Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4145/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiyanın qeyri-mümkünlüyü 19.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlak və pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-129/2024 nömrəli, 7 noyabr 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Maksudkənd kənd ərazisində yerləşən 1.14 ha torpaq sahəsini (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********27), 3.31 ha torpaq sahəsini (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********48), 1.12 ha torpaq sahəsini (qeydiyyat nömrəsi **********, reyest nömrəsi **********34) cavabdeh tərəfindən iddiaçıya qaytarılması, 116221 (yüz on altı min iki yüz iyirmi bir) ABŞ dollar pulun (icra olunduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və hüquqi yardı mın göstərilməsinə görə ödənilən 500 (beş yüz) manat, həmçinin dövlət rüsumuna görə ödənilən 490 (dörd yüz doxsan) manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2(010) 3878/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Rafıqovnanın xüsusi mülkiyyətində olan, Xaçmaz rayonu, Maksudkənd kənd ərazisində yerləşən, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********27 olan 1.14 ha torpaq sahəsi, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********48 olan 3.31 ha torpaq sahəsi və qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********34 olan 1.12 ha torpaq sahələrinin Cavabdeh alınaraq İddiaçı Rafıqovnaya geri qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 490 manat dövlət rüsumunun 100 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, hüquqi yardım göstərilməsi ilə əlaqədar iddiaçı tərəfindən vəkilə ödənilmiş 500 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
3. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2(103)-129/2024 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2(010)-3878/2022 saylı qətn aməsinin mübahisələndirilən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 112.982 manatın İddiaçı xeyrinə tutulması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsi, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının xərci qismində cəmi məbləğ 250 (iki yüz) manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutulması qət edilmişdir.
5. Daha sonra həmin qətnamədən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 oktyabr 2024-cü il tarixli, 2(103)-129/2024 saylı qər ardadı ilə cavabdehin nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti qanunla müəyyən edilmiş kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş iki aylıq müddət ötürülməklə verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.
7. Bundan sonra cavabdehin nümayəndəsi-vəkili Vəkil2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2(103)-129/2024 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, “Elektron Məhkəmə” İnformasiya Sisteminə əsasən apellyasiya instansiya məhkəməsinin qətnaməsinin surəti ona məxsus elektron kabinetə xx.xx.2024-cü il tarixində saat 16:42-də yerləşdirilmişdir. Qətnamənin hansı t arixdə yerləşdirilməsindən asılı olmayaraq tərəflə müqavilə bağlanılmadığından tərəfindən kassasiya şikayətinin verilməsi mümkün deyildir. Belə ki, vəkil orderindən də görünür ki, xx.xx.2024-cü il tarixində onunla Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən order tərtib edilmişdir. Çünki, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(103)-129/2024 saylı qətnaməsindən Suraxanı İcra Şöbəsindən qətnamənin icrası ilə bağlı məlumat verildikdən sonra məlumatlı olmuşdur. Məhz bundan sonra cavabdeh xx.xx.2024cü il tarixində qətnaməni rəsmi qaydada qəbzə imza etməklə əldə etmişdir. Bu səbəbdəndir ki, tərəflərindən kassasiya şikayəti xx.xx.2024-cü il tarixində saat 16:34-də yerləşdirilmişdir. Hesab edir ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasını üzrlü hesab edə bilər. b)Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 noyabr 2024-cü il tarixli, 2(103)-129/2024 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2(103)-129/2024 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair cavabdehin nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş ərizə təmin edilməmiş və onun tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
10. Apellyasiya instansiya məhkəməsi aşağıdakıları qeyd etmişdir:
11. İş materiallarından və “AZEMİS” “Elektron Məhkəmə” İnformasiya Sistemindən müəyyən edilir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin surəti cavabdehin nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə 07 may 2024-cü il tarixdə saat 16:42-də yerləşdirilmişdir.
12. Göründüyü kimi cavabdeh tərəfə münasibətdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2(103)-129/2024 saylı qətnaməsindən kassasiya şikayəti ilə müraciət edilməsinin son günü 07 iyul 2024-cü il tarixə təsadüf edir, həmin tarix isə qeyri-iş gününə düşdüyündən ondan sonrakı iş günü, yəni 08 iyul 2024-cü il kasasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin qurtarma günün hesab olunur. (MPM-in 129.2-ci maddəsi)
13. Lakin cavabdehin nümayəndəsi-vəkili tərəfindən kassasiya şikayəti elektron məhkəmə sisteminə, qanunla müəyyən edilmiş kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş iki aylıq müddət ötürülməklə 10 oktyabr 2024-cü il tarixdə saat 16:34-də yerləşdirilmişdir.
14. Ötürülmüş müdd ətin bərpa edilməsinə dair ərizənin dəlilləri isə əsassız olmuşdur.
15. Belə ki, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(103)-129/2024 saylı qətnaməsini rəsmi qaydada qəbzə xx.xx.2024-cü il tarixdə imza etməklə əldə etməsi və xx.xx.2024-cü il tarixində vəkillə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən order tərtib edilməsi müddətin bərpası üçün üzürlü hal kimi qiymətləndirilə bilməz. Ona görə ki, “Elektron Məhkəmə” İnformasiya Sisteminə əsasən apellyasiya instansiya məhkəməsinin qətnaməsinin surəti vəkilə məxsus elektron kabinetə xx.xx.2024-cü il tarixində saat 16:42-də yerləşdirilmişdir. Qətnamənin hansı tarixdə yerləşdirilməsi həmin qətnamənin həm ona, həm də onun təmsil etdiyi şəxsə verilmiş sayılır. Tərəfə həmin qətnamə barədə məlumat verilməməsinin mə suliyyətinin onun nümayəndəsinin üzərinə düşür.
16. Üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.
17. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir. Belə ki, cavabdehin nümayəndəsi qətnamədən şikayət verə bilməsinə maneə törədəcək üzrlü səbəblərlə (xəstəlik, ezamiyyət, qarşısı alınmaz qüvvənin təsiri və s.) qarşı-qarşıya qalmış olmasına dair hər hansı sübut təqdim etməmişdir.
18. Nəzərə alınmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də, məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər.
19. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azə rbaycan Respublikası MPM-nin 128.1, 133.1, 405.0.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, “Elektron Məhkəmə” İnformasiya Sisteminə əsasən apellyasiya instansiya məhkəməsinin qətnaməsinin surəti ona məxsus elektron kabinetə xx.xx.2024-cü il tarixində saat 16:42-də yerləşdirilmişdir. Qətnamənin hansı tarixdə yerləşdirilməsindən asılı olmayaraq tərəflə müqavilə bağlanılmadığından tərəfindən kassasiya şikayətinin verilməsi mümkün deyildir. Belə ki, vəkil orderindən də görünür ki, xx.xx.2024-cü il tar ixində onunla Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən order tərtib edilmişdir. Çünki, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(103)129/2024 saylı qətnaməsindən Suraxanı İcra Şöbəsindən qətnamənin icrası ilə bağlı məlumat verildikdən sonra məlumatlı olmuşdur. Məhz bundan sonra cavabdeh xx.xx.2024-cü il tarixində qətnaməni rəsmi qaydada qəbzə imza etməklə əldə etmişdir. Bu səbəbdəndir ki, tərəfindən kassasiya şikayəti xx.xx.2024-cü il tarixində saat 16:34-də yerləşdirilmişdir.
22. Bundan başqa, cavabdeh baxmayaraq ki, ünvan 1 ünvanda qeydiyyatdadır fəaliyyətinin çox hissəsini Xaçmaz rayonunda keçirir. Belə ki, Cavabdeh təsərrüfat fəaliyyəti ilə məşğuldur və gününün çox hissəsini meyvə bağlarında keçirir. Məhz bu səbəbdəndir ki, telefon zənglərinidə zamanı nda qəbul etməmişdir. Yoxsa tərəfə həmin qətnamə barədə məlumat verilməsi məsuliyyətinin onun üzərinə düşdüyündən məlumatlıdır. Elə məhz buna görədir ki, cavabdeh Zeynalov X2 İcra Şöbəsindən qətnamənin icrası ilə bağlı məlumat verildikdən sonra qətnamə barədə məlumatlı olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Cavabdeh kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qərardadının qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
27. Maddə 405.0.1 Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
28. Maddə 130.1 Qanunla müəyyən edilmiş müddət ke çdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
29. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
30. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
31. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edil ən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə baxan apellyasiya məhkəməsi cavabdehin dəlillərini müddətin bərpası üçün əsaslı və üzrlü səbəb saymamışdır. Məhkəmə, müddətin ötürülməsinin cavabdehin iradəsindən asılı olmayan, onun tərəfindən onların dəf edilməsi mümkün olmayan hallardan irəli gəlməsini müəyyən etməmişdir.
35. Apellyas iya instansiya məhkəməsi cavabdehin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(103)129/2024 saylı qətnaməsini rəsmi qaydada qəbzə xx.xx.2024-cü il tarixdə imza etməklə əldə etməsi və xx.xx.2024-cü il tarixində vəkillə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən order tərtib edilməsi müddətin bərpası üçün üzürlü hal kimi qiymətləndirilə bilməz. Ona görə ki, “Elektron Məhkəmə” İnformasiya Sisteminə əsasən apellyasiya instansiya məhkəməsinin qətnaməsinin surəti vəkilə məxsus elektron kabinetə xx.xx.2024-cü il tarixində saat 16:42-də yerləşdirilmişdir. Qətnamənin hansı tarixdə yerləşdirilməsi həmin qətnamənin həm ona, həm də onun təmsil etdiyi şəxsə verilmiş sayılır. Tərəfə həmin qətnamə barədə məlumat verilməməsinin məsuli yyətinin onun nümayəndəsinin üzərinə düşür.
36. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən iş materialları araşdırılmış, cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkət in yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
38. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, ötürülmüş müddətin bərpasına dair ərizənin təmin edilməməsi qanuni və əsaslı olmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
39. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarda dı dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-129/2024 nömrəli, 7 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədə saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.