Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4136/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilədən imtina, müqaviləni əhəmiyyətli dərəcədə pozulması, müqavilənin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-382/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 10 oktyabr 2022-ci il t arixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı və ya MMC) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında 21 fevral 2019-cu il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı Xırdalan şəhəri, Quba-Bakı magistralının qərbində inşa ediləcək yüksək mərtəbəli 2 nömrəli yaşayış binasının 2, 4-cü mərtəbəsində, ümumi sahəsi 106.6 kv.m-dən ibarət olan 24 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) cavabdehə satmağı, sonuncu isə mənzilin dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqaviləyə əsasən “alıcı” mübahisəli mənzilin sahəsinin hər kvadrat metri üçün 550 manat olmaqla, cəmi 58.333 manat ödəməyi (bənd 2.2.1), o cümlədən ilkin ödənişi ödədikdən so nra, ümumi məbləğin 100%-ni bağlanmış müqaviləyə əsasən 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə göstərilən qalan məbləğ tam ödənildikdən sonra mənzil “alıcı”nın şəxsi mülkiyyətinə keçir (bənd 2.2.2). Müqavilə ilə müəyyən olunmuş müddətdə "alıcı" pulu ödəmədikdə və ya mənzildən imtina etdiyi halda, “satıcı” müqaviləni birtərəfli qaydada pozmaq hüququna malikdir. Bu halda "alıcı" “satıcı”ya hər bir gecikdirilmiş gün üçün müqavilə qiymətinin 0,1% məbləğində cərimə ödəyir. Mənzil isə satışa çıxarılır, satıldıqdan sonra qalan məbləğ nağd və ya poçt vasitəsi ilə “alıcı”ya geri qaytarılır (bənd 3.1).
3. Cavabdeh tərəfindən iddiaçıya cəmi 35000 manat ödəniş edilmişdir. 4. 21 fevral 2019-cu il tarixli müqavilə üzrə ödənilməli olan 23.333 manat pul ödənilmədiyindən 21 fevral 2019-cu i l tarixli müqavilənin xx.xx.2021-ci il tarixdən ləğv edilməsi barədə iddiaçı tərəfindən cavabdehə 20 fevral 2021-ci il tarixli bildiriş göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair cavabdehlə aralarında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilənin ləğv edilməsi və onun həmin mənzildən çıxarılaraq boş vəziyyətdə iddiaçıya təhvil verilməsi, müqavilə öhdəliyini vaxtında və lazımınca yerinə yetirmədiyinə görə cavabdehdən 2.000 manat dəbbə pulunun və vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manatın alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ötən müddət ərzində müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, aldığı mənzilə görə 35.000 manat ödəniş etmiş, qalan 23.333 manatı ödəməkdən müxtəlif vasitələrlə yayınmışdır. Cavabdehə dəfələrlə edilmiş şifahi müraciətlərə baxmayaraq o, ödəniş etməkdən yayınmış və bu hal iddiaçı tərəfindən müqavilə öhdəliyinin icrasından imtina hesab edilmişdir. Buna görə də 23 fevral 2021-ci il tarixdə cavabdehə rəsmi bildiriş göndərilmişdir. Hazırda cavabdehin qanunsuz istifadəsində olan mənzil adı çəkilən müqavilənin 3.1-ci maddəsinə əsasən satışa çıxarılmış, lakin boş olmadığı üçün satış problemi yaranmışdır. Mənzil satıldıqdan sonra cavabdehin ilkin olaraq ödədiyi vəsait özünə qaytarılacaqdır. Ona görə də, iddiaçı mülkiyyət hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məc buriyyətində qalmışdır.
7. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 əlavə olaraq izahatında bildirmişdir ki, cavabdeh imkanı olduğu halda, ödənişləri etməmişdir. Belə ki, iddiaçı aldığı mənzili təmir etdirib, hazırda orda yaşayır. Sadəcə ödənişləri ödəmək istəmir. Müqavilə bağlanan tarixdən 1 il ərzində cavabdeh iddiaçıya heç bir ödəniş etməmişdir. Cavabdehin ödədiyi 5.000 manat məbləğində pul bank hesabında qalır. İddiaçı bundan bir müddət əvvəl də 10.000 manat ödəniş etmişdir. Həmin məbləği MMC bank vasitəsi ilə geri qaytarmışdır. Əgər mənzilin təmirinə çəkilən xərc tələb olunsa, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən mənzil satışa çıxarılacaq, satıldıqdan sonra ödənəcək. Digər tərəfdən tərəflər arasında müqavilə olmuşdur. Cavabdeh tərə f özü müqaviləni imzalamışdır. Bu səbəbdən də müqavilə şərtləri cavabdeh tərəfindən icra edilməli idi. Müqavilə iddiaçı tərəfindən birtərəfli şəkildə ləğv edilmişdir. Digər tərəfdən cavabdehə mənzil iddiaçı ilə aralarındakı münasibətə görə güzəştli şərtlərlə satılmışdır. Razılaşma olsa cavabdeh ilə yeni müqavilə də bağlanıla bilər. Belə ki, mənzil iddiaçı tərəfindən satışa çıxarılacaq və razılaşma əsasında mənzilin dəyəri ödəniləcəkdir. Nümayəndə göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.
8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh tərəfindən ödənişlər ödənilsə də, iddiaçı tərəfindən qəbul edilməmişdir. Belə ki, cavabdeh tərəfindən 17 iyun 2021-ci il tarixdə 5.000 manat və 01 iyul 2021-ci il tarixdə 1.0 00 manat ödənilmişdir. Artıq cavabdeh tərəfindən ümumilikdə mənzilə görə 41.000 manat pul vəsaiti iddiaçıya ödənilmişdir. Tərəflər arasında müqavilə var və müqavilə öhdəliyini cavabdeh yerinə yetirərək ödənişləri ödəyir. Qalan məbləği də tam olaraq ödəməyə hazırdır. Bu səbəbdən də müqavilənin ləğv edilməsinə razı deyildir. Cavabdehin oğlu Elvin Yusubov ilə iddiaçı arasında iş birliyi olmuşdur. Elvin Yusubov iddiaçıya tikinti materialları vermişdir. X1 2020-ci il tarixdə MMC-də satış üzrə menecer işləmişdir. Mübahisəli mənzil cavabdehə güzəştlə satılmışdır. Cavabdeh mənzili təmir edib, ailəsi ilə birlikdə orada yaşayır. Mənzilin təmiri ilə bağlı və sonradan məlum pandemiya ilə əlaqədar cavabdehin maddi imkanı müqavilə üzrə razılaşdırılmış öhdəliyi vaxtında yerinə yetirməyə imkan verməmişdir. Hazırda göründüyü kimi mənzilin qalan borcundan artıq 6000 manat ödənilmişdir və qalan borcu da bu yaxınlarda tam olaraq ödəməyə hazırdır. Nümayəndə iddianın təmin edilməməsini xahiş etmişdir.
9. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-3859/2021 nömrəli iş üzrə 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia qismən təmin edilmiş, cavabdehdən dəbbə puluna görə 400 manat, hüquqi yardım üçün 100 manat, 10 manat dövlət rüsumuna görə pulun, cəmi 510 manatın alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
10. Məhkəmə işin müəyyən edilən hallarına hüquqi qiymət verərək, hesab etmişdir ki, iddia tələbinin müqavilənin ləğv edilməsi və mənzilin boşaldılması hissəsi əsaslı və ədalətli olmadığından iddia bu hissədə rədd edilməlidir.
11. Məh kəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, dəbbə pulunun tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 400 manata azaldılmalıdır.
12. Məhkəmə iddia tələbinin “vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddia qismən təmin edildiyindən bu hissədə iddia qismən təmin edilməli, hüquqi yardım üçün 100 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
13. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 30 manat dövlət rüsumunun 10 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bunda n sonra – Mülki Məcəllə) 157.2, 385.1, 386.1, 389.1, 390.1, 421.1, 421.2, 421.3, 424.5, 442, 448.2, 462.1, 465.2, 467, 752.1, 752.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır və qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız və qanunsuzdur. Məhkəmə bu nəticəyə gəlmək üçün Mülki Məcəllənin müvafiq maddələrinə, habelə mübahisə predmeti olan müqavilənin bən dlərinə istinad etsə də, maddi hüquq normalarının və müqavilə bəndlərinin tələblərini pozmuş, onları səhv təfsir etmiş, nəticədə maddi hüquq normalarının və müqavilə bəndlərinin tələblərinə cavab verməyən qətnamə qəbul etmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-382/2022 nömrəli iş üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abbasov və S.A.Qafari) iddiaçı apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi müqavilənin ləğv edilməsi və cavabdehin mənzildən çıxarılmasının rədd edilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iddia tələblərinin təmin edilməsi, 21 fevral 2019-cu il tarixli müqavilənin ləğv edilməsi, cavabdehin mübahisəli mənzildən çıxarılması və mənzilin boş vəziyyətdə iddiaçıya təhvil verilməsi, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh müqaviləyə əsasən mənzilin müəyyən edilmiş ümumi dəyəri olan 58.333 manatın ilkin ödəniş ödədikdən sonra qalan məbləğini 12 ay müddətində, yəni 21 fevral 2020-ci il tarixədək ödəməyi öhdəsinə götürsə də, öhdəliyini yerinə yetirməmiş, iddiaçı isə hazırkı iddia ilə bundan 1 il 3 ay keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət etdikdən sonra cavabdeh müqavilə üzrə öhdəliyini icra etməyə təşəbbüs göstərmiş, məhkəmə iclasında onun nümayəndəsi cavabdehin müqavilə üzrə öhdəliyini tam icra etmək istədiyini bildirmi şdir. Qeyd edilən hallar cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq dəbbə pulunun miqdarını tənasübsüz surətdə yüksək qiymətləndirib, həmin məbləği azaldaraq 400 manat müəyyən etmiş və bu zaman Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə uyğun olaraq kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almışdır.
20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 389.1, 390.1, 421.1, 421.2, 422.1, 442, 445.2, 448.1, 448.2, 462.1, 467-ci maddələrinə, MPM-in 88, 384.0.2, 385.1.1, 385.1.4, 390-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil3) kas sasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, iddiaçı müqavilə üzrə əldə edə biləcəklərinin yarısından çoxunu əldə etmişdir. İddiaçı həmin müqavilə üzrə cavabdehə verilməli olan mənzildə cavabdehin təmir və yaxşılaşdırma işləri apararaq orada ailə üzvləri ilə birlikdə yaşamalarını nəzərə almayaraq, müqavilə üzrə öhdəliyin icra edilməsinin təmin edilməsindən ötrü müvafiq müraciət etməyərək və bildirişlər göndərməyərək, cavabdehin müqavilə üzrə öhdəliyin icrasından imtina edib-etməməsini aydınlaşdırmayaraq, qanunvericiliyin ona vermiş olduğu hüquqdan sui-istifadə edərək, ilk öncə müqaviləni özü ləğ v etmiş, sonradan hansı məntiqlə həmin müqavilənin məhkəmə tərəfindən də ləğv edilməsini, mənzilin boşaldılaraq təhvil verilməsini və dəbbə pulunun ödənilməsini tələb etmişdir. İddia tələbinə baxan məhkəmələr, xüsusən də apellyasiya instansiya məhkəməsi iddia tələbinə qarşı cavabdehin mövqeni, yəni müqavilənin ləğvinə və mənzilin boşaldılmasına etiraz edərək, müqavilə münasibətlərinin davam etdirilməsinə razı olmasını, 17 iyun 2021-ci il tarixdə 5.000 manat və 01 iyul 2021-ci il tarixdə 1.000 ödəməsini, iddiaçı tərəfindən həmin pul məbləğinin götürülməsindən imtina edilməsini, yəni öhdəliyin icrası zamanı vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməməsini nəzərə almamışdır. Bu isə müqavilə münasibətlərinin davam etdirilməsini, müqavilənin ləğvi üçün cavabdeh tərəfindən heç bir zəruri h ərəkətlərin edilmədiyini, müqavilə üzrə münasibətlərin icra edilməməsi və müqavilənin əhəmiyyətli dərəcədə pozulması barədə iddiaçı tərəfin göstərdiklərinin əsassız olmasını ehtiva etməklə, Konstitusiya Məhkəməsi Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında göstərildiyi kimi apellyasiya instansiya məhkəməsi məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmaqla şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalı olduğu halda, tələb üzrə səthi araşdırma aparmaqla qeyd edilən maddi hüquq normalarını səhv təfsir və tətbiq etmişdir. İddiaçı cavabdeh tərəfindən müqavilə münasibətlərinin pozulmasına görə bildirişi xx.xx.2021-ci il tarixdə, yəni müqavilə münasibətləri başa çatandan da bir il sonra göndərdiyini iddia edir. Əgər müqavilə üzrə cavabdeh tərəfindən ödəniş edilmirdisə və onlar arasında hər hansı razılaşma olmadığı halda iddiaçının müqavilə üzrə pulun icra müddəti başa çatandan sonra bir il gözləməklə susması və müqavilənin icra müddətindən (icra müddəti xx.xx.2020-ci il olması nəzərə alınarsa) bir ildən artıq müddətdən sonra məhkəməyə müraciət etməsi bilavasitə iddiaçı tərəfindən mülki qanunvericiliklə ona verilmiş hüquqdan sui-istifadə edilməklə məhkəməyə müraciət edilməsi qənaəti qaçılmaz edir. Halbuki apellyasiya instansiya məhkəməsi ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmaqla şikayət edilən vəziyyətin reallıqlarını araşdırmaqla əsl reallığı müəyyən etməli, bununla da cavabdehin mülki hüquq pozuntularına yönəlməsinə rəvac verən və məhkəmə müdafiəsi hüququnu pozan məhkəmə aktını n qəbulundan imtina etməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, hazırkı iş üzrə kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
24. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
25. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
26. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməs i, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
27. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
28. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
29. Maddə 422.1. Tərəfl ərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
30. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göst ərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
31. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
35. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
36. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütü n əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
37. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
38. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki Prosessual Məcəllə
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. He ç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarınd a olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı iş üzrə iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermədiyi üçün həmin hissə apellyasiya baxışının predmeti olmamışdır. Bu baxımdan hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsi müqavilənin ləğv edilməsi və cavabdehin mənzildən çıxarılması tələblərinin təmin olunması hissələrində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissə də maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilə ilə müəyyən olunmuş müddətdə "alıcı" pulu ödəmədikdə və ya mənzildən imtina etdiyi halda, “satıcı” müqaviləni birtərəfli qaydada pozmaq hüququna malikdir.
52. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
53. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya müqavilə üzrə 35000 ödədikdən sonra növbəti 12 ay müddət ərzində qalıq 23333 manat pulu hissə-hissə ödəməli olduğu halda ötən iki il ərzində heç bir ödəniş etməmiş, bundan sonra iddiaçı müqaviləyə əsasən müqavilənin icrasından birtərəfli imtina barədə bildiriş göndərmiş və bir neçə ay sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
54. Apellyasiya instansiyası məhkəməsi cavabdehin hərəkətini Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən müqavilənin əhəmiyyətli pozuntusu hesab edərək müqavilənin ləğvi və mübahisəli mənzilin boşaldılması hissəsində iddianı təmin etmişdi r.
55. Məhkəmə kollegiyası hesab edir ki, müqavilə tərəfinin öhdəliyini əhəmiyyətli pozmasından və bununla bağlı olaraq digər tərəfin müqavilə şərtlərinə əsasən müqavilənin icrasından birtərəfli imtina etdiyini həmin tərəfə bəyan etdikdən sonra müqavilə üzrə öhdəliklərini əhəmiyyətli pozmuş şəxsin aralarında bağlanmış müqaviləyə istinad edərək öhdəliklərini icra etməyə hazır olduğunu bildirməsi və ya buna cəhd etməsi qarşı tərəfin razılığı olmadan müqavilə münasibətlərinin avtomatik bərpa olunması üçün əsas ola bilməz.
56. Bu baxımdan hazırkı iş üzrə məhkəmə baxışının gedişində müqavilə üzrə öhdəliyini icra etməyə hazır olduğunu bəyan etməsi və ya ödəniş etməyə cəhd göstərməsi iddianın təmin olunmasına mane olan hal kimi qiymətləndirilməməlidir.
57. Eyni zamanda apellyasiya instansiyası mə hkəməsi tərəfindən cavabdehin müqavilə öhdəliyini əhəmiyyətli pozduğu müəyyən edildiyi üçün iddiaçının dəyəri tam ödənilməmiş mübahisəli mənzilin qaytarılmasını tələb etməsi hüquqdan sui-istifadə hesab oluna bilməz.
58. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, habelə birinci və apellyasiya baxışı zamanı istinad edilməmiş yeni dəlillər və ya faktiki hallarla bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
60. Yuxarıda göstərilən lərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-382/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma tələblərinin təmin olunması hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.