Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4128/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4128/2022 (Açar sözlər: pul tələbi, iddianın qanuni əsası) Bakı şəhəri, 24 oktyabr 2022-ci il Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-291/2022 nömrəli iş üzrə 14 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin h allarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 nömrəli ünvanda yerləşən əmlak kompleksi mənzil mülkiyyət hüququ əsasında İddiaçı MMC-yə məxsus olmuşdur.
3. Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən İddiaçı MMCnin xx.xx.2014-cü il tarixə olan vəziyyətdə X6 20 pay və Şahid2 Əlicəfər oğlu 280 pay nizamnamə kapitalında maya miqdarına malik olmaqla təsisçiləri olmuşlar. 4. 12 may 2014-cü il tarixli 1 saylı əmrə əsasən Nümayəndə təsisçilər tərəfindən İddiaçı MMC- nin direktoru təyin edilmişdir. İddiaçı MMC-nin təsisçilərinin 27 may 2014-cü il tarixli ümumi yığıncağının qərarına əsasən MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 N ünvanda yerləşən ümumi sahəsi 1686,5 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin 1.1028 ha torpaq sahəsi ilə birlikdə Cavabdeh1 satılması və əmlakın satılmasının MMC-nin direktoru Nümayəndə həvalə edlməsi qərara alınmışdır. 5. 29 may 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 N ünvanda yerləşən ümumi sahəsi 1686,5 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini (əmlak kompleksi kimi müəssisəni) həmin qeyri-yaşayış sahəsinin (əmlak kompleksi kimi müəssisənin) 1.1028 ha torpaq sahəsi ilə birlikdə alıcı Cavabdeh1 mülkiyyətinə vermişdir.
6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən, adı çəkilən əmlak kompleksi xx.xx.2014-cü il tarixdən mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmışdır.
7. Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən İddiaçı MMCnin xx.xx.2016-cı il tarixdən hal-hazıradək Nümayəndə 280 pay və Şahid1 20 pay nizamnamə kapitalında maya miqdarına malik olmaqla təsisçiləridir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh1 (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 N ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin dəyərinin ödənilməmiş qalan 877.238 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli əmlak kompleksi 29 may 2014-cü il tarixli AN-1 nömrəli ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh1 satılmışdır. Əmlakın dəyəri müqavilədə 100.000 manat göstərilmiş, faktiki 2.500.000 ABŞ dollara razılıq olunmuşdur. Əmlakın dəyəri qismən ödənilmiş, qalan məbləğ isə bu günə kimi ödənilməmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili, iddiaya etiraz edərək bildirmişdir ki, mübahisəli əmlak kompleksi İddiaçı MMC-nin mülkiyyətində olmuş, alqı-satqı zamanı MMC-nin təsisçiləri Şahid2 Əlicəfər oğlu və X6 olmuşlar. Həmin şəxslərlə Cavabdeh1 arasında qarşılıqlı razılıq əsasında MMC-yə məxsus əmlak kompleksi satılmış, dəyəri tam şəkildə ödənilmişdir. Nümayəndə alqı-satqı zamanı cəmiyyətin direktoru olmuş və etibarnamə əsasında çıxış etmişdir. İddiaçının ümumiyyətlə belə bir iddia qaldırmaqda subyektiv hüququ olmadığından iddia rədd edilməlidir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim: T.C.Xəlilova) 2(004)-120/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
12. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 64 və 93-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 77.1, 119 və 217-ci maddələrinə istinadən qeyd etmişdir ki, Nümayəndə mübahisəli əmlak kompleksinin Cavabdeh1 satılmasından sonra təsisçi olduğuna görə iddiaçı həmin əmlak kompleksi ilə əlaqədar iddia qaldırmaqda subyektiv hüquqa malik olmamışdır. Ona görə də, hazırki iddia tələbi də əsassız hesab olunmalı və rədd edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə iddiaçı Nümayəndə deyil, İddiaçı MMC-dir. Məhkəmənin Nümayəndə iddiaçı zənn etməklə, subyektiv hüququnun olmamasına istinad etməklə iddanı rədd etməsi tamamilə əsassızdır və qanunsuzdur. Məhkəmə belə qənaətə gələn zaman hüquqi şəxs anlayışı ilə hüquqi şəxsin təsisçisi anlayışını qarışdırmış, iddiaçının və satıcının təsisçi deyil, hüquqi şə xs olmasına diqqət yetirməmişdir. Birinci instansiya məhkəməsi 1 ilə yaxın müddətdə məhkəmə araşdırmasını davam etdirdikdən sonra belə qanunsuz qətnamə qət etməsi iddiaçının prosessual hüquqlarının pozulmasına və məhkəmə süründürməçiliyinə səbəb olmuşdur. Göründüyü kimi, alqı-satqı müqaviləsinin tərəfləri “A.R. & KO"' MMC və Cavabdeh1dur. Bundan əlavə, mübahisəli əmlakın alqı-satqı dəyərinin müqavilədə 100000 manat göstərilməsinə baxmayaraq faktiki olaraq əmlakın dəyərinin ******* ABŞ dolları olması və əmlakın ******* manata satılmasının razılaşdırıldığı işin mübahisəsiz halıdır. Belə ki, Cavabdeh1 mübahisəli əmlakın alqı-satqı dəyərinin ******* ABŞ dolları olduğunu etiraf etdiyindən iddiaçı olaraq sübut etmə vəzifəsindən azadıq. Cavabdehin etirafı məhkəmə iclasının video çəkilişində və mə hkəmə protokollarında qeyd edilmişdir. Cavabdeh məhkəmə iclasında öz etirazının əsası kimi iki halı - əmlakın dəyəri olan 2 500 000 ABŞ dollarını tam ödəməsini və əmlakı aldığı zaman "A.R. & KO” MMC-nin təsisçisinin Nümayəndə olmamasını göstərmişdir. Bundan əlavə, iddiaçı Cavabdeh1 cavabdeh Nümayəndə qarşı “pul tələbi və qeyri-yaşayış sahəsindən çıxarılma”ya dair iddia tələbi ilə Suraxanı Rayon Məhkəməsinə göndərdiyi iddia ərizəsində də göstərmişdir ki, “iddiaçı Cavabdeh1 cavabdeh Nümayəndə ilə bağladığı 29 may 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, cavabdehə məxsus, İddiaçı MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 N ünvanda yerləşən ümumi sahəsi 1686,5 kv.metr təşkil edən qeyri-yaşayış sahəsini (əml ak kompleksi kimi müəssisəni) 1.1028 ha torpaq sahəsi ilə birlikdə faktiki olaraq ******* ABŞ dollarına almışdır”. Məhkəmənin gəldiyi qənaətə görə "A.R. & KO” MMC-nin öhdəliklərini və vəzifələrini təsisçilər daşımış və yalnız təsisçilərin hazırki iddianı qaldırmaq hüququ olmuşdur. Halbuki, məhkəmə nəzərə almamışdır ki, hüquqi şəxsin əvvəllər əldə etmiş olduğu hər hansı bir tələb hüququnun, onun təsisçisinin kim olmasından asılı olmayaraq, həmin tələb hüququnun yaranmış olduğu andan sonra hüquqi şəxsə rəhbərlik edən istənilən şəxs tərəfindən hüquqi şəxsin adından irəli sürmək hüququ vardır. Yəni hətta Nümayəndə "A.R. & KO” MMC-yə uzun illərdən sonra da təsisçi və ya direktor təyin edilərdisə, onun "A.R. & KO ” MMC-nin ödənilməyən aktivlərini "A.R. & KO ” MMC-nin adından tələb etmək hüququ o lmuş, "A.R. & KO” MMC öz əmlakını satan zaman Rəhilə Əsədulazadənin "A.R. & KO” MMC-nin təsisçisi olmaması "A.R. & KO” MMC-ni satdığı əmlakın pulunu tələb etməkdən məhrum etməmişdir. Göründüyü kimi məhkəmə belə qənaətə gəlməkdə səhv etmiş, maddi hüquq normalarını düzgün tətbiq etməməklə əsassız və qanunazidd qətnamə qəbul etmişdir. Əslində isə məhkəmə "A.R. & KO” MMC-nin iddia tələbinin əsaslı olmasını, iddia tələbinin cavabdehin etirafı ilə tam olaraq sübuta yetirilməsini görmüş, iddia tələbinin başqa əsasla rədd edilməsinin mümkün olmamasını başa düşüb, iddiaçının hazırki tələblə məhkəmədə çıxış etmək üçün subyektiv hüquqa malik olmamasını əsas gətirmişdir. Məhz bu baxımdan məhkəmə öz qətnaməsində məhkəmə iclasında tədqiq edilən heç bir sübuta qiymət verməmiş, cavabdehin iddianı qismən etiraf edərək satılan əmlakın dəyəri qismində ******* ABŞ dolları ödəmək öhdəliyinin olmasını göstərməsinə, lakin etirazının əsası kimi həmin məbləği ödəməsi barədə gətirdiyi dəlillərə toxunmamışdır. Halbuki, cavabdehin məhkəmə iclasında satılan əmlakın dəyərini ödəməsi barədə irəli sürdüyü dəlillər heç biri öz təsdiqini tapmamış, cavabdeh öz etirazının əsaslandığı halları bu hissədə sübut edə bilməmişdir. Məhkəmə isə bu barədə öz qətnaməsində göstərməmiş, cavabdehin aldığı əmlakın dəyərini ödəyib-ödəməməsinin sübuta yetirilib-yetirilməməsinə toxunmadan qeyri-müəyyən bir qətnamə qəbul etmişdir. Hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Belə mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsinin qərarlarında da öz əksini tapmışdır. Bundan əlavə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 nömrəli ünvanda yerləşən əmlak kompleksinin müqavilə bağlanan dövr üçün real bazar dəyəri də ******* - ******* ABŞ dollarıdır. Bu əmlak Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən təyin edilən və "xxxx" MMC tərəfindən verilən qiymətləndirmə rəyi ilə də təsdiq olunmuşdur. Hazırda iddiaçı "A.R. & KO” MMC Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 N ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin dəyərinin ödənilməmiş qalıq borcunu - 877238 ABŞ dolları məbləğində pulu tələb edir ki, həmin məbləğ 29 may 2014-cü il tarixdə alqı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq hal-hazıradək ödənilməmişdir. Bundan əlavə, Cavabdeh1 iddia ərizəsinə etirazında qeyd etmişdir ki, guya R.Əəsədullazadəyə 91.000 ABŞ dolları borcu qalmışdır. Halbuki, həmin borcun hazırki əmlakla əlaqəsi yoxdu, həmin borc xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən verilmişdir. Bu fakt Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)2967/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi və Bakı Apelyasiya Məhkəməsinin 2(103)1681/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəmə tərəfindən işə baxılarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1; 386.1; 389.1; 425.1; 425.2; 427.2; 430.1; 442.1; 144.1; 567; 598.1; 646.1; 646.2-ci m addələrinin; MPM-nin 88; 106.3 və 217-ci maddələrinin tələbləri pozulmuş, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, məhkəmə səhv hüquqi nəticəyə gəlmişdir.
15. Apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən mühasibatlıq və qiymətləndirmə (əmtəəşünaslıq) ekspertizası təyin edilmişdir. “Property MMC” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13 N ünvanında yerləşən, mülkiyyətdə olan 1,1028 ha (110,28 sot) torpaq sahəsi üzərində 1686,5 kv.m sahəli əmlak kompleksi kimi müəssisənin hazırkı tarixə olan bazar dəyəri 2.145.000 manat və likvid dəyəri 1.823.000 manat müəyyən edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadına əsasən əlavə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2022-ci il tarixli rəyinə əsasən, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli ********** saylı qeydiyyat nömrəli seriyası RX N-si ******* olan çıxarışa əsasən (reyestr nömrəsi **********69-12301) Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, 13 N ünvanda olan "xxxx" MMC-yə məxsus ümumi sahəsi 1686,5 kv.m, torpaq sahəsi 1.1028 ha olan əmlak kompleksi kimi müəssisə (qeyri yaşayış sahəsi) "xxxx" MMC-nin adından çıxış edən qanuni təmsilçi Nümayəndə tərəfindən 29 may 2014-cü il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Bakı şə həri, İnşaatçılar prospekti, ev 6, mənzil 10-da yaşayan Cavabdeh1 100.000 (bir yüz min) manata Bakı şəhəri, 54 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş alqısatqı müqaviləsinə əsasən satılmışdır. Bu barədə notarius tərəfindən reyestrdə 4Ə/98 nömrə ilə qeyd aparılmışdır. Rəsmiyyətdə əmlak 100.000 manata satılsa da əslində satıcı və alıcı əmlakın 2.500.000 ABŞ dollarına (o vaxtki kurs ilə 1.960.000 manat) satılmasını razılaşmışlar. Bunu hər iki tərəf, iddiaçı və cavabdeh audit yoxlamasına verdikləri izahatlarında da təsdiq ediblər. Cavabdeh1 audit yoxlamasına verdiyi izahatında bildirmişdir ki, satıcı "xxxx" MMC ilə aralarında qeyri rəsmi razılaşdırılmış 2.500.000 ABŞ dolları məbləği tam ödəmişdir. Cavabdeh1 auditə verdiyi izahatında bildirmişdir ki, o borcun bir hissəsini şirkətdən zərər çəkmiş 28 nəfər şəxsə 810.000 manat dəyərində avtomobil, Axundovski MTK-dan Nümayəndə qızma dəyəri 504.000 manat olan 309-310 nömrəli mənzillər, Axundovski MTK-dan Nümayəndə dəyəri 262.460 manat olan 126 nömrəli mənzil, Asifə verilmiş dəyəri 130.000 dollar olan S-63 markalı Mersedes avtomobili, yenə Asifə verilmiş dəyəri 55.600 manat olan 3 ədəd avtomobil verməklə əmlak vasitəsilə ödəmiş, bir hissəsini isə şirkətin təsisçisi Razi Rzayevə 60.000 manat, ƏDV-yə görə yenə Razi Rzayevə 18.000 manat, Asifə 75.000 dollar, Nümayəndə isə 8500 manat nağd olaraq ödədiyini göstərmişdir. Bundan əlavə o alqı-satqı müqaviləsinə görə müqavilədə göstərilən 100.000 manat məbləğində pulun satıcıya ödənilməsi üçün notariusun depozit hesabına ödədiyini bildirir. Beləliklə o izahat ında satıcıya 1.979.280 manat ödənişlərin edildiyi dövrlərin kursu ilə 2.519.113 ABŞ dolları ödənildiyini göstərmişdir. Cavabdeh1 bildirmişdir ki, onda izahatında göstərdiyi ödənişlərə dair hər hansı rəsmi ödəniş sənədi yoxdur. İddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi Nümayəndə audit yoxlamasına izahat verərək bildirib ki, Cavabdeh1 tərəfindən aldığı əmlak kompleksinə görə şirkətə həyat yoldaşı Şahid1 zərər çəkmiş şəxslərə 765.825 manat (dollar hesabı ilə 976.817) ödədiyini (minik maşını və nağd pul ilə), birdə Axundovski MTK-dan dəyəri 504.000 manat olan (dollar hesabı ilə 642.857) iki mənzil verdiyi barədə izahat vermişdir. Ümumilikdə Cavabdeh1 aldığı əmlak kompleksinə görə şirkətə 1.269.825 dollar hesabı ilə 1.619.674 dollar ödəmişdir. Onun haqqında Korrupsiyaya Qarşı Mübarizə İdarəsind ə aparılan istintaq zamanı ondan istintaqa şikayət edəcəyimi bildirdikdə mənə borcundan 5000 dollar, manat hesabı ilə 8500 manat verərək ödəniş qəbzi aldı. Beləliklə hal-hazırki tarixədək Cavabdeh1 şirkətə manat hesabı ilə 681.675 manat, dollar hesabı ilə 875.326 dollar borcu qalmışdır. Əgər ödənişi danmaq fikrim olsaydı aldığı əmlak kompleksinə görə zərər çəkənlərə ödədiyi 765.825 manat və verdiyi 504.000 manat dəyərində olan mənzillərin də onun tərəfindən verildiyini danardı. Çünki həmin ödənişlərində bizə verilməsi rəsmiləşdirilməmişdir və şirkətin bir qanuni təmsilçisi kimi buna görə Cavabdeh1 heç bir ödəniş sənədi verməmişdir. Ona yalnız 2018-ci ildə aldığı 5000 dollara görə qəbz vermişdir. Beləliklə auditin nəticəsi olaraq audit yoxlamasına təqdim edilən iş materiallarında Cavabdeh1 tərəfindən "xxxx" MMC-dən aldığı əmlak kompleksinə görə etdiyi ödənişlərin satıcı tərəfindən ödənilməsini təsdiq edən rəsmi sənədlərə rast gəlmədi. Cavabdeh1 audit yoxlaması zamanı verdiyi izahatında bildirdiki onun şirkətə ödədiyi ödənişlərə görə ( əmlaka və nağd pula görə) rəsmi sənədi yoxdur. Buna görə də cavabdehin şirkətə ödədiyini iddia etdiyi məbləğlərin audit yoxlaması ilə həqiqiliyini müəyyən etmək olmadı. Nəticə olaraq Cavabdeh1 "xxxx" MMC-dən aldığı əmlak kompleksinə görə razılaşdırılmış 2.500.000 ABŞ dollarını, manat hesabı ilə 1.960.000 manatı tam ödədiyini, iddiaçının qanuni təmsilçisi Nümayəndə isə cavabdehin şirkətə dollar hesabı ilə 875.326, manat hesabı ilə 681.675 manat borclu qaldığını iddia edirlər. Bu yalnız məhkəmə istintaqı yolu ilə müəyyən edilməlidir.
17. Bakı Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), A.N.İmanov və Q.A.Əsgərov) 2(103)-291/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı "A.R. & KO” MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-120/21 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir.
18. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iddiaçının subyektiv hüququnun olmamasına istinad etməklə iddianı rədd etməsi tamamilə əsassızdır. Nə qədər ki, mülki iş üzrə iddiaçı Nümayəndə deyil İddiaçı MMC-dir və birinci sonuncunun yalnız qanuni təmsilçisidir. Qeyd edilən səbəbdən və məhkəmənin müvafiq ekspertizalar təyin etmə məsi əsası ilə apellyasiya hədləri çərçivəsində apellyasiya instansiya məhkəməsi mümkün qədər mahiyyəti üzrə araşdırma aparsa da borcun məbləğinin müəyyən edilməsi istiqamətində təkzibedilməz sübutlar müəyyən etməmişdir.
19. Məhkəmə qeyd etmişdir ki, ödənilməli məbləğin qarşılığında iddiaçının əmlak satılması şərtləndirilmiş və alqı-satqı zamanı pul vəsaitlərinin ödənilməsinin tam həyata keçirməmiş, danışığın şərtləri ilə iddiaçının pul vəsaitlərinin bir qisminin qəbul etdiyi lakin hüquqi şəxsin hesabına mədaxil etməyərək audit rəyinə əsasən "Mühasibat uçotu haqqında" xx.xx.2004-cü il tarixli 7İ6-Q saylı Azərbaycan Respublikasının Qanunun tələblərinin pozulması təsbit edilmiş, cavabdehin satılan əmlakın dəyərini ödəməsi barədə irəli sürdüyü dəlillər iddiaçının tələb etdiyi hədlərdə öz tə sdiqini tapmamış və bununla da cavabdeh öz etirazının əsaslandığı halları bu hissədə sübut edə bilməmiş, lakin iddiaçı cavabdehin öhdəliyini icra etməsini tələb etsə də, əmlakın dəyərinin tərtib edilən balans üzrə hesab (təyinatı) üzrə pulun mədaxil edilməməsi və hüquqi şəxsin balansının mülki dövriyyəsi üzrə mədaxil-məxaric əməliyyatlarının müəyyən edilməməsi, habelə məbləğin bir hissəsinin ödənildiyinin iddiaçı tərəfindən etiraf edilməsi səbəbindən borcun qalığının müəyyən edilməsi mümkün olmamışdır. Kollegiya hesab edir ki, iddiaçı hüquqi şəxs olaraq qanunvericiliyə və nizamnaməsinə uyğun əmlakın satıldığı zamanından cəmiyyətin fəaliyyətin təftiş etməli və hesabatlılığı təmin edib rəsmiləşdirilməni (sənədləşdirməni) aparmaqla ilk növbədə (balans, pay, mənfəət və sair üzrə) məxaric edilə n əmlakın cəmiyyətə münasibətdə mülki hüquqi statusun və mədaxil edilməli olan məbləğin təyinatın müəyyən etməli və bundan sonra cəmiyyətə olan qalıq borcu dəqiq müəyyən etməklə məhkəməyə yenidən müraciət edə bilər. Əks halda, yuxarıda qeyd edilən əsaslarla və iddiaçının qanuni təmsilçisinin cavabdehlə olan digər borc münasibətləri müstəvisində, habelə tərəflərin dayanıqlı sübutetmə imkanlarından kənar cəhdlərinə əsasən iddianın yalnız cavabdehin “etirafı” və bunun sübut edə bilməməsi əsası ilə qəti mövqeyin nümayiş etdirilməsi dispozitiv imkandan sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Kollegiya hesab etmişdir ki, daşınmaz əmlak pul vəsaitlərinin dövriyyəsi üzrə sübutlar rəsmi və təkzibedilməz sübutlarla təmin edilməli və hər-hansı şübhələrdən kənar sənədləşmə ilə təsdiq ed ilməlidir.
20. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 87, 91, 96, 417, 418, 425, 421-442, 560, 566, 567, 597-601, 646-649-cu maddələrinə, Mülki Prosessual Məcəllənin 77, 81-82, 88, 106, 372, 385-390-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Şikayət onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin əsasları ilə razı olsa da, cavabdehin "A.R. & KO” MMC-dən qeyd edilən əmlakı satın almasını və bu əmlakın dəyəri qismində 2.500.000 ABŞ dollarını "A.R. & KO” MMC-yə ödəmək öhdəliyini etiraf etməsini göstərsə də, iddiaç ının bu hissədə iddianı sübut etmək vəzifəsindən azad olmağına qiymət verməmiş, həmin hissədə də iddianın sübut edilməli olmasını göstərmişdir. Cavabdeh1 "A.R. & KO” MMC-dən mübahisəli əmlakı satın almasını və bu əmlakın dəyəri qismində 2.500.000 ABŞ dollarını "A.R. & KO” MMC-yə ödəmək öhdəliyini öz üzərinə götürməsini məhkəmə iclasında yazılı və şifahi olaraq etiraf etmişdir. Bu hal işin mübahisə edilməyən halıdır və bu hal iddiaçı "A.R. & KO” MMC-ni satdığı əmlakın dəyəri qismində alıcı Cavabdeh1 satıcı "A.R. & KO” MMC-yə 100.000 manat deyil, 2.500.000 ABŞ dolları ödəmək öhdəliyinin olmasını sübut etmək vəzifəsindən azad etmişdir. Lakin cavabdeh məhkəmə iclasında öz etirazının əsası olaraq, əmlakın dəyəri olan 2 500 000 ABŞ dollarını tam ödəməsini göstərmişdir. Bu hal isə cavabdehin həmi n pul vəsaitini iddiaçıya ödəməsini sübut etmək vəzifəsini yaratmışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbini əsaslandırdığı faktları cavabdeh tərəfin etiraf etməsini iddiaçını bu faktları sübut etmə vəzifəsindən azad etməsinə istinad etməli olduğu halda, məhkəmə iddiaçının üzərinə cavabdeh tərəfin etiraf etdiyi halları sübut etməli olması barədə əlavə vəzifələr qoymuşdur. Məhkəmə kollegiyası öz qətnaməsində daşınmaz əmlak-pul vəsaitlərinin dövriyyəsi üzrə sübutların rəsmi və təkzibedilməz sübutlarla təmin edilməli və hər-hansı şübhələrdən kənar sənədləşmə ilə təsdiq edilməli olmasını göstərmiş, bu zaman Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə istinad edərək, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işi n hallarının başqa sübutlarla təsdiq oluna bilməməsini qeyd etmişdir. iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, bununla əlaqədar verilmiş 04 oktyabr 2021-ci il tarixli audit rəyində də Cəmiyyətin hesabına 2.500.000 ABŞ dollarının daxil olması göstərilməmişdir. Cəmiyyətin özünə məxsus daşınmaz əmlakı satarkən müqavilədə əmlakın dəyərinin real dəyərindən aşağı göstərilməsi isə, əmlakı satan şəxsin həmin əmlakın real dəyərinin tələb etməsi hüququndan məhrum etmir. Çünki, cavabdeh həmin əmlakı 2 500 000 ABŞ dollarına almasını etiraf edir, yəni artıq iddiaçının bu məbləği tələb etmək hüququ yaranır. İddiaçı ödənilməli olan məbləğdən 877.238 ABŞ dolları məbləğində hissəsinin ödənilməməsini bildirir, bu hissədə isə cavabdeh iddiaya etir az edərək, pulu ödəməsini bildirdiyinə görə, həmin pul vəsaitini ödəməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Yəni iddiaçı ilə cavabdeh arasında daşınmaz əmlakın alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilədə əmlakın real dəyərinin göstərilməməsinə və bu məbləğin ödənilməsində pul vəsaitlərinin dövriyyəsi üzrə sübutların rəsmi və təkzibedilməz sübutlarla təmin edilməməsinə istinad edərək, iddianın sübut edilməməsini göstərməkdə apellyasiya instansiyası haqlı olmamışdır. Hazırki məhkəmə qətnaməsində isə məhkəmə ədalətin bərqərar olmasını iddiaçı tərəfin mühasibatlıq əməliyyatlarında etdiyi səhvlərdən asılı etmiş, məhkəmə öz qətnaməsində belə bir qənaətə gəlmişdir ki, əgər iddiaçı hüquqi şəxs olaraq mühasibatlıq sənədlərini düzgün rəsmiləşdirməmişdirsə bu zaman artıq onun apardığ ı maliyyə əməliyyatları üzrə qanunla digər hüquqlardan istifadə edərək, ona dəymiş zərəri tələb edə bilməz. Kassasiya şikayəti verən şəxsin tələbi Prosessual Məcəlləsinin 81-ci maddəsinə istinad edərək, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilməməsini qeyd etmişdir. Məhkəmə bir halı nəzərdə almamışdır ki, məhz cavabdeh iddiaçı tərəfin mühasibatlıq sənədlərində rəsmiyyətin olduğu kimi aparılmamasından istifadə edərək, iddiaçıya olan borcunu tam ödəməsini bildirir, lakin bu barədə özü də hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmir. Bakı Apellyasiya Məhkəməsi iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayətinə baxan zaman prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bununla d a düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir Tətbiq edilən hüquq İnsan Hüquqlarının və X4 X3:
24. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyası:
25. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
26. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qa ydasında təsdiqlənməlidir.
27. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
28. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
29. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 3 86.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
33. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
34. Maddə
442. Öhdəliyin ic ra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
35. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
36. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkə məsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instans iyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etirazına və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünk i işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
46. Hazırkı işə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi tələbin qanuni əsasını konkret olaraq göstərməmiş, müvafiq maddi hüquq nomasının dispozisiya şərtləri ilə işin halları arasında uyğunluğu (uyğunsuzluğu) yoxlamaqla, iddianın əsaslı olub-olmamasına dair hüquqi dəyərləndirmə aparmamışdır.
47. Belə ki, iddiaçı, daşınmaz əmlakın alqı-satqısına dair cavabdehlə bağladığı müqaviləyə istinad edərək ödənilməmiş qalan 877.238 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir.
48. Cavabdeh isə əmlak kompleksinin razılaşdırılmış dəyərini ödədiyini bildirməklə iddiaya etiraz edir.
49. Məhkəmələrin apardıqları araşdırma ilə müəyyən edilmişdir ki, tərəflər Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 N ünvanda yerləşən torpaq və qeyri-yaşayış sahəsinin İddiaçı MMC tərəfindən 2.500.000 ABŞ dollarına Cavabdeh1 satılması barədə razılığa gəlmişlər. Bununla belə, notarial qaydada təsdiqlənmiş 29 may 2014-cü il tarixli alqı-satqısı müqaviləsində əşyanın dəyəri 100.000 manat göstərilmişdir.
50. Mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxan məhkəmə iddianın qanuni əsası kimi əvvəlcə müqavilədən, daha sonra isə qanundan irəli gələn tələb hüquqlarına dair normaları nəzərdən keçirə bilər.
51. Daşınmaz əmlakın alqı-satqısına dair notarial qaydada təsdiqlənmiş müqavilə bağlanması əqddən irəli gələn öhdəlik münasibətlərinin yoxlanılması üçün əsasdır.
52. Məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməl i, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin, öhdəliyin əmələ gəlməsi üçün əsaslardan biri də onun iştirakçıları arasında müqavilənin olmalıdır (§ 30-31).
53. Mülki Məcəllədə nəzərdə tutulmuş əqdlərdən biri də alqı-satqı müqaviləsidir. Bu müqaviləyə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (§ 35).
54. İddiaçı bildirir ki, sözügedən əmlakı sataraq mülkiyyətini cavabdehə keçirsə də, əşyanın dəyəri kimi razılaşdırılmış ümumi məbləğdən 877.238 ABŞ dolları alıcı tərəfindən ödənilməmişdir.
55. Göründüyü kimi, bu iddia müqavilədən irəli gələn öhdəliyin icra edilməm əsinə əsaslanır.
56. Qanuna əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (§ 34).
57. Eyni zamanda, Mülki Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir (§ 36).
58. Göründüyü kimi, tərəflər arasında daşınmaz əmlaka dair etibarlı bir alqı-satqı müqaviləsi bağlandıqda, əşyanın mülkiyyətini qazanmış alıcı onun dəyərini tam olaraq satıcıya ödəməlidir. Əks halda o, öhdəliyin icrasını gecikdirmiş sayılır. Həmin dəyəri ödədiyini iddia edən alıcı bunu sübuta yetirməyə borcludur (§ 38).
59. Qeyd olunduğu kimi, işdə olan, notarial alqı-satqı müqaviləsində əmlakın dəyəri 100.000 manat olaraq göstərilmişdir. Bununla belə, həm tərəflərin izahatlarından, həm də iş üzrə keçirilmiş mühasibatlıq tədqiqatlarından belə görünür ki, tərəflər alqı-satqının predmeti olan daşınmaz əşyanın qiymətini əslində 2.500.000 ABŞ dolları məbləğində razılaşdırmışlar.
60. Belə olan halda, iddiaçının müqavilədə göstəriləndən çox məbləğdə tələb etdiyi pul vəsaitinin cavabdehdən tutulmasının qanuni əsası məhkəmə tərəfindən düzgün müəyyən edilməlidir.
61. Əgər iddiaçının pul tələbi müqavilədən irəli gələn hüquq kimi qiymətləndirilirsə, notarial qaydada təsdiqlənmiş əqddə əks olunmayan məbləğin (tələbin 100.000 manatdan çox hissəsinin) hansı əsasla tələb edildiyi göstərilməlidir.
62. Məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (§ 27-28).
63. Qanunverici müqavilənin bağlanmış sayılması və hüquqi nəticələr yaratması üçün müvafiq şərtlər nəzərdə tutmuşdur.
64. Belə ki, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (§ 29).
65. Göründüyü kimi, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan irad ə bəyanları başa düşülür.
66. Qanuna əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir (§ 26, 33).
67. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (§ 32).
68. Göründüyü kimi, daşınmaz əşyaya sərəncam veril məsi haqqında müqavilə notarial qaydada təsdiqlənməli, müqavilənin bağlanmış sayılması üçün isə tərəflər bütün mühüm şərtləri tələb olunan formada razılaşdırmış olmalıdırlar.
69. Hazırkı işə mahiyyəti üzrə baxan məhkəmələr tərəflərin satılan əşyanın öz aralarında razılaşdırılmış dəyərinin notarial müqavilədə əks olunmamasının səbəblərini araşdırmamış, bu xüsusatın iddianın həllinə təsirini müzakirə etməmiş, məsələyə hüquqi qiymət verməmişlər.
70. O da qeyd olunmalıdır ki, əgər iddiaçının hazırkı pul tələbi müqavilə xaricində yaranan, yəni qanundan irəli gələn tələb hüququ kimi qəbul edilirsə, o zaman bu hüququn söykəndiyi qanuni əsası (əsassız varlanma və s.) dəqiq şəkildə izah olunmalıdır.
71. Göstərilən hüquqi əsaslardan hər hansı biri ilə iddiaçının cavabdehdən pul tələb etmək hüququ mü əyyən edildiyi halda, iş üzrə mübahisəli hallar aydınlaşdırılmalı, bu hallar üzrə sübutetmə yükü müəyyənləşdirilməli, tərəflərin təqdim etdiyi sübutlar əsasında araşdırma aparılmaqla iddiaya yekun hüquqi qiymət verilməlidir.
72. Hazırkı işdə isə apellyasiya məhkəməsi bu qaydalara əməl etməmiş, iş üzrə gəldiyi nəticəni yuxarıda göstərilən maddi və prosessual normaların tələblərinə müvafiq surətdə əsaslandırmamışdır. Qətnamədə işin müəyyən edilmiş faktiki halları, bəzi maddi hüquq normaları sadalanmaqla, alqı-satqı zamanı pul vəsaitlərinin ödənilməsinin tam həyata keçirmədiyi, cavabdehin əmlakın dəyərini ödəməsi barədə irəli sürdüyü dəlilləri sübut edə bilmədiyi, eyni zamanda hüquqi şəxs olaraq iddiaçının qalıq borcu dəqiq müəyyən etməklə mühasibatlıq qaydalarına uyğun sənədləşmə apardıqda n sonra məhkəməyə yenidən müraciət edə biləcəyi qeyd olunmuş və iddia rədd edilmişdir.
73. Kollegiya bildirir ki, sadəcə qanunvericilik normalarının sadalanması və mübahisənin mahiyyətinə qiymət vermədən iddianın əsaslı və ya əsassız olması barədə qənaəti əks etdirən bir neçə cümlədən ibarət olan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş (qanuna uyğun) aktı kimi qəbul etməyə imkan vermir.
74. Məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil ib-edilmədiyini müəyyənləşdirə bilsin.
75. Bu qaydalara riayət edilməməsi İnsan Hüquqlarının və X4 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun və Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir (§ 24-25).
76. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdı r.
77. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
78. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almamış, sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır (§ 4 1).
79. Bu səbəbdən yuxarıdakı hüquqi mövqelər nəzərə alınmaqla, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına göndərilməlidir.
80. Kollegiya onu da qeyd edir ki, yeni apellyasiya baxışında tərəflərin satılan əşyanın öz aralarında razılaşdırılmış real dəyərini notarial müqavilədə əks etdirməmələrinin səbəbləri tam və hərtərəfli araşdırılmalı, rəsmi sənədləşmədə qiymətin dəfələrlə az məbləğdə göstərilməsi nəticəsində vergidən, rüsumdan və ya başqa qanuni ödənclərdən qəsdən yayınma və ya digər cinayətin əlamətləri aşkar edildikdə, faktla bağlı xüsusi qərardadın çıxarılaraq prokurorluq orqanına məlumat verilməsi müzakirə edilməlidir.
81. Göstərilən lərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-291/2022 nömrəli iş üzrə 14 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.