Məhkəmə qərarları › İş №2(102)-4156/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4156/2023

14.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4156/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı QƏRARİ (Açar sözlər: sənədlərin təqdim edilməsi) 14.11.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kopperativinə qarşı “mənzilə aid sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4492/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasınd a yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında 222 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında yerləşən yaşayış binasının 8-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 137.43 kv.m olan 3 otaqlı 4 nömrəli mənzil 93452 manat ödənilməklə iddiaçı tərəfindən əldə edilmişdir.

2. Həmin mənzilin dəyəri ilkin olaraq xx.xx.2009-cu il tarixli 222 saylı müqaviləyə əsasən cavabdehə X1 tərəfindən tam həcmdə ödənilmişdir. xx.xx.2015-ci il tarixdə mənzilin dəyərinin ödənilməsi qarşılıqlı razılaşma əsasında X1 tərəfindən İddiaçı adına dəyişdirilmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tari xli, 2(004)-334/2021 saylı qətnaməsi ilə həmin mənzilə dair İddiaçı adına maliyyə arayışının verilməsi vəzifəsi "xxxx" MTK-nın üzərinə qoyulmuş, eləcə də qarşılıqlı iddia tələbi qismən təmin edilərək İddiaçı mənzilə göstərilən kommunal və domofon xidmətlərinə görə 473 manat məbləğində pulun tutularaq Cavabdehnə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdeh tərəfindən zəruri sənədləşdirmə işləri aparılmamış, protokoldan çıxarış və digər sənədlər iddiaçıya təqdim edilməmişdir.

4. İddiaçı tərəfindən Cavabdehnə göndərilmiş pretenziya məktubundan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında yerləşən yaşayış binasının 8-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 137.43 kv.m olan 3 otaqlı 4 nömrəli mənzilə dair protokoldan çıxarış və digər zəruri sənədlərin ona verilməsinin təmin olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi və sonradan iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququnun müdafiə olunması və Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında mövcud olan yaşayış binasının 8-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 137.43 kv.m olan 3 otaqlı 4 nömrəli mənzilə dair protokoldan çıxarışın və mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün qanunla nəzərdə tutulmuş sənədlərin iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" MTK arasında xx.xx.2015-ci tarixdə “Çoxmənzilli yaşayış binasının tikintisi” haqqında 222 nömrəli fərdi müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında yerləşən yaşayış binasının 8-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 137.43 kv.m olan 3 otaqlı 4 nömrəli mənzil 93452 manat ödənilməklə iddiaçı tərəfindən əldə edilmişdir. Mənzilin dəyərinin iddiaçı tərəfindən tam ödənilməsinə baxmayaraq, cavabdeh "xxxx" MTK tərəfindən zəruri sənədləşdirmə işləri aparılmamış, protokoldan çıxarış və digər sənədlər iddiaçıya təqdim edilməmişdir. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək lazımi sənədlərin verilməsinin 2 gün müddətində təmin edilməsi xahiş edilmiş, lakin cavabdeh tərəfindən pretenz iya məktubuna cavab verilməmişdir. İddiaçı sözügedən mənzilə dair dövlət reyestrindən çıxarış əldə etmək istəyir, lakin protokoldan çıxarış və digər sənədlərin mövcud olmaması səbəbilə bu mümkün olmur. İddiaçı tərəfindən çıxarış əldə edilə bilmədiyindən o, sözügedən əmlaka qanuni yolla sərəncam vermək hüququndan məhrum olur.

7. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, iddia ərizəsinin xahiş hissəsində qeyd etdiyi “digər zəruri sənədlər” olaraq Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında yerləşən yaşayış binasının 8-ci blok 5-ci mərtəbəsində yerləşən 4 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün qanunla nəzərdə tutulmuş sənədlərin iddiaçıya verilməsini nəzərdə tutmuş və sözügedən sənəd lərin iddiaçıya verilməsi vəzifəsinin Cavabdeh üzərinə öhdəlik kimi qoyulmasını xahiş etmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1557/23 saylı iş üzrə 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova) iddia təmin edilmişdir.

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirərək sözügedən mənzilin dəyərini tam ödəmiş, lakin cavabdeh ona mənzilə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını verməmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cava bdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının cavabdehə kommunal xidmətlərə görə 575.40 manat borcu olduğunu nəzərə almamışdır.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4492/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər- A.İsgəndərov (sədrlik edən və məruzəçi), V.Sadıqov və M.Rüstəmli) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma razılaşaraq qeyd etmişdir ki, iddiaçı mənzil in dəyərini ödəmiş, lakin mənzilin hüquqlarının dövlət qeydiyyatına alınmasına dair hüquqmüəyyənedici sənədlər ona təqdim olunmamışdır. İddiaçı bu imtinanı hüququnun pozulması kimi qiymətləndirmiş və pozulmuş hüququnun bərpası məqsədilə hazırkı iddia ilə məhkəmədə tələb irəli sürmüşdür. Bundan əlavə, iddiaçının kommunal xidmətlərə görə cavabdeh qarşısında öhdəliyinin yerinə yetirilməməsi tələb olunan sənədlərin verilməsindən imtina üçün deyil, həmin tələblə iddia irəli sürmək üçün əsasdır.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasınd a tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.

16. Kollegiya bildirmişdir ki, apellyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən iddiaçının cavabdehə kommunal xidmətlərə görə 575,40 manat borcu olmasının nəzərə alınmaması barədədir. Məhkəmə kollegiyası bu dəlili əsassız saymış və qeyd etmişdir ki, iddiaçının kommunal xidmətlərə görə hər hansı borcunun olması onun qanuni tələbinin yerinə yetirilməməsi üçün əsas ola bilməz. Kommunal xidmətə görə borcun mövcudluğu cavabdehin bu borcun ödənilməsi barədə ayrıca iddia qaldırması üçün əsas ola bilər.

17. Məhkəmə öz qərarını Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1, 425, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

19. Kassator şikayətini əsaslandıraraq qeyd etmişdir ki, işə baxan apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş və bu barədə heç bir araşdırma aparmamışdır. Məhkəmə öz araşdırmasını birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə kifayətləndirmişdir. Hansı ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz olması ilə bağlı kifayət qədər dəlillər göstərilmişdir. İddiaçıya maliyyə arayışı təqdim olunsa da o, müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir, bu gün də eyni mövqedə qalmaqdadır. Lakin apellyasiya məhkəməsi iddiaçının öhdəlikdən yayınması hərəkətlərinə hüquqi qimət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

22. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydi yyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);...

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır

24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəll ənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiy yətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanun

31. Maddə

8. Daşınmaz əmlak üzərində hüquql arın dövlət qeydiyyatı üçün əsaslar;... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);... Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Baxılan iş üzrə iddiaçının tələbi, cavabdehlə bağl anmış mənzil tikintisi müqaviləsinin şətlərinin yerinə yetirilməsi, cavabdehin müqavilə öhdəliyinə uyğun olaraq Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında mövcud olan yaşayış binasının 8-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 137.43 kv.m olan 3 otaqlı 4 nömrəli mənzilə dair protokoldan çıxarışın və mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınması üçün qanunla nəzərdə tutulmuş sənədlərin iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədədir.

36. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı mənzilin dəyərini tam ödəmiş, lakin mənzilin hüquqlarının dövlət qeydiyyatına alınmasına dair hüquqmüəyyənedici sənədlər cavabdeh tərəfindən ona təqdim olunmamışdır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, mül ki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi əsasları Mülki Məcəllənin 14-cü maddəsində əksini tapmışdır.

38. Mülki hüquq və vəzifələrin əmələ gəlməsi bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Həmçinin qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisələr hüquq və vəzifələrin yaranması əsaslarından biridir.

39. Baxılan iş üzrə iddiaçının MTK-ya mənzilə görə müəyyən edilmiş məbləğin tam ödənilməsi, cavabdeh üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını vermək vəzifəsi yaradır. İddiaçı cavabdehdən bu cür sənədin verilməsini tələb etmək hüququna malikdir. Lakin cavabdeh qanunla müəyyən edilmiş bu öhdəliyi icra etməmişdir.

40. İddiaçının MTK-ya kommunal ödənişlərə görə borcu olması barədə dəlillərinə apellyasiya instansiyası məhkəməsi hüquqi qiymət verərək bildirmişdir ki, iddiaçının kommunal xidmətlərə görə hər hansı borcunun olması onun qanuni tələbinin yerinə yetirilməməsi üçün əsas ola bilməz. Kommunal xidmətə görə borcun mövcudluğu cavabdehin bu borcun ödənilməsi barədə ayrıca iddia qaldırması üçün əsas ola bilər.

41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq kassatorun dəlillərinə münasibətdə həmçinin qeyd edir ki,

42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəl inmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

43. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

44. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4492/2023 nömrəli, 19 iyu l 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar