Məhkəmə qərarları › İş №2(102)-4150/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4150/2020

09.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4150/2020 09.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh vəkili Vəkil, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs, tərcüməçi X3 iştirakları ilə, Cavabdeh və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)2325/2020 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri N əsimi Rayon Məhkəməsinin 2(006)-1410/19 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.A.Hüseynov) iddiaçı A.A.A.nin Cavabdeh qarşı qapı oyuğunun əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia tələbi təmin edilərək, ünvan 1 ünvanda Cavabdeh tərəfindən bağlanmış qapı oyuğunun onun vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)2325/2020 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı A.A.A. Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda Cavabdeh tərəfindən bağlanmış qapı oyuğunun onun vəsaiti hesabına əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 iki otaqlı yaşayış sahəsi 31,7 kv.m., ümumi sahəsi 61,1 kv.m.-dən ibarət olan mənzili Cavabdeh xüsusi mülkiyyətindədir. Həmin ünvanda bir otaqlı yaşayış sahəsi 10 kv.m. olan mənzil isə üçüncü şəxs Maraqlı şəxs Talqatovnın mülkiyyətindədir. ünvan 1 ev əvvəllər üç otaqlı yaşayış sahəsi 41,7 kv.m., ümumi sahəsi 61,1 kv.m. olmuşdur. Sonradan Cavabdeh üç otaqlı mənzildən yalnız yaşayış sahəsi 10 kv.m. olan bir otağı xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. Həmin bir otaqlı mənzili üçüncü şəxs Maraqlı şəxs B.Qocamanovdan satın almışdır. Hazırda cavabdeh mənzilində təmir işləri apararaq evin ümumi giriş hissəsindən Maraqlı şəxs otağına açılan qapı oyuğunu bağlamışdır. Maraqlı şəxs şikayətinə əsasən Nəsimi rayon İcra Hakimiyyətinin və MKİS-in əməkdaşlarının iştirakı ilə giriş hissə bərpa edilmişdir.Təkrarən cavabdeh dəhlizə çıxan qapı oyuğunu özbaşına olaraq bağlamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayət ində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, iddiaçının iddianı qaldırmağa subyektiv hüququnun olmaması ilə bağlı işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə koll egiyasının iclasında Cavabdeh vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı A.A.A.nin nümayəndəsi və Cavabdeh üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh vəkili Vəkil izahatını d inləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin qətnaməsini prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarıldığından qanuni və əsaslı hesab etmir. İş materiallarından göründüyü kimi hazırkı iş üzrə iddiaçı Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyi ünvan 2 ünvanındakı evin 10 kv.m. olan 1 otağına dair Maraqlı şəxs Talqatovnan ın mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı cavabdeh Cavabdeh Cəlil oğluna qarşı iddia qaldırmışdır. Bununla bağlı apelyasiya instansiyası məhkəməsi iddia tələbinin mahiyyəti nəzərə alınmaqla iddiaçının hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüququnun olub-olmamasını araşdırmamışdır. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Lakin iş materiallarından göründüyü kimi, birin ci instansiya məhkəməsi tərəfindən MPM-nin 54.1-ci maddəsinin tələblərinə əməl edilməyərək iddiaçının əsl iddiaçı ilə əvəz olunması iddiaçıya təklif olunmamışdır. Buna görə işə yenidən apelyasiya qaydasında baxılarkən iddia tələbi rədd edilməli olduğu halda, Maraqlı şəxs müvafiq iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməs inin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2325/2020 saylı qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar