Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4128/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X23 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-13451/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) 2(005)2857/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək Bakı şəhəri, Yasama l rayonu, Qədirli küçəsində yerləşən 112 nömrəli evin B tikilisi və A tikilisinin 1 otağına X11 adına Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 004118 nömrəli xx xxxxxxxx 2000-ci il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləcavabdeh Maraqlı şəxs tərəfindən verilən apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İşin halları: İddia çı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs Maraqlı şəxs qarşı “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 112 nömrəli evin B tikili və A tikilisinin 1 otağına X15 Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM seriyalı 004118 nömrəli xx xxxxxxxx 2000-ci il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsinə dair qətnamə və Maraqlı şəxs hərəkətlərində cinayətin əlamətlərinin olması ilə əlaqədar xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair qərardad çıxarı lmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 112 saylı ev babası X14 mülkiyyətində olmuşdur. Babası 1947-ci ildə 54 yaşında vəfat etmişdir. O, rəhmətə gedəndən sonra atası, iki əmi si öz ailələri ilə həçyaşamışdır. Babası rəhmətə gedəndən sonra faktiki olaraq 3 övladı da miras əmlakı qəbul edərək ona sahiblik etmişlər. Daha sonra atası və əmiləri rəhmətə getmişdir. Maraqlı şəxs isə əmisi Ənvərin həyat yoldaşıdır. O (iddiaçı), ailə qurduqdan sonra həmin evdə öz ailəsi ilə yaşamışdır. Bu yaxın zamanlarda ona məlum olmuşdur ki, Maraqlı şəxs onu və ailə üzvlərini məhkəməyə verərək mənzildən istifadə hüququna xitam vermişdir. Həmin iş üzrə məhkəmə çəkişmələri hələ davam edir. Məhkəmə prosesləri zamanı Yasamal Rayon Məhkəməsinin 2-932/2000 saylı xx.xx.2000ci il tarixli qətnaməsinin olması ona məlum olmuşdur. Həmin qətnamə ilə babasının ölüm faktı, həmçinin Maraqlı şəxs ilə babasının qohumluq əlaqəsi və onun mübahisəli evə vərəsəliyi faktiki olaraq qəbul edilməsi faktı müəy yən olunmuş və onun adına həmin evə qeydiyyat vəsiqəsi verilməsi Bakı şəhəri, Tİ və MHQ İdarəsinə tapşırılmışdır. Evin Maraqlı şəxs mülkiyyətinə keçməsi üçün əsas olan 2-932/2000-ci il tarixli qətnamə ümumiyyətlə saxtadır. Belə ki məlum olmuşdur ki, ümumiyyətlə Yasamal Rayon Məhkəməsinin icraatında olan 2932/2000 saylı mülki işdə tərəflər Yasamal rayon MKTB-nin Xalıqov Eldara qarşı işi olmuşdur. Mərkəzi Arxivə müraciət olunmuş ordan da eyni cavab alınmışdır. Həmin qətnamə qanunsuz olmaqla məhkəmənin möhürü saxtalaşdırılmışdır. Həmin qətnamə əsasında Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 112 saylı evin B tikili və A tikilisinin 1 otağına Hüseynov Xanıma Bakı şəhər İHT və MHQİ-nin FM seriyalı 004118 saylı xx.xx.2000-ci il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. Həmin vəsiqə nin verilməsinə əsas olan qətnamə isə saxtadır. Bakı Apellyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin qətnaməsini ləğv edərkən hansı qanun tələbinə əsaslandığını belə göstərməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasən, surəti iş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin xx xxxx 2000-ci il tarixli 2932/2000 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə ə rizəçi Maraqlı şəxs ərizəsi təmin olunaraq, X14 1971-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi, X14, X10 və X24 ərizəçinin mərhum əri X16 ilə qohumluq münasibətlərinin müəyyən edilməsi, Maraqlı şəxs tərəfindən Bakı şəhəri, Qədirli küçəsi 112 nömrəli evə vərəsəliyin faktiki olaraq qəbul edilməsi faktının faktının müəyyən edilməsi, Maraqlı şəxs adına həmin ünvana ünvan 1ri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tapşırılması qət edilmişdir. Həmin qətnamə əsasında Bakı şəhəri, Qədirli küçəsindəki beş otaqlı 66,8 kvadrat metr yaşayış, 85 kvadrat metr ümumi sahəsi olan 112 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət kimi Maraqlı şəxs adına qeydiyyata alınmasına dair xx xxxxxxxx 2000-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdır. Bakı şəhəri, Qədirli küçəsind əki beş otaqlı 66,8 kvadrat metr yaşayış, 85 kvadrat metr ümumi sahəsi olan 112 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 180 nömrəli reyestr kitabında 8472 nömrəli səhifədə 30/2179 nömrə ilə Maraqlı şəxs adına qeydiyyata alınmış, müvafiq fərdi yaşayış evi Maraqlı şəxs adına A tikilisində 14,8 kvadrat metr sahəsi olan 1 otaq və B tikilisində 15,5 kvadrat metr sahəsi olan 1 otaq, X17 adına A tikilisində 13 kvadrat metr sahəsi olan 1 otaq və X5 adına A tikilidə 9,6 və 13,9 kvadrat metr sahələri olan 2 otaq qeyd edilmiş və bununla bağlı xx xxxxxxxx 2000-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Maraqlı şəxs ilə X18 arasında bağlanmış xx xxxxxx 2000-ci il tarixli müqavilə əsasında Maraqlı şəxs Bakı şəhəri, Qədirli küçəsi, 112 nömrəli fər di yaşayış evinin A tikilisindən sahələri 9,6 və 13,9 kvadrat metr olan iki otağı X1. Hazırda iddiaçı cavabdehin adına mübahisəli mənzillə bağlı verilmiş Qeydiyyat Vəsiqəsinin etibarsız hesab edilməsinin tələb edir və tələbini həmin vəsiqənin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin saxta olması ilə əsaslandırır. İşdən həmçinin müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(004)-5119/2017 nömrəli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs cavabdehlər X19, İddiaçı x1na, X9, X6, X25 və X26 qarşı “yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək, cavabdehlər X7 və X4 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 112 nömrəli evin B tikilisi və A tikilisindən 1 otağına istifadə hüququ olmayan şəxs hesab edilm ələri, cavabdehlər X12, İddiaçı x1nun, X20 və X21 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 112 nömrəli evə istifadə hüquqlarına xitam verilməsi, qətnamə qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsi tərəfindən cavabdehlər X7, X4, X12, İddiaçı x1nun, X20 və X21 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 112 nömrəli evdən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli 2(103)2979/18 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(004)-5119/2017 nömrəli qətnaməsindən cavabdehlər X22, X13 və İddiaçı x1nun apellyasiya şikayətləri təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişd irilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2(102)-2471/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli 2(103)-2979/18 nömrəli qətnaməsindən cavabdeh İddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qətnaməsinin qismən - İddiaçı x1 nun Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsindəki 112 nömrəli evdən istifadə istifadə hüququna xitam verilməsi hissəsində ləğv olunaraq, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisələndirilən dövlət qey diyyatının aparılmasına əsas Yasamal Rayon Məhkəməsinin xx xxxx 2000-ci il tarixli, 2-932/2000 nömrəli qətnaməsi olmuşdur. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən iş materiallarına surəti əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin xx xxxx 2000-ci il tarixli, 2-932/2000 nömrəli qətnaməsini sübut kimi qəbul etmiş, hazırda mübahisələ ndirilən qeydiyyat vəsiqəsinin istinad edilən qətnamə əsasında verildiyini göstərmişdir. Lakin məhkəmə bu nəticəyə gələrkən iş materillarında olan sübutları tam, hərtəfli və obyektiv tədqiq etməmiş, prosessual hüquq normalarının pozulması nəticəsində düzgün olmayan qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Belə ki, işdən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinin xx xxxx 2018-ci il tarixli məlumatına əsasən Yasamal Rayon Məhkəməsinin 2000-ci ilə dair əlifba göstəricisində qeyd edilən nömrə (2-932/2000) Yasamal Rayon Mənzil Kommunal X2rşı mülki iddianın adı keçir. Qeyd edilən mülki iş siyahı üzrə Yasamal Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinin xx xxxx 2019-cu il tarixli məktubu ilə Yasamal Rayon Məhkəməsinin Maraqlı şəxs “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair 1996-2003-cü illərin əlifba göstəricisi nəzərdən keçirilmiş və qeyd edilən iddia üzrə mülki iş aşkar edilməmişdir, 2-932/200 0 nömrəli mülki işdə Yasamal Rayon Mənzil Kommunal X2rşı mülki iddianın adı keçir. İşlər araşdırılarkən məlum olmuşdur ki, Yasamal Rayon Mənzil Kommunal X3rşı açılmış mülki iş Yasamal Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Göründüyü kimi, cavabdeh Maraqlı şəxs adına ünvan 2 ünvanda yerləşən yaşayış evinin bir hissəsinə mülkiyyət hüququnun qeydiyyata alınması həmin vaxt qüvvədə olmuş mülki prosessual qanunverilikdə göstərilən qayadada baxılmış mülki iş üzrə çıxarılmış qətnaməyə əsasən deyil, mövcud olmayan, ümumiyyətlə qeydiyyata alınmamış və baxılmamış işə istinad edilməklə, səlahiyyətsiz şəxslər tərəfindən tərtib və təsdiq edilmiş “qətnamənin surəti” adlı sənədə istinad olunmaqla həyata keçirilmişdir. Mənbəyi məlum ol mayan həmin sənədə məhkəmə qətnaməsi kimi qiymət verilməsi, həm qətnamə çıxarılan vaxt, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir. Bütün bunlara baxmayaraq apelyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almamış, yalnız iş materiallarına surəti əlavə edilmiş, digər heç bir sübutla movcud olması müəyyən edilməmiş qətnamə adlandırılan sənədə istinad etməklə düzgün olmayan nətiəcəyə gəlmişdir. Həmin sənədin məhkəmə aktı sayıla bilməməsini, hər hansı hüquqlar və vəzifələr müəyyənləşdirmədiyini diqqətdən qaçırmışdır. 2000-ci ilin sentyabr ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitam ı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.4-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bundan başqa mülki işdən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə apelyasiya instansiyası məhkəməsi yazılı vəsa tət təqdim edərək Yasamal Rayon Məhkəməsinə itirilmiş icraatın bərpa edilməsi barədə ərizə ilə müraciət etdiyini, həmin müraciətə baxılanadək hazırki mülki işin dayandırılmasını xahiş etmişdir. (iş v 150) Apelyasiya instansiyası məhkəməsi həmin vəsatətə heç bir münasibət bildirməmiş, vəsatətin təmin edilməməsinin səbəblərini göstərməmiş, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən bu halı ümumiyyətlə araşdırmamış, mülki iş üzrə itirilmiş icraatın bərpa olunubolunmamasını müəyyən etməmişdir İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutla ra lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsini n tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-13451/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4128/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4128/2020
20.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver