Məhkəmə qərarları › İş №2(102)-4160/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4160/2022

01.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4160/2022 01.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Cavabdeh4, Cavabdeh5, Bakı şəhər 11 saylı Notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4160/22 (Açar sözlər: hərrac nəticələrinin etibarsızlığı) Bakı şəhəri, 01 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 v ə İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Cavabdeh4, Cavabdeh5, Bakı şəhər 11 saylı Notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “hərrac razılaşmasının, hərrac protokolunun etibarsız hesab edilməsi, dövlət aktının, vərəsəlik hüququ haqqında şəhadətnamənin və reyestrdən çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-273/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı5 kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəki rayonu AİK-ın 11 iyul 1998-ci il tarixli, 54 nömrəli qərarına əsasən ailə başçısı İddiaçı1 olmaqla, İddiaçı3, İmamverdiyeva (Mustafayeva) Xəyalə Zahid qızı, İddiaçı2 və İddiaçı5 Şəki rayonu Sarıca kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 14.59 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, bununla bağlı JN:112 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı təqdim edilmişdir.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyun 2003-cü il tarixli, 2272/2003 nömrəli qətnaməsinə əsasən, İddiaçı1 ********* manat, X2 78000000 manat alınıb X8 Abad Rəşidə verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almış, qətnamənin icrası ilə bağlı Şəki rayonu Sarıca kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 13 hektar torpaq sahəsi 12 mart 2004-cü il tarixli, 15 saylı hərrac razılaşması və 12 mart 2004-cü il tarixli hərrac protokolu əsasında X4 adına qeydiy yata alınmış, bununla bağlı X4 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN0317, kod 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı, həmçinin qeyd edilən torpaq sahələri – 7.8508 hektar və 5.15 hektar torpaq sahələri bağlı ƏMDKnin yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən 02 noyabr 2006-cı il qeydiyyat tarixdə **********88 reyestr nömrəli, ********* qeydiyyat nömrəli və **********87 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlar verilmişdir.

3. X5 17 oktyabr 2009-cu il tarixdə vəfat etmiş və onun vəfatından sonra ondan miras qalmış Şəki rayonu Sarıca kəndi ərazisində yerləşən 7.8508 ha və 5.15 ha torpaq sahələri ilə bağlı sonuncunun vərəsəsi Cavabdeh1 adına Bakı şəhər 11 saylı Notariat Kontoru tə rəfindən 15 noyabr 2019-cu il tarixli, 2V-158 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında isə Cavabdeh1 adına 12 dekabr 2019-cu il qeydiyyat tarixli, **********88 reyestr nömrəli və 12 dekabr 2019-cu il qeydiyyat tarixli, **********87 reyestr nömrəli dövlət reyestrindən çıxarışlar verilmişdir

4. Şəki Rayon Məhkəməsinin 2(075)-93/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “JN-0317, KOD 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının və həmin dövlət aktı əsasında verilmiş MH seriyalı, ******* nömrəli və MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyya tı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 15 noyabr 2019-cu il tarixli, V-13/2011 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddialarının təmin edilməməsi qət edilmiş, həmin iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətləri yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1) 12 mart 2004-cü il tarixli, 15 saylı hərrac razılaşması və 12 mart 2004-cü il tarixli hərrac protokolunun etibarsız hesab edilməsi; 2) hərrac əsasında X4 adına verilmiş 148 nömrə ilə dövlət aktı qeydiyyat kitabında 19 may 2005-ci il tarixdə qeydiyyata alınmış, JN-317 saylı, 40402037 kodla 13 ha torpaq sahəsinə verilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın ləğv edilməsi; 3) Bakı şəhəri 11 saylı Dövlət Notariat ofisi tərəfindən Cavabdeh2 və Cavabdeh1 verilmiş 15 noyabr 2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi; 4) həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestr və çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

6. İddiaçılar tələbini be lə əsaslandırmışlar ki, 2019-cu ilin sonunadək torpaq sahəsindən istifadə etmiş, əkib becərmiş, vergini vaxtlı-vaxtında ödəmişlər. Həmin ilin sonunda torpaq sahəsini özəlləşdirmək istəyərkən onlara məlum olmuşdur ki, torpaq sahəsi qanunsuz olaraq, onların məlumatı olmadan X4 adına rəsmiləşdirilmiş və sonuncuya torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Bunu bildikdən sonra iddiaçılar məhkəməyə müraciət etmiş, məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi qətnamənin icrası zamanı torpağın hərraca yönəldilməsi vasitəsilə özgəninkiləşdirilmişdir.

7. İddiaçılar hesab edirlər ki, həmin hərrac tam qanunsuz olmuşdur. Belə ki, iddiaçılara hərrac barədə məlumat verilməyib. Torpaq sahəsi birgə nikah dövründə əldə edildiyindən torpaq sahəsinin yalnız yarısı na borcun tutulması yönəldilə bilərdi. Həmçinin torpaq sahəsində digər ailə üzvlərinin də payları olmuşdur ki, icra məmurları həmin mülkiyyətçilərin hüquqlarını kobud surətdə tapdalayaraq, onların torpaq sahəsini də hərraca çıxarmaqla qanunsuz hərəkət etmişlər.

8. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 157.2, 337ci, Ailə Məcəlləsinin 32, 33.3-cü və “İcra haqqında” Qanunun 61-ci maddələrinə istinad etmişlər.

9. Cavabdeh1 iddia ərizəsinə qarşı yazılı etiraz vermişdir. Etirazın dəlilləri: iddia tələbi tamamilə əsassız və yalnız yalanlardan ibarətdir. Belə ki, məhkəmə qətnaməsinin icrası ilə əlaqədar, yəni İddiaçı1 borcunun ödənilməsi ilə əlaqədar torpaq sahəsi icra məmurları tərəfindən açıq hərraca çıxarılmış, onun mərhum atası X5 tərəfindən satın alınmışdır; qətnam əni icrası ilə əlaqədar İddiaçı1 Sarıca kəndindəki evinə də həbs qoyularaq hərraca çıxarılmış, lakin iddiaçının ailəsi evsiz qalmasın deyə, insanlıq göstərərək evin satılmasından imtina edimişdir. Satılan torpaq sahəsi borcu tam ödəməsə də, evi iddiaçıya güzəştə getmişlər; hərracın keçirilməsi ilə əlaqədar İddiaçı1 mülkiyyətində olan 14,59 ha torpaq sahəsini 13 hektarının həqiqətən də açıq hərracdan cavabdehin mərhum atasına satılmasını göstərən Şəki rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Bölməsinin rəisinin 30 iyul 2004-cü il tarixli məktubu var; iddiaçıların 11 iyun 2003-cü il tarixli qətnamədən və hərracdan məlumatsız olmaları həqiqətə uyğun deyil; bundan başqa,həm Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qəbul edilərkən, həm də həmin qətnamələrdən verilmiş apellyasiya və kassasiya şikayətlərinə baxılarkən iddiaçılar tərəfindən iddia ərizələrində hərracın protokolunun ləğv olunması tələbi qoyulmasa da, keçirilmiş hərracın guya qanunsuz olduğu mübahisələndirilmişdir. Bütün məhkəmə instansiyalarında digər məsələlərlə bərabər keçirilmiş hərracın qanuni olması təsdiq olunmuşdur. Qeyd olunanlarla da iddiaçıların torpaq sahəsinin hərracdan satılmasından apellyasiya məhkəməsində işə baxılarkən xəbərlərinin olması barədə yalanları da tam təkzib olunmuşdur; bununla yanaşı, qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası özünün xx.xx.2021-ci il tarixli qərarının 8-ci səhifəsinin 3cü abzasında qeyd edilmişdir ki, “Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi İddiaçı1 məhkəmə qətnaməsi əsasınd a tutulmalı olan 156.000.000 manat məbləğin təmin edilməsi üçün məhkəmə qərarı əsasında hərraca çıxarılmış və hərrac vasitəsilə cavabdehin mərhum atasına satılmışdır. Əmlakın hərraca çıxarılması məhkəmə qərarı əsasında baş tutmuşdur. Həmin qərar, eləcə də onun əsasında keçirilmiş hərracın nəticələri vaxtında mübahisəİəndirilməmişdir. Əmlakı satın almış mərhum X5 02 noyabr 2006-cı il tarixdə mülkiyyət hüququna dair Çıxarış almış və onun vəfatına qədər (17 oktyabr 2009-cu il tarixədək) həmin hallar mübahisələndirilməmişdir. Əmlak özəlləşdiriləndən 13 il sonra tələb mərhumun vərəsəsinə qarşı irəli sürülmüşdür”. Ali Məhkəmənin qərarında təsbit olunmuş mövqeyindən də görünür ki, həm hərrac, həm də onun nəticələri qanunidir və artıq mübahisələndirilə bilməz; həmçinin qeyd olunan torpaq sahəsi nüməyəndəsi vasitəsilə Elşad adlı şəxsə satılmışdır və hazırda sonuncunun mülkiyyətindədir

10. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə də ünvanlamışdır.

11. Şəki Rayon Məhkəməsinin 2(075)-1743/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia tələbinə – Hərrac əsasında X4 adına verilmiş 148 nömrə ilə dövlət aktı qeydiyyat kitabında 19 may 2005-ci il tarixdə qeydiyyata alınmış, JN-317 saylı, 40402037 kodla 13 ha torpaq sahəsinə verilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın ləğv edilməsi, 15 noyabr 2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə və əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestr və çıxarışın ləğv edilməsi hissələrində xitam verilməsi qərar a alınmışdır. (hakim Pərviz Hacıyev)

12. Şəki Rayon Məhkəməsinin 2(075)-1743/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin – 12 mart 2004-cü il tarixli, 15 saylı hərrac razılaşması və 12 mart 2004-cü il tarixli hərrac protokolunun etibarsız hesab edilməsi, Bakı şəhəri 11 saylı Dövlət Notariat ofisi tərəfindən Cavabdeh2 və Cavabdeh1 verilmiş 15 noyabr 2019cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi hissələrində rədd edilməsi qət edilmişdir. (hakim Pərviz Hacıyev)

13. Birinci instansiya məhkəməsi (qətnamə üzrə) müəyyən etmişdir ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 11 iyul 1998-ci il tarixli, 54 nömrəli qərarına əsasən Şəki rayonu Sarıca kənd sakinləri ailə başçısı İddiaçı1 olmaqla, İddiaçı3, İmamverdiyeva (Mustafayeva) Xəyalə Zahid qızı, İddiaçı2 və İddiaçı5 Şəki rayonu Sarıca kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 14.59 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, bununla bağlı JN:112 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair”Dövlət Aktı işlənib hazırlanmışdır. İddiaçı1 borclu olduğu Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyun 2003-cü il tarixli, 2-272/2003 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən borclunun həbs qoyulmuş əmlakı ilə bağlı ixtisaslaşdırılmış hərrac təşkilatı – Respublika Xammal və X10 Rayonlararası "xxxx" MMTC-yə sifariş verilmişdir. Şəki rayonu Sarıca kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 13 hektar torpaq sahəsi hərrac yolu ilə satılaraq X4 adına qeydiyyata alınmış, bununla bağlı X4 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-317, kod 40402037 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” verilmişdir. Həmçinin Şəki rayonu Sarıca kəndi ərazisində yerləşən 7.8508 hektar və 5.15 hektar torpaq sahələri bağlı X4 adına ƏMDKnin yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 02 noyabr 2006-cı il tarixdə **********88 dövlət reyestrindən çıxarışlar verilmişdir. X5 17 oktyabr 2009-cu il tarixdə vəfat etmiş, onun vəfatından sonra ondan miras qalmış ƏMDK-nin yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 02 noyabr 2006-cı il qeydiyyat tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Şəki rayonu Sarıca kəndi ərazisində yerləşən 7.8508 hektar və 5.15 hektar torpaq sahələri ilə bağlı sonuncunun vərəsəsi Cavabdeh1 ad ına Bakı şəhər 11 saylı Notariat Kontoru tərəfindən 15 noyabr 2019-cu il tarixli, 2V-158 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə, həmin şəhadətnamə əsasında Cavabdeh1 adına 12 dekabr 2019-cu il qeydiyyat tarixli, **********88 reyestr nömrəli və 12 dekabr 2019-cu il qeydiyyat tarixli, **********87 reyestr nömrəli dövlət reyestrindən çıxarışlar verilmişdir

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar iddia tələblərinin əsaslı olmasını təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər.

15. Birinci instansiya məhkəməsi həmçinin qeyd edib ki, 12 mart 2004-cü il tarixli, 15 saylı hərrac razılaşması, 12 mart 2004-cü il tarixli hərrac protokolu, JN-0317, kod 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı, 15 noyabr 2019-cu il tar ixli, V-13/2011 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilmir. 12 mart 2004-cü il tarixli, 15 saylı hərrac razılaşması, 12 mart 2004-cü il tarixli hərrac protokolunun etibarsız hesab edilməsi, JN-0317, kod 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının, 15 noyabr 2019-cu il tarixli, V-13/2011 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv e dilməsi üçün əsaslar mövcud deyildir

16. Digər tərəfdən torpaq sahəsi İddiaçı1 məhkəmə qətnaməsi əsasında tutulmalı olan 156.000.000 manat tələbin təmin olunması üçün məhkəmə qərarı əsasında hərraca çıxarılmış və hərrac vasitəsilə Cavabdeh1 mərhum atasına satılmışdır. Əmlakın hərraca çıxarılması məhkəmə qərarı əsasında baş tutmuşdur. Həmin qərar və eləcə də onun əsasında keçirilmiş hərracın nəticələri (hərrac protokolu və hərrac razılaşması) vaxtında mübahisələndirilməmişdir. Əmlakı hərracda satın almış mərhum X5 02 noyabr 2006-cı il tarixdə mülkiyyət hüququna dair Çıxarış almış və onun vəfatına qədər (17 oktyabr 2009-cu il tarixədək) həmin hallar mübahisələndirilməmiş, əmlak özəlləşəndən 15 il sonra hazırkı tələb mərhumun vərəsəsinə və digərlərinə qarşı irəli sürülmüşdür

17. Birinci insta nsiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 144.1, 324.1, 324.2, 324.4, 329.2, 337.1-337.4, 347.1, 354.1, 389.1, 389.2, 1151, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1248-ci, “İcra haqqında” Qanunu 2.1, 53.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı5n (etibarnamə üzrə nümayəndə və vəkil Nümayəndə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişlər.

19. Apellyasiya şikayətini iddia tələbinin dəlilləri ilə əsaslandırmaqla yanaşı, şikayətdə qeyd edilmişdir ki, birinci instansiyası məhkəməsi məntiqi üsullarla hüquqi nəticəyə gəlmiş və həmin məntiqi metodların nədən ibarət olmasını öz qətnaməsində qeyd etməmişdir. Hüquqi həq iqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlosakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki, iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. “İpoteka haqqında” Qanununun 42-ci maddəsi ilə hərracın keçirilmə qaydası müə yyən edilmişdir. Həmin maddənin tələblərinə görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində elan dərc etdirilməli və bununla bərabər ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməlidir. Lakin işin faktiki halları ilə görünür ki, hərrac qanunvericiliyin tələblərinə cavab vermədən keçirilmiş, hərraca çıxarılan torpaq sahəsinin mülkiyyətçiləri olmalarına baxmayaraq iddiaçılara bu barədə məlumat verilməmişdir. Birinci instansiya məhkəməsi isə işin faktiki halların ı araşdırmadan formal qətnamə qəbul etmişdir. Cavabdeh Respublika Xammal və X10 Rayonlararası “Kümrük” MMTC hərracı qanunvericiliyin tələbinə uyğun keçirməsi barədə heç bir sübutu məhkəməyə təqdim etməmiş, işə baxan birinci instansiya məhkəməsi isə bu barədə sübutları cavabdehdən tələb etməmişdir

20. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-273/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 2(075)-1743/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Mahir Əsədli)

21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, idda çı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillər, yəni sözügedən torpaq sahəsi ilə bağlı hərracın düzgün keçirilməsinin müəyyən edilməməsi hər hansı sübutla təsdiqlənməmişdir.

22. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, iddianın məğzi iddiaçıların hərracda iştirakının təmin edilməsi üçün zamanında məlumatlandırılmaması ilə əlaqədardır. Lakin təqdim edilmiş sübutlar bunu təsdiq etmir və qətnamənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması nəzərə alınarsa, Mülki Məcəllənin 416.1-ci maddəsinə müvafiq Məcəllədə müəyyənləşdirilmiş qaydaların pozulması halı yoxdur. Həmçinin iddiaçının məlumatlandırılması üçün zamanında göndərdiyi bildirişlərin hərrac təşk ilatının vəzifəsinə aid edilən qüsuru müəyyən edilmir və dövlətin adından qəbul edilən qərarın vaxtında icrası məcburiliyinin təmin edilməsi hüquqdan sui-istifadənin hər hansı təzahürlərini üstələyir. Qaydaların pozulması qanunvericliyin hazırkı mübahisəli münasibətdə iddiaçıların hərracın keçirilməsi barədə məlumatlandırmamasıdır. Müddətlərin gözlənilməməsi isə iddiaçının hərracda iştirakına maneə kimi qiymətləndirməli və bu maneənin mövcudluğunu iddiaçı sübuta yetirməlidir.

23. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə hərracın nəticələrinin mübahisələndirilməsinə münasibətdə ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (416.1). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (416.2.)

24. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008 -ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə diqqəti çəkərək qeyd edib ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur

25. Apellyasiya instansiya məhkəməsi vurğulamışdır ki, 12 mart 2004-cü il tarixli, 15 saylı hərrac razılaşması, 12 mart 2004-cü il tarixli hərrac protokolu, JN-0317, kod 40402037 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı, 15 noyabr 2019-cu il tarixli, V-13/2011 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında 12 dekabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilməmiş, dəfələrlə təklif olunmasına baxmayaraq, iddiaçı tərəf bununla bağlı məhkəməyə hər hansı sübutu təqdim etməmişdir. Buna görə də həmin sənədlərin etibarsız hesab edilməsi və ləğvi üçün əsaslar mövcud deyil.

26. Apellyasiya instansiya məhkəməsi həmçinin aidiyyəti orqanlara, o cümlədən Cavabdeh5nə sorğular vermiş, sorğuya verilmiş cavablar nəticəsində müəyyən etmişdir ki, olunmuşdur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-272 saylı qətnaməsinə əsasən borclu İddiaçı1 156 000 000 manat (31200 manat) pul tutulub X1 ödənilməlidir. İcra sənədi 13 avqust 2003-cü il tar ixdə şöbənin icraatına daxil olmuşdur. Qeyd edilən icra işi hazırda şöbədə mövcud deyil. Belə ki, şöbənin inzibati binasının təmiri zamanı icrası başa çatdırılmış və arxiv otağına yerləşdirilmiş icra işləri məhv olmuşdur. Göstərilən səbəbdən 12 mart 2004-cü il tarixli, 15 saylı hərrac razılaşmasının və 12 mart 2004-cü il tarixli hərrac protokolunun surətlərini təqdim etmək mümkün olmur.

27. Apellyasiya instansiya məhkəməsi həmçinin müəyyən etmişdir kİ, iddiaçı tərəfin mübahisələndirdiyi hərrac, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 11 iyun 2003cü il tarixli, 2-272/2003 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi, bununla bağlı qəbul edilmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli ”əmlakın üzərinə həbs qoyulma və əmlaka yönəldilmə” barədə qərardad əsasında keçiri lmişdir. Qeyd olunan qətnamə və qərardadlar qanuni qüvvədə olmaqla iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. İddiaçı tərəfin mübahisələndirdiyi torpaq sahəsi hərracın nəticələrindən sonra Barat Rəhimovun mülkiyyətinə, bundan sonra vərəsəlik qaydasında sonuncunun vərəsələrinə, yəni iş üzrə cavabdeh olan Sevinc və Zarik Rəhimovlara, daha sonra isə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında 3-cü şəxs Elşad Alxasovun mülkiyyətinə keçmişdir. Mübahisələndirilən torpaq sahəsi hazırda sonuncu mülkiyyətçi kimi Elşad Alxasovun adınadır.

28. Apellyasiya instansiya məhkəməsi hüquqi müəyyənlik prinsipi baxımından mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutaraq istər hərrac keçirilən zaman bağlanmış alqı-satqı müqaviləsi, istərsə də sonuncu mülkiyyətçi Elşa d Alxasovla alqı-satqı müqaviləsi bağlanılarkən iş üzrə tərəflər arasındakı münasibətə, onlar arasında hər hansı ziddiyətin olub-olmamasına, eləcə də cavabdehin həmin torpaq sahəsini əldə edərkən vicdanlı alıcı olub-olmamasına da xüsusi diqqət yetirmiş və müəyyən etmişdir ki, hərracın keçirilməsi zamanı torpağı əldə etmiş Barat Rəhimov və sonuncu mülkiyyətçi Elşad Alxasov mübahisəli torpaq sahəsini rəsmi qaydada aldıqdan sonra qanunvericiliklə müəyyən olunmuş qaydada öz adına hüquq müəyyənedici sənəd, yəni çıxarış almış və mülkiyyət hüququnun bütün elementləri üzrə (sahiblik, istifadə və sərəncam) mülkiyyət hüququ qazanmışdır.

29. Apellyasiya instansiya məhkəməsi iddia tələbi və apellyasiya şikayətinin dəlilləri üzrə bildirib ki, mülkiyyət”hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alqı-satqı müqaviləsi də əqdlərin bir növüdür. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

30. Apellyasiya instansiya məhkəməsi iddiaçıların mübahisələndirdiyi çıxarışın əsassız və qanunsuz əldə edilməsinə də münasibət bildirərək göstərib ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunu n həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

31. Apellyasiya instansiya məhkəməsi qeyd edib ki, daşınmaz əmlak əldə etmək istəyən şəxs əvvəlki mülkiyyətçinin və s. maraqlı şəxslərin qeydə dair etirazlarının olduğunu müəyyən etdikdə həmin əmlakı əldə etməkdən çəkinə bilər. Lakin işin faktiki hallarından da göründüyü kimi mübahisəli əmlakı əldə edən Barat Rəhimov (sonra onun vərəsələri olan iş üzrə cavabdehlər) və sonuncu mülkiyyətçi Elşad Alxasovda belə bir etirazın olması barədə heç bir məlumatı olmamış, həmin əmla kla bağlı notariat və dövlət reyestrini aparan orqanlarda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahəsini əldə edən mülkiyyətçilər, o cümlədən Elşad Alxasov da məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əlavə olaraq Mülki Məcəllənin 140, 337.1, 338, 339, 415.2, 416.1 və 416.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı5 kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şi kayətini iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı Cavabdeh1 yazılı etirazı daxil olmuşdur. Şikayətə etirazın dəlilləri iddiaya etirazın dəlilləri ilə eyni məzmundadır. (bax: bənd 9) Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçir ilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) hesab edilirlər. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası”icra məmurları”tərəfindən həyat a keçirilir. Maddə 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şika yətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını”qismən ləğv edə və ya”tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsind ə müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması”apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

36. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfi ndən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

40. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbi və apellyasiya şikayəti üzrə hazırki qərarın 21-32-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi və tətbiq etdiy i maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

42. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, həmin dəlillər işin faktiki halları ilə bağlı olub iddianın məhz təmin edilməsinə yönələn dəlillər kimi apellyasiya məhkəməsi tərəfindən qəbul edilməyib. Buna görə də həmin dəlillərə bir daha qiymət verməyə zərurət yoxdur.

43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı5 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-273/20 22 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar