Məhkəmə qərarları › İş №2(102)-4133/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4133/2022

25.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4133/2022 25.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4133/2022 Açar sözlər: işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməsi Bakı şəhəri, 25 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «audit aktlarının, rəy və hesabatların etibarsız hesab edilməsi» tələbinə dair iş üzrə Bakı Apellya siya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3094/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «audit aktlarının, rəy və hesabatların etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 05 noyabr 2018-ci il tarixli aktının və Audit rəyinin, "xxxx" MMCnin 18 yanvar 2018-ci il tarixli aktının və audit rəyinin etibarsız hesab edilməsi (ləğv edilməsi) barədə qətnamə çıx arılmasını xahiş etmişdir

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.Cəfərov) 2(006)-84/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «audit aktlarının, rəy və hesabatların etibarsız hesab edilməsi» tələbinə dair iddiasının rədd edilməsi, 295 manat ekspertiza xərcinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi və 300 manat ekspertiza xərcinin İddiaçı tutularaq «X1» MMC-nin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddia tələbinin təm in edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.S.Şirinov, N.Ş.Cəfərov) xx.xx.2022-ci il tarixli, 2(103)-3094/2022 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-84/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «audit aktlarının, rəy və hesabatların etibarsız hesab edilməsi» tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.

5. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi audit aktları, rəy və hesabatları öhdəlik yaradan sənədlər olmayıb, sübut əhəmiyyətinə malikdir. Yəni, iddiaçı həmin audit aktlarını, rəy və hesabatları başqa mübahisəyə baxılan zaman sübut qismində məhkəməyə təqdim edə bilər və həmin sənədlər də Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq digər sübutlarla yanaşı qiymətləndirilə bilər. Belə olan halda, birinci instansiya məhkəməsi öhdəlik yaratmadığından məhkəmə həmin işə mahiyyəti üzrə baxıb qərar qəbul etməkdə haqlı olmamışdır.

6. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-84/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «audit aktlarının, rəy və hesabatların etibarsız hesab edilməsi» tələbinə dair işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir.

7. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 261.0.1-ci və 391-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

8. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və audit aktlarının, rəy və hesabatların etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2020-ci il tarixli 9/190 saylı, «X1» MMC-nin 15 iyul 2021-ci il tarixli 228 saylı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2021-ci il tarixli 9/6976 saylı rəylərinə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və rəydə olan zidiyyətli məqamlara aydınlıq gətirməmişdir. İşin faktiki hallarından görünür ki, birinci instansiya və apellyasiya instansiyası məhkəməsi hazırkı qərarı qanunvericiliyin tələblərinə zidd formada və işin hallarına uyğun olmayan normalara istinad edərək qəbul etmişdir. "xxxx" MMC-nin eyni illər üzrə bir-biri ilə ziddiyyət təşkil edən formada rəy verməsi, habelə üzvlük haqqı ödəmədən audit akt tərtib etməsi kimi xüsusatlar məhkəmə tərəfindən araşdırılmamış və nəticədə hazırkı əsassız qərardad ilə iddiaçının iddiası təmin edilməmiş, beləliklə hüquqla rı kobud şəkildə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

11. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

12. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmə tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

14. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

15. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hə dlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

17. Belə ki, apellyasiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, audit yoxlaması barədə hesabat öz-özlüyündə birbaşa iddiaçı barəsində hər hansı hüquqi nəticə törətmir.

18. Hər hansı başqa mülki işdə sübut əhəmiyyətinə malik olan sənədin ayrı icraatda mübahisələndirilməsinə hüquqi zərurət və əsas mövcud deyildir.

19. İddiaçı kassasiya şikayətində iddianın mahiyyəti üzrə dəlillərə istinad edərək, iş üzrə icraata xitam verilməsinin düzgün olmaması ilə bağlı hər hansı dəlilə istinad etməmişdir.

20. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2022-ci il tarixli, 2(103)-3094/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar