat» informasiya sistemində xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir. Aralarında olan nikah pozulduqdan bir ay sonra Cavabdeh1 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini ona məlumat vermədən saxtakarlıq etməklə birgə inşa etdikləri iki mərtəbəli yaşayış evinin reyestr çıxarışını əldə etmədən özünü subay şəxs kimi təqdim etməklə, evin altında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən qardaşının qayınatası X4, C.Qasımov da DƏDRX-dən öz adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış almışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T L Ə R İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, İddiaçı Cavabdeh2ndə ona məxsus olan Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha torpaq sahəsinin bağışlanmasına dair xx.xx.2018-ci il tarixli, 8İ-5503 reyestr nömrəli razılıq ərizəsi və Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin bağışlanmasına dair xx.xx.2018-ci il tarixli, 8İ-5504 reyestr nömrəli razılıq ərizəsi vermişdir. Maddi imkansızlığı və borclarının olması səbəbindən Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsini Cəbrayıl Qasımova 5200 manat satmış, o da öz adına reyestrdən çıxarış almışdır. Borcları yenə də qaldığından Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha torpaq sahəsini ipoteka ilə yüklü edərək “xxxx” QSC-dən kredit götürmüş və bütün keçmiş borclarını ödəmişdir. Razılıq ərizələrinin iddiaçı tərəfindən sonradan ləğv edilməsi barədə ona heç bir məlumat verilməmişdir. O, 0,05 ha torpaq sahəsi satılarkən orada heç bir yaşayış evi mövcud olmamışdır. Ailənin dağılmasının səbəbkarı isə iddiaçının əxlaqa sığmayan hərəkətləri olmuşdur. O, torpaq sahəsini qanunsuz əsaslarla satmamışdır və qəbul edilən qətnamə həm Cəbrayıl Qasımovun mülkiyyət hüquqlarını, həm də “xxxx” QSC-nin ipoteka ilə bağlı hüquqlarını pozur. İddiaçı ilə 0, xx xxxxxx 2008-ci ildə evləndikdən sonra onu atasına məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən evə gəlin gətirmişdir və cehiz əmlakları da orada yerləşdirilmişdir. Nikah pozulana qədər orada yaşamışlar. Nikah pozulduqdan sonra atası Şirinov Zakir keçmiş arvadına məxsus əmlakın onun evindən çıxarılması barədə iddia qaldırmış və Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsilə bu halı İddiaçı özü təsdiq etmiş, cehiz əmlakın çıxarılmasına razı olduğunu bildirmişdir. O, Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsində hər hansı yaşayış evi inşa etdirməmişdir. Alqı-satqı zamanı da C.Qasımova yalnız 0,05 ha torpaq sahəsi satılmışdır. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs X21 verdiyi apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, qətnamə Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair hissədə qanunsuzdur. Mübahisə həll edilərkən onun məhkəmə iclasında iştirakı təmin edilməmiş, nə iddiaçı tərəfindən, nə də məhkəmə tərəfindən o, işə cəlb edilməmişdir. Mübahisəli torpaq sahəsini Cavabdeh1 2019-cu ilin fevral ayında borca görə satmaq istədiyini ona bildirmiş, o da 5200 manat ödəyərək bu sahəni almışdır. Bu barədə alqı-satqı müqaviləsi bağlamışlar və müqavilə notarial qaydada təsdiq edilmişdir. Bundan sonra isə öz adına daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış almışdır. Daha sonra isə xx xxxx 2019-cu il tarixdə bu sahəni oğluna bağışlamış, bağışlama müqaviləsi də notarial qaydada təsdiq edilmişdir. Beləliklə də, işdən görünür ki, o , torpaq sahəsinə münasibətdə vicdanlı alıcıdır. Bu halları isə məhkəmə nəzərə almamışdır və göstərilənlərə əsasən qətnamə Cavabdeh1 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini ona satmasına dair xx xxxxxx 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi üzrə onun adına Azərbaycan Respublikası DƏDRX-dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv olunmalı, həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs X22 verdiyi apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, qətnamə Quba rayonu, Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsinə 1/2 hissədə Cavabdeh1 və 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində tikilmiş yaşayış evinə İddiaçı azyaşlı uşaqları ilə birlikdə köçürülməsi hissəsində qanunsuzdur. Belə ki, mübahisəli torpaq sahəsini Cavabdeh1 2019-cu ilin fevral ayında borca görə satmaq istədiyini atası C.Qasımova bildirmiş, o da 5200 manat ödəyərək bu sahəni almışdır. Bu barədə alqı-satqı müqaviləsi bağlamışlar və müqavilə notarial qaydada təsdiq edilmişdir. Bundan sonra isə atası öz adına daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış almışdır. Daha sonra isə atası xx xxxx 2019-cu il tarixdə bu sahəsi ona bağışlamış, bağışlama müqaviləsi də notarial qaydada təsdiq edilmişdir. Bağışlama müqaviləsindən sonra o, bu torpaq sahəsinə dair öz adına reyestrdən çıxarış almışdır. Bu torpaq sahəsində yaşayış evi inşa etdirmək qərarına gəlmiş, bu barədə Quba rayon İH başçısına müraciət etmiş, oradan xx xxx 2019-cu il tarixli məktub aldıqdan sonra inşaat işlərinə başlamışdır. xx xxxx 2019-cu ildə inşaat qrupu yaşayış evini tikərək ona təhvil vermiş və o, evə dair öz adına xx xxxx 2019-cu il tarixli reyestrdən çıxarış almışdır. Bu torpaq sahəsi və fərdi yaşayış evi hazırda onun mülkiyyətindədir. Yaşayış evinin tərəflərin heç birinə aidiyyatı yoxdur və onlar bu evdə yaşamamışlar. Lakin məhkəmə onu işə cəlb etməmiş, qətnamə ilə onun mülkiyyət hüquqları pozulmuşdur. Buna görə də qətnamə Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evinə dair hissələrdə ləğv olunmalı, iddia həmin əmlaklar dair hissədə rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1, həmçinin onun nümayəndəsi və vəkili X32 apelyasiya şikayətini müdafiə etdilər və onun təmin edilməsini xahiş etdilər. Onlar digər apelyasiya şikayətlərinin dəlilləri ilə də razı olduqlarını bildirdilər. Cavabdeh1 əlavə etdi ki, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində hələ alan vaxtı müəyyən ağaclar olmuşdur. Su xətti də o vaxtdan var. Hərdənbir ağacları suvarıblar. İşıq xəttini özü çəkdirib. Həmin torpaqda ev tikdirmək istəyib, hətta özül də qazdırıb, müəyyən xırda işlər görülüb. Bunun üçün az da olsa işıqdan istifadə edilib. Əraziyə qaz çəkilən zaman qaz xəttini özü çəkdirib. Lakin maddi vəziyyəti imkan vermədiyindən tikinti apara bilməyib və həmin torpağı satıb. Torpağı satmaq niyyətindən Şəhalənin də xəbəri olub və buna etiraz etməyib. Hazırda bu mübahisəyə son qoymaq niyyətindədir. İddiaçı ilə olan münasibətlərindən asılı olmayaraq o, onun iki övladının anasıdır. O, onları evsiz qoymaq istəmir. Hətta iddiaçı ilə razılığa da gəlmişdilər ki, o, onlar üçün bir il ərzində ev tiksin, o vaxta qədər isə Quba şəhərində kirayə ev tutsun. Lakin iddiaçının hazırda məhkəmədə nümayəndəsi olan anası buna imkan vermir. Məhkəmənin hansı qərar qəbul etməsindən asılı olmayaraq o, uşaqlarının yaşayış sahəsi ilə təmin edilməsi üçün tədbirlər görəcəkdir. Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X12 nümayəndəsi və vəkili X33 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətlərini müdafiə etdi və onların təmin olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi X9, nümayəndəsi və vəkili X29 şikayətləri qəbul etmədilər və bildirdilər ki, mübahisə üzrə məhkəmənin gəldiyi nəticə qanuni olduğundan bu şikayətlər təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X22, onun nümayəndəsi və vəkili X23 da apelyasiya şikayətlərini müdafiə edərək onların təmin edilməsini xahiş etdilər. Elşad Qasımov əlavə etdi ki, o, həmin torpağı alarkən orada heç bir tikili olmayıb, evin özülü qazılmış olub, evi o, briqada gətirib tikdirib. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında İddiaçı qətnamə ilə tamamilə razı olduğunu bildirdi və ondan verilmiş apelyasiya şikayətlərinin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Quba Regional «ASAN Xidmət» mərkəzindəki notariat ofisi, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” QSC və DƏDRX-nin 5 saylı X42 heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, Cavabdeh1 ilə X6 arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmış, arvada Şirinova soyadı verilmişdir. Yenə iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-348/2019 saylı qətnaməsindən görünür ki, tərəflərin arasında olan nikah pozulmuş, nikah pozularkən birgə nikahdan doğulmuş X26 və X27 analarının yanında saxlanılmış və uşaqların yetkinlik yaşma çatanadək saxlanması üçün hər uşağa görə ayda 120 manat olmaqla, Cavabdeh1 hər ay 240 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Yenə də işdə olan Quba RİHB-nin Xucbala İƏD üzrə nümayəndəliyinin xx.xx.2019cu il tarixli 396 nömrəli arayışından görünür ki, İddiaçı Quba rayonu, Xucbala kənd sakinidir və hazırda həmin kənddə yaşayır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşmmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, Quba şəhəri, Dəvədabanı yaşayış massivindəki 0,05 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. Yenə iş materiallarında olan xx.xx.2013-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Quba rayonu, Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini X3. Yenə də iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, Quba rayonu, Dəvədabanı yaşayış massivində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi X24 mülkiyyətindədir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, Quba rayonu, Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. Yenə iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Quba rayonu, Vladimirovka kəndində 0,03997 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. Yenə də iş materiallarında olan xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini 5200 manata X2. İş materiallarındakı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, **********03 qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi X12 mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Xidmətinin Quba Regional Bölməsinin xx.xx.2019-cu il tarixli, 96 nömrəli məktubundan görünür ki, Cavabdeh1 «xxxx» ASC ilə bağladığı xx.xx.2011-ci il tarixli, 292- L/11 və xx.xx.2012-ci il tarixli, 783-L/12 nömrəli lizinq müqavilələrinə əsasən 1 ədəd MTZ- 82 markalı traktor, 1 ədəd TRC-2000 markalı çiləyici və 1 ədəd AGHDR-210 markalı bağarası frez lizinq yolu ilə Cavabdeh1 verilmişdir. Yenə işdə olan «xxxx» QSC-nin arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən bankdan kredit götürmüşdür və banka hazırda 14084,49 manat məbləğində borcu vardır. Qeyd olunan kredit borcu üzrə Cavabdeh1 mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndindəki 0,03997 ha torpaq sahəsi ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmişdir. Yenə də işdə olan İddiaçı Quba Regional «ASAN Xidmət» mərkəzindəki notariat ofisinə yazdığı ərizəsindən görünür ki, əri Cavabdeh1 məxsus olan Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha torpaq sahəsinin bağışlanmasına dair imzaladığı xx.xx.2018-ci il tarixli, 8İ-5503 reyestr nömrəli razılıq ərizəsi və Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin bağışlanmasına dair imzaladığı xx.xx.2018-ci il tarixli, 8İ-5504 reyestr nömrəli razılıq ərizəsinin «Elektron notariat» informasiya sistemində ləğv edilməsini xahiş etmişdir. İşdəki Cavabdeh2 məktubundan görünür ki, Cavabdeh1 məxsus olan Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha torpaq sahəsinin bağışlanmasına dair İddiaçı imzaladığı xx.xx.2018-ci il tarixli, 8İ-5503 reyestr nömrəli razılıq ərizəsi və Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin bağışlanmasına dair imzaladığı xx.xx.2018-ci il tarixli, 8İ-5504 reyestr nömrəli razılıq ərizəsi «Elektron notariat» informasiya sistemində xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “xxxx” ASCnin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 “xxxx” ASC ilə bağladığı xx.xx.2011-ci il tarixli, 292-L/11 saylı müqaviləyə əsasən 1 ədəd Belarus 82.1 markalı traktor və TRC-2000 markalı qoşulan ventilyatorlu çiləyici, xx.xx.2012-ci il tarixli, 783-L/12 saylı müqaviləyə əsasən 1 ədəd AGHDR-210 markalı bağarası frez (hidravlik dik bıçaqlı asma) lizinqə götürmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2014cü il tarixli, 273 nömrəli qərarına əsasən Cavabdeh1 lizinqə götürdüyü 1 ədəd Belarus 82.1 markalı traktora, TRC-2000 markalı qoşulan ventilyatorlu çiləyiciyə və 1 ədəd AGHDR-2 jO markalı bağarası frezə (hidravlik dik bıçaqlı asma) güzəşt tətbiq edilmiş və xx.xx.2015-ci il tarixli, 777-GL/15 saylı yeni lizinq müqaviləsi bağlanmışdır. Cavabdeh1 xx.xx.2011-ci il tarixli, 292- L/11 saylı müqaviləyə əsasən lizinqə götürdüyü Belarus 82.1 markalı traktora və TRC-2000 markalı qoşulan ventilyatorlu çiləyiciyə görə və xx.xx.2012ci il tarixli, 783-L/12 saylı müqaviləyə əsasən lizinqə götürdüyü bağarası frezə (hidravlik dik bıçaqlı asma) görə ümumilikdə 14734,00 manat məbləğində pul ödəmişdir. Hal-hazırda onun “xxxx” ASC-yə gecikdirilmiş borcu 3476,00 manat, ümumi borcu 4660,00 manat təşkil edir. Adları göstərilən texnikaların dəyəri tam ödənilənədək müstəsna mülkiyyət hüququ “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. Daşınmaz əmlakın bağışlanması barədə işdəki xx xxxx 2019-cu il tarixli müqavilədən görünür ki, X21 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, **********03 qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışla mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini X17 bağışlamışdır. İş materiallarındakı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi X13 mülkiyyətindədir. Yenə iş materiallarındakı Quba Rayon İHB-nin xx xxx 2019-cu il tarixli, 951/1 saylı məktubundan görünür ki, X22 tərəfindən mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evi barədə qanunvericiliklə müəyyən edilmiş şərtlər daxilində, təsdiq edilmiş layihəyə uyğun olaraq tikinti işlərinin aparılmasına etiraz edilməmişdir. Yenə də iş materiallarındakı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsindəki 278,7 kv.metrlik fərdi yaşayış evi X13 mülkiyyətindədir. Evin xx.xx.2019-cu il tarixli texniki pasportu tərtib edilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə Quba RPŞ TQ-nin xx xxx 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı və X13 şikayətləri əsasında toplanmış material üzrə X30, Cavabdeh1 Elçin oğlu, X18 və İddiaçı barələrində cinayət işinin başlanması rədd edilmişdir. Qərarın surəti X30, Cavabdeh1 Elçin oğlu, X10 barələrində AR İXM-nin 157-ci maddəsilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ İTB-yə göndərilmişdir. Yenə işdə olan Quba Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 3(027)- 511/2019 saylı qərarından görünür ki, X30 barəsində AR İXM-nin 157-ci maddəsilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Yenə də işdə olan «xxxx» QSC-nin xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 mülkiyyətindəki Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03 ha torpaq sahəsi onun bankla bağladığı 32L000000696 saylı kredit müqaviləsinin təminatı qismində bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mübahisəli əmlakın girovda qalması şərtilə bölünməsinə etiraz edilmir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh1 apelyasiya şikayəti qismən, Cəbrayıl Qasımovun və Elşad Qasımovun apelyasiya şikayətləri isə tam təmin edilməli, Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-189/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, iddiaçının Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri, hüquqlann dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsi tərəflərin hər birinin payı ½ hissədə olmaqla bölünərək naturada ayrılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmış, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-348/2019 saylı qətnaməsi ilə tərəflərin arasında olan nikaha xitam verilmişdir. Onlar birgə nikah dövründə bir neçə əmlak, o cümlədən mübahisəli torpaq sahələrini əldə etmişlər. Hazırda İddiaçı həmin torpaq sahələrinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi, payların müəyyən edilərək naturada bölünməsi, Quba rayonu, Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsində inşa edilmiş yaşayış evinə özü və azyaşlı uşaqlarının köçürülməsi, o cümlədən lizinq yolu ilə əldə edilmiş əmlakların ½ hissədə pulla dəyərinin müəyyən edilərək alınıb ona verilməsini xahiş edir. İşə baxan birinci instansiya məhkəməsi birgə nikah dövründə əldə edilmiş mübahisəli torpaq sahələrində tərəflərin paylarını müəyyən etsə də, eləcə də evə köçmə barədə iddianı təmin etsə də, lizinq yolu ilə əldə edilmiş əmlakların ½ hissədə pulla dəyərinin müəyyən edilərək alınıb iddiaçıya verilməsi hissəsində iddianı təmin etməmiş, iddiaçı həmin hissədə qətnamə ilə razılaşaraq ondan apelyasiya şikayəti verməmişdir. Mübahisəli torpaq sahələrinin birgə nikah dövründə əldə edilməsi işin mübahisəsiz halıdır. Əsas mübahisə Quba rayonu, Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsində inşa edilmiş yaşayış evi ilə bağlıdır. İddiaçı həmin evin birgə nikah dövründə inşa edildiyini iddia edir, cavabdeh və iş üzrə maraqlı şəxslər həmin evin torpaq sahəsi satıldıqdan sonra inşa edildiyini bildirirlər. Məhkəmə kollegiyası, mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş onların hüquq və vəzifələrinə dair məsələni həll etmişdir. Belə ki, işdən göründüyü kimi, mübahisəli Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 5200 manata X2. Bundan sonra daşınmaz əmlakın bağışlanması barədə xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən X21 həmin torpaq sahəsini X17 bağışlamışdır. Həmin torpaq sahəsi və üzərində inşa edilmiş 278,7 kv.metrlik fərdi yaşayış evi xx.xx.2019-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində X13 mülkiyyəti kimi qeydə alınmışdır. X8 və X22 işə cəlb edilmədən məhkəmə tərəfindən Cavabdeh1 ilə X21 arasında bağlanmış alğı-satqı müqaviləsi və onun əsasında aparılmış qeydiyyat etibarsız hesab edilmiş, mübahisəli torpaq sahəsinin tərəflər arasında bölünməsi, iddiaçının iki azyaşlı uşağı ilə birlikdə həmin torpaq sahəsində inşa edilmiş evə köçürülməsi qət edilmişdir. AR MPM-in 387.2 və 387.2.4-cü maddələrinin tələblərinə görə məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş onların hüquq və vəzifələrinə dair məsələni həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Mübahisə ilə bağlı ilk növbədə, məhkəmə kollegiyası nəzərə alır ki, mübahisəli Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini daşınmaz əmlakın bağışlanması barədə xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən X5 Elşad Cəbrayıl oğluna bağışlamışdır. Həmin torpaq sahəsi və üzərində inşa edilmiş 278,7 kv.metrlik fərdi yaşayış evi xx.xx.2019-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində X13 mülkiyyəti kimi qeydə alınmışdır. Hazırda iddiaçı istər qeyd edilən müqaviləni, istərsə də onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirməmişdir. Başqa sözlə, iddiaçının payların müəyyən edilərək bölgü tələb etdiyi və köçmək istədiyi torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış evi X13 mülkiyyətindədir və onun bu hüququ mübahisələndirilməmişdir. AR Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daha öncə qeyd edildiyi kimi iddiaçının payların müəyyən edilərək bölgü tələb etdiyi və köçmək istədiyi torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış evi üzərində ona qarşı tələb irəli sürülməmiş kənar şəxsin, X13 mülkiyyəti hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və nə qədər ki, həmin reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmişdir, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. İstinad olunan maddi hüququ normalarından da göründüyü kimi mülkiyyət hüququ hər bir mülkiyyətçiyə münasibətdə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Hazırkı halda da, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi və orada inşa edilmiş yaşayış evi üzərində Elşad Qasımovun mülkiyyət hüququ toxunulmazdır, bu torpaq sahəsi və orada inşa edilmiş evlə bağlı İddiaçı qaldırdığı iddia təmin oluna bilməz. Sadalanan hallara məhkəmə düzgün qiymət verməmiş, heç bir əsas olmadan başqasının mülkiyyətində olan torpaq sahəsi üzərində pay bölgüsü aparmış, yaşayış evinə köçürməni təmin etmişdir. Bununla da daha öncə istinad olunan maddi hüquq normalarının tələblərini kobud surətdə pozmuşdur. Qeyd edildiyi kimi, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin tərəflərin birgə nikah dövründə əldə etdiyi işin mübahisəsiz halı olsa da, orada inşa edilmiş fərdi yaşayış evinin həmin torpaq sahəsinin alğı-satqısından qabaq, yaxud sonra tikilməsi, daha dəqiqi kim tərəfindən tikilməsi mübahisə doğurmuşdur. İddiaçı həmin evin birgə nikah dövründə inşa edildiyini iddia etsə də, cavabdeh və iş üzrə maraqlı şəxslər həmin evin torpaq sahəsi satıldıqdan sonra inşa edildiyini bildirirlər. İddia tərəfinin bununla bağlı məhkəməyə təqdim etdiyi kommunal ödənişlərlə bağlı məlumatlardan görünür ki, həmin torpaq sahəsi və evə qaza görə qeydiyyat xx.xx.2018-ci ildə, işıqa görə xx.xx.2015-ci ildə və suya görə xx.xx.2014-cü ildə aparılmışdır. Həmin sənədlərdən görünür ki, kommunal xidmətlər üzrə əsas sərfiyyat və ödənişlər 2019-cu ilin fevralından başlamışdır. İddia tərəfi məhkəməyə iddiasının həmin hissəsində heç bir legitim və mötəbər sübut təqdim edə bilməmişdir. Daha öncə qeyd olunan kommunal xidmətlərə dair sənədlər isə iddianı təsdiq etmək üçün yetərli deyildir. Əksinə həmin sənədlər cavabdeh tərəfin dəlillərinə daha uyğun gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X38 Məhkəməsi "X7rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı həmin hissədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, iddiasının əsaslarına dair məhkəməyə əsaslı şübhələrdən kənar hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdeh və qətnamə maraqlarına toxunan şəxslərin bu hissədə dəlillərini daha əsaslı və ağlabatan hesab edir. Məhkəmə bu qənaətə gələrkən, həmçinin Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin alğı-satqısı ilə bağlı mövcud rəsmi sənədlərə üstünlük verir. İşdən görünür ki, rəsmi özgəninkləşdirmə sənədlərində predmet qeyd edilən torpaq sahəsi olmuşdur. Həmin müqavilələrdə özgəninkiləşdirilən torpaq sahəsində hər hansı bir tikilinin mövcudluğuna dair heç bir qeyd şərt yoxdur. Qeyd edildiyi kimi Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi özgəninkiləşdirilərkən birgə mülkiyyətin iştirakçısı olmuş İddiaçı razılığı alınmamışdır. İşdən görünür ki, tərəflər arasında nikaha xx xxxxxx 2019-cu ildə xitam verilmiş, mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsi xx xxxxxx 2019-cu ildə baş vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddia tələbi mübahisəli torpaq sahəsinin ilkin özgəninkiləşdirilməsinin etibarsızlığına yönəlsə də, həmin torpağın təkrar özgəninkiləşdirilməsi mübahisələndirilməmişdir. Mübahisəli torpaq sahəsi isə artıq kənar bir şəxsin mülkiyyətindədir və iş materiallarında olan fotoşəkillərdən, eləcə də tərəflərin izhatlarından göründüyü kimi mübahisəli torpaq sahəsində, dəyəri həmin torpaq sahəsinin dəyərindən qat-qat çox olan ikimərtəbəli fərdi yaşayış evi tikilmişdir. Yuxarıda qeyd edildiyi kimi həmin şəxsin mülkiyyəti hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və hazırda həmin reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmişdir, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi iddia tələbi iddiaçının vahid bir niyyəti ilə ifadə olunub və mübahisələndiridiyi torpaq sahəsinin özgəninkiləşdirilməsinin etibarsız hesab edilərək tərəflərin ilkin vəziyyətə gətirilməsi, həmin torpaq sahəsindən payların naturada ayrılmasıdir. Hazırda isə daha öncə qeyd səbəblərdən bu mümkün deyildir. İddia tələbindən göründüyü kimi iddiaçı Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri, hüquqlann dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddianı bu hissədə qismən təmin etmişdir. İddiaçı bununla razılaşmış və qətnamədən həmin hissədə şikayət verməmişdir. Cavabdeh isə qətnaməni həmin hissədə mübahisələndirmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 18-ci maddəsinə görə birgə nigah dövründə əldə edilən əmlakın bölgüsü barədə mübahisələrin həlli məhkəmə tərəfindən həyata keçirilməlidir. Həmin Məcəllənin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitutsiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdir. Bu Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Yenə həmin Məcəllənin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır AR Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, əmlakın birgə mülkiyyət sayılması üçün onun nikah zamanı birgə gəlirlər hesabına əldə olunması mütləqdir. Qeyd edildiyi kimi həmin torpaq sahəsinin birgə nikah dövründə əldə edilməsi işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia bu hissədə təmin edilməli, Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsində tərəflərin 1\2 hissədə payı müəyyən edilməli və naturada bölünərək ayrılmalıdır. İşdən görünür ki, Cavabdeh1 həmin torpaq sahəsinin “xxxx” QSCyə ipotekaya qoyulması səbəbilə bölünə bilinməməsi dəlilini irəli sürür. Məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Belə ki, Mülki Məcəllənin 274.1-ci maddəsinin tələblərinə görə ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi ipoteka hüququnu dəyişdirmir. Digər tərəfdən, «xxxx» QSC-nin məhkəməyə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, bank qarşısında ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 mülkiyyətindəki Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03 ha torpaq sahəsinin girovda qalması şərtilə bölünməsinə etiraz edilmir. İddia tələbindən həmçinin görünür ki, iddiaçı birgə nikah dövründə Cavabdeh1 «xxxx» ASC ilə bağladığı xx.xx.2011-ci il tarixli, 292-L/ll və xx.xx.2012-ci il tarixli, 783-L/12 nömrəli lizinq müqavilələrinə əsasən əldə edilmiş 1 ədəd MTZ-82 markalı traktor, 1 ədəd TRC-2000 markalı çiləyici və 1 ədəd AGHDR-210 markalı bağarası frezin dəyərinin müəyyən edilərək yarısının, yəni ona düşən 1/2 payının pulla dəyərinin müəyyən edilib ona verilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməmişdir. İddiaçı məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmış, apelyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası da hesab edir ki, iddia tələbi bu hissədə də təmin oluna bilməz. Belə ki, lizinq alan kimi cavabdehin müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verən «xxxx» ASC-nin mülkiyyətidir. ASC-nin iş materiallarına əlavə edilmiş məktubundan göründüyü kimi cavabdehin “xxxx” ASC-yə gecikdirilmiş borcu 3476,00 manat, ümumi borcu 4660,00 manat təşkil edir. Adları göstərilən texnikaların dəyəri tam ödənilənədək müstəsna mülkiyyət hüququ “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. Mülki Məcəllənin 748-2.1, 748-2.2 və 748-2.3-cü maddələrinə görə lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına düzgün qiymət vermədiyindən, eləcə də hüququn tətbiqində səhvə yol verdiyindən qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid olunmalı, işə cəlb edilməyən. qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxslərin hər birinin ödədiyi 10,40 manat dövlət rüsumunun əvəzi iddiaçıdan tutularaq onlara ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apelyasiya şikayəti qismən, qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər X21 və X22 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunsun. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-189/2020 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsi tərəflərin hər birinin payı ½ hissədə olmaqla naturada bölünərək ayrılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. X21 və X22 tərəfindən hər birinin apelyasiya şikayətlərinin verilməsi üçün ödədikləri 10,40 manat dövlət rüsumunun əvəzi İddiaçı tutularaq 10,40 manat X15, 10,40 manat X17 ödənilsin. Cavabdeh1 apelyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar