Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4133/2021 17.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə, qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1, onun və digər Cavabdeh 2 vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-586/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Şəki Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2 (075)-65/2019 nömrəli qətnaməsinə görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı (qeydiyyat tarixi 05.09.2015) çıxarışa və 22 yanvar 2018-ci il tarixli 487 inventar nömrəli texniki paspor tda əsasən ünvan 1ində yerləşən 56,3 kvadrat metr fərdi yaşayış evinin “A” literli yaşayış evinin sahəsi 10,4 kvadrat metr olan 1 saylı köməkçi otağı və sahəsi 16,6 kvadrat metr olan 2 saylı yaşayış otağının naturada ayrılaraq İddiaçı mülkiyyətinə verilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı (qeydiyyat tarixi 27.06.2015) çıxarışa əsasən, ünvan 1ində yerləşən, İddiaçı, Cavabdeh2, X2 və Cavabdeh1nin ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı 1,45 ha torpaq sahəsinin ¼ hissəsinə uyğun 0,3625 ha torpaq sahəsinin naturada ayrılaraq İddiaçı mülkiyyətinə verilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı (qeydiyyat tarixi 15.10.2015) çıxarışa əsasən, ünvan 1i ərazisində yerləşən, İddiaçı, Cavabdeh2, X2 və Cavabdeh1nin ümumi birgə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,160 ha torpaq sahəsinin 1/4 hissəsinə uyğun 0,04 ha torpaq sahəsinin naturada ayrılaraq İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 23 may 2019-cu il tarixdə İddiaçı adına verilmiş **********12-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə ünvan 1ində yerləşən 0,0595 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 56,3 kvadrat metr fərdi yaşayış evindən ibarət əmlakın 2/5 hissə fərdi yaşayış evi X1, 3/12 hissə torpaq sahəsi Cavabdeh1, 1/5 hissə fərdi yaşayış evi və 4/12 hissə torpaq sahəsi Cavabdeh2 və 2/5 hissə fərdi yaşayış evi və 5/12 hissə torpaq sahəsi İddiaçı adlarına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər ilə onun ümumi birgə mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən evin torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizəsində cavabdehlərlə onun ümumi birgə mülkiyyətində olan, ünvan 1ində yerləşən evin torpaq sahəsinin naturada, yəni evə aid-sənəd üzrə 0,0595 hektar (faktiki 0,0885 hektar) torpaq sahəsinin, ona düşən-sənəd üzrə 0,03981 hektar (faktiki 0,05381 hektar) torpaq sahəsi hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizəsində cavabdehlər ilə onun ümumi birgə mülkiyyətində olan, ünvan 1ində yerləşən evin həyətyanı torpaq sahəsinin naturada deyil, evə tərtib olunmuş texniki pasportda A literində qeyd edilən yaşayış evinin ona məxsus 1 saylı, sahəsi 10,4 kvadrat metr olan köməkçi otağı və 2 saylı sahəsi 16,6 kvadrat metr olan yaşayış otağını, cavabdehlərə məxsus 3 və 5 saylı otaqlardan ayıran divarın davamı olara q düz xəttlə, texniki pasportda İ literi ilə işarələnmiş küçə divarına qədər olan hissənin bölünməsi ilə onun istifadəsinə verilməsi və cavabdehlərin giriş-çıxış üçün İ və F literi ilə işarələnmiş hissədən ayrıca küçəyə yol açmaqla istifadə etmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən fərdi yaşayış evi üzrə texniki pasport tərtib edilmiş və həmin pasportda sənəd üzrə torpaq sahəsi 0,0595 hektar, faktiki torpaq sahəsi isə 0,0885 hektar olduğu göstərilmişdir. Yəni, yeni tərtib olunmuş texniki pasporta əsasən evə aid torpaq sahəsinin 0,029 hektar hissəsi zəbt torpaq sahəsi kimi qeydə alınmış və həmin hissə uyğun olaraq ştrixlənmişdir. Texniki pasportda İ-hasar, İİİdarvaza, İV-darvaza, B-talvar, C-tövlə və F-talvar literləri ilə işarələnmiş hissələr zəbt torpaq sahəsi üzrə ştrixlənmiş hissədə qeyd edilmişdir. Cavabdehlər onu öz paylı mülkiyyətində olan evində rahat yaşamasına imkan vermirlər. Hazırda paylı mülkiyyətçilər kimi o və cavabdehlər öz paylarında yaşayırlar. Lakin evləri arasındakı sərhəd onun tələbində göstərdiyi şəkildə ayrılmasa, o, öz mülkiyyətində olan evindən istifadə edə bilməyəcəkdir. Bununla da cavabdehlər bilərəkdən onun qanunvericiliklə qorunan hüquqlarını pozurlar və pozmaqda da davam edirlər. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, tərəflərə məxsus, İddiaçı və cavabdehlərdən Cavabdeh2 paylı mülkiyyətində olan fərdi yaşayış evinin təsdiqlənmiş bölgü sxemi təqdim olunduğu halda iddiaçı və cavabdehlə rin ümumi birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin naturada bölünməsinə baxıla bilər. İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 **********12-10301 nömrəli texniki pasportla mülkiyyətlərində 595 kvadrat metr torpaq sahəsi olduğu halda faktiki istifadələrində 890 kvadrat metr torpaq sahəsi vardır. Tərəflərə məxsus olan sənəd üzrə 595 kvadrat metr torpaq sahəsi tərtib olunmuş sxemdə faktiki istifadələrində olan 890 kvadrat metr torpaq sahəsi isə qirmızı rəngdə göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli, 23417 saylı rəydə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakn Kadastrı və Ünvan Resytri Xidmətinin Şəki LTİ-nin rəisi İlkin Sü leymanovun tərtib etdiyi mütəxəssis rəyində tərəflərə məxsus İddiaçı və cavabdehlərdən Cavabdeh2 paylı mülkiyyətində olan fərdi yaşayış evinin təsdiqlənmiş bölgü sxemi təqdim olunduğu halda iddiaçı və cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin naturada bölünməsinə baxıla biləcəyi göstərilmişdir. Təkrar məhkəmə tikinti-texniki ekspertizasının 23 oktyabr 2020-ci il tarixli, 407 saylı rəyində göstərilmişdir ki, Şəki Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(075)65/2019 nömrəli qətnaməsi də diqqətə alınmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı paylı mülkiyyətlərində olan, ünvan 1i ünvanında yerləşən evin torpaq sahəsinin evə tərtib olunmuş texniki pasportda A literində qeyd edilən yaşayış evinin İddiaçı məxsus 1 saylı, sahəsi 10,4 kvadrat metr olan köməkçi otağı və 2 saylı, sahəsi 16,6 kvadrat metr olan yaşayış otağını cavabdehlərə məxsus 3 və 5 saylı otaqlardan ayıran divarın davamı olaraq düz xəttlə, texniki pasportda İ literi ilə işarələnmiş küçə divarına qədər olan hissənin bölünməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 giriş-çıxışı üçün İ və F literi ilə işarələnmiş hissədən küçəyə ayrıca yolun açılması İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.9 bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq mümkündür. Bölgü zamanı “A” literli tikilinin sol künc hissəsindən sağa doğru sərhəd hasarına qədər 6,2 metr və mövcud darvazadan yeni açılan qapı istiqamətində, sərhəd hasarına qədər 7,5 metr olmalıdır. Bölgü variantı AutoCAD proqramı vasitəsi ilə işlənilib hazırlanmış plans xemində ətraflı göstərilmişdir. Ş əki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) 24 noyabr 2020-ci il tarixli, 2(075)-38/2020 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, sənəd üzrə olan 595 kvadrat metr torpaq sahəsinin bölünməsinin mümkün olmasa da, faktiki mövcud olan 890 kvadrat metr həyətyanı torpaq sahəsinin bölünməsinin mümkünlüyü barədə ekspert rəyi olsa da iddia tələbi təmin olunması mümkün deyildir. Çünki torpaq sahəsinin bölgüsü aparıldığı halda cavabdehə məxsus tikililər iddiaçıya veriləcək sahədə qalır, darvazanın açılacağı sahə əsaslı daş hasarla bağlanıb, divarın çöl tərəfi həyətyanı sahədən çox aşağı səviyyədə olduğuna görə maşın yolunun açılması istisna olunur. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellya siya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Ayaz Mahmudov sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Mahir Əsədli) 16 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməsi, İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətlərində olan ünvan 1ində yerləşən evin torpaq sahəsi ekspert rəyinə uyğun qaydada - yəni evə tərtib olunmuş texniki pasportda A literində qeyd edilən yaşayış evi İddiaçı məxsus 1 saylı, sahəsi 10,4 kvadrat metr olan köməkçi otağı və 2 saylı, sahəsi 16,6 kvadrat metr olan yaşayış otağı cavabdehlərə məxsus 3 və 5 saylı otaqlardan ayıran divarın davamı olaraq düz xəttlə; texniki pasportda İ literi ilə işarələnmiş küç ə divarına qədər olan hissə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 giriş-çıxışı üçün İ və F literi ilə işarələnmiş hissədən küçəyə ayrıca yol açılması, bölgü zamanı “A” literli tikilinin sol künc hissəsindən sağa doğru sərhəd hasarına qədər məsafə 6,2 metr və mövcud darvazadan yeni açılan qapı istiqamətində, sərhəd hasarına qədər 7,5 metr müəyyən edilməsi, sərhəd xəttinin (hasarının) çəkilməsinin iddiaçının hesabına həyata keçirilməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Belə ki, mübahisəli ev və torpaq sahəsi tərəflərin paylı mülkiyyətində olmasına baxmayaraq iddiaçının həmin evdən və torpaq sahəsindən istədiyi kimi istifadə edə bilməməsi və cavabdehlər in müdaxiləsi ilə qarşılanması mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olan şəxs kimi, tələbinin təmin olunmasını iddia etməkdə haqlıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı digər mülkiyyətçilərlə bərabər hüquqlu olmaqla öz əmlakı üzərində qanunvericiliklə müəyyən olunmuş hüquqlara, o cümlədən də sərbəst qaydada istifadə etmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Digər tərəfdən də göründüyü kimi iddiaçı məhz cavabdehlərin müdaxiləsi nəticəsində öz əmalakına daxil ola, ondan istədiyi kimi istifadə edə bilmir. Məhkəmə mübahisənin həlli məqsədi ilə 05 mart 2021-ci il tarixdə tərəflərin iştirakı ilə mübahisəli əmlaka yerli baxış keçirmişdir. Baxış zamanı müəyyə n edilmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə giriş-çıxış darvazası ümumi olsa da, fərdi yaşayış evinə girişçıxış ayrı-ayrıdır, hər bir tərəf özünə məxsus olan hissədən istifadə edir. Mübahisəli torpaq sahəsinin ümumi yola çıxışı tam sərbəstdir, digər şəxslərə maneçiliyi yoxdur. Sadəcə mübahisəli torpaq sahəsi ümumi yoldan nisbətən hündürdə yerləşir. Yerli baxışda iştirak edən iddiaçı ekspert rəyinə uyğun və ya hansısa formada ümumi yola (küçəyə) ayrıca giriş-çıxış yolu tələb etsə də, cavabdehlər bununla razılaşmır, amma razılaşmamağın səbəbini də izah etməyərək mümkünsüz olduğunu bildirmişlər. Apellyasiya instansiyası məhkəməsi yerli baxış zamanı ekspert rəyinə uyğun bölgünün aparılmasının mümkünlüyü qənaətinə gəlmişdir. Məhkəmə ekspert tərəfindən verilmiş rəyə də münasib ət bildirərək qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik deyildir. Düzdür, ekspert rəyi xüsusi bilik əsasında verildiyindən həmin rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Lakin birinci instansiyası məhkəməsi ekspert rəyini əsas sübut kimi qəbul etməməklə, həmin rəyi digər sübutlarla birgə qiymətləndirməmiş, bu rəylə razılaşmamasının əsl səbəbini qətnaməsində əsaslandırmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş materiallarında olan rəylə ziddiyyət təşkil edir. Cavabdehlər (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsin ə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qanunsuz və əsassız olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahəsini iddiaçının və cavabdehin arasında bölmüşdür. Bundan başqa ekspert rəyində qapı açılması nəzərdə tutulmuş yerdə çoxillik meyvə ağacları da vardır ki, oradan qapı açılacağı təqdirdə həmin ağacların kəsilməsi məcburidir. Həmin ərazi də bələdiyyə mülkiyyətində olduğundan həmin ağaclar kəsiləcəyi təqdirdə kəsən şəxsin barəsində cinayət işi başlanıla bilər. Məhkəmə iddia tələbini təmin edərkən bu halları nəzərə almayaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdeh gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehin iştirakı olmad an baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərard adın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdehlər qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə: Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir: Maddə 418.4.6. Məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, cavabdehin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya i nstansiyası məhkəməsi iddia tələbini təmin edərkən ekspert rəyinə, yerində müayinəyə və digər sübutlara istinad etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 23 may 2019-cu il tarixdə İddiaçı adına verilmiş **********12-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən 0,0595 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 56,3 kvadrat metr fərdi yaşayış evindən ibarət əmlakın 2/5 hissə fərdi yaşayış evi X1, 3/12 hissə torpaq sahəsi Cavabdeh1, 1/5 hissə fərdi yaşayış evi və 4/12 hissə torpaq sahəsi Cavabdeh2 və 2/5 hissə fərdi yaşayış evi və 5/12 hissə torpaq sahəsi İddiaçı adlarına qeydiyyata alınmışdır. Həmin Texniki pasportda sənəd üzrə torpaq s ahəsinin 0,0595 ha, faktiki torpaq sahəsinin 0,0885 ha olması və 290 kvadrat metr zəbt edilmiş torpaq sahəsinin olması göstərilmişdir. İddia tələbini təmin edərək mübahisəli ünvanda yerləşən torpaq sahəsindən yol açılmasını və iddiaçının hesabına hasarın çəkilməsini qət edən apellyasiya instansiyası məhkəməsi texniki pasportda göstərilmiş 290 kvadrat metr zəbt edilmiş torpaq sahəsinin tərəflərin mülkiyyətində olmadığını nəzərə almamış, həmin sahənin naturada bölgüsünü aparmaqla işdə iştirak etməyə cəlb edilməmiş həmin sahənin mülkiyyətçisinin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan məsələni həll etmiş, bununla da prosessual pozuntuya yol verilmişdir. Bu isə şikayətin dəlillərindn asılı olmayaraq qətnamənin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası K onstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.4 və 418.4.6-cı maddələrinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul edərsə, qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilən zəbt edilmiş torpaq sahəsinin kimin mülkiyyətində olmasını müəyyən etməli, bundan sonra həmin şəxsi işə cəlb etməli və mübahisəyə torpaq sahəsinin mülkiyyətçisinin iştirakı ilə baxıb iddia tələbinə hüquqi qiymət verməlidir. Həmçinin torpaq sahəsinin bölgüsü aparılarsa cavabdehə məxsus tikililərin iddiaçıya veriləcək sahədə qalması, yaxud əksinə olması yeni mübahisələrin yaranmasına səbəb olacağını da nəzərə almalıdır. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-586/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4133/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4133/2021
17.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver