Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4132/2021 13.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" X19 Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4132/21 (Açar sözlər: sağlamlığının pozulmasına görə ödəncin verilməsi, ödəncin yaşayış minimumu ilə müəyyən edilməsi) Bakı şəhəri, 13 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil2 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh "xxxx" X19 Cəmiyyətinə qarşı “istehsalat qəzası nəticəsində sağl amlığının pozulmasına görə ödəncin və vəkil xidmətinə görə ödədiyi pulun cavabdehdən alınaraq ona verilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-191/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" X19 Cəmiyyətinin kassasiya şikayətinə 13 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) İş üzrə birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh "xxxx" X19 Cəmiyyəti və qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 11 oktyabr 2013-cü ildə "xxxx" ATS-də istehsalat xəsarəti aldığına görə ona aylıq 244,57 manat ödəncin müəyyən edilməsi, hadisənin baş verdiyi vaxtdan hazırki vaxta qədər ödənilməmiş 18,504,16 manat cə mi aylıq ödəncin, habelə ömrünün axırına qədər hər ay 244,57 manat ödəncin və vəkil xidmətinə görə ödədiyi 1800 manat pulun cavabdeh "xxxx" ATSC-dən alınaraq ona veriməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 8 saylı region üzrə X13 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs kimi işə cəlb edilmişdir.
3. Sonradan İddiaçı iddia tələbinin həcmini artıraraq, cavabdeh “Mingəçevir MaşınTəmir” ATSC-nin daş-aqlay emalı sexində işləyərkən aldığı istehsalat xəsarətinə görə ömrünün axırına qədər hər ay 258,43 manat aylıq ödəncin müəyyən edilməsi, 11.10.2013-cü ildən bu günə qədər 82 ay 15 gün üçün ödənilməmiş 21307,47 manat ödəncin cavabdeh "xxxx" ATS-dən alınaraq ona verim əsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Aaha sonra iddiaçı ərizə verərək, aylıq ödəncin məbləğinin 244,57 manat olmasını göstərmişdir.
5. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı 11 oktyabr 2013-cü ildə "xxxx" ATSC-nin daş-aqlay sexində kantçı vəzifəsində işləyərkən iş başında sağ əlinin 4 barmağının kəsilməsi ilə nəticələnən istehsalat xəsarəti almışdır. X13 Xidmətinin 16.12.2013-cü il tarixli, 171-T saylı əmrinə əsasən bədbəxt hadisənin təhqiqatı aparılmış, iddiaçının həqiqətən də istehsalatda xəsarət almağı barədə təhqiqat aktı tərtib edilmişdir. Buna baxmayaraq cavabdeh iddiaçının istehsalatda xəsarət almağıyla əlaqədar "İZ" formalı aktı tərtib etməmişdir.
6. İddiaçı "İZ" formalı aktı Mingəçevir Şəhər Məhkəməsinin 13.03.2018-ci il tarixli, 2(051)-383/2018 sayl ı qətnaməsinə əsasən 2019-cu ilin may ayında ala bilmişdir. 7.Cinayət işi ilə əlaqədar iddiaçı Mingəçevir şəhərində fəaliyyət göstərən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri-X10 və X11 ilə müqavilələr bağlamışdır. Bu müqavilələr üçün X4 350 manat, X5 isə 1.450 manat pul vermişdir. Onların hər ikisi Azərbaycan Respublikasının "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanununun tələblərini və vəkil andını kobud surətdə pozaraq iddiaçının əleyhinə iş aparıb qarşı tərəfi müdafiə etmişlər.
8. Mingəçevir Şəhər Məhkəməsinin 06 yanvar 2015-ci il tarixli, 1(051 )-3/2015 saylı hökmü ilə "xxxx" ATSC-nin İdarə Heyətinin sədri X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə bəraət verilmişdir.
9. Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 21 may 2015-ci il tarixli, 1(107)- 73/2015 saylı hökmü ilə apellyasiya protesti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 06.01.2015-ci il tarixli, 1 (051)-3/2015 saylı hökmü ləğv edilmiş və "xxxx" ATSC-nin İdarə Heyətinin sədri X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Hökm Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 27 oktyar 2015-ci il tarixli, 1(102)1370/15 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
10. İddiaçının istehsalatda sağ əlinin 4 barmağının kəsilməsi və əmək qabiliyyətinin 45 faizinim itirilməsi ilə nəticələnən istehsalat xəsarəti almağı məhkəmə hökmü ilə təsdiq edilmişdir. Bütün bu qərarlar əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komis siyasının 18.10.2019-cu il tarixli qərarı ilə iddiaçıya əlilliyin səbəbi "əmək zədəsi" olmaqla müddətsiz 3-cü dərəcəli əlillik verilmişdir.
11. İddiaçı "xxxx" ATSC-nin daş-aqlay sexində kantçı vəzifəsində işləyərək orta aylıq 400-500 manat və əvəzçilik üzrə gözətçi işləyərək orta aylıq 93,50 manat əmək haqqı almışdır. İddiaçı istehsalat xəsarəti nəticəsində əmək qabiliyyətinin 45 faizini itirmişdir.
12. İddiaçının hər 2 vəzifə üzrə orta aylıq əmək haqqı 543,50 manat təşkil edir. Buna görə də cavabdeh "xxxx" ATSC tərəfindən iddiaçıya ödənilməli olan aylıq ödəncin məbləği 244,57 manat (543,50 X 45 %) təşkil edir.
13. İddiaçı istehsalat xəsarətini 11 oktyabr 2013-cü ildə almışdır. Həmin vaxtdan bu günə kimi 82 ay 15 gün müddət keçmişdir.
14. Bundan əlavə, cavabdeh "xxxx" ATSC hər ay iddiaçıya ömrünün axırına qədər 244,57 manat aylıq ödənc verməlidir. İddiaçı bu barədə cavabdeh "xxxx" ATSC-nin İdarə Heyətinin sədri X15 müvafiq sənədləri əlavə etməklə 04.12.2019-cu il tarixli ərizə ilə müraciət etmişdir. Ərizə poçt vasitəsi ilə 05.12.2019-cu ildə göndərilmişdir. Mobil Əzizov iddiaçıya bildirmişdir ki, məhkəməyə müraciət etsin, məhkəmənin qətnaməsi əsasında tələbin ödənilməsinə razıdır.
15. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096, 1097, 1118-ci, Əmək Məcəlləsinin 294, 296, 299, 300-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan d igər şəxslərə ödənclərin verilməsi Qaydaları”na istinad etmişdir.
16. Cavabdeh Mingəçevir “Maşın-Təmir ASC-nin nümayəndəsi (İdarə Heyətinin sədri) iddiaya etiraz edib. Etirazın dəlilləri: - İddiaçı uzun müddətdir ki, tanıyır. İddiaçı Mingəçevir "xxxx" ASC-də gözətçi işləyə-işləyə, "xxxx" ASC-nin həyətində yerləşən, ASC-yə heç bir aidiyyatı olmayan, özünün həmkəndlisi X6 tərəfindən icarəyə götürülüb işlədilən "xxxx" MMC-nin daş-aqlay sexində öz ehtiyatsızlığından sağ əli dəzgahın bıçaq hissəsinə düşərək, 2, 3, 4 və 5-ci barmaqlarının əsas falanqaları travmatik amputasiya olmuşdur; - Mingəçevir şəhər Məhkəməsinin 13 mart 2018-ci il tarixli 2 (051)-383/2018 saylı qətnaməsi ilə "xxxx" ATSC-dən ödənilməli əmək haqqının dəyəri olan 4955.50 manat və vurulmuş mənəvi zərərə görə 10.000 (on min) man at məbləğində pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. İddiaçı ilə razılıq olmuşdur ki, həmin qətnamədə göstərilən 14955,50 manat ümumi məbləğ iddiaçıya ödənilsin, qətnamədən apellyasiya şikayət verilməsin və bununla da iddiaçı ilə aralarındakı mübahisə bir dəfəlik həll edilsin. Buna görə də, məhkəmə qətnaməsi üzrə ödənilməli olan 14955,50 manat pul X12 filialı vasitəsi ilə iddiaçıya bir dəfəlik tam həcmdə ödənilmişdir; - bundan şirniklənən və daha da artıq qanunsuz yolla qənimət əldə etmək istəyən iddiaçı yenidən eyni predmet və eyni mübahisə üzrə əsassız iddia qaldırmışdır; - həmçinin "xxxx" ASC 11 saylı Ərazi Vergilər Departamentinin “hüquqi şəxsin fəaliyyətinin dayandırılması” arayışına əsasən, sonuncu dəfə, 15.05.2019-cu il tarixdən 13.05.2024-cü il tarixinədək fəaliyyətini daya ndırmışdır. Hazırda "xxxx" ASC heç bir fəaliyyətlə məşğul deyildir. ASC-nin səhmdarlarından başqa heç kəsin qarşısında müqaviləsi və öhdəliyi yoxdur. Həm də iddiaçıya "xxxx" ASC-nin heç bir məbləğdə borcu, müqavilə üzrə öhdəliyi və s. ödənilməli olan pul ödənişi yoxdur.
17. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 8 saylı region üzrə X9 nümayəndəsi iddia tələbi üzrə göstərmişdir ki, 11 oktyabr 2013-cü il tarixdə "xxxx" MMC-nin istehsalat sahəsində "xxxx" ATSC-nin işçisi İddiaçı istehsalat sahəsində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. Həmin hadisə ilə bağlı təhqiqat komisiyasının rəyinə əsasən Təhqiqat komissiysı Təhqiqat aktının 4-cü bölməsini n 4.1 bəndinə görə "xxxx" ATSC-nin idarə heyətinin sədri – işəgötürən X2 cavabdehliyi, 4.2 bəndinə görə zərərçəkən – gözətçi İddiaçı ehtiyatsızlığı müəyyən edilmişdir. İddiaçıla baş vermiş bədbəxt hadisə Azərbaycan Respubliksı Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2 bəndinə əsasən istehsalat xarakterli sayılmış və Mingəçevir "xxxx" ATSC-də uçota alınmışdır.
18. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-585/2020 saylı 25 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ATSC-dən İddiaçı daş emalı sexində işləyərkən aldığı istehsalat xəsarətinə görə 11 oktyabr 2013-cü il tarixdən ömrünün axırına qədər hər ay 258,43 manat ödənc mü əyyən olunması və həmin ödəncin hər ay İddiaçı ödənilməsi, iddiaçının tələb etdiyi 21307.47 manat məbləğdə ödəncin verilməsinin iddiaçıya ömrünün axırına kimi təyin olunmuş ödəncə daxil edilməklə müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Hüseyn Mirzəyev)
19. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, "xxxx" ATSC-nin İdarə heyətinin sədri "xxxx" ATSC-də texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olmuş və onun daşıdığı vəzifəyə qanunvericiliyin tələb etdiyi tərzdə yanaşmaması və bu qaydaların pozulması nəticədə ehtiyatsızlıqdan həmin ATSC-də işləyən İddiaçı sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur.
20. Birinci instansiya məhkəməsi iş materiallarin i araşdıraraq belə qənaətə gəlib ki, daş aqlay sexi emal sənayesinə aid oluğuna görə iddiaçının cavabdeh "xxxx" ATSC kantçı vəzifəsində işləyərkən orta aylıq əmək haqqı 2013-cü il üçün 454,30 manat müəyyən edilmişdir. Bundan əlavə iddiaçı 18.10.2019-cu il tarixdən əmək zədəsi səbəbi ilə əmək qabiliyyətinin 45 faizini itirmiş, iddiaçıya üçüncü dərəcə əlillik təyin edilmiş, sağ əlin 2 və 3-cü barmaqlarının proksimal falanqasının orta 1/3-nin, 4-cü barmağın proksimal falanqanın aşağı 1/3-nin, 5-ci barmağın orta falanqanın əsas səviyyədə amputasiya edilməklə faktiki olaraq əmək fəaliyyəti qabiliyyətinin 45 faizini itirmişdir.
21. Birinci instansiya məhkəməsi sadalanan diqqətəlayiq halları nəzərə alaraq hesab edib ki, istehsalat nəticəsində sağlamlığının pozulmasına görə iddiaçının tələb etdiyi ödənc ədalətli məbləğ olaraq cavabdeh "xxxx" ATSC-dən daş-aqlay emalı sexində işləyərkən aldığı istehsalat xəsarətinə görə 11 oktyabr 2013-cü il tarixdən ömrünün axırına qədər hər ay 258,43 manat aylıq ödəncin iddiaçıya ödənilməsi məqsədə uyğundur. İddiaçının tələb etdiyi 21307.47 manat məbləğdə ödəncin verilməsi tələbinə gəlincə, həmin məbləğ iddiaçıya ömrünün axırına kimi təyin olunmuş ödəncə daxil edilməklə müəyyən edilməlidir.
22. Məhkəmə mövqeyini Mülki Məcəllənin 1118,1119-cu, Əmək Məcəlləsinin 3, 238-ci, Mülki Prosessual Məcəllənin 14.2--ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında" Qaydaların 1. 2, 1.3, 1.6 və 1.7-ci bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Cavabdeh "xxxx" ATSC apellyasiya şikayəti verilərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahil etmişdir.
24. Apellyasiya şikayətinin dəliləri: - Mingəçevir şəhər məhkəməsinin 2(051)-383/2018 saylı 13 mart 2018-ci.il tarixli qətnaməsi ilə “istehsalat xəsarəti alması ilə əlaqədar tərtib və təstiq edilmiş “İZ” formalı aktın cavabdeh "xxxx" ATSC və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhakinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 8 saylı X7 alınıb İddiaçı verilməsi, əmək kitabçasının cavabdehdən alınıb iddiaçıya verilməsi, əmək haqqının dəyəri olan 4955.50 manat pulun, vurulmuş mənəvi zərərə görə 10000 manat məbləğdə pulun cavabdeh "xxxx" ATSC-dən alınaraq İddiaçı ödənilməs i barədə qətnamə qəbul edilmişdir. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı "xxxx" ATSC-də gözətçi vəzifəsində işləmişdir. Həmin qətnamə ilə də iddiaçının gözətçi kimi aylıq əmək haqqı məbləğinin 93,50 manat olması müəyyən edildiyindən ona ödənilməmiş əmək haqqı olaraq 4955,50 manat cavabdeh "xxxx" ATSC-dən iddiaçının xeyrinə tutulması qət edilmişdir; - qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər arasında olan mübahisəyə baxan başqa məhkəmə üçün məcburi xarakter daşıyır. Lakin hazırki işə baxan Mingəçevir şəhər məhkəməsi nədənsə mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinin nəzərə almamış, Mingəçevir Şəhər Məkəməsinin 13.03.2018-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən ed ilmiş halları sanki görməmişdir; - İddiaçı əmək xəsarəti alarkən işəgötürən "xxxx" ATSC-də kantçı vəzifəsində deyil, gözətçi vəzifəsində işləmişdir. Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhədliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Göründüyü kimi, qanunvericilik yalnız əmək münasibətlərində olan işəgötürən və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyət daşımasını müəyyən edib; - birinci instansiya məhkəməsi ödəncin məbləğini müəyyən edərkən 2013-cü il üzrə kantçı vəzifəsinin orta aylıq əmək haqqı kimi 454,30 manatı əsas götürmüşdür. İddiaçı heç vaxt ASC-də kantçı vəz ifəsində işləməyib. Məhkəmə bunu müəyyən edərkən heç bir rəsmi sənədə istinad etməyib; - iddiaçı gözətçi işlədiyi üçün 2013-cü ildə ödənc olaraq onun aylıq əmək haqqı kimi 95,50 manat nəzərə alınmalı idi.
25. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-191/2021 saylı 09 mart 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" X19 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2(051)-585/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “Mingəçevir Maşın Təmir” ATSC-də işləyərkən aldığı istehsalat xəsarətinə görə İddiaçı hər ay 56.25 (əlli altı manat iyirmi beş qəpik) manat aylıq ödəncin müəyyən edilməsi, cavabdeh “Mingəçevir M aşın Təmir” ATSC-də işləyərkən aldığı istehsalat xəsarətinə görə 11 oktyabr 2013-cü il tarixdən başlayaraq hər ay 56.25 (əlli altı manat 25 qəpik) manat “Mingəçevir Maşın Təmir” ATSC-dən alınaraq (son yaş həddinədək) pensiya yaşınadək İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Ayaz Mahmudov (sədrlik edən, məruzəçi), Ələddin Məcidov, Mahir Əsədli )
26. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı sonuncuya məxsus ATSC-də əmək fəaliyyətinə başlamış (gözətçi kimi işə götürülmüş), 11.10.2013-cü il tarixli bədbəxt hadisənin baş verməsi nəticəsində istehsalat xəsarəti almış, aldığı xəsarət nəticəsində sağ əlinin 2-3-4 və 5-ci barmaqlar ı əsas falanqalarının orta 1/3 səviyyədən travmatik amputasiya edilmişdir. Bu da göstərir ki, bədbəx hadisənin səbəbləri Əmək Məcəlləsinin 215-ci maddəsinin 4-cü hissəsinin və həmin Məcəllənin 216-cı maddəsinin 3-cü hissəsinin tələblərinin pozulmasıdır.
27. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf xəsarət almazdan və yaxud peşə-əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta əmək haqqının məbləği barədə məhkəməyə mötəbər sübut təqdim etməmiş, tələb etdiyi əmək haqqınım məbləğini öz mülahizəsi əsasında əsaslandırmağa çalışmışdır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin surətinə əsasən isə iddiaçı Məmmədov X8 Maşın Təmiri ASCdə gözətçi işləməklə 120 manat məbləğində əmək haqqı almışdır.
28. Apellyasiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş əmək müq aviləsinə və əmək haqqı barədə verilmiş arayışa da tənqidi yanaşaraq, həmin il üçün (2013-cü il üçün) yaşayış minimumunu əsas götürməyi məqsədə müvafiq hesab etmişdir. 29. “Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2013-cü ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 125 manat müəyyən edildiyindən, apellyasiya məhkəməsi hesab edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli qərarına istinadən iddiaçının xəsarət almazdan əvvəl malik olduğu orta əmək haqqı həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faiz miqdarında müəyyən edilərək (125 x 45:100=56.25) ödənilməlidir.
30. Apellyasiya məhkəməsi iddia tələbinin “ömrünün sonuna qədər” hissəsi ilə də razılaşmayaraq qeyd edib ki, ödəmələr iddiaçının pe nsiya yaşına qədər həyata keçirilməlidir. Belə ki, müəyyən yaş həddindən sonra iddiaçıya dövlət tərəfindən müvafiq müavinət (pensiya) ödəniləcəkdir.
31. Apellyasiya məhkəməsi gəldiyi nəticəni əlavə olaraq Mülki Məcəllənin 1108, 1119.1, Əmək Məcəlləsinin 191, 239-cu maddələri və “Azərbaycan Respublikasında 2013cü il üçün yaşayış minimumu haqqında” Qanunla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh "xxxx" X19 Cəmiyyəti kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilən hissəsində də rədd edilməsini xahiş etmişdir.
33. Cavabdehin kassasiya şikayəti apellyaisya şikayətinin dəılillərinə uyğöun əsaslandırılıb.
34. İddiaçı da kassasiya şikayəti verib, qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.
35. İddiaçının kassasiya şikayətinin dəlilləri: - ödəncin məbləği müəyyən edilərkən orta aylıq əmək haqqı deyil, 2013-cü ilin yaşayış minmumunun əsas götürlməsi düz deyil. Məhkəmə Mülki Məcəllənin 1119-cu maddəsinin tələblərini pozub; - məhkəmə ödəmələrin iddiaçının pensiya yaşına qədər həyata keçirilməli olmasını müəyyən etməklə Mülki Məcəllənin 1118-ci maddəsinin tələblərinə əməl etməyib; - iddiaçının kantçı kimi işlədiyi dövrdə aldıöı əmk haqqı barədə sübutları cavabdeh təşkilat təqdim etməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
37. Məhkəmə kollegiyasının iclasında İddiaç ı və onun vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini edilməsini xahiş etdilər.
38. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin və müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləniin 415.3-cü maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Məcəllə Maddə 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonr a təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və e tirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmə dən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşd ırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
40. Kassasiya şikayətlərində iddiaçı və cavabdeh apelyasiya məhkəməsinin qətnaməsini mübahisələndirildiyindən məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası İddiaçı kassasiya şikayəti üzrə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmi şdir.
42. İddia tələbi istehsalat xəsarəti nəticəsində ödəncin verilməsi barədədir.
43. Qətnamədən görünür ki, apellyasiya məhkəməsi İddiaçı Mingəçevir Maşın Təmiri ASC-də gözətçi işləməklə 120 manat məbləğində əmək haqqı alması barədə cavabdeh tərəfindən təqdim edilmiş əmək müqaviləsinə və əmək haqqı barədə verilmiş arayışa tənqidi yanaşaraq, ödəncin məbləğinin müəyyən edilməsi əsası kimi həmin il üçün (2013-cü il üçün) yaşayış minimumunu rəhbər tutmuşdur.
44. Məhkəmə kollegiyası bunu əsaslı hesab etmir. Çünki apellyasiya məhkəməsinin özünün də istinad etdiyi Mülki Məcəllənin 1119.1-ci maddəsinə görə zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq q azancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında" Qaydaların 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Göründüyü kimi, qanunvericilik zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarının meyarı kimi orta aylıq qazancı (gəliri) əsas götürmüşdür. Buna görə də apellyasiya məhkəməsinin ödəncin miqdarının müəyyən edilməsinin meyarı kimi yaşayış minimumunu əsas götürməsi qanunvericliyə uyğu olmamışdır.
45. Məhkəmə koll egiyası qeyd edir ki, bir halda ki, apellyasiya məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsində (iddiaçının gözətçi vəzifəsində işləməsi) göstərilən 120 manat aylıq əmək haqqına tənqidi yanaşaraq bunu qəbul etməyib, (baxmayaraq ki, ödəncin məbləğini müəyyən etmək əsas götürdüyü yaşayış minimumu bu məbləğdən 5 manat çox olub), belə olan halda həmin dövrdə eyni istehsalat sahəsində eyni vəzifədə orta aylıq əmək haqqını müəyyən etməklə, buna uyğun olaraq ödəncin məbləğini hesablamalı idi.
46. Bundan əlavə, Mülki Məcəllənin 1118.2-ci maddəsinə görə itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonr a təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Apellyasiya məhkəməsi bu normaya istinad etsə də, sonda belə nəticəyə gəlib ki, ödəmələr iddiaçının pensiya yaşına qədər həyata keçirilməlidir, çünki müəyyən yaş həddindən sonra iddiaçıya dövlət tərəfindən müvafiq müavinət (pensiya) ödəniləcəkdir. Halbuki qeyd edilən norma zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyaların, müavinətlərin və digər bu cür ödənişlərin nəzərə alınmamasını və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmamasını nəzərdə tutur.
47. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti üzrə qətnamə ləğv edilməlidi r.
48. Cavabdehin kassasiya şikayətinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kassasiya şikayətində iddiaçıya ödəncin aylıq 95,50 manat əmək haqqı nəzərə alınmaqla müəyyən edilməsini xahiş edir, lakin işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halına görə əmək müqaviləsində iddiaçının əmək haqqı 120 manat qeyd edilmişdir. Başqa sözlə, cavabdeh ödəncin daha aşağı məbləğdə müəyyən edilməsini bildirsə də, onun bu dəlili apellyasiya məhkəməsində təsdiqini tapmamışdır. Buna görə də cavabdehin kassasiya şikayəti təmin edilməməlidir.
49. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyasının qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamən in ləğv olunma əsası kimi yuxarıda göstərilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməli, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir.
50. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-191/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.