Məhkəmə qərarları › İş №2(102)-4128/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4128/2023

12.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4128/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinə və Bakı şəhər 52 saylı Notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasdan imtina, imtinanın geri götürülməsinin yolverilməzliyi, mirasdan imtina barədə ərizənin ləğvi, aldatma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinə və Bakı şəhər 52 saylı Notariat ofisinə ərizələrin ləğv edilməsi tələbinə dair mülki iş üzr ə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3512/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 12 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmiş Fərhad Abdullayevin atasıdır.

2. İddiaçı 13 dekabr 2022-ci il tarixdə Bakı şəhəri 52 saylı Notariat ofisində 8İ-11549 reyestr nömrəsi ilə qeydə alınmış ərizə yazaraq 19 noyabr 2022-ci il tarixdə vəfat etmiş oğlu X1 miras qalmış əmlakdan qızı X2 xeyrinə imtina etdiyini bildirmişdir.

3. İddiaçı 24 dekabr 2022-ci il tarixdə 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində yerləşən Notariat ofisində 8İ-40104 reyestr nömrəsi ilə qeydə alınmış ərizə yazaraq və fat etmiş oğlundan irs qalmış mirasın ona çatası hissəsindən imtina etdiyini bildirmişdir.

4. Bakı şəhəri 52 saylı Notariat ofisinin notariusunun İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Mülki Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz, buna görə də imtina ərizəsinin ləğv olunmasından imtina edilsin. 5. 6 saylı Bakı “ASAN XİDMƏT” mərkəzində Notariat ofisinin notariusunun İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Mülki Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra - iddiaçı) 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinə və Bakı şəhər 52 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 13 dekabr 2022-ci il tarixdə Bakı şəhəri 52 saylı Notariat ofisində 8İ-11549 reyestr nömrəsi ilə qeydə alınmış və 24 dekabr 2022-ci il tarixdə 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində yerləşən Notariat ofisində 8İ-40104 reyestr nömrəsi ilə qeydə alınmış ərizələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 13 dekabr 2022-ci il tarixdə 52 saylı Notariat ofisində 8İ-11549 reyestr nömrəsi ilə ərizə tərtib edilmiş və imzası ilə təsdiq olunmuş, ərizəyə əsasən 19 noyabr 2022-ci il tarixdə vəfat etmiş oğlu X1 miras qalmış əml akdan qızı X2 xeyrinə imtina etmişdir. Qızı evi satıb onun payını verəcəyini vəd etmiş, lakin ərizəni verdikdən sonra heç nə verməyəcəyini bildirmişdir. Sonradan oğlu Fəxri Abdullayev onu evinə çağırmış, əmlakdan onun xeyrinə imtina edəcəyi təqdirdə əmlakdan payı ona verəcəyini bildirmişdir. 24 dekabr 2022-ci il tarixdə Xətai rayonu 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində yerləşən Notariat ofisində 8İ-40104 reyestr nömrəsi ilə ərizə tərtib edilmiş və imzası ilə təsdiq olunmuşdur. Sonradan oğlu Fəxri Abdullayev də ona əmlakdan pay verməyəcəyini bildirmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-1546/2023 nömrəli iş üzrə 03 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.N.Həsənova) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı vəfat etmiş oğlu Fərhad Abdullayevin vərəsəsi olaraq birinci növbəli vərəsə kimi vərəsəliyə çağrılmış, 52 saylı Notariat kontorunda vərəsəlikdən ona düşən paydan qızı Sədaqət Səlimovanın xeyrinə imtina etmişdir. İddiaçı həmin ərizəni aldanması nəticəsində verdiyinə istinad edib ərizənin ləğv edilməsini istəsə də, aldanması halını sübuta yetirəcək dəlilləri məhkəməyə təqdim edə bilməmiş, iddiasının əsasını sübuta yetirə bilməmişdir. Mülki Məcəllənin tələblərinə əsasən mirasdakı paydan imtina ilə bağlı verilmiş ərizənin geri götürülməsi nəzərdə tutulmur. Odur ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz.

10. Məhkəmə mübahisələndirilən digər imtina ərizəsinə münasibətdə qeyd etmişdir ki, nə qədər ki, qanunvericilikdə mirasdan imtina ərizəsinin geri götürülməsin in yolverilməzliyi nəzərdə tutulur, 6 saylı Notariat kontorunda yenidən mirasdan imtina ilə bağlı ərizə qəbul edilə bilməzdi. Belə ki qanunvericiliyin tələblərinin pozulması ilə alınan ərizə özlüyündə etibarsızdır. Etibarsız ərizənin ləğvi ilə bağlı iddiaya qiymət verməyi məhkəmə zəruri hesab etməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1, 1261 və 1268.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apelly asiya şikayəti iddia ərizəsinin məzmununa uyğun onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, 88 yaşı olan iddiaçının övladları tərəfindən aldadıldığını nəzərə almamış, gəldiyi nəticə işin hallarına uyğun olmamış, qanunsuz və əsassız qətnamə çıxarmışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3512/2023 nömrəli mülki iş üzrə 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hal ondan ibarət olmuşdur ki, qızının onu aldatması nəticəsində vəfat etmiş oğlunun mirasından onun xeyrinə, daha sonra oğlu Fəxri Abdullayevin aldatması nəticəsində mirasdan sonuncunun xeyrinə imtina etmiş, həmin ərizələrin ləğvinə dair müraciətləri isə notariuslar tərəfindən müsbət həll olunmamışdır.

16. Kollegiyanın qənaətinə görə iddiaçının irəli sürdüyü sözügedən faktiki hallar, onun iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan qanunvericilik müddəalarının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia tələbi birtərəfli iradə ifadəsi olan mirasdan imtina ərizələrinin ləğv edilməsi barədə olsa da, tələbin hüquqi əsasları ərizələrin etibarsız sayılmasına yönəlmiş və kollegiya işə bu kontekstdə qiymət vermişdir.

18. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 16) görünür ki, əqdin əmələ gəlməsibağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

19. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsində (§ 17-20) əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu ol ması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır.

20. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət forması nda (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).

21. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir;

2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtl ərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır;

3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).

22. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadəl ərini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.

23. Kollegiya işin müəyyən olunan hallarını əsas götürərək hesab etmişdir ki, iddiaçının birtərəfli iradə ifadəsi olan müvafiq ərizələrin onun aldadılması nəticəsində verildiyi qənaətinə gəlmək mümkün deyildir.

24. Kollegiya bu qənaətə gələrkən onu da nəzərə almışdır ki, mirasdan imtina ərizəsinin geri götürülməsi yolverilməz olduğundan (§ 25), 6 saylı Notariat ofisində onun verdiyi ərizə özü-özlüyündə əhəmiyyətsiz olmuşdur – həmin əhəmiyyətsiz ərizənin ləğv edilməsi isə hər hansı hüquqi nəticə doğurmur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi bütün qeyd etdiyi faktları nəzərə almamış və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbləri üzrə hərtərəfli, tam və obyektiv tədqiq aparılmamış və iş üzrə tələsik qərar qəbul edilmişdir. Məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən hüququn tətbiq edilməsində səhvin buraxmasına, qanunun səhv təfsir edilməsinə baxmayaraq qətnaməni qüvvədə saxlamışdır. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsini işdə olan sənədlərlə əsaslandırmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi nə iddiaçının, nə onun vəkilin iştirakını təmin etməmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmək istəsə də, işə baxılmanın vaxtı və yeri haqqında ona rəsmi məlumat çatdırılmamışdır. Beləliklə də, iddiaçı məhkəmə iclasında iştirak etməsi və şikayətinin dəlillərini bildirməkdən məhrum olmuşdur. Bununla da, birinci instansiya məhkəməs i MPM-nin 9.3-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Lakin, məhkəmə kollegiyası bunları nəzərə almadan əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

28. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

29. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

30. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

31. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həq iqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

33. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

34. Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

35. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticə lərə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

36. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

37. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahis ələndirilə bilər.

38. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hər əkətlər məcburetmə sayılmır.

39. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər.

40. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. MPM

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiy ası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikay ətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məh kəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamal ı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3512/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar