Məhkəmə qərarları › İş №2(102)-4127/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-4127/2024

05.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4127/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası İlk İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı Sumqayıt ərazi idarəsinə qarşı iş üzrə Qərardad (Açar sözlər: kassasiya şikayətinin yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri X1 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-22/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh olmuş Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxl ayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən sahəsi 0,03 ha olan 2344D saylı torpaq sahəsi üzərində 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə3/-453 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və 13 noyabr 2009-cu il tarixli, MA seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia verərək Corat bağları 2333C saylı torpaq sahəsində 2 tərəfdən tikilmiş daş hasarın və darvazanın sökülməsi barədə qətna mə çıxarılmasını xahiş etmişdir Sumqayıt şəhər Məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 2(060)-7145/2018 saylı qətnaməsi ilə (hakim Ceyhun Məmmədov) ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmiş, İddiaçı məxsus Sumqayıt şəhəri Corat bağları ərazisində yerləşən sahəsi 0,03 ha olan 2344 D saylı torpaq sahəsi üzərində 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 4 Ə3/-453 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və 13 noyabr 2009-cu il tarixli MA seriyalı ******* saylı dövlət reyestrində çıxarışın bərpası edilməsi qət edilmişdir. Bu qətnamədən Cavabdeh1 Qəni qızı, Cavabdeh3 və maraqlı tərəf Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən apel yasiya şikayətləri verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-202/2020 saylı 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər məhkəməsinin 20 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Səyyad Qafari (sədrlik edən, məruzəçi), Şəmsəddin Abasov, Telman Məmmədov). Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(102)-3080/2021 saylı qərarı ilə Sumqayıt Bələdiyyəsinin və Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 kassasiya şikayətləri təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-202/2020 nömrəli iş üzrə 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. (hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və X7) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2724/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 20 avqust 2018-ci il tarixli 2(060)- 7145/2018 saylı qətnaməsi qismən ləğv edilərək İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2 mülkiyyət hüququnun bərpasına dair iddia tələbi üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2024-cü il tarixli, 2(105)-22/2024 saylı qətnaməsi ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, Cavabdeh3 birgə və 3-cü şəxs Sumqayıt Bələdiyyəsi tərəfindən isə ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə qarşılıqlı iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır. Bu qətnamədən ilk iddia üzrə Cavabdeh2 kassas iya şikayəti vermişdir. MPM-in 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Qeyd edilən normanın tələbindən göründüyü kimi, işə iddia icraatı qaydasında baxılarkən apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ tələbləri (iddia tələbi və ya iddiaya etirazları) təmin edilmədiyi halda tərəflərə və işdə iştirak etməyə cəlb edilmiş üçüncü şəxslərə məxsusdur. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 qarşı yönəlmiş ilk iddia tələbi üzrə icraata Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2724/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə xitam verildiyindən və həmin şəxs tərəfindən mübahisələndirilən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)22/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qətnaməsi onun tərəf olmadığı qarşılıqlı iddia tələbi üzrə qəbul edildiyindən MPM-nin 403.1-ci maddəsinin tələbinə əsasən bu qətnaməni mübahisələndirmək hüququ olmadığı üçün kassasiya mümkün sayıla bilməz. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Şərh edilənlərə əsasən v ə MPM-nin 403, 404-1.1, 404-1.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)22/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar