Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4128/2021 17.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı (üçüncü şəxs Xaçmaz Rayon Müşkür Bələdiyyəsi) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: maneələrin aradan qaldırılması, mülkiyyət hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-84/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilm iş kassasiya şikayətinə dair işə 17 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Torpağın mülkiyyətə verilməsinə dair JN 242F saylı 30219078 nömrəli şəhadətnaməyə əsasən, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının (AİK) 27 noyabr 1998-ci il tarixli 12 nömrəli qərarına əsasən İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə 0,12 ha torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN 314 F saylı 30219078 nömrəli şəhadətnaməyə əsasən, Xaçmaz rayon AİK-in 27 noyabr 1998-ci il tarixli 12 nömrəli qərarına əsasən İddiaçı2 mülkiyyətinə 0,08 ha torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN 065F saylı 30219078 nömrəli şəhadətnaməyə əsasən, Xaçmaz rayon AİK-in 27 noyabr 1998-ci il tarixli 1 2 nömrəli qərarına əsasən X1 və onun ailə üzvlərinin mülkiyyətinə 0,08 ha torpaq sahəsi verilmişdir. **********66-10301 reyestr nömrəli, 1474 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportuna əsasən, ünvan 1i ünvanında yerləşən yaşayış evinə dair 29.06.2018-ci il tarixdə Cavabdeh adına texniki pasport işlənmişdir. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 02.07.2018-ci il olan RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1ində ümumi sahəsi 280,4 kv.metr olan fərdi yaşayış evi, 0,2083 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. 31 iyul 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X3, X6, X7 və X2 rayonu Müzəffər oba kəndi ünvanında yerləşən ümumi sahəsi 0,24 ha olan torpaq sahəsi nin birgə mülkiyyət hüququ üzrə onlara məxsus 0,192 ha hissəsini Cavabdeh bağışlamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra – iddiaçılar) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı (üçüncü şəxs Xaçmaz Rayon Müşkür Bələdiyyəsi (bundan sonra – üçüncü şəxs)) məhkəmədə iddia qaldıraraq ünvan 1i ərazisində həyətyanı torpaq sahələrinin qarşısında yerləşən, bələdiyyənin mülkiyyəti sayılan onların və digər şəxslərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş yolun cavabdeh tərəfindən zəbt olunması və mülkiyyətləri olan evdən və torpaq sahəsindən sərbəst istifadəyə maneələrin törədilməsi ilə əlaqədar həmin hərəkətlərə son qoyulması, müvafiq olaraq həmin yolun özbaşına tutulmuş hissəsinin aidiyyəti üzrə geri qaytarıl masının cavabdehdən tələb olunması, yolu zəbt etməsi ilə əlaqədar özbaşına quraşdırdığı hasarın öz hesabına sökülməsi, müvafiq xəritələrə uyğun olaraq yolun 10 metrlik eninin bərpa edilməsi və su arxının yolun kənar xətti boyu öz hesabına çəkilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə və iş üzrə xüsusi qərardad çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Xaçmaz rayonunun Müzəffər oba kəndində onların yan-yana olan fərdi yaşayış evləri vardır. Qonşuluqda, evlərinin qarşısından keçən kənd yolunun digər tərəfində cavabdehin fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi vardır. 2018-ci ilin aprel ayından başlayaraq cavabdeh hasarının kənarı ilə yerləşən su arxının məcrasını dəyişərək arxı yolun içinə doğru çəkmiş, daha sonra torpaq sahəsin in hasarını da yolun içinə doğru çəkərək və elektrik enerjisi xəttinin dirəklərini həyətinə qatmaqla öz torpaq sahəsini genişləndirmişdir. Onların həyətyanı torpaq sahələrinə aid şəhadətnamələrdə, bələdiyyənin kənd xəritəsində olan ölçü və cizgilərə görə 10 metr eni olan, bələdiyyənin mülkiyyəti sayılan və insanların ümumi istifadəsi üçün nəzərdə tutulmuş yolun 4 metrədək hissəsini, o cümlədən elektrik enerjisi xəttinin mühafizə zolağını cavabdeh zəbt etmişdir. Məcrasını dəyişdirdiyi arx da yolun bir hissəsini daraltmışdır. Belə vəziyyətdə onların və digər kənd sakinlərinin evlərinə nəqliyyat vasitələrinin gediş-gəlişi, nəqliyyat vasitələrinin bir-birinin yanından keçməsi xeyli çətinləşmiş, bəzi hallarda xüsusilə yük avtomobillərinin hərəkəti mümkünsüz olmuşdur. Mülkiyyətlərindən sərbəst istifadəyə yaratmış olduğu maneənin aradan qaldırılmasını cavabdehdən dəfələrlə xahiş etmələrinə baxmayaraq, o, qanunsuz hərəkətlərindən çəkinmir, bu azmış kimi onlarla münaqişə yaradır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01.07.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən: 1. ünvan 1i ərazisində yerləşən İddiaçı1 mülkiyyətində olan 0,12 ha, İddiaçı2 mülkiyyətində olan 0,08 ha, X1 mülkiyyətində olan 0,08 ha torpaq sahələrinə gediş-gəliş yolunun kəndin yer quruluşu planına əsasən 276 kv.metr hissəsi Cavabdeh tərəfindən istifadə edilir və orada hər hansı bir tikili inşa edilməmişdir.
2. Kəndin yerquruluşu planına əsasən Cavabdeh tərəfindən istifadə olunan yolun 276 kv.metr hissəsindən 238 kv.metr hissəsi Daşınmaz Əmlakın Dövlət Reye stri Xidməti tərəfindən onun mülkiyyətinə verilmiş **********66-10301 reyestr nömrəli çıxarışın hüdudları daxilindədir.
3. İddiaçı və yaxud cavabdeh tərəfindən zəbt edilmiş yolun tərəflərə məxsus torpaq sahələrinə gedib-gəlməklə istifadə edilməsinə maneçilik törədilib-törədilməməsinin müəyyən edilməsi Layihə-Tədqiqat idarəsinin səlahiyyətinə aid deyildir. Hazırda gediş-gəliş yolunun eni mübahisəli torpaq sahəsinin ön tərəfindən qərb tərəfdə 4,70 metr, şərq tərəfdə isə 6,00 metr təşkil edir. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(067)-686/19 nömrəli iş üzrə 19 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) iddia təmin olunmamış, məhkəmə xərci olan 128,69 manatın iddiaçılardan müştərək qaydada alınaraq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkə zi MMC-nin hesabına keçirilməsi qət olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını, mütəxəssis rəyini nəzərə alaraq gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı, ünvan 1i ərazisində yerləşən iddiaçılara məxsus torpaq sahələrinə gediş-gəliş yolunun kəndin yerquruluşu planına əsasən 276 kv.metr hissəsinin cavabdeh tərəfindən istifadə edilməsi və orada hər hansı bir tikilinin inşa edilməməsi müəyyən olunmuşdur. Kəndin yerquruluşu planına əsasən, cavabdeh tərəfindən istifadə olunan yolun 276 kv.metr hissəsindən 238 kv.metr hissə cavabdehə verilmiş **********66-10301 reyestr nömrəli çıxarışın hüdudları daxilindədir. İddiaçılar cavabdehə verilmiş sözügedən çıxarışı mübahisələndirməmişlər. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mü lki Məcəllə) 152.1, 152.2, 152.3, 157.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 84, 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, mütəxəssis rəyi ilə tam təsdiq olunmuşdur ki, cavabdeh ümumi istifadədə olan yolun 276 kv.metr hissəsini zəbt edərək öz torpaq sahəsinə qatmışdır. Buna baxmayaraq, məhkəmə tam əsassız olaraq iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. İş üzrə keçirilmiş 26 oktyabr 2020-ci il tarixli, 10/1785 saylı ekspert rəyinə əsasən, Əmlak Məsələləri Dövlət Xidmətin in 25 sentyabr 2020-ci il tarixli, **********99 №-li mütəxəssis rəyinə əsasən, iddiaçılar İddiaçı1 mülkiyyətində olan 0,12 ha, İddiaçı2 mülkiyyətində olan 0,08 ha, X1 mülkiyyətində olan 0,08 ha və Cavabdeh mülkiyyətində olan 0,2083 ha torpaq sahələrinin hər birinin sərhədləri müəyyən edilmişdir. Müzəffər oba kəndinin yerquruluşu planına əsasən iddiaçıların torpaq sahələrinə nəzərdə tutulmuş gediş-gəliş yolunun 276 kv.metr hissəsi Cavabdeh tərəfindən istifadə edilir və həmin hissə sonuncunun mülkiyyətinə verilmiş **********66-10301 reyestr nömrəli çıxarışa əsasən 0,2083 ha torpaq sahəsinin hüdudları daxilindədir. Ekspert tərəfindən qeyd olunmuşdur ki, Şəhər, Qəsəbə və Kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1, cədvəl 9-un tələblərinə əsasən, məhəllə daxilində yerləşən yaşayış evlərinin küçə ilə əlaqəsində hərəkət zolağının eni minimum 2,75 m -3 m, mal-qara yolu və həyətyanı sahələrə yük maşınlarının keçidi üçün hərəkət zolağının eni minimum 4,5 metr təşkil edir. Rəyə əlavə edilmiş sxemə əsasən mübahisəli hissədə ərazidə yolun eni qərb tərəfdə 4,7 metr, şərq tərəfdə isə 6 metr təşkil edir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-84/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılmış, sonuncudan 50 manat ekspertiza xərci tutulmuşdur. Apellyasiya məhk əməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Belə ki, iş materialları və işdə olan sübutlar araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçılar hüquqlarının pozulmasına dair heç bir sübut təqdim edə və əsas göstərə bilməmişlər. Bundan başqa mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətindədir. Qətnamədən İddiaçı1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassator göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq n ormalarını düzgün tətbiq etməmiş, təqdim edilmiş sübutları araşdırmamış, işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh dövlətin mülkiyyətində olan yolun bir hissəsini qeyri-qanuni yollarla özəlləşdirmişdir. Məhkəmə dövlət mülkiyyətində olan yolun cavabdeh tərəfindən qeyriqanuni zəbt olunmasını və qeyri-qanuni yollarla rəsmiləşdirilməsini qanuni hesab edə bilməz. Göstərilən hallara qiymət verməməklə, məhkəmə MPM-in 77.1, 88-ci maddələrini pozmuşdur. Bundan başqa, ekspert rəyi ilə də təsdiq olunmuşdur ki, cavabdehin zəbt etdiyi yol uzun illər məhz kəndin sakinləri, o cümlədən iddiaçılar tərəfindən yol kimi istifadə olunmuşdur. Kassasiya şikayətinə görə, məhkəmə Torpaq Məcəlləsinin 66, 67, 68, 73, 78-ci maddələrini düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın d əlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlil ləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağ ı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini İddiaçı1 apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Torpaq Məcəlləsi Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqla rı qanunla qorunur (maddə 84). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-84/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.