Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4139/2021 17.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Şəki Şəhər-Rayon Polis Şöbəsinin X1rşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyan, əsl olmayan cavabdeh, preyudisiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-627/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 iyu l 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Şəki Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 3(075)-319/2019 nömrəli qərarı ilə, Şəki Şəhər-Rayon Polis X7 Polisi X6 Xidmətinin baş inspektoru, polis kapitanı X3 tərəfindən İddiaçı (bundan sonra – iddiaçı) barəsində tərtib edilmiş 05 iyun 2019-cu il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərar qanunsuz hesab edilərək ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli, 3(107)-203/2019 nömrəli qərarı ilə, polis kapitanı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli q ərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Şəhər-Rayon Polis Şöbəsinin 13 iyun 2019-cu il tarixli, 189-13734-1219 nömrəli məktubuna və Şəki Penitensiar Xidmətinin 18 iyun 2019-cu il tarixli, 96 ş/h nömrəli əmrinə əsasən, “İddiaçı yol verdiyi inzibati xətaya görə səmimi peşmançılıq hissi çəkməsi, qanunvericiliyin tələblərinə ciddi əməl etməsi əvəzinə əsaslı bir səbəb göstərmədən polis şöbəsinə gəlib izahat verməkdən, məlumatda göstərilənlərə aydınlıq gətirməkdən yayınması, qulluq mövqeyinə yaraşmayan tərzdə hədyanlar söyləməklə düşünülməmiş təsadüfi sözlər işlətməsi, həmçinin, telefon danışığı zamanı lüzumsuz mübahisə yaratmağa cəhd göstərib hörmətsizlik nümayiş etdirməsi” məzmununda onun xidmət etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 məlumat xarakterli məkt ub göndərilmiş və Müəssisənin 18 iyun 2019-cu il tarixli, 96 ş/h nömrəli əmri ilə iddiaçıya “töhmət” intizam tənbehi elan edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Şəki Şəhər-Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinə (YPX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 97000 manat məbləğində dəymiş maddi və mənəvi ziyanın sonuncudan alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Yol Patrul Xidməti əsl cavabdeh olan Şəki Şəhər-Rayon Polis X7 Polisi Bölməsi (bundan sonra – cavabdeh və ya DYPB) ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 05 iyun 2019-cu il tarixdə YPX tərəfindən ******* nömrəli qərar əsasında qanunsuz olar aq onun minik avtomobili həbs edilmişdir. Həmin gün Ramazan bayramı gününə təsadüf etmişdir. Onun məqsədi bazarlıq etdikdən sonra ailəsi ilə birlikdə kəndə gedərək valideynlər, qohum-əqrəba və dost-tanışlarla bayramlaşmaq və vəfat etmiş şəxsləri ziyarət edərək dini ayini keçirmək olmuşdur. Ancaq evi DYPB-nin yaxınlığında olduğundan evinə yaxınlaşarkən polis şöbəsinin əməkdaşları tərəfindən avtomobili saxlanılaraq əsas gətirilmədən cərimə dayanacağına salınmışdır. Şəki Rayon Məhkəməsinin qərarı ilə tərtib edilmiş qərar ləğv etmişdir. Məhkəmə qərarlarından məlum olmuşdur ki, həqiqətən də DYPB-nin əməkdaşları tərəfindən avtomobil cərimə dayanacağına qanunsuz şəkildə aparılmışdır. Polis əməkdaşının qanunsuz hərəkəti nəticəsində onun şərəf və ləyaqətinin alçaldılmasına, mənəviyyatına 30000 mana t, bu vaxta qədər keçirdiyi stress, psixoloji sarsıntılara və əsəblərinin pozulmasına, bioloji olaraq mənəviyyatına 32000 manat, maddi olaraq əziyyət və xərclərinə görə isə 2000 manat, zabit şərəfi alçaldılaraq zabit şərəfinə 33000 manat dəyərində ziyan dəymişdir. Övladları olmadığından müalicəsi üçün külli miqdarda vəsait tələb olunur. Bu günə qədər psixoloji gərginlik və stresslərdən dolayı ona dəyən ağır nəticələr nəzərə alınaraq, onların bu dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə çox böyük ehtiyacları vardır. Məhkəmə iclasında cavabdehin vəkili iddianı qəbul etməyərək göstərmişdir ki, barəsində inzibati xəta haqqında qərar çıxarılmış fiziki şəxsin inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilməsi qanunvericiliklə nəzərdə tutulmuşdur. Hazırkı halda iddiaçı bu hüququndan istifadə etmiş, məhkəmənin qərarı ilə YPX-nin baş inspektoru, polis kapitanı X3 tərəfindən iddiaçı barəsində tərtib edilmiş 05 iyun 2019-cu il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərar qanunsuz hesab edilərək ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İddiaçı barəsində qəbul edilmiş qərarın məhkəmə tərəfindən ləğv edilməsi ona hər hansı maddi və mənəvi ziyan vurulmasına dəlalət etmir. Bundan başqa, hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür və iddiaçı ona cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində ziyan vurulduğunu sübut etməlidir. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(075)1403/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim P.Hacıyev) iddia tələbi təmi n edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya ziyan vurulmaması sübut olunmamaqla yanaşı cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya zərər vurulduğu halda belə təqsirdən asılı olmayaraq Azərbaycan Respublikası qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edilən ziyan məbləğinin cavabdeh tərəfindən vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 23.1, 23.4, 1096.1, 1096.2, 1097.1, 1100, 1101.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – M PM) 14.2, 77.1, 217.4-cü maddələrinə, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 14 may 1999-cu il tarixli, 7 nömrəli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarlarına istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsi hazırkı mülki işə baxaraq qərəzli qərar qəbul etmiş, maddi və mənəviyyatına dəymiş ziyanın ödənilməsinə mane olacaq qərar qəbul edilmişdir. Məhkəmə onun sübutlarını əslində qəbul etmiş, həq iqətən də cavabdehin bütün cinayət əməllərini və qanun pozuntularını görmüş, qəbul etmişdir, lakin heç bir yuxarı orqanlara məlumat verməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-627/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnаməsi fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslıdır, mаhiyyəti üzrə düzgündür, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr yoxdur. Məhkəmə kollegiyası idd iaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etməmişdir, odur ki, onun şikayəti əsaslı hesab oluna bilməz. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məzmunu ilə eyniyyət təşkil edən kassasiya şikay əti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə apellyasiya şikayəti verən iddiaçının əsaslandığı sübutları, habelə istinad etdiyi qanun və digər normativ hüquqi aktları rədd etmək üçün heç bir dəlil göstərməmişdir. Kassasiya şikayətinin əsası kimi MPM-in 220.4, 372.2, 392.2-ci, Mülki Məcəllənin 21.1, 21.2, 23.1, 23.4, 1096.1, 1096.2, 1100, 1101.1-ci maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəh bər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam lə ğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 43.3. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. MPM Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hes ab olunurlar. Maddə 51.3. Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məh kəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarı MPM-in 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş zərər Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilməli və belə ödəmə büdcə sahəsində müvafiq səlahiyyətləri həyata keçirən dövlət orqanı vasitəsi ilə təmin edilməlidir. Məhkəmə kollegiyası istinad olunan n ormaya Mülki Məcəllənin 43.3-cü maddəsinin tələbləri konteksindən yanaşaraq hesab edir ki, hazırkı tələb üzrə ziyanın ödənilməsi Azərbaycan Respublikası adından, onun büdcə sahəsində dövlət siyasətini həyata keçirən orqanı olan Maliyyə Nazirliyi vasitəsilə təmin edilə bilər. Lakin iddiaçı tələblərini Maliyyə Nazirliyi şəxsində Azərbaycan Respublikasına qarşı deyil, bu tələblər üzrə mülki hüquqi məsuliyyəti qanunla istisna olunan dövlət orqanının bölməsinə – Şəki Şəhər-Rayon Polis Şöbəsinin X1rşı irəli sürmüşdür. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək və yalnız iddiaçının razılığı ilə mümkündür. Belə razılıq olmadan məhkəmə tərəfindən əsl olmayan cavabdehin əsl ca vabdehlə əvəz edilməsi yolverilməzdir. Qeyd olunan əsas, yəni iddianın əsl olmayan cavabdehə qarşı verilməsi iddia tələbinin mahiyyətinə hüquqi qiymət verilmədən iddianın rədd olunması üçün birmənalı əsas olduğundan Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin iddianın rədd olunması üçün istinad etdiyi digər məsələlər, habelə kassasiya şikayətinin dəlilləri üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür. Kollegiya nəzərə alır ki, MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, MPM-in 82.3-cü mad dəsinə və həmin maddənin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarına əsasən baxılan iş üzrə iddianın mahiyyəti üzrə əsaslılığına dair məhkəmələr tərəfindən müəyyən edilmiş hallar gələcəkdə iddiaçı tərəfindən əsl cavabdehə qarşı iddia veriləcəyi halda həmin iş üzrə preyudisial əhəmiyyətə malik olmayacaqdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107) -627/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4139/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4139/2021
17.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver