Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-382/2022 27.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkli Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(012)-3859/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(012)-3859/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh dəbbə puluna görə 400 manat, hüquqi yardım üçün 100 manat, 10 manat dövlət rüsumuna görə pul, cəmi 510 manatın alınaraq İddiaçınə ödənilməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 10, 24 saylı mənzilə dair Cavabdeh ilə aralarında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilənin ləğv edilməsi və onun həmin mənzildən çıxarılaraq boş vəziyyətdə cəmiyyətə təhvil verilməsi, müqavilə öhdəliyini vaxtında və lazımınca yerinə yetirmədiyinə görə Cavabdeh 2000 manat dəbbə pulunun alınaraq cəmiyyətə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, “satıcı” qismində İddiaçı ilə “alıcı” qismində Cavabdeh arasında 21 fevral 2019-cu il tarixli müqavilə bağlanmış və Cavabdeh ilkin ödənişli, daha sonra müəyyən müddət ərzində mənzilin tam dəyərinin ödənilməsi şərti ilə mənzil satılmışdır. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən satıcıya məxsus yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106,06 kv.m-dən ibarət olan 2 otaqlı, 24 saylı mənzilin hər kvadrat metri 550 manata, cəmi 58.333 manat olmaqla satılması barədə razılıq olmuşdur. Müqavilənin 2.2.2-ci bəndinə əsasən “alıcı” ilkin ödənişi ödədikdən sonra ümumi məbləğin 100%-ni 12 ay ərzində ödəməyi öhdəsinə götürmüş, müqavilədə göstərilən qalan məbləğ tam ödənildikdən sonra isə mənzilin “alıcı”nın xüsusi mülkiyyətinə keçməsi nəzərdə tutulmuşdur. Cavabdeh bu vaxta kimi müqavilənin həmin bəndi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, aldığı mənzilə görə 35.000 manat ödəniş etmiş, qalan 23.333 manatı isə ödəməkdən müxtəlif vasitələrlə yayınmışdır. Cavabdehlə mənzil alqı-satqısına dair bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən müəyyən olunmuş müddətdə-12 ay ərzində “alıcı” mənzilin tam dəyərini təşkil edən məbləği ödəmədikdə və ya mənzildən imtina etdiyi halda “satıcı” müqaviləni birtərəfli qaydada pozmaq hüququna malikdir. Bu halda “alıcı” “satıcı”ya hər bir gecikdirilmiş gün üçün müqavilə qiymətinin 0,1% məbləğində cərimə ödəyir, mənzil “satıcı” tərəfindən satışa çıxarılır. Mənzil satıldıqdan sonra “alıcı”nın ödədiyi məbləğ nağd və ya poçt vasitəsi ilə ona geri qaytarılır. Cavabdehə dəfələrlə edilmiş şifahi müraciətlərə baxmayaraq ödəniş etməkdən yayınmış və bu hal iddiaçı tərəfindən müqavilə öhdəliyinin icrasından imtina hesab edilmişdir. Buna görə də 23 fevral 2021-ci il tarixdə cavabdehə rəsmi bildiriş göndərilərək onunla bağlanmış müqavilənin ləğv edilməsi barədə məlumat verilmişdir. Bu vaxta qədər cavabdeh həmin bildirişə heç bir reaksiya verməmiş və mənzili iddiaçıya təhvil verməmişdir. Hazırda cavabdehin qanunsuz istifadəsində olan mənzil müqavilənin 3.1-ci bəndinə əsasən satışa çıxarılmış, lakin boş olmadığı üçün satışda problemi yaranmışdır. Mənzil satıldıqdan sonra cavabdehin ilkin olaraq ödədiyi vəsait özünə qaytarılacaqdır. Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(012)-3859/2021 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(012)-3859/2021 saylı qətnaməsində yol verilmiş yanlışlıq aradan qaldırılmış, Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(012)-3859/2021 saylı qətnaməsinin əsaslandırıcı hissəsində iddia təmin edilməlidir əvəzinə, iddia qismən təmin edilməlidir kimi oxunması qərara alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni tamamilə əsassız və qanunsuz hesab edir. Məhkəmə bu nəticəyə gəlmək üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə, habelə mübahisə predmeti olan müqavilənin bəndlərinə istinad etsə də, maddi hüquq normalarının və müqavilə bəndlərinin tələblərini pozmuş, onları səhv təfsir etmiş, nəticədə maddi hüquq normalarının və müqavilə bəndlərinin tələblərinə cavab verməyən qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarında olan “satıcı” İddiaçı ilə “alıcı” Cavabdeh arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilənin 2.2.1-ci bəndinə görə “alıcı” (cavabdeh) “satıcı”nın (iddiaçının) tikdiyi yaşayış binasının 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 106.6 kv.m-dən ibarət olan, 2 otaqlı, 24 saylı mənzilin sahəsinin hər kvadrat metri üçün 550 manat olmaqla, cəmi 58.333 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.2-ci bəndinə görə “alıcı” ilkin ödənişi ödədikdən sonra, ümumi məbləğin 100%-ni bağlanmış müqaviləyə əsasən 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə göstərilən qalan məbləğ tam ödənildikdən sonra mənzil “alıcı”nın şəxsi mülkiyyətinə keçir. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən olunmuş müddətdə “alıcı” pulu ödəmədikdə və ya mənzildən imtina etdiyi halda “satıcı” müqaviləni birtərəfli qaydada pozmaq hüququna malikdir. Bu halda “alıcı” “satıcı”ya hər bir gecikdirilmiş gün üçün müqavilə qiymətinin 0,1 % məbləğində cərimə ödəyir, mənzil isə satışa çıxarılır, satıldıqdan sonra qalan məbləğ nağd və ya poçt vasitəsi “alıcı”ya geri qaytarılır. Cavabdeh 21.02.2019-cu il tarixdə İddiaçınə məxsus 2 saylı yaşayış binasının 4-cü mərtəbəsində 2 otaqlı 24 saylı mənzilin 58.333 manat dəyərindən 35.000 manatını ödəmiş, qalan 23.333 manatı 12 ay ərzində, yəni 21.02.2020-ci ilədək müddətdə ödəməyərək müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan öhdəliyini yerinə yetirməmişdir. Dəfələrlə edilmiş şifahi müraciətlərə baxmayaraq cavabdeh ödəniş etməkdən yayınaraq müqavilənin 2.2.2-ci bəndi üzrə üzərinə götürdüyü öhdəliyi qəsdən yerinə yetirməmiş, bu hal müqavilə öhdəliyinin icrasından imtina hesab edilmişdir. İddiaçı təxminən 1 il müddətində cavabdehin bu hərəkətinə dözmüş, nəhayət, 23 fevral 2021-ci il tarixdə rəsmi bildiriş göndərərək bağlanmış müqavilənin ləğv edilməsi barədə məlumat vermişdir. Cavabdeh uzun müddət buna heç bir reaksiya verməmiş, mənzili boşaldaraq təhvil vermədiyindən məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasları dövründə cavabdeh məsuliyyyətdən yayınmaq və vəziyyəti öz xeyrinə dəyişmək üçün əvvəlcə 5.000 manat, daha sonra 1.000 manat bank vasitəsilə ödəniş etmişdir. Aralarında bağlanmış müqavilə ləğv olunduğundan cəmiyyət həmin məbləğlərin qəbulundan imtina barədə banka rəsmi müraciət etdikdən sonra bank 1.000 manatı ödəyiciyə geri qaytarmış, 5.000 manat isə bankın depozitində qalmışdır. Göstərilən hallar məhkəmə araşdırması zamanı müəyyən edilsə də, məhkəmə müqavilənin ləğv edilməsi və mənzilin boşaldılması tələbini əsaslı və ədalətli hesab etməmiş, lakin gəldiyi nəticəni qətnaməsində əsaslandırmamış, bununla da maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Belə ki, qətnamədə istinad edilən Azərbaycan Respublikası MM-nin 385.1, 386.1, 389.1, 390.1, 442, 448.2, 157.2, 421.1, 421.3, 424.5, 752.1 və 752.2-ci maddələrinin dispoziyasında göstərilənlər iddia tələbləri ilə uyğunluq təşkil edir, başqa sözlə, həmin maddi hüquq normalarının tələbləri iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar yaradır. Eləcə də iddia tələbləri həmin maddi hüquq normalarının təsiri altına düşdüyündən məhkəmə buna uyğun nəticəyə gəlməli idi. İşin müəyyən edilən hallarından görünür ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi qəsdən yerinə yetirmədiyindən cəmiyyət həmin müqavilənin 2.2.2 və 3.1-ci bəndlərinə, həm də Mülki Məcəllənin 421.2, 421.3, 423.2, 442, 448.1, 448.2 və 449.1-ci maddələri ilə tam uzlaşan hərəkət etmişdir. Bu halda məhkəmə tələblərini əsassız və ədalətsiz hesab edə bilməzdi. Cavabdeh 12 ay müddətində ödəməli olduğu məbləği nəinki vaxtında ödəməmiş, hətta məhkəmə araşdırması zamanı da tam ödəniş etməmiş, cüzi məbləğdə ödəniş etməklə məhkəməyə belə qətnamə qəbul etməkdə kömək etmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin tamamilə ləğv edilib iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə olunması xahiş edilmişdir. İddiaçı nümayəndəsi Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, məhkəmə iclasları dövründə cavabdeh 5.000 manat, daha sonra 1.000 manatı bank vasitəsi ilə İddiaçınə ödəmiş, lakin iddiaçı həmin vəsaitləri qəbul etməkdən imtina etmişdir. Hazırda cavabdeh borcunu tam ödəmək istəyir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, müqavilənin ləğv edilməsi və mənzildən çıxarılmaya aid hissələrdə ləğv edilməli, həmin hissələrdə iddia təmin edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan “satıcı” İddiaçı ilə “alıcı” Cavabdeh arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, “satıcı” Xırdalan şəhəri, Quba- Bakı magistiralının qərbində inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının bina 2, 4-cü mərtəbədə 24 saylı mənzili “alıcı”ya satmağı, “alıcı” isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada “satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı arayışının surətindən görünür ki, Cavabdeh 21.02.2019-cu il tarixində İddiaçı MMC-yə məxsus 2 saylı yaşayış binasının 4-cü mərtəbəsində 2 otaqlı, 24 saylı mənzilin 106,06 kv.m yaşayış sahəsinin 58333 manat dəyərindən 30000 manatını ödəmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 20 fevral 2021-ci il tarixli bildirişin surətindən görünür ki, 21 fevral 2019-cu il tarixli müqaviləyə əsasən aldığı mənzilin dəyərindən 35.000 manat ödəmiş, 23.333 manat indiyə kimi ödənilməmişdir. Buna görə də bağlanmış mənzil satılmasına dair 21 fevral 2019-cu il tarixli müqaviləni 20.02.2021-ci il tarixdən ləğv etmiş və bildirişə münasibət bildirməsi tələb olunmuşdur. İş materiallarında olan 17 iyun 2021-ci il tarixli qəbzin surətindən görünür ki, X3 tərəfindən Cavabdeh adına Xırdalan şəhəri, Quba-Bakı magistralının qərbində yerləşən bina 2, mənzil 24 (4-cü mərtəbə, 2 otaqlı, 106,06 kv.m) alışı üçün qalıq borcun ödənişi olaraq İddiaçı hesabına 5.000 manat ödəmişdir. İş materiallarında olan 01 iyul 2021-ci il tarixli qəbzin surətindən görünür ki, X3 tərəfindən Cavabdeh adına Xırdalan şəhəri, Quba-Bakı magistralının qərbində yerləşən bina 2, mənzil 24 (4-cü mərtəbə, 2 otaqlı, 106,06 kv.m) alışı üçün qalıq borcun ödənişi olaraq İddiaçı hesabına 1.000 manat ödəmişdir. Azərbaycan Respublikası MM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 21 fevral 2019-cu il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı Xırdalan şəhəri, Quba-Bakı magistiralının qərbində inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının bina 2, 4-cü mərtəbədə 24 saylı mənzili Cavabdeh satmağı, Cavabdeh isə mənzilin dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada İddiaçınə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci bəndinə görə “alıcı” yuxarıda göstərilən yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 106.6 kv.m-dən ibarət olan, 2 otaqlı, 24 saylı mənzilin sahəsinin hər kvadrat metri üçün 550 manat olmaqla, cəmi 58.333 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.2-ci bəndinə görə “alıcı” ilkin ödənişi ödədikdən sonra, ümumi məbləğin 100%-ni bağlanmış müqaviləyə əsasən 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə göstərilən qalan məbləğ tam ödənildikdən sonra mənzil “alıcı”nın şəxsi mülkiyyətinə keçir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən olunmuş müddətdə "alıcı" pulu ödəmədikdə və ya mənzildən imtina etdiyi halda, “satıcı” müqaviləni birtərəfli qaydada pozmaq hüququna malikdir. Bu halda "alıcı" “satıcı”ya hər bir gecikdirilmiş gün üçün müqavilə qiymətinin 0,1% məbləğində cərimə ödəyir. Mənzil isə satışa çıxarılır, satıldıqdan sonra qalan məbləğ nağd və ya poçt vasitəsi ilə “alıcı”ya geri qaytarılır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh bağlanmış müqaviləyə əsasən mənzilin müəyyən edilmiş ümumi dəyəri olan 58.333 manatın ilkin ödənişi ödədikdən sonra qalan məbləğini 12 ay müddətində, yəni 21 fevral 2020-ci il tarixədək ödəməyi öhdəsinə götürsə də, ilkin ödənişlə birlikdə cəmi 35.000 manat məbləğində ödəniş etmişdir. İddiaçı müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyi, müqaviləni əhəmiyyətli dərəcədə pozduğu, bunun nəticəsində müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğu əsası ilə həmin müqavilənin ləğv edilməsini və cavabdehin mənzildən çıxarılaraq boş vəziyyətdə cəmiyyətə təhvil verilməsini tələb etmişdir. Azərbaycan Respublikası MM-nin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilən maddələrin mənasından göründüyü kimi, tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. İş materiallarından görünür ki, İddiaçı hazırki iddia ilə 01. 06.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh müqaviləyə əsasən mənzilin müəyyən edilmiş ümumi dəyəri olan 58.333 manatın ilkin ödəniş ödədikdən sonra qalan məbləğini 12 ay müddətində, yəni 21 fevral 2020-ci il tarixədək ödəməyi öhdəsinə götürsə də, öhdəliyini yerinə yetirməmiş, İddiaçı isə hazırki iddia ilə bundan 1 il 3 ay keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh müqavilə üzrə öhdəliyini icra etməyə təşəbbüs göstərmiş, məhkəmə iclasında isə onun nüməyəndəsi isə cavabdehin müqavilə üzrə öhdəliyini tam icra etmək istədiyini bildirmişdir. Qeyd edilən hallar Cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İşdən görünür ki, İddiaçı cavabdehdən 2000 manat dəbbə pulu tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq dəbbə pulunun miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirib həmin məbləği azaldaraq 400 manat müəyyən etmiş və bu zaman Azərbaycan Respublikası MM-nin 467ci maddəsinin tələblərinə uyğun olaraq kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almışdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələblərinin müqavilənin ləğv edilməsi və mənzildən çıxarılmaya aid hissələrdə gəldiyi nəticə işin hallarına uyğun gəlməmiş, bu isə iş üzrə həmin hissələrdə düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və cavabdehin mənzildən çıxarılmasının rədd edilməsi hissələrində ləğv edilməli, həmin hissələrdə iddia tələbləri təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cu maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, müqavilənin ləğv edilməsi və mənzildən çıxarılmaya aid hissələrdə ləğv edilməli, həmin hissələrdə iddia təmin edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(012)-3859/2021 saylı qətnaməsi müqavilənin ləğv edilməsi və cavabdehin mənzildən çıxarılmasının rədd edilməsi hissələrində ləğv edilsin, həmin hissələrdə iddia tələbləri təmin edilsin. İddiaçı ilə Cavabdeh ilə aralarında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilə ləğv edilsin, Cavabdeh Xırdalan şəhəri, Quba-Bakı magistiralının qərbində inşa edilmiş yaşayış binasının bina 2, 4-cü mərtəbədə yerləşən 24 saylı mənzildən çıxarılsın və mənzil boş vəziyyətdə İddiaçınə təhvil verilsin. Qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-382/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-382/2022
27.01.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Sair mülki iş - Mənzildən çıxarılma - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver